399
hında müəlliflər göstərirlər ki, “həyat” sözü altında biz təkcə ictimai
həyatı deyil, bütün maddi aləmi, gerçəkliyi nəzərdə tuturuq. Eləcə
də, “həyatın dərk olunması” ifadəsi altında məktəblinin bilik, baca-
rıq və vərdişlər sisteminə, zehni əmək mədəniyyətinə yiyələnməsini,
zehni qüvvələrinin inkişaf etdirilməsini, ümumiyyətlə, şəxsiyyətin
intellektual aləmini, mənəvi zənginliyə sahib olmasını nəzərə alırıq.
Buradan qarşıya sual çıxır: Bəs təlim prosesində şagirdin tərbiyə
olunması onun (təlimin) mahiyyətinə daxil deyildirmi?.....Bununla
əlaqədar xatırlatmaq lazımdır ki, tərif anlayışın bütün əlamətlərini
yox, yalnız mühüm spesifik əlamətlərini əks etdirməlidir və etdirir.
B.Əhmədov və A.Rzayevin təqdim olunan mülahizəsinə biz mü-
nasibətimizi açıqlamırıq, bunu oxucunun sərəncamına veririk. Əs-
lində, təqdim edəcəyimiz digər baxışlarda sözügedən mülahizələrə
münasibət bilavasitə özünə yer almışdır.
Təlim prosesinə verilən təriflərin təkmilləşdirilməsinin zəruri-
liyini qeyd edən akademik M.M.Mehdizadə təlim prosesinə belə bir
tərif verməyi məqbul hesab etmişdir: “.....təlim prosesi müəllim və
şagirdlərin müəyyən quruluşa malik olan elə birgə fəaliyyətidir ki,
bilik, bacarıq və vərdişlər sistemi, təlimin forma, növ və metodları,
didaktik, əyani və texniki vəsaitdən ibarət komponentlərindən istifa-
də edərək şagirdlərin təhsil, tərbiyə və inkişaflarını təmin etməyə
yönəldilir”. Müəllif vermiş olduğu bu təriflə bağlı izah edir ki, təlim
prosesinə belə bir tərif verməklə heç də orijinallıq iddia etmirik,
lakin bunun münasib olduğunu da onda görürük ki, burada həm
təlim prosesinin məqsədləri, həm onun birgə fəaliyyət göstərən əsas
komponentləri (müəllimlər, şagirdlər), həm də ikinci dərəcəli kom-
ponentləri( təlimin məzmunu, forması, metodları, didaktik və əyani-
texniki vasitələri) açıq göstərilir. (orada)
Nəhayət, M.S.Əkbərov və N.P.Cəfərov da özlərinin “Bilik
haqqında nə bilirik?” adlı məqalələrində (bax: “Azərbaycan müəlli-
mi”, 13 may və 20 may 1983-cü il tarixli sayları) yazırlar ki, təlim
elə iki tərəfli prosesdir ki, bu şagirdlərin bilik, bacarıq və vərdişləri
mənimsəməsi, həm də bu fəaliyyətə, tədrisə müəllimin rəhbərliyini
əhatə edir.
Elə bilirik ki, təlim haqqında baxışlara dair gətirdiyimiz bu
nümunələr deməyə kifayət qədər əsas verir ki, təlim prosesinin ma-
400
hiyyətini, onun xarakterini səciyyələndirən müəyyən daxili, nisbə-
tən davamlı təkrarlanan tərəfləri vardır. Fəlsəfi dildə desək, bu da-
xili, zəruri, təkrarlanan, davamlı əlaqələri həmin sistemin (təlim
prosesinin) invariantları adlandıra bilərik. Bu invariantları dərk et-
mək, onları müəyyənləşdirmək, dərinliyinə varmaq həmin invariant-
lardan məqsədəuyğun surətdə istifadə etməyə imkan yaradır. Bu in-
variantları dərk edən müəllim öz praktik fəaliyyətində qarşısına da-
ha düşünülmüş, elmi surətdə əsaslandırılmış məqsədlər qoyur. Bizə
belə gəlir ki, təlim prosesinin daxili, nisbətən sabit cəhətləri əsasən
aşağıdakılardır:
1. Təlim prosesi insanın sosial formalaşmasında (təbii ki,
məktəb yaşı dövrü nəzərdə tutulur) xüsusi əhəmiyyətə malikdir. Tə-
lim prosesi uşağın sosial formalaşmasına təsir edən xarici və daxili
təsirlərlə vəhdətdədir. Təlim prosesi müstəqil yolla həyata keçirilən
özünütərbiyə və özünütəhsil proseslərinin əsasında durur, pedaqoji
ünsürlərə malik olan proseslərlə əlaqələnir və onda ictimai mühitin
mənfi təsirlərinin aradan götürülməsi zərurəti nəzərə alınır.
2. Təlim prosesi pedaqoji prosesdir,onun əsas komponentləri
müəllim və şagirddir. Müəllim təlim prosesində rəhbərlik etmə fəa-
liyyətinin subyektidir, onun fəaliyyəti xarici pedaqoji təsir funksiya-
sına malikdir, o stimullaşdırma, təşkiletmə və tənzimetmə tərkiblə-
rindən ibarətdir, dərk olunmuş məqsədlə (təlimin məqsədi ilə) və
əks-əlaqə faktları ilə tənzim olunur. Müəllimin özü və onun fəaliy-
yəti inkişafdadır, dəyişmədədir. Bu dəyişmə şagirdin özünün və
fəaliyyətinin dəyişməsi ilə vəhdətdədir. Şagirdin fəaliyyəti idarə
olunandır, bu fəaliyyət müəllimin pedaqoji təsirinin onun (şagirdin)
daxili aləmi ilə transformasiyası vasitəsilə şərtlənir. Şagirdin şəxsiy-
yətinin formalaşma tempi, xarakteri, istiqaməti bu fəaliyyətlə əlaqə-
lidir. Öyrətmə və öyrənmə fəaliyyətləri daxili əlaqədədir və vəhdət
təşkil edir.
3. Düz və əks-əlaqə təlim prosesində əsasdır, daxili cəhətdir,
bunsuz səmərəli idarəetmə mümkün deyildir. Müəllimin şagirdi fəa-
liyyətə cəlbetməsi qaydalarınının konkretləşdirilməsinin şərtlərin-
dəndir. Təlimin digər komponentləri arasındakı əlaqə məqsəd, düz
və əks-əlaqənin vasitəsi ilə müəyyənləşdirilir. Pedaqoji prosesdə
düz və əks-əlaqə dəyişmədədir, inkişafdadır.
401
4. Təlim prosesi təhsil, tərbiyə və inkişaf prosesi ilə daxili əla-
qədədir, burada ikinci dərəcəli əhəmiyyətə malik olan yoxdur.
5. Təlimin məqsədini konkret ictimai-tarixi şərait, bəşər mə-
dəniyyətinin inkişaf səviyyəsinin dərk olunması, onun qorunub sax-
lanılması, inkişaf etdirilməsi təcrübəsinin verilməsinin nəzəriyyə və
praktikası, uşağın sosial formalaşmasının qanunauyğunluqları mü-
əyyən edir. Nəzərə alınır ki, bəşər mədəniyyətinin inkişaf səviyyəsi,
onun dərk olunması, qorunub saxlanması və inkişaf etdirilməsi təc-
rübəsi cəmiyyətin insanın sosial formalaşmasına yönələn tələblərilə
və ictimai münasibətlərlə vəhdət təşkil edir.
6. Təlim materialının məzmunu məqsədə və şagirdlərin im-
kanlarına əsasən konkretləşdirilir. Bu zaman onun zəruri bilik və
bacarıqlara müvafiqliyi aparıcı ideyalara, nəzəri müddəaların öyrə-
nilməsinə üstünlük verməklə gözlənilir.
7. Təlimin bütün komponentlərinin əlaqəsi onun nəticəsinin
səmərəliliyinə təsir göstərir.
8. Təlim prosesinin hərəkətverici qüvvəsi təlimin gedişində
irəli sürülən tədris və praktik vəzifələrlə şagirdlərin mövcud bilik,
bacarıq və zehni inkişafının səviyyəsi arasında olan ziddiyyətlərlə
bağlıdır.
9. Təlim prosesi xüsusi qaydada təşkil olunan kollektiv idrak
fəaliyyətinin idarəolunması prosesdir. Məqsədin reallaşması şa-
girdin idrak fəaliyyətinin inkişaf dərəcəsindən asılıdır. Məqsədin
həyata keçirilməsi üçün idrak motivlərinin formalaşması, ümumi-
ləşmə ilə konkretləşdirmənin, reproduktiv fəaliyyətlə yaradıcı fəa-
liyyətin, nəzəri biliklərin əldə olunması ilə onların tətbiqi bacarıq və
vərdişlərinin vəhdəti xüsusi əhəmiyyət kəsb edir.
10. Təlim prosesində müəllim öz pedaqoji təsiri ilə şagirdəri
potensial imkanlarına uyğun (ondan maksimum istifadə olunması
ilə) inkişaf dərəcəsində fəaliyyətə cəlb edir. Belə fəaliyyətə cəlbet-
mə aktları qanunauyğun (burada sosial formalaşmanın, idrakın, haq-
qında söhbət gedən prosesin qanunauyğunluqları nəzərdə tutulur)
şəkildə bir-biri ilə əvəz olunur, hansı ki, bu, qarşıya qoyulmuş vəzi-
fələrin reallaşmasını şərtləndirir.
Nəhayət, mülahizələrimizi ümumiləşdirərək təlim prosesinə
məqbul hesab etdiyimiz tərifi verək. Orta ümumtəhsil məktəblə-
Dostları ilə paylaş: |