359
Üçüncü problem məzmunda şaquli və üfüqi inteqrasiyanın
olmaması idi. Məzmunda siniflərarası və fənlərarası bağlılıq zəif
idi. Asandan daha çətinə keçid və bir-biri ilə bağlı olan mövzuların
inteqrasiyası təmin edilmirdi.
Məhz bu və ya digər səbəblərdən son illərdə dünya Bankının
maliyyə yardımı ilə həyata keçirilən islahatyönümlü tədbirlərin bö-
yük əksəriyyəti məhz ümumi təhsilin məzmununun yeniləşdirilmə-
sinə və mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldil-
mişdir. Əsas məqsəd şagirdlərin idrak fəallığını, ümumi inkişa-
fını ləngidən mövcud “yaddaş məktəbi”ndən “təfəkkür və dü-
şüncə məktəbi”nə keçmək və bu əsasda ümumi təhsilin müasir
modelini qurmaqdan ibarətdir.
1999-cu ildən başlayan islahatlar çərçivəsində həyata keçirilən
tədbirlər mərhələli xarakter daşıyırdı və hər mərhələnin öz məqsəd-
ləri, vəzifələri var idi. Keçən on ilin yekunları göstərir ki, dövrün,
zamanın tələblərinə görə müasir dünya təcrübəsi əsas tutulmaqla
ümumi təhsilin yeni konsepsiyasının işlənib hazırlanması, məqsəd
və vəzifələrin yeni təfəkkür baxımından formalaşdırılması, fənlərin
məzmununun konseptual müddəalarının müəyyənləşdirilməsi və
fənn kurikulumlarının yaranması, məzmunda standart məfhumunun
reallığa çevrilməsi mühüm nailiyyətlərdir.
Azərbaycanda 2004-cü ildən başlanan məzmun dəyişiklikləri
təlim-tədris prosesinin sistemli planlaşdırılmasını özündə əks etdi-
rən kurikulum islahatları adı altında aparılır. Azərbaycan Hökuməti
tərəfindən 30 oktyabr 2006-cı ildə təsdiq olunmuş “Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)”
sənədində ümumtəhsil üzrə təlim nəticələri və məzmun standartları,
ümumi təhsilin hər bir pilləsində tədris olunan fənlər, həftəlik dərs
və dərsdənkənar məşğələ saatlarının miqdarı, pedaqoji prosesin təş-
kili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə
əsas prinsiplər kompleks şəkildə öz əksini tapmışdır. Bu konseptual
sənədin tələblərinə uğun hazırlanıb təsdiq edilmiş fənn kurikulumla-
rında isə hər bir sinif üzrə təlim nəticələri, məzmun və qiymətləndir-
mə standartları, müvafiq təlim strategiyaları əhatə olunmuşdur.
Təhsilin əvvəlcədən müəyyən olunmuş nəticələr və bunların
əsasında formalaşdırılmış dövlət tələbi olan məzmun standartları
360
məhz yeni pedaqoji təfəkkürün təcəssümüdür. Milli Kurikulumda
təsbit olunmuş ümumi təhsilin hər bir pillədə tədris olunan fənlər
üzrə nəticələr fənn kurikulumlarının müəyyənləşdirilməsində bir
növ, açar rolunu oynayır, məntiqi ardıcıllığın gözlənilməsinə möh-
kəm zəmin yaradır. Təlimin nəticələri, başqa sözlə desək, məqsəd-
lərdir və onların konkret məzmun standartları formasında ifadə edil-
məsi, əldə olunması nəzərdə tutulan bilik və bacarıqların minimum
həddini özündə ehtiva edir. Xarakterik cəhət həm də odur ki, məz-
mun standartları özündə iki əsas komponenti - bilik və fəaliyyət
komponentlərini birləşdirir. Bu standartların fəaliyyət hissəsinin ba-
carıqlar şəklində verilməsi isə biliklərin şagirdlər tərəfindən həqiqə-
tən mənimsənilməsini nümayiş etdirmək zərurəti ilə bağlıdır. Bilik-
lərin nümayişi prosesində şagirdlərin tələb edilən bacarıqlara, mə-
sələn, idraki (təhliletmə, müqayisəetmə, planlaşdırma...), informa-
tiv-kommunikativ (izahetmə, şərhetmə, təqlidetmə, təsviretmə, ün-
siyyətqurma...), psixomotor (oxumaq, yazmaq, saymaq, dəyişmək,
hazırlamaq, tərtib etmək, qurmaq...) bacarıqlara yiyələnməsi səviy-
yəsi real surətdə üzə çıxır. Əgər biliklərin mənimsənilməsi müvafiq
bacarıqların qazanılması ilə müşayiət olunarsa, təhsil artıq mahiyyət
etibarilə dəyərlər kompleksinə çevrilir. Müasir kurikulumların
şəxsiyyətyönümlüyünü şərtləndirən başlıca amil də məhz bu
cəhətdir. Fənn kurikulumlarında hər bir əsas standart alt standart-
larla müşayiət edilir. Bu, bir neçə məqsədə nail olmağa imkan verir.
Kifayət qədər ümumi formada ifadə olunan altstandartlar müxtəlif
təlim məqsədlərini reallaşdırmaq üçün onlara dönə-dönə müraciət
etmək imkanı yaradır. Bir qayda olaraq əsas standart bir neçə sinif-
də və hətta bütün təhsil pilləsi ərzində eyni formada ifadə olunur.
Bu zaman sinifdən-sinifə keçdikcə əhatə olunan bilik və bacarıq-
ların miqyası alt standartlar vasitəsilə müəyyən olunur. Bu, həm də
sinifdən-sinifə biliyin və fəaliyyətin necə inkişaf etdiyini izləməyə
imkan verir.
Eyni zamanda hazırlanmış kurikulumlarda inteqrasiya xüsusi
tələb kimi irəli sürülmüş məzmunun inteqrativliyi, fənnin inteqrativ-
liyi, standartların inteqrativliyi, bacarıqların inteqrativliyi, prosesdə
inteqrativlik nəzərə alınmışdır.
361
Yeni kurikulumlarla tədrisə başlanılmışdır. Ölkəmizdə həyata
keçirilən kurikulum islahatı mərhələli proses olmaqla, innovasiya-
lara əsaslanan və əvvəlcədən müəyyən edilmiş real nəticələrə istiqa-
mətlənmiş geniş fəaliyyət sahəsinə çevrilmişdir.
Fənn kurikulumlarında təlim nəticələri və məzmun standart-
ları ilə yanaşı, eyni zamanda təlim strategiyaları, fəndaxili və fənlər-
arası inteqrasiya cədvəlləri, qiymətləndirmə standartları öz əksini
tapmış, fənnin məqsədləri açıqlanmış, fənnin tədrisinin zəruriliyi
əsaslandırılmışdır. Bununla da həmin kurikulumlar təlim fəaliyyə-
tində ən vacib hesab olunan parametrləri özündə birləşdirməklə
konseptual xarakterli bir sənəd kimi meydana çıxmışdır.
Əlbəttə, köhnə təhsil ideologiyasından ayrılaraq yenilikləri
birdən-birə qəbul etmək çox çətindir. Ancaq həyat inkişafdadır və
zamanın nəbzini tutub onun tələblərinə uyğunlaşma zərurəti yaşan-
mış dövrlərdə təqdirəlayiq keyfiyyət hesab olunmuşdur. Əslində,
bütün yeniliklərə, islahatlara aparan yol insanların təfəkküründən
keçir. Meydana çıxan yeni ideyalar dünyagörüşünə çevrilməzsə, on-
ların həyata keçirilməsi mümkün ola bilməz. Bu mənada Azərbay-
canın ümumi təhsil sistemində islahatlara başlanandan indiyədək
kurikulum anlayışının, təhsilin məzmununa verilən müasir tələb-
lərin, yeni təlim strategiyalarının və qiymətləndirmə mexanizmləri-
nin mahiyyətinin pedaqoji ictimaiyyət arasında izahı və təbliği pro-
sesi mühüm əhəmiyyət daşımışdır.
***
Araşdırmalar göstərir ki, şəxsiyyətin formalaşmasında müstəsna
əhəmiyyət daşıyan müasir təlim yanaşmaları təhsilimiz üçün göründüyü
qədər də yeni məsələlər deyil. Bu yanaşmalar N.Gəncəvi, Ə.Marağalı,
N.Tusi, M.F.Axundzadə, F.Köçərli, H.Zərdabi, Ü.Hacıbəyov və başqa
mütəfəkkirlərin, maarifçi demokratların dünyagörüşləri baxımından təd-
qiq edilərkən aşkar olmuşdur ki, əslində, bu gün yeni hesab edilən məsələ-
lərin Şərqin təhsil tarixində dərin kökləri mövcuddur. Təbiətin və insanın
kəşfi kimi qiymətləndirilən intibah dövründə N.Gəncəvi insanın “özünü
dərk etməsi” mülahizəsini irəli sürür. İnsanın özünü dərk etməsini şair
“həyatda, cəmiyyətdə yerini bilməsi, xeyirlə şəri ayırd etməsi, mürəkkəb