Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə139/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   236

 

405 


olmasını  vurğulayır  və  idrak  prosesinin  inkişaf,  təkmilləşmə  qanu-

nauyğunluğunu göstərir. 

M.A.Danilov  idrak  və  təlim  proseslərinin  bütün  tərəfləri  ara-

sında  vəhdətin  mövcudluğunu  əsaslandırmağa  çalışır.  O,  təlim  və 

idrak arasında ümumi və fərqli cəhətləri şərh edir. Lakin M.A.Dani-

lov təlimdə idrak prosesinin didaktik məsələlərlə şərtləndiyinə lazı-

mınca qiymət vermir. O, burada müəllimin təlim prosesinin yaradı-

cısı olduğunu, onun şagird idrakının xüsusiyyətlərinə təsirini vurğu-

lamır. Halbuki, müəllim xüsusi olaraq seçib götürdüyü məzmundan, 

onun  təlim  metodlarını  seçməsindən,  şagirdin  fəaliyyətini  pedaqoji 

cəhətdən düzgün təşkil etməsindən və  sairədən asılı  olaraq təlimdə 

idrak prosesinin şərtləndiyini həmişə sezmək mümkündür. 

Diqqəti cəlb edən bir mülahizə də M.N.Alekseyevindir. O, he-

sab  edir  ki,  yaşlılarla  uşaqların  idrakında  prinsipial  fərq  yoxdur. 

M.N.Alekseyev hər ikisində  olan ümumi  cəhətləri,  o cümlədən  ya-

radıcılıq elementlərinin mövcudluğunu xüsusilə vurğulayır, elmi id-

rakı  “vasitəsiz  dərk”  kimi  səciyyələndirir.  Bu  fikri  qeydsiz-şərtsiz 

qəbul  etmək  düzgün  olmaz.  Həmin  səciyyə  elmi  idrakın  şagird  id-

rakından çox ciddi və yeganə fərqi deyildir. 

S.A. Şaporinski təlimi idrakdan fərqləndirən cəhətlərə toxun-

maqla  şagirdin  idrakında  müəllimin  müəyyənedici  təsirini  qeyd  et-

mişdir. 


Q.İ.Şukinadan  fərqli  olaraq  M.İ.Maxmutov  elmi  idrakla  uşa-

ğın  idrakının  qarşılıqlı  əlaqəsinin  əsas  cəhətlərinin,  momentlərinin 

gözlənilməsinin  vacibliyini  qeyd  edir.  Onun  fikrincə,  həm  uşağın 

idrakı,  həm  də  ictimai-tarixi  inkişafın  məhsulu  olan  elmi  idrak  ob-

yektə,  gerçəkliyə  subyektin  yaxınlaşması  prosesidir.  Hər  iki  idrak 

növü dialektikanın qanunları üzrə daxili ziddiyyətlərə malik proses 

kimi obyektiv aləmin inikasıdır (16). 

Bu problemə aid ədəbiyyatın təhlili göstərir ki, elmi idrak ilə 

təlimin  qarşılıqlı  əlaqəsindən  bəhs  edən  müəlliflərin  əksəriyyəti  bu 

iki proses arasında oxşar və ya nisbətən fərqləndirici əlamətlərə da-

ha  çox  diqqət  yetirirlər.  Halbuki,  M.M.Mehdizadənin  dediyi  kimi, 

indi  didaktiklər  üçün  tam  aydındır  ki,  bu  iki  müxtəlif  məqsəd  və 

mahiyyət daşıyan, lakin vəhdət təşkil edən prosesləri- təlim prosesi-

ni  və  idrak  prosesini  nə  eyniləşdirmək,  nə  də  birini  o  birindən  çox 




 

406 


uzaq hesab etmək olmaz. Bunların həm fərqləri, həm də oxşarlıqları 

vardır.  İdrak  nəzəriyyəsi  təlim  prosesi  nəzəriyyəsinin  metodoloji 

əsasını təşkil etməklə onun daha düzgün elmi əsaslarda cərəyan et-

məsini, daha aydın işıqlandırılmasını təmin edir . 

Elmi idrakla təlimi idrakın oxşar əlamətləri onların metodoloji 

əsaslarının  eyni  olduğunu  söyləməyə  əsas  verir.  Biz  təlim  sistemi-

nin metodoloji əsası dedikdə, sözügedən prosesə qnoseoloji və dia-

lektik  yanaşmanı  nəzərdə  tuturuq.  Bu  yanaşma  gerçəkliyin  dərk 

olunması  və  dəyişdirilməsi  metodları  haqqında  müəyyən  prinsiplə-

rin  olduğunu  öyrədir,  elmi  idrakı  və  təlimi  həmin  prinsiplər  zəmi-

nində düzgün istiqamətləndirir. Təlim prosesini özünəməxsus xüsu-

siyyətli  idrak  prosesi  kimi  qəbul  etmək  hər  iki  prosesin  oxşar  və 

fərqli  cəhətlərini  müəyyənləşdirməyə,  bu  və  ya  digər  didaktik 

problemin  həllinə  düzgün  istiqamət  seçməyə  əsas  yaradır.  Elmi 

idrakla  təlimi  idrak  arasındakı  oxşar  və  fərqli  cəhətləri  düzgün  və 

hərtərəfli ayırd etməklə şagirdlərin alqoritmik və evrestik fəaliyyət-

lərinin  optimal  münasibətlərini  özündə  ehtiva  edən  sistemi  məqsə-

dəuyğun idarə etmək mümkündür. Başqa sözlə, yalnız bu halda şa-

girdlərin imkanlarını hərəkətə gətirmək olar ki, bu da yeni keyfiyyə-

ti  şərtləndirir.  Əldə  olunmuş  materiallar  bizi  bu  qənaətə  gətirir  və 

şübhə yeri qoymur. 

Əsas qayəsi  şagirdin obyektiv varlığı  dərk, mənəvi  sərvətləri 

əxz etməsi və bunun əsasında gələcək həyatın fəal üzvü kimi onun 

inkişafını  sürətləndirməli  olan  təlim  sistemi  dialektikaya  söykənir. 

Dialektika  müəllimə  idarə  etdiyi  prosesə  sonsuz  hadisələr  sistemi-

nin  (silsiləsinin)  bir  halqası  kimi  baxmağa,  onun  digər  hadisələrlə 

qarşılıqlı münasibətini, asılılığını dərk etməyə imkan verir ki, bu da 

obyektin  hazırki  halını  və  mahiyyətini  dərindən,  dəqiq  öyrənməyə, 

onun hansı istiqamətdə inkişaf edəcəyini və gələcəyinin necə olaca-

ğını  müəyyənləşdirməyə əsas verir. Təlim  sistemində öyrətmə fəa-

liyyətinin  subyektiv  funksiyasını  yerinə  yetirməli  olan  müəllimin 

idrakın ümumi metodoloji prinsiplərini əldə etməsi bu prosesdə ona 

alqoritmik və evristik məntiqlərin yerini düzgün qiymətləndirməyə, 

onların nisbətlərini tənzimləməyə, bu məqsədlə xüsusi metod və va-

sitələri  seçməyə  əsas  yaradır.  Qənaətimiz  belədir  ki,  dialektikanı 

həm ümumi idrak nəzəriyyəsi, həm də elmlərin metodoloji əsası he-




 

407 


sab edənlər yanılmırlar. Səciyyəvi cəhət budur ki, belə bir metodo-

loji əsas evristik xüsusiyyət daşımağa qadirdir. 

Dialektikanın əsas qanun və kateqoriyalarının təlim prosesinin 

idarə olunması üçün metodoloji əhəmiyyəti ondadır ki, o, pedaqoqa 

bu prosesin ziddiyyətli mahiyyətini müəyyən etməyə, təlim prosesi-

nin  və  onun  komponentlərinin  inkişafının  mənbəyini,  hərəkətverici 

qüvvəsini,  daxili  impulslarını  açmağa  imkan  verir.  Həmin  qanuna 

əsaslanmadan, onun məzmun  və mahiyyətinin  təlim  prosesində tə-

zahürünü aydın dərk etmədən pedaqoji prosesə rəhbərlik edənə ha-

disələrin  inkişafında  meydana  çıxan  və  təlim  prosesində  dərk  olu-

nanlara  əks  ziddiyyətlərin  mahiyyətini  başa  düşmək,  bu  obyektiv 

ziddiyyətləri təfəkkürün məntiqi cəhətdən düzgün olmayan gedişin-

dən törəyən subyektiv ziddiyyətlərdən ayırmaq çətin olardı. Əkslik-

lərin vəhdəti və mübarizəsi qanununa əsaslanmaq, təlim prosesində 

ondan  şüurlu  şəkildə  istifadə  etmək,  təlimin  idarə  olunması  prose-

sində qarşıya çıxan bir sıra çətinlikləri aradan qaldırmağa və hadisə-

lərin mahiyyətinə nüfuz etməyə imkan verir. Təkcə əksliklərin vəh-

dəti və mübarizəsi qanunu deyil, materialist dialektikanın digər qa-

nun və kateqoriyaları, prinsipləri də mühüm metodoloji əhəmiyyətə 

malikdir. Məsələn, dialektikanın əlaqə prinsipini götürək. Bu prinsi-

pi təlimə aid etdikdə onun tərəflərinin, metodlarının, əqli fəaliyyətin 

növlərinin bir-biri ilə ayrılmaz əlaqədə olduğunu görürük. 

Elmi  tədqiqatda  olduğu  kimi,  təlim  prosesində  də  idrakın  ən 

ümumi və xüsusi metodları ayrı-ayrılıqda yox, qarşılıqlı əlaqədə öz 

funksiyalarını yerinə yetirir. Dialektik metodun təlim prosesinin ge-

dişinə və onun nəticələrinə təsiri xüsusi metodlar vasitəsi ilə həyata 

keçirilir. Təlimdə alqoritmik və evristik fəaliyyət növlərinin vəhdə-

tinin gözlənilməsi də məhz bu əlaqə haqqında təlimə arxalanır. 

Mühüm  qnoseoloji  kateqoriya  olan  və  dialektik  təbiətli  bilik 

insanların ictimai-tarixi fəaliyyətinin məhsulu olmaqla təkcə ictimai 

hadisə  kimi  qalmır.  Hər  bir  konkret  halda  biliyin  daşıyıcısı  ayrıca 

fərddir. Təlim prosesinin idarə edilməsində ön plana çəkiləcək amil-

lərdən biri də məhz budur. İctimai ilə fərdiliyin dialektik əlaqəsi bi-

lik  anlayışından  təlimdə  düzgün  istifadə  etməyin  vacib  zəminidir. 

Təlim  prosesi  gerçəkliyə  məxsus  olan  predmet  və  hadisələrin  dərk 

olunmasının spesifik növü olduğundan qnoseologiyanın, dialektika-




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə