Annotasiya


 Təlim prosesində əsas pedaqoji ziddiyyətlər



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə149/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   236

 

435 


11.5. Təlim prosesində əsas pedaqoji ziddiyyətlər 

 

Təlimin idarə olunması, onun mərkəzi problemi olan əqli fəa-



liyyət  növlərinin  optimal  münasibətlərinin  müəyyənləşdirilməsi  və 

bunun diqqət mərkəzində saxlanılması məsələsi birbaşa həmin siste-

mə  məxsus  pedaqoji  ziddiyyətlərin  həlli  ilə  bağlıdır.  Təlim  prosesi 

ilə bağlı ziddiyyətlərin mövcudluğu idrak prosesinin özünün ziddiy-

yətli xarakterindən irəli gəlir. 

Pedaqoji fikrin və ictimai praktikanın inkişaf tarixi göstərir ki, 

dialektikanın  ziddiyyət  kateqoriyasından  təlim  prosesinin  qanuna-

uyğunluqlarının  tədqiqi  işində  çox  gec  istifadə  olunmağa  başlanıl-

mışdır.  Alman  pedaqoqu  K.Tomaşevski  təlim  prosesində  bir  sıra 

ziddiyyət  növlərini  formulə  etmiş,  onların  əlaqəsini  açmışsa  da, 

bunların arasından əsası, başlıcanı müəyyənləşdirə bilməmişdir. 

İdrak  prosesinin  ziddiyyətli  olduğunu  və  bu  zəddiyyətlərin 

mübarizəsi şəraitində onun cərəyan etdiyini, idrakın obyektə daim, 

sonsuz  yaxınlaşmasını,  təbiətin  insan  təfəkküründə  əks  olunmasını 

“cansız” mücərrəd, hərəkətsiz, ziddiyyətsiz deyil, daim olaraq hərə-

kət prosesinin ziddiyyətlərin əmələ gəlməsi və onların həll edilməsi 

halında  olduğunu  təsdiqləyən  idrak  nəzəriyyəsini  və  psixoloqların 

“uşağın inkişaf mənbəyi ona xas olan daxili ziddiyyətlərdir və inki-

şafın  hər  bir  mərhələsində  bu  ziddiyyətlər  özünəməxsus  səciyyə 

kəsb  edir”,-məzmunlu  tezislərini  əsas  götürən  M.A.Danilov  haqlı 

olaraq şagirdlərin idrak fəaliyyətində də, təlim prosesində də ziddiy-

yətlərin  xüsusi  yeri  olduğunu  vurğulayır.  M.A.Danilovun  fikrincə, 

təlim  prosesinin  hərəkətverici  qüvvəsi  təlimin  gedişində  irəli  sürü-

lən, tədris və praktik vəzifələrlə şagirdlərin mövcud bilik, bacarıq və 

zehni  inkişaflarının  səviyyəsi  arasında  olan  ziddiyyətlərdir. 

M.A.Danilova  görə,  ziddiyyət  təlimin  hərəkətverici  qüvvəsinə 

müəyyən şərtlərlə çevrilir. 

Bütün  bu  deyilənlərə  baxmayaraq,  təlim  prosesində  dialektik 

ziddiyyətlərdən nə nəzəriyyədə, nə də praktikada lazımınca istifadə 

olunmamışdır. Əlbəttə, bu pedaqogikanın problemlərinin işlənilmə-

sindəki  çatışmazlıq  kimi  dəyərləndirilməlidir.  Təsadüfi  deyildir  ki, 

E.V.İlyenkov  pedaqoqları  “didaktikanı  dialektik  əsasda  yenidən 

qurmağa” çağırır. Başqa bir müəllif - M.N.Alekseyev təlim prosesi-



 

436 


nin  mahiyyətindən  bəhs  edərək  göstərir  ki,  bu  prosesdə  dialektik 

ziddiyyətlərdən  hərəkətverici  qüvvə  kimi  istifadə  olunmalıdır.  O, 

pedaqoji  prosesi  dialektikanın  “abstraktdan  konkretə  yüksəlmə” 

prinsipi  ilə  tədqiq  etməyin  vacibliyini  qeyd  edir.  M.İ.Maxmutov 

göstərir ki, təlimi dialektik ziddiyyətlərdən istifadə etməklə qurma-

ğın yolu problemli vəziyyətin yaradılmasıdır. Bunu müvəffəqiyyətlə 

həyata keçirmək üçün təbii ki, təlimin məqsəd və vəzifələrinə uyğun 

olaraq  bəzi  ziddiyyətlərin  formulası  dəqiqləşdirilməlidir.  Buraya 

aşağıdakı kimi məsələlər daxil edilməlidir: 

a)  yeni  biliklərin  mənimsənilməsində  və  şagirdlərin  əqli  fəa-

liyyətinin inkişafında ziddiyyətlərin rolu; 

b) öyrənmə prosesinin özünün ziddiyyətlərinin xarakteri; 

c) öyrənmə prosesinin hərəkətverici qüvvəsi haqqında anlayış. 

Təlim prosesində şagird inkişafda maraqlı olan tərəf kimi işti-

rak  edir,  burada  başlıca  məqsəd  şagirdin  şəxsiyyətinin  inkişafını 

onun  bioloji  varlığı  ilə  vəhdətdə  sürətləndirmək,  onu  bəşər  mədə-

niyyətinə  daha  səmərəli  qovuşdurmaq,  həyata  sürətlə  hazırlamaq, 

başqa  sözlə,  inkişaf  mühitini  tənzimləməkdir.  Təlim  prosesi  şagir-

din  inkişafına  yönələn, onun mənimsəmə fəaliyyətini  istiqamətlən-

dirən  xarici  tənzimetmə  funksiyasında  çıxış  edir.  Təlim  prosesində 

şagirdlərin bəşər mədəniyyətinin  mənimsənilməsi,  onun qorunması 

və  yaradıcılıqla  inkişaf  etdirilməsi  təcrübəsini  və  birgəyaşayış  nor-

malarını özündə saxlayan bilik və fəaliyyət üsullarını əldə etməsinə 

istiqamətlənən  vəzifələr  irəli  sürülür.  Bu  vəzifələrlə  şagirdlərin 

mövcud  imkanları,  bilik,  bacarıq  və  zehni  inkişaflarının  səviyyəsi 

arasında ziddiyyət təlimin hərəkətverici qüvvəsinə çevrilə bilir. Bu-

nun üçün vacib şərt təlim prosesində irəli sürülmüş vəzifələrin hər 

bir şagirdin tələbatının təminolunma obyektinə çevrilməsidir. Qeyd 

etmək vacibdir ki, təlim prosesində müəllimin irəli sürdüyü vəzifə-

lərlə  şagirdin  mövcud  imkanları  arasındakı  ziddiyyət  şagirdin  inki-

şafında xarici ziddiyyət olub, pedaqoji prosesin (xüsusi halda təlim 

prosesinin) mahiyyəti ilə bağlıdır. 

Müəllimin irəli sürdüyü vəzifələr, başqa sözlə, təlim prosesi-

nin qarşısında qoyulmuş məqsəd şagird tərəfindən idrak tələbatının 

təminolunma obyekti kimi dərk olunduqda və şagirdin mövcud im-

kanları ilə ziddiyyət təşkil etdikdə, bu ziddiyyət onun şəxsiyyətinin 




 

437 


inkişafının  hərəkətverici  qüvvəsinə  çevrilir.  Nəzərə  almaq  gərəkdir 

ki, tələbatların inkişafı şagirdin real inkanlarından yüksəkdə durma-

lıdır, əks halda ziddiyyətin əmələ gəlməsi, oun inkişafının hərəkət-

verici  qüvvəsi  kimi  çıxış  etməsi  mümkün  olmaz.  Odur  ki,  tələbat-

ların təminolunma obyekti kimi dərk olunan məqsəd öz tələbləri ilə 

inkişafı qabaqlamalıdır. Lakin bu tələblər təlim prosesinin məntiqi-

nə uyğun, şagirdin gücüçatan ölçüdə və çətinlikdə olmalıdır. Təlim 

prosesinin qarşısına qoyulmuş vəzifələrlə şagirdlərin real imkanları 

arasındakı  əsas  ziddiyyətdən  törəyən  ziddiyyətlər  təlim  prosesi  ilə 

bağlı bütün komponentlər arasında, o cümlədən biliyin hərəkətində, 

fəaliyyət  növlərində,  mənimsəmə  prosesinin  mərhələləri  arasında, 

fəaliyyət  üsullarında  və  s.  müxtəlif  şəkildə  yaranır  və  həll  olunur. 

Bu  baxımdan  təlim  prosesinin  idarə  olunması,  şagirdlərin  analitik 

və  evristik  fəaliyyətlərinin  optimal  münasibətlərinin  gözlənilməsi 

göstərilən ziddiyyətlərin yaranması, inkişafı və həll olunması şəraiti-

nin məqsədəuyğun şəkildə tənzimlənməsindən başqa bir şey deyildir. 



 

 

11.6. Təlim motivləri 

 

Təlimin  əsas  elementi motivlərdir,  yəni  şagirdlərin təlim  fəa-

liyyətində rəhbər tutduğu təhriкlərdir. İntelleкtual-təhriкedici motiv-

lərin sırasında idraкi maraq və tələbatlar хüsusi yer tutur. 

Motiv (latınca “movere” - – hərəкətə gətirməк, təkan vermək 

deməкdir)  dediкdə  tələbatların  təmin  olunması  ilə  əlaqədar  olaraq 

insanı fəaliyyətə təhriк edən amillər nəzərdə tutulur. 

Təlim  motivləri  –  idraк  motivləri  və  sosial  motivlər  olmaq 

üzrə iкi böyüк qrupa bölünürlər. 

Əgər  şagirdin  fəallığı  ayrı-ayrı  fənlərin  tədrisi  prosesində 

öyrənilən öbyeкtlərə yönəlmişdirsə bunlar idraк motivləridir. 

Əgər təlim prosesində şagirdin fəallığı başqa adamlara müna-

sibət sahəsinə yönəlirsə bu zaman sosial motivlər yaranmış olur. 

Sosial motivlər də üç növə bölünür. 

Motivlərin  məzmun  baхımdan  хaraкteristikasına  aşağıdakılar 

daхildir: 

1.

 

Təlimin şagird üçün şəхsi məna kəsb etməsi. 



2.

 

Motivin fəallığı. 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə