356
ri zəruri minimum həcmdə olmaqla onun şəxsi düşüncəsinin məhsu-
luna çevirmək və sonrakı müstəqil düşüncələr üçün əsas yaratmaq-
dır. Başqa sözlə, təhsilin məqsədi məhz bu mühiti yaratmaqdır.
Həddindən çox informasiyanı şagirdlərə yaradıcı düşüncənin
məhsulu olaraq çatdırmaq olmaz. Müəllimin real səviyyəsi, şagirdin
imkanları ilə onların üzərinə qoyulan yük arasında uyğunsuzluq ol-
mamalıdır. Tələb olunan zəruri minumum olmalıdır ki, müəllim şa-
girdlərin biliklərə yiyələnməsi prosesini fəal, şüurlu, imkan daxilin-
də maksimum müstəqil və yaradıcı proses kimi təşkil etməyi bacar-
sın. Bu halda bilik praktik fəaliyyətin əsası kimi fəal düşüncə prose-
sində formalaşar və şagirdlər həqiqətən bu prosesin iştirakçısına
çevrilmiş olarlar.
10.2.2. Azərbaycanda ümumi orta təhsilin məzmunu
sahəsində islahatlar
Hər hansı bir təhsil səviyyəsində (pilləsində) uğurlu nəticənin
əldə olunması, heç şübhəsiz, həmin pillə üzrə təhsilin məzmununun
nə dərəcədə optimal və məqsədyünlü müəyyənləşdirilməsindən
birbaşa asılıdır. İctimai tələb, cəmiyyətin inkişaf perspektivləri
bütün dövrlərdə təhsilin məzmunu ilə bağlı vəzifələrin dəqiqləşdiril-
məsində əsas amil olmuşdur. Ötən əsrin 20-30-cu illərindəki təhsil
proqramları ilə əsrin sonundakı təhsil proqramlarının müqayisəsi
göstərir ki, o zaman kütləvi savadsızlığın aradan qaldırılması ən
ümdə vəzifə sayılırdı, icbari ibtidai, yeddiillik təhsilə keçid böyük
qələbə hesab olunurdu. XX əsrin 70-80-cı illərində linqafon kabine-
tinin quraşdırılması məktəb üçün əlamətdar hadisəyə çevrilirdisə, bu
gün təhsil müəssisələrinin kompyuterləşdirilməsi, təhsil sisteminin
informasiyalaşdırılması mühüm prioritetlərdəndir. Dövrə, zamana
uyğun olaraq tələblər də dəyişmişdir. Başqa sözlə, dövr, zaman
sifarişçi, təhsil sistemi isə həmin sifarişçilərin, bir növ, icraçısıdır.
Elmi-texniki tərəqqinin sürəti daim yüksələn xətlə inkişaf edir. Bu-
rada inqilabi dəyişikliklər tez-tez baş verir. Belə bir şəraitdə təhsilin
məzmunu ilə əlaqədar eksperimentlər aparılmışdır. Müxtəlif illərin
tədris planlarının təhlili göstərir ki, müəyyən dövrdə şagirdlərin
əmək hazırlığına daha çox önəm verilmiş, politexnik təlim diqqət
357
mərkəzində olmuşdur. Bu eksperimentlər daha təkmil bir sistem
yaratmağa, təhsilin məzmununu maksimum səviyyədə dövrün
tələblərinə uyğunlaşdırmağa xidmət etmişdir.
Keçmiş Sovetlər Birliyində eksperimentlər mərkəzdəki ən
yaxşı, hərtərəfli təchiz edilmiş məktəblərdə sınaqdan keçirilirdi, nə-
ticələri isə bütün SSRİ məkanındakı məktəblərdə tətbiq olunurdu.
70 ildən artıq bir müddətdə keçmiş SSRİ məkanına daxil olan bütün
respublikalar üçün təhsilin məzmunu yalnız mərkəzdə hazırlanırdı.
Hamı ana dili və konkret respublikanın tarixindən başqa digər əksər
fənləri vahid dərsliklər vasitəsilə tədris etməyə məcbur idi. Əlbəttə,
bu o demək deyildi ki, sovet təhsil sistemi zəif sistem olmuşdur. Sa-
dəcə, bütün səlahiyyətlər bir mərkəzdə cəmləşdirildiyi üçün respub-
likalar təhsilin məzmunu ilə bağlı məsələlərə müdaxilə edə bilmir-
dilər.
O vaxtlar inkişaf etmiş ölkələrdəki təcrübəni öyrənməyə də
imkan yaradılmırdı. Dünya təhsilində gedən proseslərdən ayrı düş-
müş Sovet təhsil sistemində bilavasitə məzmunla bağlı belə bir kon-
septual ideya formalaşmışdı ki, tədris olunan hər bir fənn daxilində
mümkün qədər çox bilik, məlumat, fakt verilməli, nəticə etibarilə
sovet məktəbinin yetirmələri hər şeydən xəbərdar olmalı, daha geniş
bilik əldə etməlidirlər. Məhz buna görə də tədris proqramları şişirdi-
lir, dərsliklər bir sıra hallarda zəruri olmayan, şagird üçün elə bir hə-
yati əhəmiyyət kəsb etməyən materialla yüklənirdi. Diqqət mərkə-
zində bilavasitə nəzəri biliklərin mənimsədilməsi dayandığı üçün
uşaqlara gələcək həyatlarında lazım olan bacarıqların aşılanması
sanki unudulurdu. Ona görə də sonrakı illərdə aparılan təhlillər bir
daha sübut etdi ki, orta təhsil müddətində şagirdlərin ayrı-ayrı fənlər
üzrə aldıqları bilik və məlumatların xeyli hissəsi müstəqil həyatda
praktik əhəmiyyət kəsb etmədiyindən tez bir zamanda yaddan çıxır.
Həmçinin müəyyən edilmişdir ki, tədris proqramları mürəkkəb ol-
duğu üçün şagirdlər bir sıra fənlərdən, xüsusilə də riyaziyyat, kim-
ya, biologiya, fizikadan təlim materiallarının böyük bir hissəsini
mənimsəyə bilmirlər. Uşaqların təhsilə maraqlarının azalmasının,
təhsildən yayınmalarının bir səbəbi də bununla bağlı idi. Əsas səbəb
isə, şübhəsiz, məzmun standartlarının formalaşmaması idi. Pedaqoji
ədəbiyyatda, hüquqi-normativ sənədlərdə standart, təhsil standartı ter-
358
minləri işlənsə də, bunlar mahiyyət etibarilə fənlərin məzmununda öz
ifadəsini tapmırdı.
İnkişaf etmiş ölkələrin təcrübəsində ümumi orta təhsilin məz-
mununa, onun müntəzəm surətdə yeniləşdirilməsi və təkmilləşdiril-
məsi, zəruri biliklərin mənimsənilməsi ilə yanaşı, təhsilalanlarda hə-
yati bacarıq və vərdişlərin formalaşmasına daha çox diqqət yetirilir.
Çünki sonrakı təhsil mərhələləri orta təhsilin nəticələri üzərində qu-
rulur. İnsan gələcək həyat fəaliyyətini təmin edən ayrı-ayrı sahələr
üzrə müəyyən biliklərə, bacarıq və vərdişlərə məhz orta məktəbdə
yiyələnir. Ümumi təhsil vətəndaşın sonrakı inkişafı üçün bünövrə
rolunu oynayır. Bu mənada ümumi orta təhsilin məzmununun cə-
miyyətin, dövlətin, fərdin tələbatına uyğun müəyyənləşdirilməsi bü-
tün vaxtlarda ən aktual məsələ olmuşdur.
2002-ci ildə Təhsil Nazirliyi və Dünya Bankının ekspertləri
tərəfindən aparılan birgə tədqiqatlar mövcud kurikulumlarla bağlı
əsas problemləri aşkar etmişdi. Birinci problem məzmunun nəticə-
yönümlü deyil, təklifyönümlü olması idi. Yəni tədris proqramları
mövzuların siyahısından və mətnlərdən ibarət idi. Qiymətləndirmə
standartları və üsulları barədə heç bir məlumat verilmirdi. Qiymət-
ləndirmə məzmunun hazırlanması prosesinin tərkib hissəsi sayılmır-
dı. Nəticədə şagirdin hansı bilik və bacarıqları əldə edəcəyi müəy-
yən deyildi.
İkinci problem məzmunun nəzəri və abstrakt olması, həyati
bacarıqlara əsaslanmaması və nəticə etibarilə şəxsiyyətyönümlü ol-
maması idi. Məzmun faktoloji xarakter daşıyırdı, məlumatların yad-
da saxlanması bacarığına üstünlük verilirdi. Bu da şagirdləri əzbər-
çiliyə sövq edirdi, onların təfəkkür və düşüncə qabiliyyətini inkişaf
etdirmirdi. Əlbəttə, bilik inkişafın hərəkətverici qüvvəsidir, lakin şa-
girdə məhz o biliklər aşılanmalıdır ki, gələcək həyatında ona lazım
olsun. Əgər verilən biliklərin təcrübi və tətbiqi əhəmiyyəti yoxdur-
sa, onun səmərəsindən danışmağa dəyməz. Müasir dövrün tələbi bu-
dur ki, təlimin məzmunu təriflərin, düsturların, tarixi gün və hadisə-
lərin əzbərlənməsindən, nəzəri materialların mənimsənilməsindən
daha çox, şagirdlərdə yaradıcı düşünmə, müstəqil öyrənmə və qərar
qəbuletmə, təşəbbüskarlıq, tətbiq və tədqiqatçılıq bacarıqlarının, ira-
di keyfiyyətlərin formalaşmasına yönəlməlidir.
Dostları ilə paylaş: |