369
3.
Modullarla təlim texnologiyası;
4.
Müxtəlif səviyyəlilərin təlimi texnologiyası;
5.
Biliklərin tam mənimsənilməsi texnologiyası.
Şəxsiyyətyönümlü – inkişafetdirici təlim texnologiyalarından səriştəli
istifadə imkan verir ki, şagirdin şəxsiyyəti formalaşsın. Sözügedən texno-
logiyalar imkan yaradır ki, şagirdlər fərd, təbiət və cəmiyyətlə bağlı
müvafiq biliklərə malik olsun, həmin biliklərdən istifadə etməyi bacarsın,
malik olduğu biliklərdən istifadə etmək istəsin, buna maraq göstərsin.
10.3. Tədris planı
Tədris prosesinin məzmunu tədris planı, fənlər üzrə tədris
proqramları ilə müəyyən olunur və dərs kitablarında, informasiyanı
toplayıb saxlayan elektron avadanlıqlarda əks olunur. Tədris siste-
minin əhatə etdiyi hər tədris müəssisəsinin özünəməxsus tədris planı
olur. Müxtəlif tipli tədris müəssisələrinin qarşısında qoyulan vəzifə-
lər başqa-başqa olduğundan onların tədris planları da müxtəlifdir.
Tədris müəssisələrinin tiplərindən və formalarından asılı ola-
raq tədris planları nə qədər müxtəlif olsa da, onların ümumi cəhət-
ləri də vardır. O,
1) tədris ilinin, rüblərin və tətillərin müddətini;
2) tədris müəssisələrində öyrənilən fənlərin tam siyahısını;
3) təlim illəri üzrə fənlərin bölüşdürülməsini;
4) hər fənnin bütün təlim müddətində və hər sinifdə öyrənil-
məsinə ayrılan saatların miqdarını;
5) hər fənnin öyrənilməsinə verilən həftəlik saatların miqdarını;
6) praktikumların strukturunu, müddətini və s. müəyyən edir.
Tədris planında cəmiyyətin qəbul etdiyi təhsil-tərbiyə idealı,
müəyyənləşdirmiş məqsədlər, təhsilin məzmununun formalaşdırıl-
ması konsepsiyası öz əksini tapır. O, təlim-tərbiyə prosesinin qanu-
nauyğunluqlarını, sanitar-gigiyenik və təşkilati tələbləri, yaranmış
ənənələri nəzərə almaqla işlənib hazırlanır.
Tədris planına daxil edilən fənlər məcburi və fakültativ (seç-
mə) fənlərə ayrılır. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azər-
baycanda da tədris planları, mərkəzi təhsil orqanları tərəfindən işlə-
nib hazırlanır və təsdiq olunur. Deyilənlərdən aydın olur ki, bu və