Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə167/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   163   164   165   166   167   168   169   170   ...   236

 

488 


Pedaqoji  prosesin  qarşısında  duran  ümumi  məqsəd  tədricən 

həyata keçir. Şagirdin sosial formalaşması onun bioloji varlığından 

ayrılmazdır, inkişaf yalnız onların vəhdətində mövcuddur. Şagirdlə-

rin  imkanları,  yaş  xüsusiyyətləri,  yaxın  inkişaf  imkanları  ilə  sosial 

formalaşma vəzifələri uyğun gəlməlidir. Hər bir insan cəmiyyət qar-

şısında  tələblər  qoyduğu  kimi,  cəmiyyət  də  insanların  qarşısında 

konkret  inkişaf  səviyyəsinə  uyğun  vəzifələr  qoyur.  Bəşər  azadlıq 

uğrunda təcrübəyə və onun nəticələrinə öz varlığının tarixi boyu yi-

yələnmiş, öz mədəniyyətini yaratmaq, onu qoruyub saxlamaq və in-

kişaf etdirmək təcrübəsini dialektikanın qanunları ilə tənzim olunan 

sivilizasiya  prosesində  əldə  etmişdir.  Bu  dəyişmənin,  bu  inkişafın 

özünəməxsus məntiqi vardır. Yetişməkdə olan nəslə həmin təcrübə-

nin  verilməsində,  təbii  ki,  sivilizasiyanın  məntiqi,  bizim  istəyimiz-

dən asılı olmayaraq, pedaqoji prosesin istiqamətini müəyyən edir. 

 

Pedaqoji prosesin məqsədi şagirdlərin yaş xüsusiyyətlərindən 



və  imkanlarından,  şəxsiyyətin  formalaşması  qarşısında  cəmiyyətin 

konkret inkişaf şəraitinin irəli sürdüyü tələblərdən, mədəniyyətin dərk 

olunması, qorunması və inkişaf etdirilməsi təcrübəsinin əldə olunma-

sı məntiqindən asılı olaraq diferensiya və inteqrasiya olunarsa, onun 

həyata  keçirilməsi  hökmən  təmin  olunar.  Göstərilən  bu  ümumpe-

daqoji invariant asılılıqdan aşağıdakı prinsiplər irəli gəlir: 

a)

 

pedaqoji  prosesin  şagirdlərin  yaş  xüsusiyyətlərinə  və  im-



kanlarına müvafiqliyi; 

b)

 



pedaqoji prosesin həyatla əlaqələdirilməsi; 

c)

 



pedaqoji prosesdə bəşər təcrübəsinin əldə olunması. 

 



Pedaqoji  prosesdə  məqsəd  nə  qədər  düzgün  dərk  olunarsa, 

onda təlim-tərbiyə materialının məzmununun düzgün seçilməsi hök-

mən bir o qədər təmin olunar. 

Göstərilən bu ümumpedaqoji invariant asılılıqdan məzmunun 

məqsəd əsasında müəyyənləşdirilməsi prinsipi irəli gəlir. 

Bütün  hallarda  pedaqoji  prosesdə  müəllimin  pedaqoji  təsiri 

(xarici təsir) şagirdin daxili aləmi ilə transformasiya olunaraq onun 

fəaliyyətə  qoşulmasına  səbəb  olur.  Bu,  o  zaman  mümkün  olur  ki, 

müəllimin  pedaqoji  fəaliyyətini  tənzimləyən  məqsəd  şagirdin  tələ-

batının  təmin  olunmasının  real  əhəmiyyətə  malik  olan  obyektinə 

çevrilmiş olsun. 



 

489 


 

Pedaqoji  prosesdə  qarşıya  qoyulmuş  məqsəd  şagirdlərin  id-



rak tələbatlarının  təminolunma obyektinə çevrilərsə, onda şagirdlər 

hökmən aktiv fəaliyyətə qoşularlar. 

Bu  invariant  asılılıqdan  pedaqoji  prosesin  qarşısında  duran 

məqsədin  şagirdin  məqsədinə  çevrilməsinin  vacibliyi  prinsipi  irəli 

gəlir. 

Pedaqoji prosesdə qarşıya qoyulmuş məqsəd o zaman reallaşır 



ki, şagird həmin məqsədlə (pedaqoji prosesin məsədi şagirdin məq-

sədinə  çevrilərək)  tənzimlənən  fəaliyyət  göstərmiş  olsun.  Şagirdi 

dərk  edilmiş  və  dərk  edilməmiş  motivlər  sistemi  vasitəsilə  tələbat-

ları fəaliyyətə təhrik edir. Tələbatların inkişafı (təminolunma obyek-

ti  prosesin  məqsədi  olan)  şagirdlərin  fəaliyyətini  motivləşdirir  və 

nəticə daha səmərəli şəkildə əldə olunur. 

 

Pedaqoji prosesdə şagirdləri dərk edilmiş və dərk edilməmiş 



motivlər sistemi vasitəsilə fəaliyyətə təhrik edən tələbatların inkişaf 

səviyyəsi  nə  qədər  yüksəlmiş  olursa,  onda  səmərəli  nəticələr  hök-

mən bir o qədər təmin olunar. 

Göstərilən bu invariant asılılıqdan pedaqoji prosesdə şagirdlə-

rin fəaliyyətinin motivləşdirilməsi prinsipi irəli gəlir. 

 



Şəxsiyyət üçün sabit əhəmiyyətə malik olan obyektlərə tələ-

batın  təmin  olunması  ona  gətirib  çıxarır  ki,  insanda  onun  əsasında 

birinci ilə əlaqədar olan, lakin səviyyəcə daha yüksək olan yeni tələ-

bat əmələ gəlir. Bu yeni tələbat da şəxsiyyət üçün sabit əhəmiyyətə 

malik olan ancaq yeni obyektin köməyi ilə təmin oluna bilər. Peda-

qoji prosesdə şagirdlərin tələbatının inkişafı və təminolunma obyek-

tinin sabit əhəmiyyət daşıması həmin prosesdə imkan daşıyıcılarının 

funksiyalarının  uzlaşmasından  və  səfərbərolma  dərəcəsindən  ası-

lıdır. Pedaqoji prosesdə imkan daşıyıcılarının funksiyalarının uzlaş-

ması  və  səfərbərolunma  dərəcəsi  nə  qədər  yüksək  olarsa,  onda  şa-

girdlərin  tələbatının  inkişafı  və  təminolunma  obyektinin  sabit  əhə-

miyyət daşıması hökmən bir o qədər həyata keçmiş olar.  

Bu asılılıqdan aşağıdakı priniplər irəli gəlir: 

a)  pedaqoji  prosesin  imkan  daşıyıcılarının  funksiyalarının 

məqsədəmüvafiq şəkildə uzlaşdırılması və səfərbər olunması; 

b)  pedaqoji  prosesdə  fərdi  işlə  frontal  işin  vəhdətinin  təmin 

olunması. 



 

490 


Pedaqoji  proses  pedaqoji  münasibətlər  sistemidir  və  bir  çox 

əlaqələri  özündə  əks  etdirir.  Bu  əlaqələr  sistemində  mərkəzi  yeri 

müəllimlə  (tərbiyəçi  ilə)  şagird  arasındakı  münasibət  tutur  və  bu, 

pedaqoji  prosesin  “hüceyrəsi”  hesab  edilir.  Pedaqoji  prosesdə  mü-

əllim (tərbiyəçi) şagirdi hərtərəfli öyrənib, onun səviyyəsinə uyğun 

vasitələr tətbiq etməklə müvəffəqiyyət qazana bilir. Nəticənin səmə-

rəliliyi bundan asılıdır. Bu asılılıq belə formulə oluna bilər: 

 



Pedaqoji prosesdə düz və əks-əlaqələrin vəhdətinə və inkişa-

fına nə qədər diqqət yetirilərsə, onda hökmən pedaqoji prosesin sə-

mərəsi bir o qədər yüksəlmiş olar. 

Göstərilən bu asılılıqdan pedaqoji prosesdə düz və əks əlaqə-

lərin dialektik vəhdətinin təmin olunması prinsipi irəli gəlir. 

Pedaqoji proses vahid prosesdir. Onun bütün qolları arasında 

vəhdət  vardır.  Eyni  zamanda  hər  bir  qolun  təsnifləndiyi  (müxtəlif 

əsaslara görə) növlər arasında, hər bir qol üzrə cərəyan edən prose-

sin mərhələləri arasında daxili əlaqə, asılılıq, nizamlama, tamamla-

ma və s. vardır. Təlim komponentlərinin arasında əlaqələrin yaradıl-

ması  təlim  prosesinin  bir  çox  problemlərini  səmərəli  şəkildə  həll 

etməyə  səbəb  olur.  Eləcə  də,  altsistemin,  komponentin  daxilində 

prosesin  cərəyan  etdiyi  mərhələlərin  ardıcıllığının  və  əlaqəsinin 

gözlənilməsi  zəruridir.  Məsələn,  təlim  prosesində  mənimsəmə  bir 

çox mərhələləri əhatə edir və həmin mərhələlərin vəhdəti zəruridir. 

Burada belə bir asılılıq ifadə etmək mümkündür: 

 

Pedaqoji  prosesin  əhatə  etdiyi  proseslər  arasında  və  proses-



lər  daxilində  dialektik  vəhdət  qurularsa,  onda  onun  səmərəsi  hök-

mən  yüksək  olar.  Bu  asılılığı  pedaqoji  prosesin  vahidliyi  kimi  for-

mulə  etmək  olar.  Həmçinin  bu  asılılıqdan  pedaqoji  prosesin  əhatə 

etdiyi  proseslər  arasında  və  proseslər  daxilində  dialektik  vəhdətin 

gözlənilməsi prinsipi irəli gəlir. 

 



Pedaqoji  prosesdə  idarəetmənin  elmi-pedaqoji  səviyyəsi, 

maddi baza, mənəvi psixoloji mühit, estetik- gigiyenik şərait nə qə-

dər qənaətləndirici olsa, onda onun nəticəsi hökmən bir o qədər sə-

mərəli olar. 

Buradan təlim-tərbiyə üçün münasib şəraitin yaradılması prin-

sipi irəli gəlir. 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə