Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə183/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   179   180   181   182   183   184   185   186   ...   236

 

536 


nəticəsi  olduğuna  görə  həqiqi  şəkildə  möhkəmləndirilir.  Ona  görə 

də məqsədi  əldə  etmək şərtlərinə  nəzərən  əsas məqsədin  məzmunu 

daha yaxşı yadda qalır. 

Xüsusi  tədqiqatlardan  alınmış  faktlar  göstərir  ki,  fəaliyyətdə 

əsas  məqsəd  mövqeyini  tutan  material  üzrə  nə  qədər  çox  məzmun 

əlaqələri yaranarsa, o, bir o qədər yaxşı yadda qalır. Çətin mətnlərin 

üzərində fəal şəkildə işləyib planını tərtib etdikdə daha yaxşı yadda 

qalır. Material üzərində fəal fikri iş aparıldıqda hmin material qeyri-

ixtiyari olaraq daha yaxşı yadda saxlanılır. 

Biliklər  müəyyən  faktlar,  məfhumlar  və  mühakimələrin  top-

lanmasından  ibarətdir.  Onların  yadda  saxlanılması  üçün  müəyyən 

məna  vahidlərini  ayırmaq,  onlar  arasında  əlaqə  yaratmaq,  təfəkkür 

prosesləri  ilə  az  və  ya  çox  dərəcədə  bağlı  olan  məntiq  priyomları 

tətbiq etmək çox vacibdir. Anlama  –  məntiqi,  mənalı  yadda  sax-



lamanın  zəruri  şərtidir.  Anlaşılan  material  ona  görə  tez  və  möh-

kəm yadda saxlanılır ki, onlar məzmunca artıq əvvəl mənimsənilmiş 

biliklərlə,  insanın  keçmiş  təcrübəsi  ilə  əlaqələnir.  Əksinə,  anla-

şılmayan  və  ya  pis  anlaşılan  material  daim  insan  şüurunda  nə  isə 

ayrıca, geniş təcrübə ilə məzmunca əlaqələn-dirməyən bir şey kimi 

özünü göstərir. Anlaşılmayan material özünə maraq da doğurmur. 

Anlama üçün nəzərdə tutulan plandan fərqli olaraq yadda sax-

lama üçün nəzərdə tutulan planda material daha kiçik vahidlərə par-

çalanır  və  bu  zaman  başlıq  yalnız  nəyin  yadda  saxlanacağını 

göstərir, xatırladır. Məhz buna görə də öz formaları etibarı ilə onlar 

çox vaxt yarımçıq, rabitəsiz olur. 

Cisim  və  hadisələrin  müqayisəsinin  obyektiv  əsasını  onların 

mahiyyətlərindəki oxşarlıq, struktur, qərarlaşma və inkişaflarındakı 

ümumi qanunauyğunluqlar təşkil edir. Odur ki, gerçəkliin cisim və 

hadisələrini çox cəhətdən müqayisə etmək olar. Bu müqayisələr içə-

risində  cisimlərin  keyfiyyət  və  kəmiyyət  münasibətlərinin  müqayi-

səsi  birinci  dərəcəli  əhəmiyyət  qazanır.  Bu  münasibətlərin  fərqini, 

əlbəttə, mütləqləşdirmək olmaz. Hadisələrin kəmiyyət və keyfiyyət 

cəhətləri dialektik qarşılıqlı əlaqədə olduqları üçün bu fərq nisbi sə-

ciyyə daşıyır. Bununla belə , bu fərq həm də müəyyən obyektiv əsa-

sa malikdir. Məsələnin mahiyyəti bundadır ki, inkişaf prosesində ci-

sim və hadisələr müəyyən keyfiyyət dəyişmələrinə uğrasalar da, öz-



 

537 


lərinin əvvəlki hallarına xas olan bir sıra mühüm əlamətləri qoruyub 

saxlayır.  Məhz  bu  keyfiyyət  mərhələləri  onların  həm  ümumiliyini, 

həm  də  fərqini  aşkar  etmək  üçün  müqayisə  oluna  bilir.  Cisim  və 

hadisələrin  kəmiyyət  münasibətləri  baxımından  müqayisəsi  üç  cür 

baş verə bilir: 

1.  Cisim  və  hadisələri,  onların  keyfiyyət  xarakteristikaların-

dan  sərf-nəzər  edərək  yalnız  kəmiyyət  xarakteristikalarına  –  həc-

minə, tempinə, çəkisinə və intensivliyinə görə müqayisə etmək olar. 

2. Genetik əlaqədə olan müxtəlif cisim və hadisələri kəmiyyət 

baxımından müqayisə etmək olar. 

3. Gerçəkliyin cisim və hadisələrinin öz keyfiyyət halını sax-

layaraq, bu keyfiyyətin ölçülü hüdudlarında malik ola bildikləri kə-

miyyət  xarakteristikalarına  görə  müqayisə  oluna  bilər.  Gerçəkliyin 

cisim və proseslərinin müqayisəsi məkan-zaman münasibətləri əsa-

sında da həyata keçirilə bilər. 

Təcrübə  göstərir  ki,  obyektlər  arasında  fərqin  göstərilməsi 

yadda saxlama üçün xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu yad-

da saxlama zamanı rabitələrin xüsusiləşməsi təmin olunur, obyekt-

lərin  surətlərini  yada  salmaq  müvafiq  yola  yönəlir.  Obyektlər  ara-

sında yalnız ümumi, ələxsus çox geniş rabitələrin yaranması onların 

yada  salınmasını  çətinləşdirə  bilər.  Obyektlər  arasında  nə  qədər  az 

fərq olarsa, onların  yadda saxlanılması da bir o qədər sürətlə gedər 

və möhkəm olar. Odur ki, müqayisə priyomunu tətbiq edərkən, ob-

yektlərin  müqayisəsində  aydın  nəzərə  çarpan  fərqlərdən  başlamaq, 

yalnız bundan sonra az nəzərə çarpan fərqlərə keçmək zəruridir. 

İxtiyari yadda saxlamanın məntiqi priyomlarından biri də təs-

nif  etmə  və  sistemləşdirmə  priyomudur.  Bu  mürəkkəb  priyom  ox-

şarlıq və fərqləndirmə (əkslik) üzrə assosiasiyalara əsaslanır. 

Material üzərində məntiqi iş surət rabitələrinə geniş istinad et-

dikdə  bu,  yadda  saxlamanın  mənalılığını  və  möhkəmliyini  artırır. 

Ona  görə  də,  mümkün  olan  hər  yerdə  müvafiq  surətləri  şagirdin 

canlandırılması,  yadda  saxladığı  materialla  (məzmunu  ilə)  həmin 

surətlər  arasında  assosiasiya  yaratması  zəruridir.  Bununla  yanaşı 

daha  bir  mühüm  priyom  yadda  saxlanılacaq  məzmunun  öz-özünə 

nağıl olunmasıdır. Lakin yalnız materialı qabaqcadan dərk etdikdən 

sonra,  xüsusilə  materialın  anlşılması  üçün  mürəkkəb  və  çətin 




 

538 


olduqda  bu  priyoma  müraciət  etmək  faydalıdır.  Yada  salma,  xüsu-

silə öz sözləri ilə yada salma, materialın anlaşılmasını asanlaşdırır. 

Təlim  prosesndə  təkcə  ixtiyari  yadda  saxlamaya  deyil,  qeyri-

ixtiyari  yadda  saxlamaya  da  istinad  etmək  zəruidir.  Şagirdlər  fəal 

anlama  tələb  edən  materialla  bağlı  idrak  məsələlərini  həll  edərkən 

onlardan qeyri-ixtiyari yadda saxlama  ən  yüksək məhsuldarlıq əldə 

edir.  Bu  kimi  hallarda  qeyri-ixtiyari  yadda  saxlama  ixtiyari  yadda 

saxlamaya  nisbətən  daha  məhsuldar  olur,  çünki  anlama  prosesi  ilə 

mnemik  məsələnin  eyni  vaxtda  yerinə  yetirilməsi  çətin  olur  və  ya 

heç cür mümkün olmur. İxtiyari yadda saxlama yalnız o zaman yük-

sək məhsuldarlıq əldə edir ki, materialın anlaşılması bütövlükdə ye-

rinə  yetirilən  mnemik  işə  tabe  olsun.  Qeyri-ixtiyari  yadda  saxla-

maya  yeni  materialın  öyrənilməsi  zamanı  istinad  etmək,  mnemik 

məqsədi  isə  onun  möhkəmləndirilməsi  mərhələsində  irəli  sürmək 

priyomu  təlim  praktikasında  özünü  doğruldur.  İdraki  və  mnemik 

məqsədlərin ayrılması və fərqləndirilməsi biliklərin yadda saxlanıl-

masına rəhbərlikdə ən mühüm şərtdir. 

Təlim  prosesndə  tətbiq  olunan  təlim  fəaliyyəti  priyomlarının 

böyük  bir  qrupu  yadasalma  ilə  bağlıdır.  Məlum  olduğu  kimi,  tanı-

madan  fərqli  olaraq  yadasalma  yadda  saxlanılan  obyektin  yenidən 

qavranılmasında baş verir. 

Qeyri-ixtiyari  yadasalma  o  zaman  istiqamətlənmiş  və  mütə-

şəkkil ola bilər ki, o, təsadüfən qavranılan obyktlərin təsiri ilə deyil, 

insanın indiki anda icra etdiyi fəaliyyətin məzmununun təsiri altında 

yaranmış  olsun.  İxtiyari  yada  salma  insanın  öz  qarşısında  qoyduğu 

reproduktiv  məqsədin  köməyi  ilə  yaranır.  Material  nə  qədər  çox 

möhkəmləndirilərsə, yada salma da bir o qədər asanlıqla baş verər. 

Lakin  bəzən  bizim  üçün  lazım  olan  bir  şeyi  xatırlamaq  olmur,  bu 

zaman müəyyən çətinlikləri aradan qaldırmaq, fəal axtarış aparmaq 

lazım gəlir. 

Psixoloji  tədqiqatlar  göstərir  ki,  xatırlamanın  müvəffəqiyyəti 

məzmunun nə dərəcədə  aydın və dəqiq dərk olunmasından asılıdır. 

Xatırlama  çətin  olduqda  geniş  bilik  dairəsindən  reproduktiv  məq-

sədə  müvafiq  olan  daha  məhdud,  dar  bilik  dairəsinə  doğru  getmək 

zəruridir. Bunun üçün mövcud assosiasiyaların  yada salınacaq şey-

lərlə  qarşılaşdırılması,  müqayisəsi  zəruridir.  Yaxşı  dərk  edilmiş  və 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə