494
ətraflı dayanaq.
İstehsal, idarəetmə, xidmət və mədəniyyət dairələrində elmi
biliyin tətbiqi sahəsi xeyli genişləndiyi bir zamanda, təlimdə elmilik
prinsipi xüsusi bir əhəmiyyət kəsb edir. Orta məktəbdə elmilik
prinsipi demək olar ki, bütün tədris fənlərinin strukturunu və məz-
mununu nəzərdən keçirib dəyişdirmişdir. Bu prinsip hər bir fənnin
məzmununda elmin əsas, inkişaf meyllərini əks etdirən və eyni za-
manda müvafiq yaşda olan uşaqların başa düşə biləcəyi aparıcı ide-
yaları müəyyənləşdirməyi tələb etmişdir. Elmilik prinsipinin həyata
keçirilməsi şagirdləri elmi üsullarla tanış etmək, onlara tədqiqat
üsullarını, aparılan təcrübələrin köməyi ilə proseslərin inkişafı üzə-
rində uzun müddətli müşahidələr aparmaq, mənbələri təhlil etmək
və s. vasitəsilə müstəqil surətdə bilik əldə etmək yollarını da öyrət-
mək məqsədini güdür. Bu sahədə aparılan pedaqoji tədqiqatlar gös-
tərir ki, həmin istiqamətdə müəllimin məqsədyönlü işi təlimin sə-
mərəli olması ilə nəticələnir.
Təlimdə sistemlilik prinsipi olmadan təlimin elmiliyi də müm-
kün deyildir. Belə ki, hər bir elmin özünə məxsus olan məntiqi var-
dır. O, mexaniki surətdə məktəbə gətirilə bilməz və gətirilməmə-
lidir, lakin tədris fənnində olan sistem onu elmə yaxınlaşdıran xü-
susiyyətlərdən biridir. Elmdə olduqca çox mücərrəd material, çoxlu
fərziyyə, elmi nəzəriyyə, mübahisəli konsepsiyalar vardır. Məktəbə,
şagirdlərə təmizlənib müəyyənləşmiş, elm tərəfindən qəbul olunmuş
biliklər və əlbəttə, uşaqlar və yeniyetmələr üçün müyəssər olan,
onların yaş və psixoloji xüsusiyyətlərinə uyğun biliklər verilir.
Didaktik sistem elmi sistemdən onunla fərqlənir ki, tədris fən-
ni elmin sistemini olduğu kimi götürüb təkrar etmir, lakin ümu-
miyyətlə, ona xas olan məntiqi və biliklər sistemini saxlayır, bu sis-
temdə isə əvvəl öyrənilən bilik ondan sonra gələn biliyə doğru yol
açır, elmi anlayışlarla ümumi qanunauyğunluqlar arasında daxili
əlaqə aşkara çıxır. Bununla belə, fənn üzrə biliklərin sistemi, tədris
illəri üzrə materialın yerləşdirilməsi qaydası, əlbəttə, şagirdlərin in-
kişaf edən psixoloji xüsusiyyətlərinə və imkanlarına uyğun olmalıdır.
Professor Ə.X.Paşayev və professor F.A.Rüstəmov yazır ki,
təlimdə şagirdlərə mənimsəmək üçün təklif edilən biliklər elm tərə-
findən müəyyənləşdirilmiş həqiqi biliklər olmalıdır. Elə təlim me-
495
todlarından istifadə edilməlidir ki, onlar öz xarakterinə görə öyrəni-
lən elmin metodlarına yaxın olsun. Onlar göstərirlər ki, elmilik prin-
sipinin əsasında bir sıra elmi müddəalar durur. Bu müddəalar aşağı-
dakılardır:
1. Dünya dərk olunandır, praktikada yoxlanılmış biliklər dün-
yanın inkişafının obyektiv, düzgün mənzərəsini əks etdirir.
2. Elm insanın həyatında getdikcə daha mühüm rol oynayır,
ona görə də məktəb işi elmi bilikləri mənimsəməyə, böyüməkdə
olan nəsli obyektiv gerçəklik haqqında biliklər sistemi ilə silahlan-
dırmağa yönəldilmişdir.
3. Təhsilin elmiliyi, hər şeydən əvvəl, məktəb təhsilinin məz-
munu, onun formalaşması prinsiplərinə ciddi riayət edilməsi ilə tə-
min olunur.
4. Təlimin elmiliyi müəllimlərin qəbul olunmuş məzmunu re-
allaşdırmasından asılıdır.
5. Təlimin elmiliyi mənimsənilən biliklərin faydalılığından,
tədris planları və proqramlarının sosial və elmi-texniki tərəqqinin
səviyyəsinə uyğunluğundan, praktikada əldə olunan biliklərin möh-
kəmləndirilməsindən, fənlərarası əlaqədən asılıdır.
Mütərəqqi didaktik sistemlərin təcrübəsi elmilik prinsipinin
həyata keçirilməsi üçün bir sıra qaydaları və tövsiyyələri işləyib ha-
zırlamışdır
1
. Bunlar aşağıdakılardır:
1. Elmilik prinsipini həyata keçirərkən pedaqogikanın, psixo-
logiyanın, metodikanın, qabaqcıl pedaqoji təcrübənin yeni nailiyyət-
lərinə əsaslanın.
2. Təlim, təhsil-tərbiyə nəzəriyyəsinin və təlim psixologiyası-
nın yeni nailiyyətlərini nəzərə alarkən həm induktiv, həm deduktiv
təlimin məntiqindən ağıllı istifadə edin, hətta ibtidai siniflərdə abs-
traksiyanı cəsarətlə tətbiq edin, çünki o, konkreti dərindən başa düş-
məyə kömək edir. Bununla yanaşı, məktəb kursu çəçivəsində tam,
düzgün tərifi (izahı) olmayan abstraksiyalardan çəkinməyə çalışın.
3. Tədris fənninin məntiqini açıb göstərin, çünki bu , fənni öy-
rənməyə başlayan ilk andan yeni elmi anlayışlarla yaxından tanış ol-
maq üçün etibarlı əsası təmin edir.
1
Bax: Ə.X.Paşayev, F.A.Rüstəmov. Pedaqogika. Bakı: Nurlan, 2007. səh.163-165.
496
4. Şagirdlərdə öyrədilən predmetlərə, hadisələrə dialektik ya-
naşmanı tərbiyə edin, onlarda elmi-dialektik təfəkkür elementlərini
formalaşdırın.
5. Təlim metodlarında elmi idrak metodlarını əks etdirin. Tə-
lim prosesində şagirdləri axtarışa, yaradıcılığa yönəltməklə onların
təfəkkürünü inkişaf etdirin.
6. Elmin, texnikanın, mədəniyyətin yeni nailiyyətləri haqqın-
da öz şagirdlərinizə sistemli məlumat verin. Yeni nailiyyətləri şa-
girdlərdə formalaşmış biliklər sistemi ilə bağlayın, əlaqələndirin.
7. Tədris fənninə təzə daxil edilən yeni elmi anlayışları fənnin
tədrisi müddətində müntəzəm olaraq təkrar edin, əks təqdirdə onlar
yaddan çıxa bilər.
8. Yeni ideyalarla tanışlığı, yeninin qavranılmasını ayrıca bir
işlə məhdudlaşdırmayın: hər hansı bir hadisəyə yeni-yeni əlaqələr
və münasibətlərdə baxın.
9. Şagirdləri görkəmli alimlərin bioqrafiyası ilə, elmin inkişa-
fında onların xidmətləri ilə tanış etmək imkanlarını əldən verməyin.
10. Elmi idrakın metod və çətinliklərini şagirdlərin qarşısında
açın, nəticələrin metodlardan asılılığını göstərin.
11. Ən yeni elmi texnologiyalardan istifadə edin, köhnəlmiş
terminləri işlətməyin, öz fənniniz üzrə son elmi nailiyyətlərdən xə-
bərdar olun.
12. Elmi biliyin genezisini, həqiqətin embriologiyasını açıb
göstərin, təlimdə tarixiliyin tələblərini ardıcıl olaraq həyata keçirin.
13. Elmi informasiyanın artması ilə əlaqədar olaraq başlıca
diqqəti elmin əsas problemlərinə yetirin, elmi nailiyyətlərin əsas
ideyalarını şagirdlərin qarşısında açıb göstərin, onları elmi informa-
siyanı izləməyə alışdırın, elmi-texniki və sosial problemlərin kollek-
tiv müzakirəsini alqışlayın, rəğbətləndirin.
14. Yuxarı siniflərdə mübahisəli elmi problemlərdən yan keç-
məyin, müvafiq formada o problemlərin məzmununun və həllinin
perspektiv yollarını açıb göstərin, şərait imkan verərsə, diskussiya
təşkil edin.
15. Şagirdlərin yeni anlayışları və terminləri elmi nəzəriyyə-
lərlə, qanunlarla vəhdətdə mənimsənilməsinə nail olun.
Dostları ilə paylaş: |