497
16. Şagirdlərə nailiyyətlərinə sevinmək, müvəffəqiyyət hissini
yaşamaq, gərgin idraki fəaliyyətdən məmnun olmaq imkanı verin.
17. Elmdə və texnikada yeni nailiyyətləri işıqlandırarkən tə-
lim texnologiyasının təkmilləşməsi haqqında danışmağı yaddan çı-
xarmayın, təlim əməyinin çətinliklərini və onun səmərəliliyini yük-
səltmək yollarını açıb göstərin, tədris əməyinin elmi təşkili ideyala-
rını inamla təbliğ edin.
18. Birmənalı olmayan və saxta ifadələrdən istifadədən çəki-
nin, onlar qeyri-sağlam təsəvvürlərin yaranmasına səbəb ola bilər.
Məktəbdə, xüsusilə onun birinci və ikinci pilləsində müəllimin de-
diyinin şagirdlər tərəfindən özbaşına və yanlış şərhinə yol vermək
olmaz. Bu, heç də uşaq fantaziyasının inkişafına mane olmaq demək
deyil. Amma bilmək lazımdır ki, ciddi şeylər birmənalı qəbul edil-
məlidir.
19. Şagirdlərin tədqiqatçılıq işini rəğbətləndirin. Onları ekspe-
rimental və təcrübi işlərin, ilk mənbələrin və məlumat materialları-
nın, arxiv sənədlərinin saf-çürük olması texnikası ilə tanış etməyə
vaxt tapın.
Təlimdə müvafiqlik prinsipi. Məlumdur ki, təlim-tərbiyə
praktikasında iki mühüm tələb gözlənilir: 1) şagirdlərin yaş inkişa-
fının qanunauyğunluqları nəzərə almaq; 2) təlim-tərbiyə prosesini
şagirdlərin inkişaf səviyyəsinə uyğun olaraq təşkil etmək və həyata
keçirmək. Təlimin müvafiqlik prinsipi bu tələblərdən formalaşmış-
dır. Təlimin müvafiqliyi məktəblilərin yaş xüsusiyyətləri ilə müəy-
yən olunur və onların fərdi xüsusiyyətlərindən asılıdır. Eyni zaman-
da müvafiqlik tədris prosesinin təşkilindən, müəllimin tətbiq etdiyi
metodlardan, şəraitdən asılı olaraq təmin olunur, təlimin əvvəlki
vəziyyəti ilə müəyyən edilir. Məktəblilərin əqli inkişaf səviyyəsi,
təsəvvür və anlayışlar ehtiyatı nə qədər yüksək olarsa, yeni bilikləri
öyrənən zaman onlar daha çox uğur qazana bilərlər. Təlimdə çə-
tinlikləri tədricən artırmaq və onları aradan qaldırmağa alışdırmaq
şagirdlərin inkişafına və onlarda müsbət əxlaqi keyfiyyətlərin for-
malaşmasına ciddi təsir göstərir. Təlimin optimal çətinlik səviy-
yəsində qurulması onun sürətinə və səmərəliliyinə, biliklərin key-
fiyyətinə müsbət təsir edir.
498
Müvafiqlik prinsipinin praktik olaraq həyata keçirilməsi ilə
bağlı Y.A.Komenskinin formalaşdırdığı klassik qaydalar məlumdur.
Bunlar asandan çətinə, məlumdan məchula, sadədən mürəkkəbə
qaydalarıdır. Təlimin müasir nəzəriyyə və praktikası onun şagirdlə-
rin yaşına müvafiq həyata keçirilməsi üçün məcburi qaydaların və
tövsiyələrin siyahısını genişləndirmişdir. Bunlar həm müəllimlərə,
həm də tələbələrə ünvanlandığından sərbəst üslubda ifadə olunmuş-
dur. Bu belə də olmalıdır, çünki pedaqoji proses yaradıcı prosesdir.
Y.A.Komenskinin aşağıdakı nəsihətini yaddan çıxarmayın:
1. Öyrənilməsi nəzərdə tutulan bütün nə varsa, yaş mərhələlə-
rinə müvafiq olaraq elə bölüşdürülməlidir ki, başa düşülən, hər yaş
dövründə qavranılmaya müvafiq olsun.
2. Unutmayın ki, şagirdlərin ağılı hər hansı bir fənni öyrənmə-
yə hazırlanmalıdır.
3. Təlim zamanı şagirdlərin hazırlıq və inkişaf səviyyəsini nə-
zərə alın, öyrədən zaman onların imkanlarına istinad edin. Şagirdlə-
rin həyat təcrübəsini, maraqlarını, inkişaf xüsusiyyətlərini öyrənin
və nəzərə alın.
4. Təlim zamanı şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alın,
elə edin ki, təlimin məzmunu və yolları onların inkişafını bir qədər
qabaqlasın.
5. Təlim prosesində hər bir şagirdin fərdi oxuma səviyyəsini
(savadını) mütləq nəzərə alın, eyni səviyyədə oxuyan (savadlı) şa-
girdləri ayrıca kiçik qruplarda birləşdirin.
6. Tədris prosesini optimal surətdə qurmaq lazımdır, amma
güclü şagirdləri ləngitməyin, orta və zəif şagirdlərin fəaliyyətini in-
kişaf etdirin.
7. Təlim müəyyən gərginlik tələb edir. Belə olmayanda şa-
girdlər tam gücü ilə işləməkdən soyuyurlar. Şagirdlərin özlərinin
müəyyən etdiyi təlim sürəti, adətən, onların imkanlarından və gü-
cündən aşağı olur. Konkret şəraitə uyğun olaraq optimal sürəti
müəyyən edin, lazım gələrsə onu dəyişdirin.
8. Pedaqogika və psixologiyanın ən yeni nailiyyətlərindən is-
tifadə edin: konkret bilikləri, bacarıqları addımbaaddım, ümumiləş-
məni isə iri addımlarla öyrədin.
499
9. Təlimin yaşa müvafiq olması üçün analogiyadan, müqayi-
sədən, tutuşdurmadan geniş istifadə edin; şagirdlərin fikrinə təkan
verin, hətta ən mürəkkəb bilikləri belə anlamağın mümkün olduğu-
nu onlara sübut edin.
10. Yeni və mürəkkəb materialı öyrədən zaman güclü şagird-
ləri, həmin materialı möhkəmləndirən zaman isə orta və zəif şagird-
ləri işə cəlb edin.
11. Şagirdlərin anlayışları mənimsəməsini yüngülləşdirin. Bu-
nun üçün həmin anlayışları onlara əks və ya zidd anlayışlarla tutuş-
durun.
12. Hər hansı yeni anlayışın işlədilməsi məntiqi olaraq təkcə
qarşıya qoyulmuş idraki vəzifələrdən irəli gəlmir, həm də təlimin
bütün əvvəlki gedişi ilə hazırlanmalıdır.
13. Şagirdlər üçün ən çətin başa düşülən və mənimsənilən cə-
miyyətin inkişaf qanunauyğunluqları, təbiətin fundamental qanunla-
rıdır. Bütün fənlərin müəllimləri metodoloji biliklərin formalaşması
prosesinə öz töhfəsini verməlidir: bunun üçün tədris etdiyiniz fən-
dən ümumi və ən ümumi qanunauyğunluqların müxtəlif təzahürləri-
ni nümunələrlə göstərin.
14. Ehtiyac olmadan təlim prosesini başa vurmayın, tez mü-
vəffəqiyyət qazanmağa çalışmayın: müvafiqlik üçün maneələri
azaltmağın pedaqoji imkanları sonsuz deyil.
15. Müvafiqlik də inandırıcılıq və emosionallıq kimi müəllimin
aydın nəqlindən və nitqindən asılıdır: anlayışları dəqiq və birmənalı
ifadə edin, monotonluqdan qaçın, həyatdan, ədəbiyyatdan gətirilmiş
maraqlı faktlardan və nümunələrdən istifadə etməklə öyrədin.
16. Monoloqları uzun-uzadı söyləməyin: şagirdlərə nəyi izah
etmək lazım gəldiyini, onların nəyi müstəqil öyrənə biləcəklərini
hiss edin, şagirdlərin özlərinin asanlıqla mənimsəyə biləcəkləri şeyi
izah etməyin.
17. Müvafiqlik prinsipini həyata keçirərkən əsas diqqəti şa-
girdlərin idrak fəaliyyətinin idarə olunmasına verin: pis müəllim hə-
qiqəti söyləyir, onu başa düşməyə qoymur, yaxşı müəllim həqiqəti
tapmağı öyrədir, onu axtarıb tapmaq prosesini asanlaşdırır.
18.Müvafiqlik heç də asan təlim etmək deyil və müəllimin
funksiyası heç də müstəqil bilik əldə etmək, onu dərk etmək və mə-
Dostları ilə paylaş: |