376
ilə növbəti təlim materiallarının mənimsənilməsi üçün zəmin yara-
dılmasını tələb edir.
6. Yaş səviyyəsinə uyğunluq. Dərsliklər şagirdlərin yaş sə-
viyyəsinə uyğun hazırlanmalıdır. Bu zaman iki əsas tələb diqqət
mərkəzində saxlanılmalıdır: a) dizayn; b) təlim materiallarının məz-
munu, həcmi, maraqlılığı.
7. Təlim vaxtına uyğunluq. Təlim materiallarının miqdarı və
ağırlıq çəkisi müəyyənləşdirilərkən ayrılan vaxt nəzərə alınır. Bu
zaman nəzəri və praktik materialların balansının gözlənilməsi, stan-
dartların reallaşdırılmasına yönəldilməsi zəruri hesab edilir. Şagird-
lərin təlim marağının gücləndirilməsi üçün motivasiya imkanları ge-
nişləndirilir.
8. Oxunaqlıq. Oxunaqlığın nəzərə alınması üçün ilkin olaraq,
məzmun materiallarının maraqlı olması vacib hesab edilir. Belə ma-
teriallar şagirdlərin diqqətinə səbəb olur, onları öyrənməyə təhrik
edir. Təlim materiallarının lakonikliyi, aydın üslubda, sadə dildə ol-
ması öyrənmə fəaliyyətinin səmərəliliyini artırır.
9. İnklüzivlik. Bu prinsip əsasında yazılmış dərslik özünün
əhatəliliyinə görə seçilməlidir. Təlim prosesində yalnız bir səviy-
yəni deyil, müxtəlif səviyyələri ehtiva etməlidir. Həm istedadlı, həm
də müəyyən səbəblərdən geridə qalan, sağlamlığı məhdud olan və
xüsusi qayğıya ehtiyacı olan uşaqların, şagirdlərin təlim maraqlarını
ödəyə bilməlidir. Bunun üçün təlim materiallarının seçilməsinə və
dərsliyə daxil edilməsinə diferensial yanaşılmalı, hər bir sinifdə şa-
girdlərin inkişaf səviyyələri nəzərə alınmalıdır.
10. Fəal təlim üçün şəraitin yaradılması. Fəal təlim müasir
təhsil prosesinin əsas atributlarından hesab edilir. Onun qurulmasın-
da bir çox amillərlə yanaşı, dərslik də həlledici rol oynayır. Nəticə-
yönümlü kurikulumlar məhz belə dərsliklərin hazırlanmasını tələb
edir. Ona görə də dərsliklər formalaşdırılarkən fəal təlim üçün şərai-
tin yaradılması diqqət mərkəzində saxlanılmalıdır. Təlim material-
ları fəal təlim prosesinin məntiqinə uyğunlaşdırılmalıdır. Təlim ma-
rağının formalaşdırılması, problemin qoyuluşu, həll edilməsi, təq-
dimolunma və qiymətləndirmə dərsliyin texnoloji (metodik) siste-
minin əsasını təşkil edir.
377
11. Gigiyenik tələblərə uyğunluq. Dərsliklər həm də gigiye-
nik tələblərə cavab verməli, ona uyğun hazırlanmalıdır. Bu zaman
Azərbaycan Hökuməti ilə razılaşdırılmış “Ümumtəhsil sistemində
dərslik siyasəti” və Təhsil Nazirliyinin qəbul etdiyi “Dərsliklərin tex-
niki və gigiyenik standartları” adlı normativ sənədlərə istinad olun-
malıdır.
Dərsliklərin hazırlanmasında mənbələrin göstərilməsi, təlim
materiallarında kütləvi informasiya vasitələrindən istifadə imkanları-
nın nəzərə alınması məsələləri də mühüm prinsiplər kimi dəyərləndi-
rilməli, onların da nəzərə alınması diqqət mərkəzində saxlanılmalıdır.
İdrakın inkişaf etdirilməsi və şəxsiyyətin mühüm göstəricisinə
çevrilməsi müasir təhsilin mühüm fəaliyyət istiqamətlərindən biri-
dir. Məktəb məkanında idrak (psixi) prosesləri konsepsiyasının əsas
paradiqmaları inkişafetdirici və tərbiyəedici təlim prinsipləri ilə
bağlıdır. Bu iki önəmli prinsipin qovşağında isə müasir məktəb özü-
nün ən başlıca misiyasını yerinə yetirir. Ona görə də təhsilə aid ha-
zırlanan bütün resurslar, o cümlədən də dərsliklər bu məqsədə yö-
nəldilməli, şəxsiyyətin inkişaf dinamikasını təmin edən, onu daim
izləyə bilən bir vasitə rolunu oynamalıdır. Bunun üçün ilk növbədə,
şagirdin fəaliyyət dairəsi, formalaşdırılacaq bacarıqlar konkret ola-
raq müəyyənləşdirilməli, dərsliklərin məzmununda olan materiallar
bilavasitə onların hərəkət mexanizminə çevrilməlidir.
Psixoloq və pedaqoqların fikrinə görə, fəaliyyətlər üç istiqa-
mətdə qruplaşdırılır: idraki, informativ-kommunikativ, psixomotor.
Bu fəaliyyətlərə uyğun da bacarıqların olduğu göstərilir. Şagird şəx-
siyyətinin inkişafı həmin bacarıqların fonunda tənzim olunur .
378
Sxem 1
İnkişafı təmin edən bacarıqların sxematik təsviri
Sxemdən göründüyü kimi, idraki, informativ-kommunikativ
və psixomotor bacarıqların hər biri də əlaqəli bacarıqlar şəbəkəsin-
dən ibarət olmaqla bütöv bir komplekt təşkil edir. Dərsliklər hazırla-
narkən bu cəhətlər nəzərə alınmalı, şəxsiyyətin idraki, informativ-
kommunikativ və psixomotor bacarıqlarının inkişafını təmin edən
materiallar o cümlədən çalışma və tapşırıqlar dərsliyə daxil edilmə-
lidir. Bu zaman hər bir növdən olan bacarıqların özünəməxsusluğu,
onun daxilində olan mərhələlərin ardıcıllığı nəzərə alınmalıdır.
İş dəftərləri şagirdlər üçün nəzərdə tutulur. Onun hazırlanma-
sında başlıca olaraq iki mühüm tələb diqqət mərkəzində saxlanılır:
1. Dərslikdəki təlim materialları ilə əlaqəlilik. Məlum oldu-
ğu kimi, dərslik məzmununda öyrənilməsi nəzərdə tutulan anlayış-
lara, qaydalara, qanunauyğunluqlara, təsnifatlara və sairə aid məlu-
matları, ən zəruri çalışma və tapşırıqları əhatə edir. İş dəftərində hə-
min materiallara aid müxtəlif suallar, çalışma və tapşırıqlar sistemi
verilir. Həmin materiallarda dərsliklərdəki şərhlərin nümunələrlə
əsaslandırılması, yaxud qrafiklər, cədvəllər, şəkil və illüstrasiya ma-
terialları üzərində fəaliyyətlərin təşkil olunması nəzərdə tutulur.
idraki
informativ-
kommunikativ
bacarıqlar
psixomotor
qavrama
ünsiyyət
qaydalara uyğun
fəaliyyət
təhlil
təsviretmə
sərbəst
fəaliyyət
dəyərləndirm
ə
təqdimetmə
yaradıcılıq