423
dirilməyəcək, burada hafizə illüziyasının yaranma ehtimalı artacaq-
dır. Belə illüziyadan xilas olmaq üçün şagirdlərdə özünənəzarət vər-
dişi yaratmaq vacibdir.
2. Materialı anlamağa doğru yönələn fəal fikri proses onu
qeyri-ixtiyari hafizə ilə yadda saxlamağa imkan yaradır.
Bunun tədris işini təkmilləşdirmək üçün böyük əhəmiyyət
kəsb etməsini izah etməyə ehtiyac yoxdur. Bu əsasla bir sıra təlim
metod və priyomlarının tətbiqində ciddi dəyişiklik aparmaq olar.
Məsələn, şagirdlərə “dərsliyin bu paraqrafını öyrənin” tapşırığı
(müəllimin belə tapşırığı çox zaman materialı şagirdin əzbərləməsi
ilə nəticələnir) əvəzinə, müəllim bu paraqrafa aid material üzərində
müəyyən iş aparmağa (məsələn, teoremin isbatı üçün plan tərtib
etməyə, bu materialı əvvəl öyrənilənlərlə müqayisə etməyə və s.)
uşaqları təhrik etsə, onlarda fəal fikri prosesin inkişafına imkan ya-
ratmış olar. Bu isə materialı bütövlükdə yadda saxlamağa kömək
edər, qeyri-ixtiyari hafizə üçün yol açılar.
Müəllim üçün şagirdlərin ixtiyari və qeyri-ixtiyari hafizə ilə
materialı yadda saxlamaları o qədər də vacib deyil. Vacibi budur ki,
material dərindən mənimsənilsin, anlaşılsın. Bunu nəzərə alsaq on-
da yaddaşla bağlı aşağıdakı ümumi qanunauyğunluğu formulə et-
mək olar: əgər şagirdlər material üzərində fəal fikri tapşırıqlar
üzrə işləyirlərsə və bu fəaliyyət materialı başa düşməyə, onu də-
rindən anlamağa doğru yönəlibsə, onda material ixtiyari və qey-
ri-ixtiyari halda müvəffəqiyyətlə hafizədə həkk olar, yaxşı yad-
da qalar.
Material üzərində fəal fikri fəaliyyətlə əlaqədar olan yadda-
saxlamanın mühüm şərtlərindən biri təlim fəaliyyətinin daxili idrak
motivlərinin yaradılmasıdır. Buna tədris məsələləri sisteminin elə
xüsusi təşkili sayəsində nail olmaq mümkündür ki, burada əldə edil-
miş hər bir nəticə ondan sonra gələn hər bir nəticə üçün zəruri vasi-
təyə çevrilmiş olsun.
Biliklər müəyyən faktların, məfhumların və mühakimələrin
sistemidir. Onları yadda saxlamaq üçün müəyyən məna vahidlərinə
ayırmaq faydalıdır.
424
Anlama məntiqi yaddasaxlamanın zəruri şərtidir. Anlanılan
materiallar mənimsənilmiş biliklərlə, insanın keçmiş təcrübəsi ilə
əlaqələnir.
Məntiqi yaddasaxlamada öyrənilən materialın planının tərtib
edilməsi əhəmiyyətlidir. Bu cür planların tərtibində üç mərhələ fərq-
ləndirilir .
Təlim prosesini idarə edərkən psixi proseslərin elə xüsusiyyət
və qanunauyğunluqlarını bilmək vacibdir ki, bunlara istinad etməklə
biliklərin əldə olunmasının gedişində həmin prosesi fəallaşdırmaq
mümkün olsun. Burada həm hafizədə fərdi fərqlər nəzərə alınmalı,
həm də psixi proseslərə bir-birindən ayrılıqda yox, bunların qarşı-
lıqlı əlaqəsində istinad olunmalıdır.
İntellektual proseslərin mexanizmi haqqında assosiativ nəzə-
riyyə psixologiyada tarixən özünə yer tapmışdır. Assosiasionizmin
tərəfdarları eksperimental yolla başlıca olaraq hafizəni öyrənməyə
çalışmış, təfəkkürü isə hafizənin xassəsi kimi izah etmişlər. Assosi-
ativ nəzəriyyənin tərəfdarları yalnız hafizəni yox, həm də təfəkkü-
rün təbiətini əlaqə və assosialarla izah etməyə çalışmışlar. Assosio-
nizm iki təəssürat arasında əlaqənin yaranması üçün onların şüurda
eyni vaxtda təzahür etməsini zəruri və kafi hesab edir. Daha çox
təkrar assosiasiyanın möhkəmliyinin əsas qanunu hesab olunmuş-
dur. Assosiativ təlimdə subyektin fəaliyyətinin təhlili, onun istiqa-
məti, aktivliyi kənara qoyulmuşdur. Hazırda psixoloqların əksəriy-
yəti hesab edirlər ki, assosiasionizm mövqeyindən təfəkkürün anla-
şılması təfəkkürlə bağlı nəzəri fikrin inkişafında ötmüş mərhələdir.
Müasir elmdə şəxsiyyətin fəaliyyətinə onun psixi proseslərinin, o
cümlədən hafizə proseslərinin təşəkkülünü şərtləndirən amil, əsas
anlayış kimi baxan nəzəriyyə daha çox nüfuz qazanmışdır. Ekspe-
rimental şəkildə müəyyən edilmiş və sübut olunmuşdur ki, müvafiq
material yalnız işin məqsədi kimi çıxış etdikdə daha məhsuldar əla-
qələr yaranır və fəallaşır. Həmin əlaqələrin xarakteri, müvafiq mate-
rialın subyektin gələcək fəaliyyətində iştirak dərəcəsi bu əlaqələrin
qarşıda duran məqsədə çatmaq üçün nə kimi əhəmiyyətə malik ol-
ması ilə təyin edilir.
Biliklərin bərpası, reproduksiya haqqında məsələ əqli fəaliy-
yətin assosiativ nəzəriyyəsinin əsas məsələlərindən biri olduğundan
425
o, bəzən reproduktiv təfəkkür nəzəriyyəsi adlandırılır. Reproduktiv
təfəkkür nəzəriyyəsinə əsaslanan təlim ənənəvi didaktikada özünə
yer tapmışdır. Lakin praktika göstərdi ki, bu təlim şagirdlərin yara-
dıcılıq qabiliyyyətlərini və müstəqilliyini formalaşdırmaq tələbinə
tam cavab verə bilmir.
Təfəkkürün eksperimental tədqiqindən alınan nəticələr yara-
dıcı, produktiv təfəkkürün əsas qanunauyğunlarını şərh etməyə im-
kan verir ki, bu da öz növbəsində təlimin optimal sisteminin işlən-
məsi üçün xüsusi əhəmiyyət kəsb edir. Fikri fəaliyyət həm insanlı-
ğın tarixi inkişafı gedişində aşkar edilmiş biliklərin mənimsənil-
məsi, həm də tamamilə yeni biliklərin əldə olunması üçün zəruri
əsasdır. Bu prosesin necə yaranmasını, onun hansı qanunauy-
ğunluqlara malik olmasını açmaq təlimin təşkili və idarə edil-
məsi probleminin həllində ən mühüm psixoloji əsas rolunu oy-
nayır. Psixologiya elmi eksperimental yolla bunu aşkarlamışdır:
Hafizə və təfəkkür iki müxtəlif psixi proses olsa da, bunlar ara-
sında ayrılmaz əlaqə var və biri digərini şərtləndirir. Təfəkkür
hafizənin inkişafının müəyyən mərhələsi əsasında formalaşır. O,
hafizənin məzmununun zənginliyindən və bu məzmundan istifadə
etmək bacarığından asılıdır. Hafizə və təfəkkür arasında əkslik
mövcuddur. Təfəkkür o zaman başlanır ki, keçmiş təcrübədən ça-
tışmayan cəhət ortaya çıxır. P.P. Blonski yazırdı ki, hafizənin məz-
mununu keçmiş təsir, fikirləşməyin məzmununu hələ həll edilməmiş
problem təşkil edir. Biliksiz təfəkkürün inkişafından danışmaq ol-
maz. Əgər bilik yoxdursa, təfəkkürün inkişafı üçün əsas da yoxdur.
Hafizə ilə təfəkkürün arasındakı vəhdət və əkslik alqoritmik fəaliy-
yətlə evristik fəaliyyətin münasibətlərinə aydınlıq gətirən ən mü-
hüm amil, psixoloji əsas kimi dəyərləndiriməlidir.
Təfəkkür prosesi və onun nəticəsi qarşılıqlı əlaqəlidir. Əqli
fəaliyyətin nəticəsi olan anlayış, bilik təfəkkür prosesinin özünə da-
xil olur, onun sonrakı gedişini şərtləndirir.
Məsələ həlli zamanı insan təfəkkürünün sonrakı fəaliyyətini
təmin edən, məsələnin indiyə qədər ona məlum olmayan yeni-yeni
şərtləri və tələbləri müəyyən edilir. Təfəkkür fəaliyyətini şərtləndi-
rən səbəb məsələ həlli zamanı tədricən əmələ gəlir, formalaşır və in-
kişaf edir. Bu, fikrin ilkin şərtlərində əvvəlcədən proqramlaşdırıl-
Dostları ilə paylaş: |