Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə181/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   177   178   179   180   181   182   183   184   ...   236

 

530 


müdriklikdir. Əslində çox bilmək müdriklik olmasa da, avamlıq da 

deyil, həm də çox bilmək başqalarının müdrikliyi hesabına qazanılır. 

Antuan de Sent Ekzuperi yazır ki, orta səviyyəli, üçü çox çə-

tinliklə  alan  şagirdin  təbiət  qanunları  və  insanın  varlığı  haqqında 

Dekart və Paskaldan çox məlumatı var. Ancaq, məgər həmin şagir-

din onlar kimi düşünmək qabiliyyəti varmı?  

Bizim məlumatlarla zəngin əsrimizdə əsas sərvət necəliyindən 

asılı olmayaraq məlumat deyil, ağılın gördüyü canlı işdir. Məlumat 

ölür, ağıl və fikir yaşayır, ikişaf edir. Buna görə də təlim materialı 

elə  məzmun  və  sistemə  malik  olmalıdır  ki,  bu  inkişafa  kömək  edə 

biləcək  nə  varsa  hərəkətə  gətirilə  bilsin.  Təlim  materialı  şagirddə 

düşüncə qabiliyyəti ilə hazırcavablılığı birləşdirməyə kömək etməli-

dir.  Bu  iki  keyfiyyət  bir  adamda  birləşdikdə  ecazkar  bilik  ən  qiy-

mətli, yeni bir keyfiyyəti-ağılı yaradır (Kant). 

Təlim prosesində bilik, bacarıq və vərdişlərin formalaşdırılması 

onun,  təlimin  başlıca  funksiyasıdır,  təhsilləndirici  vəzifəsidir.  Təlim 

materialının  məzmunu  bu  funksiyaya  xidmət  etməlidir.  Həmçinin 

təlimin digər komponentləri kimi təlim materialının məzmunu tərbiyə 

və şagird şəxsiyyətinin inkişafı funksiyasına müvafiq gəlməlidir. 

 

 



14.2. Təlimin priyomları 

 

14.2.1. Şagirdlərin təlim fəaliyyətinin idarəolunan prosesə 

çevrilməsində priyomların rolu və onların inkişaf etdirilməsi. 

 

Pedaqogikanın metodoloji problemləri içərisində biliklə idrak 

prosesinin münasibəti önəmli yer tutur. Bu da məlumdur ki, bilik və 

idrak fəaliyyəti arasında mürəkkəb münasibətlər vardır. Odur ki, şa-

girdlərin  təlim  fəaliyyəti  priyomlarının  formalaşdırılması  heç  də 

ikinci  dərəcəli  əhəmiyyətə  malik  olmayıb,  inkişafetdirici  təlimin 

mürəkkəb və mərkəzi problemlərindəndir. Bununla əlaqədar olaraq 

belə bir məlum fakt diqqəti cəlb edir, bilik həmişə bu və ya digər id-

rak fəaliyyətinin məhsuludur, həm də biliklərə yiyələnmə prosesinin 

idarə  olunması  öyrənənin  idrak  fəaliyyətinin  idarə  olunması  ilə 

mümkündür.  F.İ.Talızinanın  fikrincə,  bilik  və  fəaliyyət  münasibə-



 

531 


tinin özünəməxsusluğu ondan ibarətdir ki, bir tərəfdən idrak fəaliy-

yətinin xarakteri həlledici şəkildə biliyin keyfiyyətinə təsir edir, di-

gər tərəfdən biliklərin mənimsənilməsi gedişində idrak fəaliyyəti bir 

çox hallarda yenidən qurulur və təkmilləşir. Buna əlavə olaraq qeyd 

etmək olar ki, idrak fəallığının həqiqi təşkili yalnız o halda mümkün 

olur ki, şagirdlər biliklərin , bacarıq və vərdişlərin əldə olunması ge-

dişində xüsusi və sistematik olaraq idrak fəaliyyəti priyomlarını öy-

rənsinlər. Bu priyomların mənimsənilməsi təkcə biliklərin formalaş-

masına  müsbət  təsir  göstərməklə  bitmir,  həm  də  şagirdlərin  təlimə 

münasibətini də dəyişir, onu aydın məqsədli, təşkil olunmağı baca-

ran, müstəqil subyektə çevirir. 

Müəllimin rəhbərliyi altında idrak fəaliyyəti priyomlarını əldə 

edən şagird sonrakı fəaliyyətində onları müstəqil tətbiq edə bilir, hər 

hansı  məsələni  həll  etmək  üçün  yeni  priyomlar  tapa  bilir.  Bütün 

bunlar təlimə marağın artmasına səbəb olur, onu daha cəlbedici edir, 

produktiv  nəticələrin  əldə  edilməsinə  səbəb  olur,  şübhəsiz,  şagird 

şəxsiyyətinin  formalaşmasına  (ağılın  keyfiyyətinə,  biliklərin  əldə 

edilməsinə  olan  tələbatına,  onun  praktik  çalışmalarına  və  s.)  təsir 

edir (N.A.Mençinskaya). 

Təcrübə göstərir ki, məktəbdə şagirdlərin idrak fəaliyyəti pri-

yomlarının formalaşmasına hər tərəfli diqqət yönəldilməmişdir, hələ 

də,  əsasən  icraedici  priyomlara  üstünlük  verilməkdədir.  Halbuki, 

vacib  cəhət  budur  ki,  hər  bir  şagird  bilikləri,  bacarıq  və  vərdişləri 

mənimsəmə  prosesində  yalnız  praktik  yox,  həm  də  əqli  fəaliyətin 

rasional  priyomlarını  mənimsəmiş  olsun. Biliklərin mənimsənilmə-

sini  təmin  edən  priyomlar  çoxluğu  arasında  elələri  var  ki,  tədris 

tapşırıqlarının  konkret  məzmunundan  irəli  gəlmir,  təlim  fəaliyyə-

tinin  təşkilinə  yönəlir.  Bu  priyomların  əldə  olunması  təlim  işinin 

fərdi  sitilini  formalaşdırır,  onun  müstəqilliyini,  aktivliyini,  sərbəst-

liyini, özünütənzim etməsini təmin edir. Bu cür priyomlara kitabla, 

əyani  materialla iş  aid  edilə bilər. Bilikləri mənimsəmə prosesində 

məktəblilər materialın yadda saxlanması, bərpası, müşahidə, məsələ 

həlli priyomlarından müntəzəm  istifadə  edir, faydalanır. Müəllimin 

qarşısında duran vəzifə təlim işinin effektli priyomlarını şagirdlərdə 

formalaşdırmaqdır. 



 

532 


Pedaqoji ədəbiyyatda göstərilir ki, təlim fəaliyyəti priyomları-

nın şərhinə və onların formalaşdırılmasına hələlik kifayət qədər diq-

qət  yetirilmir.  Proqramlarda,  dərsliklərdə  və  metodik  vəsaitlərdə 

yalnız  yerinə  yetirilməli  olan  məzmun  müfəssəl  verilir,  lakin  bu 

məzmunun necə mənimsədilməsi bütövlükdə açılmır. İnkişafetdirici 

təlimin təşkili şagirdlərin əqli fəaliyyət priyomlarının əldə olunması 

üçün  şəraitin  yaradılmasını  nəzərdə  tutur.  Onların  əldə  olunması 

yalnız  mənimsəmənin  keyfiyyətcə  yeni  səviyyəsini  təmin  etmir, 

həm  də  əqli inkişafı  əsaslı şəkildə  irəlilədir. Bu priyomları  əldə  et-

məklə şagirdlər tədris məsələlərinin həllində daha çox müstəqil olur, 

bilikləri mənimsəmə üzrə fəaliyyətlərini rasional şəkildə qura bilirlər. 

Pedaqoji və psixoloji ədəbiyyatda “priyom” anlayışının şərhi-

nə toxunulsa da, onun elmi əaslarla izahı, demək olar ki, yoxdur. Bu 

barədə fikir ayrılıqlarına da rast gəlirik. Pofessor B.A.Əhmədov bu 

barədə  belə  yazırdı:  “Pedaqoji  ədəbiyyatda,  əvvəllər  dediyimiz  ki-

mi, bir çox anlayışlar, o cümlədən də vasitə, üsul və fənd (priyom), 

mənbə, prinsip və başqaları tam elmi əsaslarla şərh olunmamışdır”. 

Bunu qeyd edən müəllif həm də pedaqoji ədəbiyyatda öz əksini ta-

pan  “priyomlar  üsulun  tərkib  hissəsidir”  tərifinə  tərəfdar  çıxır. 

B.A.Əhmədovun  fikrincə,  priyomların  neçə  variantda  birləşməsi 

imkanlarının  öyrənilməsi  metodlarını  dəqiqləşdirmək  baxımından 

çox  faydalıdır  və  bu,  həllini  gözləyən  problemlərdəndir.  Pedaqoji 

prosesin  diqqətlə  öyrənilməsi  əsasında  priyomların  əlaqə  imkanla-

rını dəqiq şəkildə müəyyənləşdirmək olar. 

Priyomların üsulun tərkib hissəsi  olması mülahizəsinə biz də 

tərəfdarıq. Üsullar öyrətmə, öyrənmə qruplarına ayrılır. Təbiidir ki, 

həmin metodların tərkib hissəsi kimi priyomları fərqləndirmək olar. 

Onların arasında binar münasibətlər mövcuddur. 

Bu barədə E.N.Kabanova-Meller, L.V.İtelson və Y.K.Babans-

kinin  mülahizələri  diqqəti  cəlb  edir.  Bu  mülahizələrdə  priyom  an-

layışı bilavasitə fəaliyyətlə və əqli iş üsulları ilə əlaqələndirilir. 

Əlbəttə, təlim prosesində müxtəlif məntiqi əsasa görə, olduqca 

çox priyomlardan bəhs etmək olar. Bunların arasında təlimin idarə 

olunması,  şagirdin  fəaliyyətinin  idarə  olunan  pedaqoji  təsir  ob-

yektindən  idarəetmə  subyektinə  çevrilməsi,  idrak  müstəqilliyi  əldə 

etməsi, yaradıcı qabiliyyətlərinin formalaşması, normal mənimsəmə 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə