Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə148/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   236

 

432 


xındır.  Lakin  prinsipial  fərq  də  mövcuddur.  Bunu  aşağıdakı  struk-

turdan görmək çətin deyildir: 

1)

 

çətinliyin dərki və problem situasiyasının analizi; 

2)

 

əsas  çətinliyin  müəyyənləşdirilməsi  və  problemin  formulə 

olunması; 

3)

 

a) fərziyyə irəli sürmək yolu ilə həll üsullarının axtarışı və 

onların inkişafı (yeni alqoritm tətbiqi) və ya b) hipoteza irəli sürmək 

və intuitiv yolla həllin tapılması; 

4)

 

əldə  olunmuş  nəticəni  praktikaya  tətbiq  etmək  yolu  ilə  hi-

potezanın doğruluğunun yoxlanılması . 

Bu fəaliyyət  növlərinin  həyata keçməsi  üçün zəruri  alqoritm-

lərlə şagirdlərin silahlanmasının vacibliyini bir daha xüsusi vurğula-

mağa lüzum görmürük. O da aydındır ki, bu nov fəaliyyətlərin özü 

də şagirdləri daha geniş əhatəyə malik alqoritmlərlə silahlandırır. 

Tədris-idrak  prosesinin  idarə  olunması  probleminin  həllində 

xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də təfəkkürün funksi-

yası ilə bağlıdır. Psixologiya müəyyənləşdirmişdir ki, təfəkkür müx-

təlif  funksiyalara  malikdir  və  fəaliyyət  nümunəsini  möhkəmləndir-

mək onun yeganə funksiyası deyildir. Təfəkkürün əsas funksiyası 



həm  yeni  bilikləri,  həm  də  yeni  fəaliyyət  üsullarını  əldə  etmək 

qabiliyyətlərinin  formalaşması  ilə  bağlıdır.  Biliklərin  yaradıcı 

şəkildə  mənimsənilməsinin  idarə  olunmasında  yuxarıda  göstərilən 

mərhələlərə  istinad  edilməsi,  ardıcıllığın  gözlənilməsi  böyük  əhə-

miyyətə malikdir. 

Şagirdin  optimal  psixi  inkişafı  və  əqli  proseslərin  aktivliyi 

şərtlərinin diqqət mərkəzində saxlanılması - tələbat, motiv, maraqla-

rın,  emosional  faktorların  inkişaf  xüsusiyyətləri  və  qanunauyğun-

luqlarının gözlənilməsi təlim prosesinin idarə olunması üçün xüsusi 

əhəmiyyətə malikdir. Şəxsiyyətin fəallığı onun ətraf aləmlə qarşılıq-

lı təsir prosesindəki fəaliyyətində təzahür edir. Şəxsiyyətin fəallığı-

nın  mənbəyini  isə  onun  tələbatı  təşkil  edir.  İnsanı  əhatə  edən  ci-

simlər onun fəaliyyətinin yaxın məqsədi və ya vasitəsi kimi tələbat-

lara nisbətən eyni vəziyyətdə olmur və şəxsiyyətin fəallığının müx-

təlif  dərəcələrini  şərtləndirir.  Obyektin  əhəmiyyəti  onda  insan  tələ-

batlarının  həkk  olunması  ilə  bağlıdır.  İntellektual  tələbatlar  şəx-

siyyət üçün fəallığın daimi stimulu olaraq qalır, təmin olunduq-



 

433 


ca inkişaf edir, yeni-yeni obyektlərdə həkk olunur, bununla da 

onlar  ardıcıl  surətdə  sabit  əhəmiyyət  kəsb  edir.  Bu  qanunauy-

ğunluq təlim prosesinin idarə olunmasında nəzərə alınmalıdır

Şagirdlərin əqli fəaliyyətinin aktivliyinin daxili şərti motivlə-

rin  mövcudluğudur.  Pedaqoji  və  psixoloji  ədəbiyyatda  şagirdin  id-

rak marağı təlimin əsas təhrikedici qüvvəsi hesab edilir. Q.O.Şukina 

şagirdlərin təlim  marağının  formalaşması  məsələsini eksperimental 

yolla tədqiq edərək yazır ki, idrak marağı idrak sahəsinə, onu do-



ğuran  şeylərə  və  biliklərə  yiyələnmək  prosesinin  özünə  yönəl-

dilmiş  seçmə  şəxsiyyət  istiqaməti  kimi  qarşımıza  çıxır.  İdrak 

marağının  xüsusiyyəti  idrak  marağına  malik  adamın  hadisələrin 

səthində olmaq deyil, dərk edilən şeyin mahiyyətinə dərindən nüfuz 

etmək  meylindədir...  İdrak  marağı  şagirdin  idrak  fəaliyyətini  qüv-

vətləndirmək  vasitəsidir...Müəllimə  təlim  prosesini  cəlbedici 

etməyə imkan verən səmərəli vasitədir . 

S.İ.Rubinşteynin  fikrincə,  maraq  ən  əvvəl  diqqətdə  təzahür 

edir. Şəxsiyyətin ümumi meylini ifadə edən maraq bütün psixi pro-

sesləri  əhatə  edir  və  istiqamətləndirir.  Son  dərəcə  mühüm  olan  bu 

müddəa  təlim  prosesində  şagirdlərin  idrak  fəaliyyətinin  idarəolun-

masının  psixoloji  əsaslanındandır.  İdrak  marağı  heç  də  avtomatik 

olaraq  formalaşmır.  Bu  məqsədin  həyata  keçməsi  üçün  xüsusi  pe-

daqoji təsir, yanaşma üsulları tələb edir. 

Ənənəvi  didaktik  sistem  şəraitində  də  maraq  problemi  bu  və 

ya  digər  dərəcədə  aktual  sayılıb,  lakin  öz  həllini arzuolunan  səviy-

yədə tapmayıbdır.  Bunun səbəbi,  əslində  ənənəvi  didaktik sistemin 

paradiqmalarından  daha  çox  fənlərin  tədris  metodikasının  inkişaf 

səviyyəsi  ilə  bağlı  olubdur.  Yaş  və  pedaqoji  psixologiyada  təlim 

motivləri,  təlimin  komponent-kateqoriyaları  (amilləri),  şagirdin 

“motivasiya  tipləri”,  uşaq  maraqlarının  xüsusiyyətləri  sahəsində 

fundamental  tədqiqatlar  aparılıb  (K.Vepeyalyayen,  A.Leontev, 

A.Markova,  Q.Rozenfeld,  A.Abdullayev,  F.Hüseynova  və  başqala-

rı) və müəyyən nəticələr əldə olunmuşdur. Bu nəticələr təlim prose-

sinin təşkili üçün zəruri əsas kimi qəbul edilə bilər. Maraqlar özlü-

yündə şəxsiyyətin fəaliyyətinin mühüm cəhəti olsa da, yeganə mo-

tivi deyildir.  İnsan fəaliyyətinin motivləri özünün çoxcəhətliliyi ilə 




 

434 


xarakterizə  olunur.  Onlar  bir-birindən  V.Petrovskinin  qeyd  etdiyi 

kimi, hər şeydən əvvəl tələbatlarının növlərinə görə fərqlənir . 

Psixoloqlar insan fəaliyyətinin motivləşmə sahəsini öyrənərək 

motivlərin  təsnifini  vermişlər.  Xarakterinə  və  fəaliyyət  prosesində 

roluna görə motivlərin aşağıdakı növləri qeyd olunur: 1) situativ və 

geniş  motivlər;  2)  fəaliyyətin  nəticəsinə  və  onun  özünə  doğru  yö-

nələn motivlər; 3) eqoistik və ictimai əhəmiyyətli motivlər. 

Təzahür xüsusiyyətlərinə  görə  geniş  sosial  və idrak motivləri 

fərqləndirilir.  Belə  bir  cəhət  aşkar  edilmişdir  ki,  bütün  yaş  dövrlə-

rində şagirdləri təlim  fəaliyyətinə  yönəldən motivlər  yalnız bir növ 

motivdən  ibarət  deyildir.  Lakin  bunlardan  biri  aparıcı  olur.  Həmin 

motivin aşkara çıxarılması şagirdin təlim fəaliyyətinin müəllim tərə-

findən idarə olunması işini xeyli asanlaşdırır. 

Şagirdlərin  mənimsəyəcəyi  biliklər  sisteminin  və  fəaliyyət 

üsullarının onların idrak tələbatlarının sabit əhəmiyyətə malik olan 

təminolunma obyektinə çevrilməsi mühüm məsələdir. Belə prosesin 

təşkili və idarəolunması  zəruridir. Tələbatlar sisteminin inkişafı şa-

girdlərin  intellektual  qabiliyyətlərinin  inkişafının  əsas  amillərindən 

biri sayılır. 

Motivlərin  yaranması  və  inkişafı  emosional  faktorla  sıx  bağ-

lıdır. Bu onunla əlaqədardır ki, təfəkkür prosesi, bütövlükdə insanın 

psixi  fəaliyyəti  hissi-emosional  sahəsi  ilə  şərtlənir.  Bunsuz  insanın 

həqiqəti axtarışı qeyri-mümkündür. 

Bir daha vurğulayaq ki, şagirdin psixi inkişafı, əqli prosesləri-

nin aktivliyi şərtlərinin diqqət mərkəzində saxlanılması, tələbat, mo-

tiv, maraqlarının, emosional faktorların inkişaf xüsusiyyətlərinin və 

qanunauyğunluqlarının gözlənilməsi təlim prosesinin idarə olunma-

sı üçün xüsusi əhəmiyyət kəsb edir. İnsan şüuru formal qaydaların 

hər hansı qəti sistemi ilə şərtlənməyən məsələlərin həllində çevikliyi 

və  dəqiqliyi  ilə  xarakterizə  olunur.  İnsanın  düşünmə  qabiliyyəti 

onun  beyin  quruluşu  ilə  yanaşı,  tarixən  formalaşmış  mədəniyyətə 

qovuşması, tərbiyə və təlim, cəmiyyətin yaratmış olduğu sual və va-

sitələrin  köməyi  ilə  baş  verən  müəyyən  fəaliyyətin  vasitəsi  ilə  for-

malaşır. 



 

 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə