432
xındır. Lakin prinsipial fərq də mövcuddur. Bunu aşağıdakı struk-
turdan görmək çətin deyildir:
1)
çətinliyin dərki və problem situasiyasının analizi;
2)
əsas çətinliyin müəyyənləşdirilməsi və problemin formulə
olunması;
3)
a) fərziyyə irəli sürmək yolu ilə həll üsullarının axtarışı və
onların inkişafı (yeni alqoritm tətbiqi) və ya b) hipoteza irəli sürmək
və intuitiv yolla həllin tapılması;
4)
əldə olunmuş nəticəni praktikaya tətbiq etmək yolu ilə hi-
potezanın doğruluğunun yoxlanılması .
Bu fəaliyyət növlərinin həyata keçməsi üçün zəruri alqoritm-
lərlə şagirdlərin silahlanmasının vacibliyini bir daha xüsusi vurğula-
mağa lüzum görmürük. O da aydındır ki, bu nov fəaliyyətlərin özü
də şagirdləri daha geniş əhatəyə malik alqoritmlərlə silahlandırır.
Tədris-idrak prosesinin idarə olunması probleminin həllində
xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də təfəkkürün funksi-
yası ilə bağlıdır. Psixologiya müəyyənləşdirmişdir ki, təfəkkür müx-
təlif funksiyalara malikdir və fəaliyyət nümunəsini möhkəmləndir-
mək onun yeganə funksiyası deyildir. Təfəkkürün əsas funksiyası
həm yeni bilikləri, həm də yeni fəaliyyət üsullarını əldə etmək
qabiliyyətlərinin formalaşması ilə bağlıdır. Biliklərin yaradıcı
şəkildə mənimsənilməsinin idarə olunmasında yuxarıda göstərilən
mərhələlərə istinad edilməsi, ardıcıllığın gözlənilməsi böyük əhə-
miyyətə malikdir.
Şagirdin optimal psixi inkişafı və əqli proseslərin aktivliyi
şərtlərinin diqqət mərkəzində saxlanılması - tələbat, motiv, maraqla-
rın, emosional faktorların inkişaf xüsusiyyətləri və qanunauyğun-
luqlarının gözlənilməsi təlim prosesinin idarə olunması üçün xüsusi
əhəmiyyətə malikdir. Şəxsiyyətin fəallığı onun ətraf aləmlə qarşılıq-
lı təsir prosesindəki fəaliyyətində təzahür edir. Şəxsiyyətin fəallığı-
nın mənbəyini isə onun tələbatı təşkil edir. İnsanı əhatə edən ci-
simlər onun fəaliyyətinin yaxın məqsədi və ya vasitəsi kimi tələbat-
lara nisbətən eyni vəziyyətdə olmur və şəxsiyyətin fəallığının müx-
təlif dərəcələrini şərtləndirir. Obyektin əhəmiyyəti onda insan tələ-
batlarının həkk olunması ilə bağlıdır. İntellektual tələbatlar şəx-
siyyət üçün fəallığın daimi stimulu olaraq qalır, təmin olunduq-
433
ca inkişaf edir, yeni-yeni obyektlərdə həkk olunur, bununla da
onlar ardıcıl surətdə sabit əhəmiyyət kəsb edir. Bu qanunauy-
ğunluq təlim prosesinin idarə olunmasında nəzərə alınmalıdır.
Şagirdlərin əqli fəaliyyətinin aktivliyinin daxili şərti motivlə-
rin mövcudluğudur. Pedaqoji və psixoloji ədəbiyyatda şagirdin id-
rak marağı təlimin əsas təhrikedici qüvvəsi hesab edilir. Q.O.Şukina
şagirdlərin təlim marağının formalaşması məsələsini eksperimental
yolla tədqiq edərək yazır ki, idrak marağı idrak sahəsinə, onu do-
ğuran şeylərə və biliklərə yiyələnmək prosesinin özünə yönəl-
dilmiş seçmə şəxsiyyət istiqaməti kimi qarşımıza çıxır. İdrak
marağının xüsusiyyəti idrak marağına malik adamın hadisələrin
səthində olmaq deyil, dərk edilən şeyin mahiyyətinə dərindən nüfuz
etmək meylindədir... İdrak marağı şagirdin idrak fəaliyyətini qüv-
vətləndirmək vasitəsidir...Müəllimə təlim prosesini cəlbedici
etməyə imkan verən səmərəli vasitədir .
S.İ.Rubinşteynin fikrincə, maraq ən əvvəl diqqətdə təzahür
edir. Şəxsiyyətin ümumi meylini ifadə edən maraq bütün psixi pro-
sesləri əhatə edir və istiqamətləndirir. Son dərəcə mühüm olan bu
müddəa təlim prosesində şagirdlərin idrak fəaliyyətinin idarəolun-
masının psixoloji əsaslanındandır. İdrak marağı heç də avtomatik
olaraq formalaşmır. Bu məqsədin həyata keçməsi üçün xüsusi pe-
daqoji təsir, yanaşma üsulları tələb edir.
Ənənəvi didaktik sistem şəraitində də maraq problemi bu və
ya digər dərəcədə aktual sayılıb, lakin öz həllini arzuolunan səviy-
yədə tapmayıbdır. Bunun səbəbi, əslində ənənəvi didaktik sistemin
paradiqmalarından daha çox fənlərin tədris metodikasının inkişaf
səviyyəsi ilə bağlı olubdur. Yaş və pedaqoji psixologiyada təlim
motivləri, təlimin komponent-kateqoriyaları (amilləri), şagirdin
“motivasiya tipləri”, uşaq maraqlarının xüsusiyyətləri sahəsində
fundamental tədqiqatlar aparılıb (K.Vepeyalyayen, A.Leontev,
A.Markova, Q.Rozenfeld, A.Abdullayev, F.Hüseynova və başqala-
rı) və müəyyən nəticələr əldə olunmuşdur. Bu nəticələr təlim prose-
sinin təşkili üçün zəruri əsas kimi qəbul edilə bilər. Maraqlar özlü-
yündə şəxsiyyətin fəaliyyətinin mühüm cəhəti olsa da, yeganə mo-
tivi deyildir. İnsan fəaliyyətinin motivləri özünün çoxcəhətliliyi ilə
434
xarakterizə olunur. Onlar bir-birindən V.Petrovskinin qeyd etdiyi
kimi, hər şeydən əvvəl tələbatlarının növlərinə görə fərqlənir .
Psixoloqlar insan fəaliyyətinin motivləşmə sahəsini öyrənərək
motivlərin təsnifini vermişlər. Xarakterinə və fəaliyyət prosesində
roluna görə motivlərin aşağıdakı növləri qeyd olunur: 1) situativ və
geniş motivlər; 2) fəaliyyətin nəticəsinə və onun özünə doğru yö-
nələn motivlər; 3) eqoistik və ictimai əhəmiyyətli motivlər.
Təzahür xüsusiyyətlərinə görə geniş sosial və idrak motivləri
fərqləndirilir. Belə bir cəhət aşkar edilmişdir ki, bütün yaş dövrlə-
rində şagirdləri təlim fəaliyyətinə yönəldən motivlər yalnız bir növ
motivdən ibarət deyildir. Lakin bunlardan biri aparıcı olur. Həmin
motivin aşkara çıxarılması şagirdin təlim fəaliyyətinin müəllim tərə-
findən idarə olunması işini xeyli asanlaşdırır.
Şagirdlərin mənimsəyəcəyi biliklər sisteminin və fəaliyyət
üsullarının onların idrak tələbatlarının sabit əhəmiyyətə malik olan
təminolunma obyektinə çevrilməsi mühüm məsələdir. Belə prosesin
təşkili və idarəolunması zəruridir. Tələbatlar sisteminin inkişafı şa-
girdlərin intellektual qabiliyyətlərinin inkişafının əsas amillərindən
biri sayılır.
Motivlərin yaranması və inkişafı emosional faktorla sıx bağ-
lıdır. Bu onunla əlaqədardır ki, təfəkkür prosesi, bütövlükdə insanın
psixi fəaliyyəti hissi-emosional sahəsi ilə şərtlənir. Bunsuz insanın
həqiqəti axtarışı qeyri-mümkündür.
Bir daha vurğulayaq ki, şagirdin psixi inkişafı, əqli prosesləri-
nin aktivliyi şərtlərinin diqqət mərkəzində saxlanılması, tələbat, mo-
tiv, maraqlarının, emosional faktorların inkişaf xüsusiyyətlərinin və
qanunauyğunluqlarının gözlənilməsi təlim prosesinin idarə olunma-
sı üçün xüsusi əhəmiyyət kəsb edir. İnsan şüuru formal qaydaların
hər hansı qəti sistemi ilə şərtlənməyən məsələlərin həllində çevikliyi
və dəqiqliyi ilə xarakterizə olunur. İnsanın düşünmə qabiliyyəti
onun beyin quruluşu ilə yanaşı, tarixən formalaşmış mədəniyyətə
qovuşması, tərbiyə və təlim, cəmiyyətin yaratmış olduğu sual və va-
sitələrin köməyi ilə baş verən müəyyən fəaliyyətin vasitəsi ilə for-
malaşır.
Dostları ilə paylaş: |