447
12.1. Təlimin mərhələləri
Təlimin mərhələləri və onların ardıcıllığı belədir: 1) yeni
tədris materialının qavranılması; 2) biliklərin, bacarıq və vər-
dişlərin formalaşması; 3) biliklərin, bacarıq və vərdişlərin möh-
kəmləndirilməsi və tətbiqi; 4) müvəffəqiyyətin hesaba alınması
və qiymətləndirilməsi.
12.1.1. Yeni tədris materialının qavranılması.
Bu prosesə şagird psixoloji cəhətdən hazır olmalıdır. Məluma-
tı qavramaq üçün psixoloji hazırlıq şagirdin öyrənəcəyi fənnin məq-
sədini dəqiq və aydın təsəvvür etməsindən ibarətdir. Şagird üçün
onun getdiyi yol aydın olmalıdır. Şagirdin qarşısında məqsəd aydın
qoyulmazsa, məlumatın qavranılmasının səmərəsi az olar və ya heç
olmaz. Ona görə də müəllim məqsədi şagirdlərin nəzərinə çatdırma-
ğa kifayət qədər diqqət yetirməlidir.
Təlimin bu mərhələsində şagirdlər öyrənilən mövzu (material),
qanun və ya qayda ilə ilkin tanış olurlar: onlar öyrənməli olduqları
obyektin, anlayışın, qanunun və ya qaydanın əlamətlərini duyurlar;
görürlər, eşidirlər, toxunurlar, mümkünsə dadırlar. Qavrama mər-
hələsində şagirdlər diqqətlərini öyrənilən cisim və hadisələr üzə-
rində cəmləşdirirlər. Bu zaman şagirdlərin həyat təcrübəsi, bilikləri
qavrama prosesinə qoşulur, qavranılan obyektlə həyat təcrübəsi tu-
tuşdurulur, oxşar olanlar tapılır, müvafiq qrupa aid edilir, fərqli cə-
hətlər ayrıca nəzərdən keçirilir.
Qavramada mövcud həyat təcrübəsini xatırlamağın əhəmiy-
yətini P.K.Anoxinin bir fikri daha da aktuallaşdırır. Alim isbat edir
ki, qavramaya qədər obyekt haqqında əvəlcədən eşidilmiş və ya
oxunmuş məlumat obyektin müvafiq əlamətlərini tez duymağa im-
kan verir. Bu psixoloji qanunauyğunluqlardan xəbərdar olan müəl-
lim qavrayış mərhələsini lazımi izahatla müşayiət etdirir .
Tədris mövzusunun qavranılmasını təşkil edərkən şagirdi yal-
nız müşahidəçiyə çevirmək olmaz. Şagird qavrama prosesinə fəal
surətdə qoşulmalıdır; onun mümkün qədər daha çox duyğu orqanla-
448
rı işə salınmalı, əyaniliyin müxtəlif növlərindən istifadə edilməlidir.
Çünki mənimsəmənin sonrakı mərhələlərinin müvəffəqiyyəti qavra-
manın dolğunluğundan və dəqiqliyindən çox asılıdır.
Mövzunun qavranılması hələ onun tam başa düşülməsi, anla-
şılması demək deyildir. Mövzunu başa düşmək üçün qavrayış əsa-
sında fikir formalaşmalıdır. Şagird müəllimin rəhbərliyi ilə qavradı-
ğı materialı götür-qoy etməli, necəliyinə varmalıdır. Təlimin bu
mərhələsində şagird öyrənilən obyektə sadəcə baxmır, görür; o, səsi
nəinki eşidir, həm də ona qulaq asır, necəliyini dərk etməyə çalışır;
mətni oxumaqla kifayətlənmir, ayrı-ayrı söz və ifadələri başa düş-
mək istəyir; tarixi şəxsiyyətin necə hərəkət etdiyini anlamağa çalışır.
Müəllim şagirdlərin diqqətini aparılan təcrübənin, alınan kim-
yəvi reaksiyanın, fiziki hadisənin mahiyyətinə cəlb edir, bu məqsəd-
lə suallar qoyur, tapşırıqlar verir; çalışır ki, yeni tədris materialını
şagirdlər şüurlu surətdə qavrasınlar.
12.1.2. Bilik, bacarıq və vərdişlərin formalaşması.
Tədris materialını qavramaq və anlamaq hələ onu tam mənim-
səmək üçün kifayət deyil. Bundan ötrü əlavə addımlar atılır, tədris
materialının şagirdlər tərəfindən əsaslı dərk olunması təşkil edilir.
Bu məqsədlə müəllim şagirdlərin şüurunu hərəkətə gətirir, onları
düşünməyə, fikir yürütməyə vadar edir; onların diqqətini öyrənilən
hadisələrdə və cisimlərdə səbəb-nəticə əlaqələrinə yönəldir. Təlimin
bu mərhələsində uşaqlar müəllimin rəhbərliyi ilə müəyyən əqli nəti-
cələr çıxarır, öz fikirlərinin doğruluğunu isbat etməyə meyl göstə-
rirlər, onlarda əqidə ünsürləri yaranır, öyrəndikləri hadisələrə müəy-
yən mövqedən yanaşmağa başlayırlar. Təlimin bu mərhələsində şa-
girdlər idrak əməliyyatları olan müqayisəyə, təhlilə, ümumiləşdir-
məyə, mücərrədləşdirməyə daha çox müraciət etməli olurlar. Bu sə-
bəbdən də, şagirdlərin bilik və bacarıqları intensiv şəkildə formala-
şır. Şagirdlər öz bacarıqlarını işə salırlar, bilik ehtiyatından vəziy-
yətin tələb etdiyi bilikləri seçib istifadə edirlər. Mənimsəmənin bu
mərhələsində formalaşan yeni bilik şagirdin malik olduğu biliklərə
qovuşur. Fərəhli hal kimi göstərilməlidir ki, idrak prosesində nəzəri
təfəkkür, məfhumlar səviyyəsində fikir yürütməyin vacibliyini gör-
449
kəmli Azərbaycan filosofu Bəhmənyar xüsusi qeyd etmişdir. O, is-
bat edirdi ki, hadisəni görmək hələ onu dərk etmək, başa düşmək
demək deyil. Atalar yaxşı demişdir: “Göz görmək, ağıl başa düşmək
üçündür”.
Təlimdə başlıca məqsəd alınmış məlumatı ancaq yadda saxla-
maq deyil, həm də onun əvvəlki məlumatla qarşılıqlı əlaqəsini başa
düşməkdir. Şagird müəllimin qoyduğu suallara cavab tapmağı öy-
rənməlidir. Bu, şagirddən fəal, yaradıcı iş, alınmış məlumatı təhlil
etmək bacarığı tələb edir. Bunun üçün müəllim dərs keçərkən həmi-
şə problem situasiya yaratmalıdır. Bu isə şagirdi dərsi düşünülmüş
şəkildə qavramağa, yaradıcılığını inkişaf etdirməyə məcbur edir.
Dərsdə problem situasiyasının yaradılması dərsin gedişində şa-
girdləri düşünməyə vadar edir, təlimdə müəyyən çətinliklərin yara-
dılması şagirdləri səfərbər edir, onların iradəsini inkişaf etdirir. Mü-
əllim həmin çətinlikləri də tədricən mürəkkəbləşdirməlidir. Çətin-
liklər elə olmalıdır ki, onlar şagirdlər tərəfindən aradan qaldırıla bil-
sin. Biliklərə yiyələnmək işində çətinliklərin aradan qaldırılması şa-
girdin praktikasına yaxşı təsir göstərir, şagirdlərdə öz qüvvəsinə
inam yaradır, əmək vərdişləri formalaşdırır, onu müstəqilliyə və ya-
radıcılığa alışdırır. Məlumatın mexaniki mənimsənilməsi, formul və
təriflərin şüurun iştirakı olmadan əzbərlənməsi biliklərin formal mə-
nimsənilməsinə səbəb olur. Formal mənimsəmə isə insanın əqli in-
kişafına kömək etmir, yaradıcılığa deyil, doqmatizmə gətirib çıxarır.
Hazırda psixoloq və pedaqoqlar şagirdlərin bütün fəaliyyətini əhatə
edən biliklərin dörd səviyyəsini müəyyənləşdirmişlər:
1) tanışlıq səviyyəsi; 2) biliklər səviyyəsi; 3) bacarıqlar səviy-
yəsi; 4) vərdişlər səviyyəsi.
Əlbəttə, ümumtəhsil məktəblərində təkcə tanışlıq səviyyəsi tə-
ləb edilmir. Aydın məsələdir ki, bu və ya digər fənn müəyyən səviy-
yədə öyrənilməlidir. Belə ki, təbiət və riyaziyyat fənləri, həmçinin
dil dərsləri bilik və bacarıqlar səviyyəsində, ədəbiyyat, tarix, ictima-
iyyət, coğrafiya fənləri əsasən biliklər səviyyəsində, əmək təlimi isə
bilik, bacarıq və vərdişlər səviyyəsində öyrənilməlidir. Məsələn,
həndəsəni öyrənmək üçün təkcə teoremləri bilmək kifayət deyildir,
eyni zamanda həmin teoremi isbat etmək bacarığına yiyələnmək la-
zımdır və i.a.
Dostları ilə paylaş: |