474
Təlimdə proqramlaşdırma haqqında ən görkəmli pedaqoqlar
dəyərli fikirlər söyləyirlər. A.M.Matyuşkin göstərir ki, təlimin rasi-
onal təşkili a) təlim materialının hissələrə bölünməsi, b) materialın
hər bir hissəsinin alqoritminin müəyyənləşdirilməsi, c) mənimsəmə
addımlarının keçirilməsi haqqında əks informasiyanın alınması
üçün priyomlar sisteminin mövcudluğunu tələb edir. Bu tələblərin
ödənilməsində, təlimin rasional təşkilində proqramlaşdırmanın əhə-
miyyəti kifayət qədər böyükdür. M.M.Mehdizadə göstərmişdir ki,
proqramlaşdırma biliklərin şagirdlərə çatdırılması mənbələrinə, fər-
diləşdirməyə, onların bilik, bacarıq və vərdişləri ilə silahlanmaları
prosesi üzərində nəzarətə, zehni fəaliyyət nəticələri haqqında ver-
dikləri cavabların formasına və verilən qiymətlərin ümumiləşdir-
məsinə görə təlim prosesini daha da zənginləşdirir. Professor
B.A.Əhmədov yazır ki, A.M.Matyuşkin, M.İ.Maxmutov və baş-
qaları proqramlaşdırılmış təlimlə problemli təlimi əlaqələndirmək,
proqramlaşdırma vasitəsi ilə problem situasiyaları yaratmaq
ideyasını irəli sürmüşlər. Beləliklə, iki pedaqoji yenilik arasında
əlaqənin yaranması işi xeyli asanlaşmış və bütün təlim metodlarının
qarşılıqlı əlaqədə götürülməsinin zəruriliyi praktik şəkildə həyata
keçirilməyə başlamışdır.
Nəzəri cəhətdən əsaslandırılır ki, proqramlaşdırmadan şagird-
lərin problemli öyrənmə məqsədi daşıyan həm analitik, həm də
evristik fəaliyyətinin təşkili zamanı istifadə etmək mümkündür.
Sualların formalaşdırılmasında və materialın şərhində problemlilik
prinsipi əsas götürülməklə kadrlar tətbiq edilə bilər. A.M.Matyuşkin
belə hesab edir ki, aşağıdakı üç tip kadr bu prinsipə cavab verir: a)
kadr - problem situasiyasının yaradılması üçün; b) kadr - qoyulmuş
problemin həllinə əsas yaradan faktlar barədə informasiya və izah
vermək üçün; c) kadr - problemli tapşırıqların yerinə yetirilməsinin
düzgünlüyünə nəzarət (özünənəzarət) üçün.
Proqramlaşdırılmış təlim elementlərindən istifadə edən Lən-
kəran rayonu, Boladı kənd müəllimi Əliməmməd Ağayev öz təcrü-
bəsindən çıxış edərək yazır ki, bunun müsbət nəticələri aşağıdakılardır:
1.
Şagirdlərin təşəbbüsü və idrak fəaliyyəti genişlənir;
2.
Şagirdlər müstəqil işləməyə alışırlar;
3.
Şagirdlərin bütün diqqəti tədris prosesinə cəlb olunur;
475
4.
Dərslər maraqlı, intensiv və sakit keçir;
5.
Müəllimlər vaxt itirmədən sinifdə zəif oxuyan şagirdlərə
daha çox kömək etmək imkanı qazanırlar;
6.
Bütün sinfin işinə eyni zamanda nəzarət etməklə şagirdlərin
hər birinin buraxdığı səhvləri müəyyənləşdirib onları aradan qaldır-
maq üçün lazımi siqnallar verə bilir;
7.
Qısa müddətdə bütün şagirdlərin biliyinə qiymət verə bilir
və s.
Qeyd etmək olar ki, nəinki proqramlaşdırılmış təlimdən, hətta
onun elementlərindən belə istifadə edən müəllimlərimiz çox azdır.
Şimal-Qərb bölgəsində ümumtəhsil məktəblərindən ixtisasartırma
kurslarına cəlb olunan on beş mindən artıq müəllimdən əldə olunan
informasiya bu fikri təsdiq edir. Baxmayaraq ki, sözügedən texnolo-
giyanın yaratdığı imkanlar nəzəri cəhətdən L.N.Leontyev, P.Y.Qal-
perin, N.F.Talızina, A.M.Matyuşkin, İ.T.Oqorodnikov, T.A.İlina,
Q.Q.Maslova,
V.Q.Boltyanski,
V.İ.Krupiç,
M.M.Mehdizadə,
E.A.Klimov, M.İ.Maxmutov, A.İ.Rayev və başqaları tərəfindən pe-
daqoji və psixoloji aspektli tədqiqat obyektinə çevrilmiş, ümumi-
ləşmələr edilmişdir.
Təlim sistemi ilə proqramlaşdırılmış təlim texologiyası arasın-
da münasibətlərlə bağlı nöqteyi-nəzərimizi başqa bir formada Qərbi
Avropanın (eləcə də ABŞ-ın) bir qrup tədqiqatçı pedaqoqlarının
ümumtəhsil sistemi üçün üstünlüklərini vurğuladıqları təlim layihə-
ləri (texnologiya və modelləri)- selektiv, birləşmiş qruplar, qarışıq
qabiliyyətlər, inteqrativ, innovasion təlimlər, fərdiləşdirilmiş, alqo-
ritmik, mərhələli və s. barədə də söyləyə bilərik. Həmin təlim layi-
hələrinin xarakterik cəhətlərinə diqqət yetirdikdə aydın olur ki, on-
ların üstün keyfiyyətləri təlimin mükəmməl sistemində ehtiva
olunan ya altsistemlərin, ya da imkan daşıyıcılarının funksiyalarının
daha da təkmil həyata keçirilməsinə yönəldilmişdir.
Araşdırma bizi belə qənaətə gətirir ki, təlim texnologiyaları-
nın işlənilməsi, seçilməsi və tətbiqi ilə bağlı aşağıdakı hallar möv-
cuddur.
- elə texnologiyalar vardır ki, onlar nəzəri cəhətdən işlənmiş-
dir, üstün cəhətləri dəyərləndirilmişdir və praktikada özünə yer tap-
mışdır (məsələn, təlimdə alqoritmləşdirmə).
476
- elə texnologiyalar vardır ki, o nəzəri cəhətdən işlənilmişdir,
praktikada elementləri tətbiq olunur;
- elə texnologiyalar vardır ki, onlar nəzəri ümumiləşmə olaraq
qalmış və təlim praktikasında yeri yoxdur.
Bu barədə nəzəri ümumiləşməmiz belədir ki, alqoritmik və
evristik fəaliyyətin optimal münasibətlərini özündə ehtiva edən tə-
lim sistemi təlim texnologiyalarının tətbiqinə (daxil edilməsinə)
açıqdır. Lakin məsələnin praktik həlli - texnologiyaların təlim siste-
minə daxil edilməsi üçün bir sıra şərtlər ödənilməlidir. Bunların ara-
sından aşağıdakıları fərqləndiririk:
- pedaqoji yenilik kimi dəyərləndirilən və faydalılığı arqu-
mentləşdirilən texnologiya üçün xarakterik olan əlamətlər təlim sis-
teminin təbiətinə zidd olmamalı, onun emercentliyinə tabe olmalıdır;
- təlim sisteminə daxil edilməsi nəzərdə tutulan texologiya alt-
sistemlərin təkmilləşdirilməsinə və onların uzlaşmasına yönəlməlidir;
- tətbiq olunacaq texnologiya təlim sisteminin imkan daşıyıcı-
larının funksiyalarının daha üstün həyata keçməsinə yönəlməli və
onların daxili əlaqəsini pozmamalıdır.
Pedaqoji texnologiyaların yaradılması və tətbiqi üzrə spesifik
prinsipləri müəyyənləşdirmək, onların pedaqoji-psixoloji təhlilini
vermək olduqca vacibdir. Bu prinsiplər əsas təlim prinsipləri üçün
sistemaltı, köməkçi funksiyaları yerinə yetirir.
Spesifik prinsiplər pedaqoji texnologiyaları təşkil və tətbiq
edərkən rəhbər tutulan əsas müddəalardır. Pedaqoji ədəbiyyatda
müxtəlif spesifik prinsiplər verilmişdir. Professor Ə.X.Paşayevin və
professor F.A.Rüstəmovun təhlili maraqlıdır. Sözügedən prinsiplər
üzrə onların şərhi belədir:
1. Tərbiyəedici təlim prinsipi. Hər hansı pedaqoji texnologi-
yanın məqsədləri şəxsiyyət xarakteristikalarını formalaşdırmaqdır.
Deməli, burada münasibətlər təlimin psixi materialı hesab olunur.
Burada üç qrup münasibətləri fərqləndirmək olar: 1) qanuna tabe-
lilik münasibətləri; 2) əməkdaşlıq münasibətləri; 3) “Mən” konsep-
siyası.
Təlim prosesi şagirdlərin psixkasına təsir edən xarici kons-
truksiyadır. Bu proses müəllimin, şagirdlərin, didaktik materialın tə-
sirindən ibarətdir.
Dostları ilə paylaş: |