Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə155/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   151   152   153   154   155   156   157   158   ...   236

 

453 


-  şagirdlərin  idrak  müstəqilliyinin  və  yaradıcı  qabiliyyət-

lərinin inkişafına təsir göstərmək funksiyasını; 

- məktəblilərin dialektik təfəkkürünün formalaşdırılması funk-

siyasını; 

-  mənimsənilmiş biliklərin yeni situasiyada tətbiqinin əsasında 

duran yaradıcı bacarıq və vərdişlərin formalaşdırılması funksiyasını; 

-  elmi  tədqiqatın  metodlarını  əldə  etmək  və  onlardan  fayda-

lanmaq  üçün  yaradıcı  fəaliyyət,  bacarıq  və  vərdişlərin  formalaşdı-

rılması funksiyasını. 

Lakin deyilənlərdən səhv nəticə çıxararaq bu altsistemə etina-

sız da yanaşmaq olmaz. Əgər təlim materialının məzmununda öyrə-

niləcək anlayış və hadisələr ikinci dərəcəli (köməkçi) xarakterə ma-

likdirsə, yeni biliklərin əldə olunması üçün istinad biliklərinin miq-

darı  kifayət  deyildirsə,  aktuallaşdırılmalı  əlaqələr  çətin  və  abstrakt 

olmaqla çoxluq təşkil edirsə, faktiki material böyük miqdardadırsa, 

onda belə bir altsistemdən necə istifadə etməmək olar?! 

Bəşərin  bilikləri  və  fəaliyyət  üsullarını  əldə  etməsi  təcrübəsi, 

şagirdin  psixi  proseslərinin  inkişaf  xüsusiyyətləri  bu  altsistemə  tə-

lim prosesində yer verilməsini, təhsilin ilk iki səviyyəsinə uyğun və-

zifələrin həllində bundan istifadə etməyin qaçılmazlığını təsdiq edir. 

İnkar  olunmazdır  ki,  hafizədə  biliklərin  böyük  bir  qismi  məhz  bu 

yolla əldə oluna bilər. Nəhayət, təlim sistemində biliklərin və fəaliy-

yət üsullarının reproduktiv fəaliyyətin (şagirdin) nəticəsi kimi veril-

məsini  özündə  ehtiva  edən  altsistemin  mövcudluğunu  biliklərin  st-

rukturu şərtləndirir. Biz bu mülahizəni söyləyərkən təlim materialı-

na  daxil  olan  biliklərin  üç  qrupda  birləşdiyini  nəzərə  alırıq: 

ümumiləşmiş  biliklər,  ümumiləşmiş  fəaliyyət  üsulları  haqqında  bi-

liklər; konkret biliklər

Birinci qrupa anlayış, qanun, prinsip, qaydalar və s. daxildir. 

Bu qrupa aid bilikllər aşağıdakı yollarla mənimsənilə bilər: a) anla-

yışın və s. məzmun və mahiyyətini başa düşmədən əzbərləmək; b) 

hazır nəticə, ümumiləşdirmə şəklində öyrənmək, daha doğrusu anla-

yışın və s. məzmununun müəllim tərəfindən və ya dərsliyin köməyi 

ilə  açılması;  c)  müstəqil  əldəetmə.  İkinci  qrupa  gerçək  aləmin 

cisim  və  hadisələrinin  mahiyyətinin,  habelə  müvafiq  anlayışların, 

qanunauyğunluq  və  qanunların,  qaydaların  dərk  olunmasında  işlə-




 

454 


dilən  üsul  və  priyomlar  haqqında  biliklər  daxildir.  Bu  qrupa  daxil 

olan  biliklərin  hər  bir  konkret  halda  mənimsənilmə  yolunu  məqsə-

dəuyğun  şəkildə  (didaktik  əsaslarla)  müəllim  müəyyən  etməlidir. 

Belə  ki,  anlayış,  qayda,  qanun  və  sairənin  biri  təlim  probleminin 

həlli yolu, başqası isə izahlı-reproduktiv yol seçməklə mənimsənilə 

bilər.  Üçüncü  qrupa  faktlar,  terminlər,  tarixlər,  adlar,  verilmiş 

kəmiyyət  miqdarları,  hadisələr  və  s.  daxildir.  Bu  qrupa  aid  olan 

biliklər ümumiləşdirici xarakter daşımır, o sadəcə əzbərçilik, yadda-

saxlama tələb edir. Üçüncü qrup biliklər bir qayda olaraq problemli 

öyrənmə yolu ilə mənimsənilmir. 

Tədqiqat  materiallarının  ümumiləşdirilməsi  söyləməyə  əsas 

yaradır  ki,  haqqında  açıqlama  verdiyimiz  bu  altsistem  müxtəlif 

layihələrin  (texnologiyaların)  tətbiq  edilməsi  və  komponentlərin  –

imkan daşıyıcılarının funksiyalarından daha kamil istifadə olunması 

əsasında təkmilləşdirilə biləndir. 

Ancaq ideal təkmilləşdirmə belə onu mükəmməl sistem halına 

gətirə  bilməz.  Çünki  bəşər  mədəniyyətinin  dərk  olunması,  qorun-

ması  və  yaradıcılıqla  inkişaf  etdirilməsi  təcrübəsinin  mənimsənil-

məsi şəraitini tənzimləyən sistemin xarakterik əlaməti alqoritmik və 

evristik fəaliyyətlərin optimal münasibətlərini özündə saxlamasıdır. 

Təbii  ki,  buna  adekvat  olan  təlim  sistemi  (mükəmməl  sistem)  həm 

sözügedən altsistemi özündə saxlamalıdır, həm də yeninin müstəqil, 

problemli mənimsənilməsi şəraitini tənzimləməlidir. Odur ki, bilik-

lərin  əsasən  hazır  şəkildə  əldə  olunması  yolunu  təkmilləşdirməklə 

yox, onu tamamlamaqla mükəmməl sistemi formalaşdırmaq olar. 

Təbiəti  və  funksiyaları  barədə  bəhs  etdiyimiz  altsistemdə  şa-

gird  alqoritm  quran  (tərtib  edən),  evristik  fəaliyyətini  idarə  edən 

subyekt yox, sözügedən növ fəaliyyətlərin müşahidəçisi rolunda çı-

xış edir, bəzi hallarda onun struktur tərkiblərinin bir qisminin icraçı-

sı  olurlar.  Nəticədə  şagirdin  alqoritm  qurmaq,  evristik  və  analitik 

fəaliyyətin subyekti rolunda çıxış etmək üçün zəruri bilik və inkişaf 

səviyyəsi formalaşmır. 

Yeninin  müəyyənləşdirilməsinə  yönələn  analitik  və  evristik 

fəaliyyətin  yerinə  yetirilməsi  prosesi  müəyyən  alqoritm  ehtiyatına 

və möhkəm qaydalar sisteminin mövcudluğuna istinad edir. Bilik və 

fəaliyyət  üsullarının  öyrənilməsini  özündə  ehtiva  edən  altsistemdə 




 

455 


alqoritmik, evristik və analitik fəaliyyətin optimal münasibətlərinin 

tənzimlənməsi problemin təbiəti, problemliliyin səviyyəsi ilə şərtlə-

nir.  Bilik  və  fəaliyyət  üsullarının  əsasən  hazır  ötürülməsini  özündə 

saxlayan  altsistemdə  isə  alqoritmləşdirmə  alqoritmik  mədəniyətin 

inkişafına  olan  zəruri  (həm  şagirdlərin  idarəetmə,  reproduktiv  fəa-

liyyəti üçün, həm müəllimin yeninin axtarışına yönələn fəaliyyətini 

şüurlu müşahidə etmək, həm də problemli öyrənmə prosesinə hazır-

lanma baxımından) tələbatla şərtlənir. 

Şagirdin  alqoritmləri  mənimsəməsi,  tərtib  etməyi  bacarması 

əqli  fəaliyyətin  düzgün  istiqamətdə  cərəyan  etməsini  şərtləndirir, 

evristik  fəaliyyətin  inkişafı  üçün  geniş  imkanlar  açır.  Pofessor 

B.A.Əhməov vurğulayır ki, nəzəri biliklərin əməli tətbiqi baxımın-

dan alqoritm əldə etməyin müstəsna əhəmiyyəti vardır. Biz bu fikrə 

şərikik. Şagirdlərə müəyyən işin icrasını öyrətmək, fəaliyyətini ida-

rə  etməyə  hazırlamaq  üçün  zəruri  alqoritmlərin  mənimsənilməsinə 

nail olmaq  gərəkdir və  bu, bizim otuz beş  illik təcrübəmizdən irəli 

gələn  qənaətimizdir.  Bu  sahədə  ilk  təcrübəmiz  “Dərsin  təkmil-

ləşdirilməsi yolları”na həsr olunmuş respublika konfransı tərəfindən 

təqdir  edilmişdir.  (Bakı,  1977-ci  il).  Təlimi  alqoritmləşdirmək  ona 

görə faydalı hesab olunur ki, şagirdlər bunun vasitəsilə öz təfəkkür 

və əməli hərəkətlərini təşkil edir və onlar idarəetməyə alışırlar. Təli-

min  altsistemlərinin  təkmilləşdirilməsi,  onların  uzlaşmasının  təmi-

natı alqoritmləşdirməyə xüsusi önəm verməyi tələb edir. 

Təbii ki, bu işdə aludəçiliyə yol vermək olmaz, onun zəif cə-

hətlərinin  də  mövcudluğunu  nəzərdən  qaçıra  bilmərik.  Həddindən 

artıq  alqoritmləşdirməyə  uymaq  təlim  prosesini  zəiflədər,  şagird-

lərin  yaradıcı  qabiliyyətlərinin  inkişafını  ləngidər,  təlimdə  forma-

lizm əmələ gətirə bilər. Təbii ki, hər şey alqoritmləşdirməli deyildir, 

buna lüzum  da  yoxdur. Əgər məsələdə  bütün  şərtləri,  əməlləri, on-

ların ardıcıllığını nəzərə almaq mümkün deyildirsə və ya tərtib edi-

lən alqoritm hədindən artıq mürəkkəbdirsə, alqoritmləşdirməyə  yö-

nələn  cəhdin  nə  mənası  vardır?  Amma  elə  məsələlər  də  vardır  ki, 

onun alqoritminin tərtibi ilə bağlı iş müəyyən vaxt itkisinə səbəb ol-

sa da belə, bundan yan keçmək olmaz. L.N.Landa şagirdlərin müs-

təqil şəkildə alqoritm tərtib etməsinin onun təfəkkür müstəqilliyinin 

formalaşması  baxımından  böyük  didaktik  dəyərə  malik  olduğunu 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə