Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə177/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   173   174   175   176   177   178   179   180   ...   236

 

518 


özünün həyata keçirilməsi (idarəedici əməliyyat), nəzarət və tənzim 

(nəzarət əməliyyatı). 

Bundan  başqa,  P.Y.Qalperin  mənimsəmədə  fikri  fəaliyyətin 

aşağıdakı altı mərhələdən keçdiyini də göstərmişdir: 1) motivləşmə 

mərhələsi;  2)  FBƏ  müəyyənləşdirilməsi  mərhələsi;  3)  fəaliyyətin 

maddi (maddiləşmiş) şəkildə yerinə yetirilməsi mərhələsi; 4) fəaliy-

yətin şifahi nitqdə (hündürdən deməklə) icrası mərhələsi; 5) fəaliy-

yətin  daxili  nitqin  köməyi  ilə  (öz-özünə  deyərək)  icrası  mərhələsi; 

6) fəaliyyətin əqli formada icrası mərhələsi . 

Təlimin psixoloji strukturu ilə bağlı D.B.Elkonin  və V.V.Da-

vıdovun  mövqeləri  də  diqqəti  cəlb  edir.  Onlar  təlim  fəaliyyətinin 

bəzi  xüsusiyyətlərini  qeyd  edərək,  onun  aşağıdakı  komponentlərini 

göstərirlər: 1) təlim şəraiti və vəzifələri; 2) təlim işləri; 3) mənimsə-

mə səviyyəsini qiymətləndirməklə bağlı işlər . 

Burada təlim şəraiti və vəzifələri onunla xarakterizə olunur ki, 

şagirdlər ümumi fəaliyyət tərzləri və onları mənimsəməyin məqsədi, 

eləcə də müəyyən tip məsələni həll etməyin ümumi yollarını tapmaq 

üçün zəruri olan nümunə və göstərişləri mənimsəməklə bağlı tapşı-

rıq  alırlar.  Təlim  işləri  şagirdlərin  elmi  anlayışlar  və  fəaliyyətin 

ümumi tərzlərini, eləcə də onları yada salmaq və xarakterik məsələ-

lərin həllinə tətbiq etmək yollarını almaq və ya tapmaqla bağlı işlər-

dən ibarətdir. Nəarət işləri öz təlim işlərinin nəticələrini verilmiş nü-

munəyə  əsasən  ümumiləşdirməyə  yönəldilmiş  işlərdir.  Qiymətlən-

dirmə işləri verilmiş elmi biliklər və məsələnin həllinin ümumi yol-

larının mənimsənilməsinin son keyfiyyətini qeydə alır. 

Təlimin strukturu ilə bağlı konsepsiyalardan birinin də müəlli-

fi A.N.Leontyevdir. O, konkret obyektlər sinfinin, onların xassələri-

nin  dərk  olunmasını,  eləcə  də  ümumiləşdirilmiş  idrak  proseslərini 

fərqləndirmişdir. Birincinin bilik, bacarıq və vərdişlərdən ibarət ol-

duğunu  və  onlara  öyrənmə  prosesində  yiyələnməyin  mümkünlüyü-

nü göstərmişdir. İkincilər isə qabiliyyətlərdir. Onlara yiyələnmə isə 

dərketmənin inkişafı prosesində baş verir. 

Müasir  təhsil  praktikasında  şagirdin  idrak  fəaliyyətinin  mər-

hələləri  haqqında  Amerika  alimi  B.Blumun  təklif  etdiyi  sxem 

(Blum taksonomiyası) qəbul edilir. Bunlar idrak fəaliyyətinin bilmə, 

anlama,  tətbiqetmə,  təhliletmə  (analiz),  sintezetmə  və  qiymətlən-




 

519 


dirmə  mərhələləridir.  Bu  mərhələlər  bilmədən  qiymətləndirməyə 

doğru  genişlənərək  iyerarxik  quruluş  əmələ  gətirir.  Şagirdin  hər 

hansı bir mərhələyə uyğun bacarıqları mənimsəməsi aşağı mərhələ-

lərə uyğun bacarıqları da özündə ehtiva edir. 

Bu mərhələlərin xüsusiyyətləri belə təqdim olunur: Bilmə - bu 

mərhələnin  əsas  xüsusiyyəti  şagirdin  müəyyən  materialla  (faktlar-

dan  tutmuş  nəzəriyyəyə  qədər)  tanış  olması,  onu  yadda  saxlaması, 

yadda saxladıqlarını xatırlaması və ifadə etməsidir. 

Anlama  -  bu  mərhələnin  əsas  xüsusiyyəti  şagirdin  öyrəndiyi 

materialı başa düşməsi, onu izah etməsidir. Bu da məsələni bir ifadə 

vasitəsindən  digər  ifadə  vasitəsinə  çevirmək,  materialı  izah  etmək, 

qısa  şərhini  vermək,  hadisənin  sonrakı  gedişini  və  nəticələri  proq-

nozlaşdırmaqda ifadə olunur. 

Tətbiqetmə-  bu  mərhələnin  əsas  xüsusiyyəti  şagirdin  öyrən-

diklərini  konkret  şəraitlərdə,  qarşılaşdığı  yeni  situasiyalarda  tətbiq 

etməyi bacarmasıdır. Buraya qayda, prosedur, qanun, prinsip və nə-

zəriyyələrin  tətbiqi  aiddir.  Bu  nəticələr  materialın  anlama  səviyyə-

sindən yüksək səviyyədə mənimsənilməsini tələb edir. 

Təhlil  (analiz)  –  bu  mərhələnin  əsas  xüsusiyyəti  şagirdin  öy-

rəndiyi  materialı,  oun  strukturunu  aydın  şəkildə  əks  etdirən  hissə-

lərə  bölə  bilməsidir.  Buraya  tamın  (sistemin)  hissələrə  bölünməsi, 

onlar  arasında  əlaqənin  müəyyən  edilməsi  və  təkrarolunma 

prinsiplərinin başa düşülməsi aiddir. 

Sintezetmə  –  bu  mərhələnin  əsas  xüsusiyyətləri  şagirdin  ele-

mentlərdən (hissələrdən) kombinə etməklə yeni (orijinal) bir bütövü 

formalaşdırmasıdır. 

Dəyərləndirmə (qiymətləndirmə) - bu mərhələnin əsas xüsusiy-

yəti şagirdin bu və ya digər materialın (qərarın, bədii əsərin, tədqiqa-

tın  nəticələrinin  və  s.)  əhəmiyyətini  qiymətləndirməsi,  məsələ  haq-

qında qərar qəbul etməsi, mübahisələri və fikir müxtəlifliklərini həll 

etməsidir. 

Şagirdin  təlim  fəaliyyətinə  (onun  funksional-struktur  mövqe-

dən  yanaşmaya  üstünlük  verib)  aşağıdakı  mərhələləri  əhatə  edən 

tam  kimi  baxmaq  olar:  1)  giriş-  motivləşmə;  2)  əməliyyat-idrak;    

3) nəzarət-qiymətləndirmə. 



 

520 


Giriş-motivləşmə  mərhələsində  aşağıdakı  təlim  işlərini  ayır-

maq olar: 1) təlim-problem situasiyasının dərki; 2) əsas tədris vəzi-

fələrinin müəyyənləşdirilməsi; 3) təlim materialının öyrənilməsi üz-

rə fəaliyyət imkanlarının qiymətləndirilməsi. 



Əməliyyat-idrak  mərhələsində  şagirdlər  təlim  materialının 

məzmununu  öyrənir,  bilik  (bəyan  edilən,  əməliyyat,  şərti),  bacarıq 

və vərdişlər əldə edirlər. Bu zaman başlıca tədris məsələsi ayrı-ayrı 

vəzifələrin  ardıcıllığını  müəyyənləşdirmək  və  onları  həll  etməkdən 

ibarətdir. 

Nəzarət-qiymətləndirmə mərhələsində şagirdlər mövzu üzrə 

öyrəndiklərini  ümumiləşdirir,  onları  özünün  ümumi  bilik  və  baca-

rıqlar  sisteminə  daxil  edir,  həyata  keçirdiyi  təlim  işini  təhlil  edir, 

əsas  idrak  məsələsini  yerinə  yetirib-yetirmədiyini  müəyyənləşdirir, 

nəyi  necə  mənimsəmişdir,  məqsədinə  necə  nail  olmuşdur  və  s. 

məsələləri götür-qoy edir, zəruri təshih işini həyata keçirir. 

 

 

13.6. Təlim prosesində müəllimin  

pedaqoji fəaliyyət modeli 

 

Öyrətmənin  subyekti  olan  müəllimin  fəaliyyətinin  strukturu 



bir çox elementlərdən ibarətdir. 

Birinci element hazırlıq işidir. Biz çox hallarda müəllimin fəa-

liyyətinin bir mühüm elementi-şagirdlərin təlim fəaliyyətinə rəhbər-

liyi  haqqında  danışırıq.  Ancaq  müəllimin  fəaliyyətini  təşkilati  rəh-

bərlik işi ilə məhdudlaşdırmaq olmaz. Axı, təlim materialı haqqında 

uyğun  informasiya  vermək,  bunun  üçün  isə  bu  informasiyanı  ha-

zırlamaq  lazımdır.  Təlimin  əyani  və  texniki  vasitələri  seçilməlidir 

və  s.  Müəllimin  gündəlik  fəaliyyətinə  müxtəlif  tərbiyəvi  tədbirlər, 

valideynlərlə iş və s. daxildir. 

Yeri  gəlmişkən  qeyd  edək  ki,  müəllimin  fəaliyyətini  bir  çox 

hallarda tədrisetmə adlandırırlar, bu termin də müəllimin çoxcəhətli 

fəaliyyətini  tam  şəkildə  əks  etdirmir.  Axı,  tədrisetmə,  adətən,  şa-

girdlərə biliyin, informasiyanın verilməsi ilə bağlıdır, bu isə müəlli-

min fəaliyyətinin yalnız bir hissəsidir. Müəllimin fəaliyyətini “təlim 

prosesini  idarəetmə”  adlandırmaq  da  doğru  olmazdı,  bu  da 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə