429
Daxili və xarici fəaliyyətin münasibəti probleminin işlənilmə-
sində P.Y.Qalperin, D.B.Elkonin, V.V.Davıdovun, A.N.Leontyevin
irəli sürdüyü ideyalar əhəmiyyətli rola malikdir. A.N.Leonteyə görə
genetik planda daxili əqli fəaliyyət və əməliyyatlar xarici təsirlərdən
yaranır, sonuncuların interioriziyasının məhsuludur. Əqli fəaliyyət
və əməliyyatlar vasitəli formalaşır: əvvəlcə xarici fəaliyyət (xarici
obyektlərlə), sonra o, daxili fəaliyyətə çevrilir. Əqli fəaliyyətin for-
malaşdırılması nəzəriyyəsinin yaradıcılarından olan D.B.Elkonin və
V.V.Davıdov o mövqedən çıxış edirlər ki, müasir məktəbin qarşı-
sında üç vəzifə - müəyyən həcmdə biliklərin mənimsənilməsi,
əqli inkişaf və idrak motivlərinin yaradılması durur və bu
məsələlərdən hər hansı birinin həlli digərinin həllinə səbəb
olmur. Onları yalnız eyni vaxtda, eyni yolla həll etmək olar. Bu
vəzifələrin həllində müəyyənedici, mərkəzi halqa mənimsənilməli
biliklərin məzmununa adekvat tədris üsulları ilə onların üzvü
əlaqələndirilməsidir. Təlimin məzmununun dəyişməsi intensiv əqli
inkişafla və təlim motivlərinin formalaşması ilə bağlı məsələlərin
həlli üçün əsas yaradır.
L.V.Vıqotski, A.N.Leontyev, P.Y.Qalperin əqli proseslərin
formalaşmasının ontogenetik problemləri haqqında dəyərli mü-
lahizələr irəli sürmüşlər. Mühüm nəticələrdən biri odur ki, uşağın
təfəkkürü özünün təcrübəsi əsasında toplanmış, bilik və əməliyyat-
ların ictimai-tarixi işlənmiş sistemini əldə etmək yolu ilə inkişaf
edir. A.N.Leontyevin fikrincə, ictimai-tarixi təcrübənin mənimsənil-
məsi fəaliyyətin və inikasın ümumi strukturunda dəyişiklik edir, ye-
ni hərəkət üsullarını formalaşdırır, onun yeni növ və formalarını ya-
radır.
Psixoloji tədqiqatlarda anlayışın formalaşması konsepsiyası
ilə interiorizasiya əməliyyatı konsepsiyasının əlaqəsi araşdırılmaq-
dadır. Birinci istiqamətin nümayəndələrinin tədqiqatlarında məsələ
həllinin konkret mexanizminin bir çox prinsipial tərəfləri açılmışdır.
Bu barədə D.S.Kostyuk yazır ki, məsələ həlli insanın keçmiş təcrü-
bəsi əsasında onun vasitəsilə həyata keçirilir ki, buraya ümumiləş-
miş asosiasiyalar, bilik, bacarıq, vərdişlər və s. daxildir. Ancaq mə-
sələnin təkcə keçmiş təcrübənin müxtəlif elementlərinin bərpasın-
430
dan ibarət hesab etmək birtərəfli olardı. O, gizli şəkildə mövcud
olan obyektiv münasibətləri də əks etdirir.
İnkişafın sürətləndirilməsi ilə bağlı yaradıcı təfəkkürün qanu-
nauyğunluqlarının tədqiqində intutiv təfəkkürünün təbiətinə diqqət
daha çox yönəlməkdədir. V.N.Puşkinin tədqiqatları bu baxımdan
bizdə xüsusi maraq doğurur. Çünki yaradıcı təfəkkürün qanunauy-
ğunluqları təbiəti barədə söhbət gedən sistemi psixoloji aspektdən
əsaslandırır. Əsasına təfəkkürün qanunauyğunluqları qoyulan sis-
temdə analitik və evristik fəaliyyətlərin idarə olunması məsələsi ön
plana çəkilir, inkişafın sürətləndirilməsi, təhsilvermə və tərbiyələn-
dirmə funksiyaları arasında daha optimal vəhdət təmin olunur,
imkanlar hərəkətə gətirilir. V.N.Puşkin evristik fəaliyyətin mahiy-
yətini aşağıdakılarda görür: a) elə fəaliyyətdir ki, tipik olmayan
məsələlərin həllində istifadə olunur; b) məsələnin həlli gedişində
formalaşan və şüurlu şəkildə məsələlərə köçürülə bilən priyomlara
malikdir (18)
Psixoloqlar problemin həlli zamanı biliklərin mövcud sistemi-
nə yeni informasiyanın daxil edilməsi və onun işlənilməsi ilə bağlı
insanın yaradıcı əqli fəaliyyətinin analitik və evristik növlərə ayrıla
bildiyini müəyyənləşdirmişlər. Yaradıcı təfəkkürün analitik və ev-
ristik növlərə bölünməsi problemin həlli zamanı şagirdlərin yalnız
əqli əməliyyatları anlamasını yüngülləşdirməkdən ibarət olmayıb,
eyni zamanda ayrı-ayrı əqli əməliyyatların həyata keçməsi üçün pe-
daqoji şəraitin yaradılması naminə müəllimin praktik fəaliyyəti
üçün də əhəmiyyətlidir.
Əqli fəaliyyətin analitik növü problemin həlli zamanı əqli hə-
rəkətlərin dəqiq ardıcıllığı və mövcud həll alqoritmi ilə bağlıdır. Bu
prosesdə analiz, sintez, ümumiləşdirmə, abstraklaşdırma və kon-
kretləşdirmə kimi əqli əməliyyatlar biri-digərini izləyir, müəyyən
ardıcıllıqla, etaplar üzrə, pillə-pillə yüksəlməklə problemin həlli
mümkün olur. Təfəkkürün istiqamətliliyi verilənlər ilə axtarılanlar
arasında münasibətlərlə müəyyənləşir, həllin üsulu sınaq və səhvi
rəddetmə yolu ilə tapılır. Müvafiq qaydalar düzgün seçiləndə
təfəkkürün alqoritmik məntiqi gec-tez həllə gətirib çıxarır.
Müasir psixologiyada intutiv təfəkkürün analitik təfəkkürdən
fərqinin spesifikasını C.Bruner açmağa çalışmışdır. O, analitik və
431
evristik təfəkkürü müqayisə edərək aşağıdakıları göstərir. Analitik
təfəkkür onunla xarakterizə olunur ki, onun ayrı-ayrı etapları aydın
təsəvvür olunur, nitqlə ifadə etmək mümkün olur. Bu zaman insan
fikrin hərəkətini və məzmununu anlaya bilir. Təbii ki, təfəkkür mü-
hakiməni ümumidən xüsusiyə, xüsusidən ümumiyə keçmək forma-
sında qəbul edə bilir.
İdrakda kateqoriya və faktların əlaqəsi intellektual intuisiya
vasitəsi ilə təmin edilir. Çoxmənalı olmasına baxmayaraq, intuisiya
anlayışı əsasən həqiqəti bir dəfəyə aşkara çıxaran müstəqil bilik mə-
nasında başa düşülür. İntuisiyanın hissi və intellektual növləri bir-
birindən fərqlənir. İntuisiyanın evristik növü də gözlənilməz yeni-
liklərin tapılması və s. formalarda təzahür edir. İntellektual intuisiya
ilə birlikdə kateqorial təhlil zəruri biliyə gətirib çıxaran vahid prose-
sin ayrılmaz tərkib hissəsidir. İnsan təfəkkürünün səciyyəvi xüsu-
siyyətlərini dərrakə deyil, məhz zəka ifadə edir. Zəka, məzmunu və
təbiəti dərk olunan anlayışlarla əməliyyat aparır, zəkanın köməyi ilə
hadisələr, proseslər yaradıcı fəallıqla, məqsədyönlülüklə əks olunur.
İnsan zəkası təşəkkül tapmış biliklər sistemi hüdudlarından kənara
çıxmağa, yeni sistem yaratmağa yönəlir. İnsan biliyi dərrakədən və
zəkadan ibarət fəaliyyətin vəhdətidir ki, həmin fəaliyyətlə obyektiv
reallıq dərk olunur. Yaradıcılığın bütün sirləri, onun qanunauyğun-
luqları, mexanizmi tam, axıra qədər öyənilməsə də, elmi idrakın nə-
ticələri kimi biliklərin sistemi, onların inkişaf məntiqi haqqında mə-
lumat kifayət qədərdir.
Tədris-idrak prosesinin təşkilində (alqoritmik və evristik fəal-
iyyətlərin optimal münasibətlərini özündə ehtiva edən sistemdə)
müəllimin bu və ya digər əqli fəaliyyət növünün xüsusiyyətlərini
bilməsi və onu diqqət mərkəzində saxlaması vacib məsələlərdəndir.
Analitik əqli fəaliyyətin strukturu aşağıdakı kimidir:
1.
Çətinliyin dərki və problem situasiyasının təhlili;
2.
Əsas çətinliyin müəyyənləşdirilməsi;
3.
Məlum alqoritmlərin tətbiqi və ya analitik yolla həllin axtarışı;
4.
Həll və onun düzgünlüyünün yoxlanılması.
Evristik fəaliyyətin təbiəti ilə bağlı elmi ədəbiyyatda müxtəlif
fikirlər mövcuddur. Əqli fəaliyyətin evristik növünün strukturu
prinsipcə müxtəlif ola bilər. Onun ayrı-ayrı mərhələləri analitikə ya-
Dostları ilə paylaş: |