Annotasiya


  İnkişafetdirici  təlim  prinsipi



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə163/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   159   160   161   162   163   164   165   166   ...   236

 

477 


2.  İnkişafetdirici  təlim  prinsipi.  Pedaqoji  texnologiyaları 

təşkil  edən  zaman  tərbiyəedici  səmərəni  nəzərə  almaqla  yanaşı, 

onun inkişafetdirici tərəfini də layihələndirmək və həyata keçirmək 

yaxşı  olar.  Şagirdin  psixi  əməliyyatlarında  (intekllektual,  emosio-

nal, iradi, motivasion sferalarında) artım hiss olunmalıdır. Emosio-

nal  və  intellektual  sferanın  ahəngdar  inkişafını  təmin  etmək  lazım-

dır. İntellektual sferanın emosional sferanı sıxışdırması insanda so-

yuq münasibətlərin yaranmasına, insanlara sevinc bəxş etmək və se-

vincə şərik olmaq bacarıqlarının olmamasına gətirib çıxara bilər. 

3. Müvəffəqiyyət qazanmaq prinsipi. Müvəffəqiyyət qazan-

maqdan ötrü situasiya yaratmaq uşağı daha böyük nəticələrə nail ol-

mağa stimullaşdırır. 

4.  Şagirdlərlə  əks  əlaqə  prinsipi.  Mühüm  vəzifələrdən  biri 

hər  bir  dərsdə  bütün  şagirdlərə  öz  müvəffəqiyyətləri  barədə  məlu-

mat  vermək  imkanı  yaratmaqdır.  Başqa  sözlə  desək,  hər  bir  şagird 

tədris materialının mühüm elementləri üzrə yoxlanılmalıdır. 

Bütün  şagirdlərlə  əks  əlaqə  prinsipi  şagirdi  hər  dərsə  hazır 

gəlməyə  stimullaşdırır.  Bu  prinsipi  lazımi  şərait  yaradıldığı  halda 

həyata keçirmək olar. Hər şeydən əvvəl ev tapşırıqları uşaqların gü-

cünə müvafiq olmalıdır. 



5.  Təkrar  etmək  prinsipi.  Tədris  materialı  ilə  ilk  dəfə  tanış 

olandan  sonra  onu  bir  neçə  dəfə  təkrar  etmək  lazımdır.  Bu  zaman 

başlıca diqqət əsas fikirlərə, “siqnallara” verilməlidir. İl ərzində ke-

çilmiş  materiala  dövri  olaraq  qaytarmaq  və  əsas  fikirləri  təkrar  et-

mək lazımdır. 

Dərs ilinə keçən tədris ilində mənimsənilmiş materialın təkrarı 

ilə  başlamaq  faydalıdır.  Yay  ərzində  çox  şey  şagirdlərin  yadından 

çıxır.  Normal  və  sağlam  psixika  belə  qurulmuşdur.  Təkrar  et-

mədiyimiz  şey  şüurdan  çıxıb  şüuraltına  keçir  və  yaddan  çıxır.  Ona 

görə də bilikləri aktuallaşdırmaq üçün tədris ilinin əvvəlində onları 

təkrar etmək lazımdır. 

6.  Optimal  psixi  gərginlik  prinsipi  həm  şagirdlər,  həm  də 

müəllimlər  üçün  zəruridir.  Şagirdi  həm  həddindən  artıq  yükləmək, 

həm də az yükləmək olmaz. Şagird az psixi gərginlik şəraitində in-

kişaf etmir. 




 

478 


7.  Təlim  prosesində  şagirdlərin  maksimum  iştirakı  prin-

sipi  dərsdə  şagirdləri  müxtəlif  növ  fəaliyyətə  cəlb  etməyi  nəzərdə 

tutur. Bu məqsədlə qarşılıqlı sorğu keçirilir, yaranan problemlər, ca-

vablardakı kəm-kəsrlər aradan qaldırılır. 

8.  Vahid  məqsədlər  üçün  birləşmək  prinsipi  iş prinsipləri-

nin, məqsədləri, texnologiyaların şagirdlərə zorla qəbul etdirilməsi-

ni nəzərdə tutur. 

9. Yaxın inkişaf zonasına oriyentasiya prinsipi. 

Yeni təlim texnologiyalarının tətbiqi prinsipləri və digər tələb-

lərlə bağlı geniş interpretasiya VIII fəsildə özünə yer almışdır. 

 

*** 



 

Təhsilvermə  (təhsilləndirmə)  modelləri  –  təhsilvermənin  (təhsillən-

dirmənin) strukturu, tədris kursunun məzmunu və quruluşu, şagirdlərlə işin 

təşkilinin  konkret  məqsədləri,  şagirdləri  qruplara  bölmənin  formaları, 

testləşdirmə  və  qiymətləndirmənin  metodları,  həmçinin  təlim  prosesinin 

qiymətləndirilməsi  kimi  məsələlərin  qarşılıqlı  əlaqələrini  müəyyənləş-

dirməyə  imkan  verir.  Qərbi  Avropanın  tədqiqatçı  pedaqoqları  ümumtəhsil 

sistemində təhsilvermənin bir çox modellərindən, o cümlədən aşağıdakı ye-

ni  modellərindən  (formalarından)  də  istifadə  etməyi  məsləhət  bilirlər:         

1) seçmə qruplar (selektiv) modeli; 2) birləşmiş qruplar modeli; 3) “qarışıq 

qabiliyyətlər”  modeli;  4)  inteqrativ  təlim  modeli;  5)  innovasion  təlim 

modeli. 

Təhsilvermə  (təhsilləndirmə)  modelləri  aşağıdakı  əsas  komponent-

ləri ilə bir-birindən fərqlənirlər: 

 



modelin təhsilvermə strukturu

 



təlim kurslarının məzmunu; 

 



təlim kurslarının təşkili; 

 



şagirdlərin qrup şəklində təşkili formaları; 

 



şagirdlərin idarə edilməsi

 



tətbiq edilən testlər və yoxlamalar; 

 



təlim prosesinin qiymətləndirilməsi. 

2.  Seçmə  qruplar  (selektiv)  modeli.  Bu  modeldə  təlimin  ilk  dövrü 

(bir həftədən bir ilə qədər) şagirdlərin qabiliyyətlərinə görə seçilməsi işi 

aparılır. Son illərdə məktəbə qəbul edilənlər (V-X siniflərdə) testlər vasi-

təsi  ilə  seçilərək  müxtəlif  səviyyəli  şagirdlərdən  sinif  (potok)  qruplaş-

dırılır. Şagirdlərin yüksək səviyyəli siniflərdən aşağı səviyyəli sinifə keçidi 


 

479 


asan,  əksinə  isə  praktik  olaraq  çətin  həyata  keçirilir.  Müxtəlif  siniflərdə 

tədris  proqramları  müxtəlif  olur.  Yüksək  səviyyəli  siniflərin  proqramı 

daha çətin və mürəkkəbdir. Elə fənlər (məsələn: dil, riyaziyyat, tarix) var 

ki, müxtəlif səviyyəli siniflərin hamısında tədris olunur. Fənlərin bəziləri 

isə  yalnız  aşağı  səviyyəli  siniflərdə  keçirilir.  Yüksək  səviyyəli  siniflərdə 

təhsil alan və yeddi fəndən dövlət imtahanı verən məzunlar universitetlərə 

imtahansız qəbul olunurlar. 

Modelin xarakterik cəhətləri bunlardır: 

 



fənlər üzrə tədris materialının öyrənilməsi uzunmüddətli olmur; 

 



siniflərdə təlimin metodları və yolları müəllim tərəfindən seçilir; 

 



şagird  qruplarının  seçilməsi  və  siniflərdə  birləşdirilməsinin  tən-

zimlənməsi  qabiliyyətləri  maksimum  dərəcədə  yaxın  olanların  mü-

əyyənləşdirilməsi prinsipi ilə aparılır; 

 



bilik  səviyyəsinə  görə  qiymətləndirilərək  şagirdlərin  siniflərdə 

qruplaşdırılması dövründən sonra seçmədə buraxılan nöqsanları aradan 

qaldırmaq üçün üfüqi yerdəyişmələr aparmağa yol verilir. 

Əgər  eyni səviyyəli  siniflərdə  şagird  verilən  tapşırığı tələb  olunan 

səviyyədə  yerinə  yetirə  bilmirsə,  ona  həmin  qrupda  ikinci  ilə  oxumağa 

icazə verilir. İkinci ildə də onun göstəriciləri aşağı olsa, onda bir səviyyə 

aşağı  olan  sinifə  keçirilir,  sonradan  həmin  şagirdin  bütün  fənlər  üzrə 

səviyyəsi  ümumi  orta  qiymətdən  yuxarı  olduqda  o,  öz  sinfinə  qaytarılıb 

təhsilini davam etdirə bilər. 

Seçmə  qruplar  modeli  ilə  işləyən  Almaniyada  “Vahid  məktəb”, 

İngiltərədə  “Hərtərəfli”  və  ya  “Universal  məktəb”  və  Hollandiyada 

gimnaziya  (illik),  HAVO  (orta təhsilin yuxarı  pilləsi –İllik), MAVO  (peşə 

təhsilinə hazırlıq pilləsi – illik) adlanan məktəblər mövcuddur. 

3.Birləşmiş qruplar modeli. Belə modellə işləyən məktəblərdə həm 

“müxtəlif qabiliyyətli”, həm də “eyni qabiliyyətli” şagird qrupları təhsil 

alır.  Müxtəlif  qabiliyyətli  şagirdlərdən  təşkil  olunan  qruplarda  ictimai 

elmlər,  ana  dili,  bəzi  dəqiq  elmlər  üzrə  fənlər  və  fiziki  mədəniyyət  fənni 

öyrənilir.  Eyni  qabiliyyətli  (və  ya  yaxın  qabiliyyətli)  şagirdlərdən  təşkil 

olunan  qruplarda  isə  yuxarıda  göstərilən  fənlərdən  başqa  riyaziyyat, 

ingilis  dili  və  fransız  dili  də  öyrənilir.  Müxtəlif  qabiliyyətli  (və  ya 

“qarışıq”) qruplar təşkil edərkən bir çox hallarda şagirdlərin intellektual 

qabiliyyətləri ilə bərabər, sosial vəziyyəti və cinsi də nəzərə alınır. 

“Eyni qabiliyyətli” qrupları təşkil etmək üçün müəyyən fənlər üzrə 

test  yoxlamaları  aparılır.  Bu  qruplarda  fənlər  müxtəlif  səviyyəli  proq-

ramlar əsasında tədris olunur. Hər bir şagird hansı fənni hansı səviyyədə 

öyrənmək  istədiyini  özü  seçir,  sonralar  əldə  etdiyi  nailiyyətlərdən  asılı 

olaraq  qrupunu  dəyişdirə  bilir.  “Qarışıq”  qruplarda  fənlərə  ayrılan 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə