Annotasiya


rində təlim prosesi müəllimin rəhbərliyi altında şagirdlərin həya-



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə138/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   236

 

402 


rində təlim prosesi müəllimin rəhbərliyi altında şagirdlərin həya-

ta  hazırlanmasını  sürətləndirmək  məqsədilə  onların  bilik,  baca-

rıq və vərdişlərini daha səmərəli təmin etməyə istiqamətləndirən 

elə pedaqoji prosesdir ki, burada şagirdlərin imkanlarına uyğun 

inkişaf dərəcəsində əqli, əxlaqi, psixi və əməli fəaliyyətə cəlbolun-

ma aktları qanunauyğun şəkildə vəhdət halında həyata keçirilir. 

Fikrimizcə, təlim prosesinə vermiş olduğumuz tərifdə onun pedaqoji, 

psixoloji,  əxlaqi  mahiyyəti  öz  əksini  tapmışdır.  Tərifdə  “pedaqoji 

proses” cins, “təlim prosesi” növ kimi qəbul olunmuşdur. Təlim pro-

sesinin  əsas  komponenti  müəllim  və  şagirdlər  hesab  olunmuşdur. 

Qarşıya  qoyulmuş  məqsəd  göstərilmişdir.  Şagirdlərin  imkanlarına 

uyğun, inkişaf dərəcələri nəzərə alınmaqla əməli və zehni fəaliyyətə 

cəlb  olunmaları  xüsusi  vur-ğulanmışdır.  Müəllimin  rəhbərliyi,  peda-

qoji təsiri, yönəldiciliyi ilə şagirdlərin fəaliyyətə cəlb edilməsi aktla-

rının bir-birini yalnız qanunauyğun şəkildə, yəni obyektiv olaraq əvəz 

etməsi faktına diqqət yönəldilir. Prosesin məqsədinin həyata keçməsi 

üçün  əsas  olaraq  şagirdlərin  təhsil,  tərbiyə  və  inkişafdan  ibarət  tər-

kibdə olması vurğulanır. 

Uşağın fəaliyyət və davranışını bəşəriyyətin ictimai təcrübəsini 

mənimsəməyə yönəldən fəal prosesin məktəbin vəzifələrinə müvafiq 

idarə olunması üçün onun qnoseoloji, məntiqi, psixoloji və pedaqoji 

əsaslarını müəyyənləşdirməyi, həmin əsaslarla idarəetmənin qanuna-

uyğunluqlarını aşkarlamağı, inkişafın hərəkətverici qüvvəsi kimi əsas 

ziddiyyətləri seçməyi, onların əmələ gəlməsi və həll olunmasında pe-

daqoji  təsirin  vasitə,  forma  və  metodlarının  səmərəli  şəkildə  tətbiqi 

istiqamətlərinin nəzəriyyə və praktikasının işlənilməsini tələb edir. 

Şübhə  yoxdur  ki,  təcrübə  uşağın  fəaliyyəti  nəticəsində  mə-

nimsənilir, onun inkişafı fəaliyətin nəticəsidir. Haqqında söhbət ge-

dən  fəal  prosesə  daxil  olan  uşağın  fəaliyyətinin  idarə  olunmasının 

istiqamətləri  obyektiv  və  subyektiv  cəhətləri  özündə  ehtiva  edir. 

İdarəedən şagirdin fəaliyyətinin obyektiv şəkildə mövcud olan tərəf-

lərini görməli, məqsədəuyğun şəkildə onların vəhdətini nizamlama-

ğa yönəlməli, şəraiti tənzimləməlidir. Şagirdin fəaliyyətində müxtə-

lif  cəhətliliyin  mövcud  olduğu  qiymətləndirilməli,  əqli  fəaliyyətin 

analitik və evristik məntiqlərinin vəhdətinə diqqət yönəldilməlidir. 

 



 

403 


*** 

 

“Təlim  prosesi”  anlayışına  “sistem-struktur”  baxımdan  yanaşdıq-



da “mükəmməl sistem” və ya “bütöv  sistem” anlayışlarını işlətməli olu-

ruq.  Pedaqogika  nəzəriyyəsində  təlimin  müxtəlif  sistemləri  haqqında  çox 

yazılmışdır, didaktlar tərəfindən bu və ya digər konsepsiyaya üstünlük ve-

rilməsini  özündə  ehtiva  edən  təlim  sistemlərinin  mövcudluğu  göstərilir. 

Heç şübhə yoxdur ki, mükəmməl təlim sisteminin nəzəri və praktik əsasla-

rının işlənilməsi didaktikanın mərkəzi problemidir. Bizcə, təlim sisteminin 

mükəmməlliyi onun bəşər mədəniyyətinin zəruri hissəsinin şagirdlər tərə-

findən mənimsənilməsinə imkan verən ən səmərəli yolları özündə saxlama 

səviyyəsi, başqa sözlə, şəxsiyyətin inkişafına edə biləcəyi sürətləndirici tə-

sirin  effektliliyi  ilə  xarakterizə  oluna  bilər;  belə  sistem  təhsilin  bütün 

səviyyələrini əhatə etməlidir, həm reproduktiv, həm də yaradıcı səviyyədə 

mənimsəmə  isə  yalnız  əqli  fəaliyyətin  analitik  və  evrestik  növlərinin 

məqsədəuyğun  idarə  olunması  nəticəsində  mümkündür.  Biz  belə  hesab 

edirik ki, idrakın gerçəkliyi əksetdirmə qanunauyğunluqlarına, təlim pro-

sesinin  mahiyyətinə  az-çox  bələd  olan  hər  bir  kəs  bu  fikrə  etiraz  etməz. 

Odur ki, biz təlimin elə sistemini mükəmməl hesab edirik ki, o, özündə bir 

çox  cəhət  və  keyfiyyətlərlə  (altsistemlərdən  ibarət  olması,  ayrıla  bilən 

altsistemlərin  qarşılıqlı  əlaqəsini  təyin  edən  xassənin  olması,  idrakın 

bütöv  sisteminə  uyğun  qoyula  bilməsi  və  s.)  yanaşı,  onun  alqoritmik 

(analitik fəaliyyətin mühüm tərkibi olaraq) və evristik fəaliyyətin optimal 

nisbətini özündə ehtiva etmiş olsun. 

Mükəmməl təlim sistemi özünə nəzərən daha mükəmməl sistem olan 

pedaqoji prosesdə ehtiva olunur. Elə bu səbəbə görə də, təlim sisteminin 

təbiətini  açmaq  üçün  pedaqoji  prosesin  təbiətinə  dayanmaq  vacibdir. 

Unutmaq  olmaz  ki,  böyük  sistem  ehtiva  etdiyi  kiçik  sistemə  nəzərən 

emercent xassələrə malik olur. 

 

 



11.2. Təlimin fəlsəfi əsasları 

 

Təlim  sistemində  idarəetmənin  fəlsəfi-metodoloji  problemlə-



rinin  mühüm  aspektləri  idrak  nəzəriyyəsi  ilə  obyektiv  əlaqə  zəmi-

nində müəyyənləşir. Pedaqoji ədəbiyyatda təlim prosesi ilə elmi id-

rak prosesinin müqayisəsində üç nöqteyi-nəzəri fərqləndirmək olar: 



 

404 


1.  Bəziləri  tərəfindən  təlim  prosesinin  özünəməxsus  xüsusiy-

yətləri lazımınca qiymətləndirilmədən elmi idrak prosesi ilə eyniləş-

dirilir. 

2. Bəziləri tərəfindən təlim  və  idrak proseslərinin  oxşarlığına 

laqeydlik hiss olunur, onların bir-birindən fərqləri , təlim prosesinin 

spesifik xüsusiyyətləri qeyd olunur. 

3.  Bəziləri  tərəfindən  təlim  prosesi  özünəməxsus  xüsusiyyət-

lərə  malik  elmi  idrak  prosesi  kimi  qəbul  edilir  və  hər  iki  prosesin 

bütün tərəflərinin vəhdətinin əsaslandırılmasına cəhd olunur. 

Akademik  M.M.Mehdizadə  idrak  nəzəriyyəsi  ilə  təlim  nəzə-

riyyəsi arasında olan münasibətlərin şərhi üçün irəli sürülən müddə-

alar arasında müəyyən fərqlərə, hətta fikir ayrılıqlarına yol verildiyi-

ni qeyd edirdi. O, yazırdı ki, bəziləri idrak nəzəriyyəsi ilə təlim nə-

zəriyyəsini  tamamilə  eyniləşdirir,  bunların  arasında  olan  fərqləri 

unudurlar, təlim prosesinin təşkilini idrak prosesinin gedişi kimi qə-

ləmə verməklə şagirdlərin yaş xüsusiyyətlərini və imkanlarını nəzə-

rə almağı yaddan çıxarır və beləliklə də, əslində didaktikanın özünü 

inkar etmək dərəcəsinə gəlirlər. Başqaları qanuni olaraq bu iki pro-

ses arasında olan fərqləri aydın şərh edirlər. Lakin onlar idrak prose-

si ilə təlim prosesi arasında olan vəhdəti unudurlar. M.M.Mehdiza-

dənin fikrincə, bu nəzəriyyənin təlim prosesi nəzəriyyəsi ilə vəhdət 

təşkil etdiyini onda görmək lazımdır ki, təlim prosesində bəşəriyyə-

tə artıq bəlli olan “həqiqət”lərin- biliklərin öyrənilməsi də dialektik 

yolla  gedir,  şagird  bilmədiyini  öyrənir,  tam  və  dürüst  bilmədiyini 

daha tam və daha dürüst öyrənməyə nail olur. Təbiətin insan təfək-

küründə əks olunması haqqında nəzəriyyə didaktiklərə imkan verir 

ki, şagirdlərin idrak fəaliyyətində də, təlim prosesində də ziddiyyət-

lərin yer tutduğu fikrinə gəlsinlər. 

Professor Z.İ.Qaralov belə hesab edir ki, təlim həqiqəti (dərk 

olunmuş  gerçəklikləri)  böyüyən  nəslə  dərk  etdirmək  üçün  məqsəd-

yönlü, əvvəlcədən hərtərəfli proqramlaşdırılmış, öyrədənlə öyrənən 

arasında qurulan qarşılıqlı fəaliyyət prosesidir. Bu cəhətdən idrakla 

təlim arasında ciddi əlaqə var. Hər ikisi dərketmə prosesidir. Dərk-

etmə prosesi isə həqiqətə, obyektiv aləmdəki mahiyyətə doğru irəli-

ləmə,  aşağı  səviyyəli  bilikdən  daha  yüksək  səviyyəli  bilik  aləminə 

yaxınlaşmaq prosesidir. O, idrakın iki əsas pillədə (hissi və məntiqi) 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə