Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə136/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   236

 

396 


ilə şagirdlərin istehsal münasibətlərinə hazır olması üçün onların zə-

ruri inkişafına şərait yaranır. 

Təlim  prosesində  hökmən  uşağın  yaş  mərhələlərinin  təbiəti, 

konkret ictimai-tarixi şəraitin ona təsiri nəzərə  alınmalıdır. Bu pro-

sesin müvəffəqiyyəti fəaliyyət aktlarının necə seçilməsindən və on-

ların hansı ardıcıllıqla əvəz olunmasından ciddi şəkildə asılıdır, pro-

sesin  elmi-pedaqoji  əsaslarla  idarə  olunması  üçün  bunu  nəzərə  al-

maq vacibdir. 

Elmi-pedaqoji  idarəetmə  dedikdə  isə  obyektiv  qanunauyğun-

luqları  dərk  etmək,  onardan  istifadə  etmək  əsasında  şagirdin  təlim 

fəaliyyətinə  şüurlu,  məqsədyönlü  təsir  göstərmək  nəzərdə  tutulur. 

Bu proses qarşıya məqsəd qoyulması  ilə başlanır və  praktik nəticə 

əldə edilməsi ilə başa çatır. Bu məqsədə nail olduqda, yeni idarəetm 

dövriyyəsi,  halqası  kimi  digər  məqsəd  irəli  sürülür.  Təlim  prose-

sində  müəlim  idarəetmə  funksiyalarını,  başqa  sözlə,  o,  aşağıdakı 

əməliyyatları yerinə yetirir: proqramın işlənib hazırlanması və qəbul 

edilməsi;  təşkiletmə  (qarşıya  qoyulmuş  proqram  öz-özlüyündə  tə-

min olunmur, ciddi təşkilati iş aparmaq vacibdir); tənzimetmə; uçot 

və nəzarət. 

Təlim prosesinin idarə olunması informasiya işinin  yaxşı təş-

kil olunması ilə də sıx əlaqədardır. Belə ki, bu prosesdə informasi-

ya-proqram işləyib hazırlamaq və qəbul etmək, habelə həmin proq-

ramın yerinə  yetirilməsinə aid fəaliyyətin təşkil edilməsi və tənzim 

olunması çox vacibdir. Başqa sözlə, təlimin səmərəliliyi yalnız opti-

mal informasiya, qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək üçün 

zəruri və kifayət qədər informasiya olduqda təmin edilir. 

Məlumdur  ki,  təlimin  məzmunundan  söhbət  gedəndə  proq-

ramlar  mühüm  əhəmiyyət  kəsb  edən  vacub  element  sayılır.  Təlim 

prosesində istifadə olunan proqram sistemləşdirilmiş biliklərin, fəa-

liyyət  üsullarının  mənimsənilməsinə,  ictimai-məhsuldar  və  əqli 

əməyə  və  birgəyaşayışa  hazırlığa,  fiziki  və  əxlaqi  kamilləşməyə, 

başqa  sözlə,  hərtərəfli  inkişafı  arzu  olunan  (potensial  imkanları 

nəzərə alınmaqla) şagird şəxsiyyətinin inkişafı ilə bağlı məqsədlərin 

reallaşdırılması  ideyasını  özündə  saxlayır.  Şagirdlərin  intellektual 

qabiliyyətlərinin, elmi dünyagörüşünün formalaşmasında əxlaqi, es-

tetik  və  fiziki  keyfiyyətlərinin,  onların  fəaliyyətlərinin  emosional-




 

397 


iradi  cəhətlərinin  inkişafını  istiqamətləndirmək  proqramın  əsas 

məziyyətlərindəndir. 

Təhsil  elmi  dünyagörüşün  formalaşmasının  çox  mühüm  şər-

tidir.  Fəlsəfi  ədəbiyyatda  dünyagörüş  insanın  bütövlükdə  dünyaya, 

özünün oradakı  mövqeyinə olan baxışlarının ümumiləşdirilmiş sis-

temi  kimi  səciyyələndirilir. Elmi dünyagörüş  insana təbiətin və  cə-

miyyətin inkişaf qanunları, öz həyatının məqsədi və mənası haqqın-

da aydın təsəvvür verir.  Təlim  prosesi şagirdlərin dünyagörüşünün 

inkişafı  probleminə  istiqamətlənir,  onlarda  “şəxsiyyət  azadlığı”  ki-

mi çox mühüm keyfiyyətin formalaşması şəraitini yaradır. 

Təlimin  mahiyyəti  haqqında  yuxarıda  dediyimiz  qısa  xülasə-

dən  bir  daha  aydın  olur  ki,  pedaqogikanın  vacib  kateqoriyası  olan 

təlim  prosesi  çox  mürəkkəb  prosesdir.  Onun  layihələşdirilməsi  və 

həyata  keçirilməsi  yaradıcı  fəaliyyətdir.  Yuxarıda  qeyd  etdiyimiz 

kimi,  bu  prosesə  baxışlarda  fikir  ayrılığı  da  yox  deyildir.  Məsələn, 

Krayevski  pedaqoji  mahiyyətinə  görə  təlimə  öyrətmə  və  öyrənmə 

fəaliyyətlərinin  vəhdəti,  bir-birini  nizamlaması,  tamamlaması,  şərt-

ləndirməsi  kimi  baxır.  M.A.Danilovun  fikrincə  isə  təlim  prosesi 

müəllim və onun rəhbərlik etdiyi şagirdlərin elə ardıcıl fəaliyyətləri-

nin məcmusundan ibarətdir ki, məktəblilərə bilik, bacarıq və vərdiş-

lər  sistemini  şüurlu  və  möhkəm  surətdə  mənimsətməyə,  bunun  da 

nəticəsində onların idrak qüvvələrini inkişaf etdirməyə, onları zehni 

və  fiziki  əmək  mədəniyyəti  ilə  silahlandırmağa,  şagirdlərin  dünya-

görüşü və davranışının əsaslarını formalaşdırmağa yönəldilir . Yaxşı 

deyilmişdir,  amma  fikrimizcə,  “bunun  da  nəticəsində”  sözlərinin 

əvəzinə  “bununla  ayrılmaz  şəkildə”  sözlərinin  işlədilməsi  daha 

məqsədəuyğun olardı. Çünki, burada qarşılıqlı şərtlənmə mövcuddur. 

Təlim prosesi anlayışını  daha  yığcam şəkildə səciyyələndirən 

Y.K.Babanski yazır: “Ümumtəhsil məktəblərində təlim prosesi mü-

əllim və şagirdlərin elə xüsusi təşkil olunan fəaliyyətidir ki, təhsil, 

tərbiyə  və  inkişaf  vəzifələrinin  həllinə  yönəldilir”.  Burada  təhsil, 

tərbiyə  və  inkişaf  kimi  üç  vəzifənin  bir-birindən  ayrılmadan  tərifə 

daxil  edilməsi,  təlim  prosesinin  çox  vacib  bir  cəhətini  vurğulayır. 

Təlim  prosesində,  doğrudan  da  təhsil,  tərbiyə  və  inkişaf  vəzifələri 

daxili vəhdətdə yerinə yetirilir. Bizim fikrimizcə, təlim prosesi təh-

silalma,  tərbiyə  və  inkişaf  proseslərinin  daxili  əlaqəsində  mövcud-




 

398 


dur, yəni təlim prosesi bu əlaqədə cərəyan edir. Lakin tərifdə “müəl-

lim  və  şagirdlərin  elə  xüsusi  təşkil  olunan  fəaliyyətidir”  fikrinin 

açıqlanmasına ehtiyac vardır. Çünki orada müəllim və şagird fəaliy-

yətinin səciyyəsi və rolu bir qədər kölgədə qalır. 

Başqa bir müəllif - İ.Y.Lerner belə hesab edir ki, təlim prosesi 

şagirdin  sosial  təcrübənin  müəyyən  hissəsini  mənimsəməsi  üçün 

onun müəllimlə qarşılıqlı əlaqəyə girməsi aktlarının qanuni şəkildə 

bir-birini  ardıcıllıqla  əvəz  etməsidir  ki,  bu  zaman  həm  müəllimin, 

həm  də  şagirdin  fəaliyyəti  dəyişir,  şagird  yeni  keyfiyyətlər  kəsb 

edir. Burada, fikrimizcə, təlim prosesinin mahiyyəti daha yaxşı açı-

lır, belə ki, qarşılıqlı əlaqəyə girən tərəflərin fəaliyyəti inkişafda gö-

türülür. Bununla da, təlim  prosesində başqa komponentlərin də tə-

rəflərin  (müəllim  və  şagirdin)  inkişafının  tələblərinə  uyğunlaşdırıl-

ması zərurəti diqqət mərkəzinə yönəldilir. Lakin burada bir şeylə ra-

zılaşmaq çətindir ki, təlim prosesinin pedaqoji mahiyyətinin mühüm 

cəhətini  təşkil  edən  əlaqədə  şagirdin  fəaliyyətinə  məhdudiyyət  qo-

yulmur;  bu  əlaqə  şagird  tərəfindən  yox,  onun  imkanlarının  mak-

simum səfərbər olması əsasında qarşıya qoyulmuş məqsədlərlə tən-

zimlənən  müəllimin  çox  gərgin  əməyi  nəticəsində  mümkün  olur, 

şagird  sosial  təcrübənin  müəyyən  hissəsini  mənimsəməsi  üçün 

müəllimlə  qarşılıqlı  əlaqəyə  müəllim  tərəfindən  cəlb  olunur.  Məhz 

müəllimin pedaqoji təsiri ilə şagird təlim  prosesində  subyekt  möv-

qeyinə  yüksələ  bilir.  Təlimin  mahiyyətinin  mühüm  cəhəti  kimi  bu 

nəzərə alınmalıdır. 

Təlim prosesi, onun mahiyyəti Azərbaycan pedaqoqlarının da 

diqqət mərkəzində olan problemdir, onların əsərlərində təlimdə mü-

əllimin rolu daha ətraflı qeyd olunur, kölgədə qalmır. Bir neçə baxı-

şa  nəzər  salaq.  B.Əhmədov,  A.Rzayev  “Pedaqogikadan  mühazirə 

konspektləri”  kitabında  təlim  prosesinə  belə  bir  tərif  verir:  “Təlim 

U-nun (müəllim nəzərdə tutulur) rəhbərliyi altında V-nin (söz, əya-

nilik, metodlar, təlim-tərbiyə materialı, ümumiyyətlə, müəllimin sə-

rəncamında olanlar nəzərdə tutulur) tətbiqi ilə S-in (orta məktəb şa-

girdi nəzərdə tutulur) həyatı dərk etməsi, bilik, bacarıq və vərdişlərə 

yiyələnməsi prosesidir”. Həmin kitabın 114-cü səhifəsində isə yazıl-

mışdır:  “Təlim  –  müəllimin  rəhbərliyi  və  müvafiq  vasitələrin  kö-

məyi  ilə  şagirdin  həyatı  dərk  etməsi  prosesidir”.  İkinci  tərifin  iza-




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə