Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə178/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   174   175   176   177   178   179   180   181   ...   236

 

521 


müəllimin fəaliyyətinin digər bir hissəsini özündə saxlayır. 

Müəllimin  fəaliyyəti  təlim  prosesində  öyrətmə  və  öyrətməni 

öyrənmə  fəaliyyətlərinin  vəhdətində  cəmlənmişdir.  Prosesədək  isə 

hazırlıq şəklində təzahür edir. 

Müəllimin təlim prosesində öyrətmə fəaliyyətinə hazırlıq mər-

hələsi aşağıdakılardan ibarətdir: 

1.  Dərs  ilinə  hazırlıq  (təlim  proqramının  öyrənilməsi,  qrafik 

və ya təqvim planın tərtib olunması, valideynlərlə işin, sinifdənxaric 

tərbiyə işinin və s. planlaşdırılması). 

2. Növbəti mövzunun öyrənilməsi ilə bağlı hazırlıq: təlim ma-

terialının  elmi,  məntiqi,  metodiki,  tarixi  və  s.  aspektdən  təhlili,  şa-

girdlərin əldə edəcəyi minimum (zəruri) bilik, bacarıq və vərdişlərin 

müəyyənləşdirilməsi, mövzunun tədrisi ilə bağlı fənn üçün spesifik 

və  ümumtədris  bacarıqlarının  sisteminin  işlənməsi  məsələsi,  veril-

miş mövzunun öyrənilməsi üzrə şagirdlərin təlim fəaliyyətinin mo-

delinin qurulması, fəndaxili və fənlərarası əlaqənin müəyyənləşdiril-

məsi,  şagirdlərə  veriləcək  sinif  və  sinifdənxaric  iş  üçün  tapşırıqlar 

sisteminin müəyyənləşdirilməsi, verilmiş mövzunun tədrisi üçün zə-

ruri olan bilik, bacarıq və vərdişlərin (əvvəl əldə olunmuş) dairəsini 

müəyyənləşdirmək və onların aktuallaşdırılması yollarını seçmək və s. 

3. Növbəti dərsin (və ya digər təşkilat formasının) keçirilməsi-

nə hazırlıq: keçən məşğələnin nəticələrinin təhlili və verilmiş (qarşı-

da  duran)  məşğələin  keçirilmə  planının  hazırlanması  ,  tədris  va-

sitələrinin  seçilməsi,  texniki  vasitələrin  hazırlanması,  məşğələnin 

digər təchizatının əldə olunması və s. 

Müəllimin  fəaliyyətinin  ikinci  elementi  şagirdlərin  öyrənmə 

fəaliyyətinin  təşkili  və ona rəhbərlikdir, onu öyrətmə  fəaliyyəti ad-

landırmaq olar (əks informasiyaya əsaslanmaqla). 

Təlim prosesinin təşkili və idarə olunması ilə bağlı müəllimin 

fəaliyyətinin genetik-struktur və funksional- struktur modelini fərq-

ləndirmək olar. Təlim prosesinin təşkili və idarə olunması ilə bağlı 

müəllimin fəaliyyətinin əmələ gəlmə və inkişaf etmə modeli (gene-

tik) aşağıdakı növ işlərdən ibarətdir: 

1)  qarşıya  qoyulmuş  mövzunun  öyrədilməsi  ilə  bağlı  başlıca 

və xüsusi vəzifələri şagird qarşısında qoymaq və onu şagirdin dərk 

olunmuş məqsədi kimi qəbul etməsinə nail olmaq; 




 

522 


2) müxtəlif tədris  -əyani və texniki təlim  vasitələrindən, me-

todlardan  istifadə  etməklə  şagirdləri  zəruri  təlim  informasiyası  ilə 

təmin etmək; 

3) təlim materialının öyrənilməsi, bacarıq və vərdişlərin məşqi 

üçün tapşırıqlar vermək; 

4)  idarəedici  fəaliyyət:  şagirdlərin  təlim  işlərinin  təşkili,  nə-

zarət, qiymətləndirmə, işin təhlili. 

Mövzunun öyrədilməsi  prosesini müəllimin təşkil və idarəet-

mə  fəaliyyətinin  funksional  modeli  özündə  üç  mərhələni  saxlayır, 

hansı  ki,  bu  şagirdin  təlim  fəaliyyətinin  funksional  modelinin  mər-

hələlərinə uyğundur. 

1.  Giriş-motivləşdirmə  mərhələsi.  Bu  mərhələdə  müəllim 

aşağıdakı işləri həyata keçirir: 

1) mövzunun tədris fənninin sistemində yerini, rolunu və əhə-

miyyətini aydınlaşdırmaq məqsədilə əsas problemli vəziyyətin yara-

dılması (bu təlim mövzusu nə üçün öyrənilməlidir); 

2) şagirdlərin qarşısında duran tədris-idrak məqsəd və vəzifə-

lərin formulə olunması; 

3) şagirdlərin əldə etməli olduğu bilik, bacarıq və vərdişlərin 

minimumunun əldə olunması plaının aydınlaşdırılması; 

4) bütün mövzunun öyrədilməsi zamanı şagirdlərin evdə yeri-

nə  yetirəcəyi  müstəqil  işlərin  məzmunu  haqqında  yuxarı  sinif  şa-

girdlərinə göstərişlər vermək (aşağı siniflərdə ev tapşırıqları hər bir 

məşğələ üzrə verilir). 

2. Əməliyyat-idrak mərhələsi. Bu mərhələdə müəllim aşağı-

dakı iş növlərini həyata keçirir: 

1) tədris -əyani və təlimin texniki vasitələrindən istifadə etmək-

lə müxtəlif metodlarla zəruri informasiyanın şagirdlərə verilməsi; 

2)  şagirdlərin  tədris  işinin  təşkili  və  ona  rəhbərlik  (şagirdləri 

tədris-idrak fəaliyyətinə cəlb etmək, nəzarət- qiymətləndirmə fəaliy-

yətlərini təşkil etmək). 

3) şagirdlərin təlim işinə cari nəzarət və qiymətləndirmə (şa-

girdin  və  şagird  kollektivinin  öyrənilməsi,  özünün  planının  yerinə 

yetirilməsinin və şagirdlərin təlim işinin təshih olunması). 

Qeyd  etmək  lazımdır  ki,  təlim  prosesində  şagirdlərin  necə  işlə-

diklərinə,  nələrdə  müvəffəqiyyət  qazandıqlarına,  nələrdə  çətinlik  çək-




 

523 


diklərinə, səhvə yol verib-vermədiklərinə müəllim daim diqqət yetirir. 

Tədris materialının şagirdlər tərəfindən necə mənimsənildiyinə nəzarət 

olmadan müəllim sonrakı metodik addımı müvəffəqiyyətlə ata bilməz.  

Cari  nəzarət  şagirdlərin  tədris  fəaliyyətində  tipik  olan  uğurlu 

cəhətləri,  həmçinin  nöqsanları  görməyə  imkan  verir.  Şagirdlərin 

diqqəti  həmin  uğurlu  cəhətlərə,  yaxud  nöqsanlara  cəlb  edilir,  nöq-

sanların üst-üstə yığılmasına yol verilmir, vaxtında arada qaldırılır. 

Cari nəzarət müəllimin təkmilləşməsi üçün, onun pedaqoji us-

talığının  artması  üçün,  nəticə  olaraq  təlim-tərbiyə  işinin  səviyyəsi-

nin yüksəlməsi üçün geniş imkanlara malikdir. 



3.  Nəzarət-qiymətləndirmə  mərhələsi.  Bu  mərhələdə  müəl-

lim aşağıdakı işləri həyata keçirir: 

1) öyrənilmiş mövzu üzrə təlim  materialının  müxtəlif forma-

larda ümumiləşdirilməsi; 

2) təlim materialının ümumiləşdirilməsi üzrə şagirdlərin təlim 

işinin təşkili və ona rəhbərlik; 

3) mövzunun öyrənilməsi planının yerinə yetirilməsi üzrə hər 

bir şagirdin təlim işinin qiymətləndirilməsi və yekun nəzarət; 

4) mövzunun öyrənilməsi planının yerinə yetirilməsində ayrı-

ayrı  şagirdlərin  çatışmazlıqlarının,  yanılmalarının  aydınlaşdırılması 

və bunların aradan götürülməsi işinin təşkil olunması. 

Mövzuun  şagirdlər  tərəfindən  mənimsəilmə  vəziyyəti  bir 

dərsdən və  ya bir neçə dərsdən sonra da təhlil  edilə  bilər. Şagirdin 

tədris  fəaliyyətinin  nəticələrini  təhlil  edən  müəllim  yol  verilmiş 

nöqsanları,  çatışmazlıqları  müəyyənləşdirir  və  aradan  qaldırılması 

üçün  tədbirlər  görür.  Səbəblər  isə  çox  ola  bilər:  müəllimin  tədris 

fəaliyyətinin  keyfiyyəti,  şagirdlərin  dərsdə  diqqətlilik  dərəcəsi,  on-

ların  təlimə  münasibətləri,  işgüzarlıq  dərəcəsi,  müstəqil  işləmək 

bacarığı və s. 

Müəllimin fəaliyyətinin əsas elementlərindən biri də sinifdən-

xaric işlərlə bağlıdır. Bunları iki istiqamət üzrə ayırmaq olar: 

a) fənnin tədrisi ilə bağlı sinifdənxaric iş; 

b) tərbiyə işi ilə bağlı sinifdənxaric iş. 

Pedaqoji  ədəbiyyatda  müəllimin  yaradıcı  əməyinin  aşağıdakı 

ənənəvi  təsnifatı  geniş  qeyd  edilir:  1)  müəllimin  konstruktiv  fəa-

liyyəti;  2)  müəllimin  təşkilatçılıq  fəaliyyəti;  3)  müəllimin  kom-




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə