Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə184/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   180   181   182   183   184   185   186   187   ...   236

 

539 


nitqdə  dəqiq  ifadə  olunmuş  reproduktiv  məqsəd  xatırlamanın  son-

rakı gedişinə istiqamət verir. Mühüm xatirlama priyomlarına aşağı-

dakıları  aid  etmək  olar:  xatırlanacaq  materialın  planının  tərtibi, 

özündə fəal şəkildə obyektin müvafiq surətinin yaradılması; özündə 

lazım olanı dolayı yolla yada salmağa kömək edən vasitəli assosia-

siyaların niyyətli şəkildə yaradılması. 

Yadda  saxlama  priyomları  ilə  yanaşı  biliklərin  mənimsənil-

məsi prosesində müşahidə priyomları da vacib rola malikdir. İstəni-

lən  biliyin  mənimsənilməsi  gerçəkliyin  cisim  və  hadisələrinin  qav-

ranılmasına, onların sözlə və ya qrafik təsvirlərinə əsaslanır. Müşa-

hidə, qavranılanın passiv seyr olunması, fotoqrafik əks olunması de-

yildir. O, qavrayışın tamlığını və dəqiqliyini təmin edən xüsusi mü-

rəkkəb prosesdir. Psixologiya elmi sübut etmişdir ki, obyektin məq-

sədli qavranılmasının məzmun  və  istiqaməti insanın  bilik  və mara-

ğından,  təcrübə  və  baxışlarından,  onun  gerçəkliyə  münasibətindən 

bilavasitə asılıdır. 

Məşhur psixoloq P.P.Blonski müşahidəni “düşünən qavrayış” 

kimi  müəyyənləşdirilmişdir.  Təfəkkür,  bir  tərəfdən,  qavrayış  qarşı-

sında vəzifə qoyur, onu təşkil edir, istiqamətləndirir. Digər tərəfdən, 

öyrənilən obyekt haqqında biliklərin formalaşdırılması üçün qavra-

yış nəticələrini yenidən işləyir. 

Müşahidə biliklərə əsaslanır. Müşahidə obyekti haqqında ilkin 

biliyi çox olanlar onu daha hərtərəfli və məzmunlu qavrayır. Lakin 

bu  azdır,  müəyyən  müşahidə  priyomlarını  da  mənimsəmək  zəruri-

dir. Məktəb təcrübəsi göstərir ki, bir çox şagirdlər müvafiq biliklərə 

malik olduqları halda müşahidə etməyi bacarmırlar. Onlar qavranı-

lan obyektin mühüm xüsusiyyətlərini qeydə ala bilmirlər. 

Müşahidənin  effektli  olmasından  ötrü  şagirdlərin  obyektlərə 

sadəcə olaraq  yönəldilməsi şərt deyildir, başlıca məsələ həmin isti-

qamətdə  onların  fəaliyyətini  təşkil  etmək  zərurətidir.  Bundan  ötrü 

hər bir tədris fənnində biliklərin mənimsənilməsi prosesndə rasional 

müşahidə  priyomlarının  öyrənilməsinə  xidmət  edən  xüsusi  sensor 

məsələləri ayırmaq zəruridir. Bu məsələlər müxtəlifdir və  şagirdlə-

rin analitik və evristik fəaliyyətləri əsasında yerinə yetirilir. Bunlara 

aşağıdakıları aid etmək olar: 



 

540 


-

 

axtarış məsələləri (müəyyən əlamətlərə əsaslanaraq nəyisə 



tapmağı, ayırmağı, tanımağı tələb edən edən məsələlər); 

-

 



müqayisə  məsələləri  (iki  və  daha  çox  obyektlərin  sensor 

xarakteristikalarının,  fəza,  funskonal,  struktur  tutuşdurulması  əsa-

sında müqayisəli təhlil olunmasını tələb edən məsələlər). 

-

 



verilmiş  obyektlərin  fikrən  qruplaşdırılması  məsələləri 

(müxtəlif elementləri ayırmaq və onları yeni əlaqə və münasibətlərə 

daxil etmək tələbini yerinə yetirən məsələlər); 

-

 



xüsusi  tədqiqat  məsələləri  (şagirdlərin  diqqətini  müstəqil 

olaraq verilmiş obyektin analizinə yönəldən məsələlər). 

Obyektin  xüsusiyyətlərindən  və  müşahidənin  məqsədindən 

asılı olaraq müşahidə priyomları mövcuddur. Spesifik məzmunu nə-

zərə  almaqla  tətbiq  olunan  müşahidə  priyomlarını  istənilən  tapşırı-

ğın icrasına konkret məzmun nəzərə almadan tətbiq olunan mşahidə 

priyomlarından  fərqləndirmək  lazımdır.  Sonuncu  müşahidənin  təş-

kilinə  xidmət  edir:  verilmiş  obyektin  tamamilə  qavranılmasına  im-

kan  yaradan plan üzrə  qavramanın  ardıcıllığını və  sistemliliyini tə-

min edir. Təcrübə göstərir ki, şagirdlər bir çox hallarda təsviri oxu-

maqda çətinlik çəkirlər. Ona görə yox ki, əsas işarələmələrin məna-

sını  bilmirlər,  ona  görə  ki,  təsvir  obyektini  plana  uyğun  nəzərdən 

keçirməyi  bacarmırlar,  birinci  növbədə  nəyə  diqqət  yetirməli  oldu-

ğunu,  əsas  elementləri  digər  bütün  elementlərdən  ayırmağın  dəqiq 

kriteriyalarını  bilmirlər.  Qabaqcıl  təcrübədə  təsviri  qavramağın 

öyrədilməsi metodikası müxtəlif formalarda həyata keçirilir. Bir çox 

hallarda  verilmiş  təsvirin  təhlili  üçün  konkret  oriyentirləri  ayırmaq 

nəzərdə tutulur. Digər hallarda istənilən təsvirə baxışın ümumi qay-

daları  ilə  şagirdlərin  tanış  edilməsi  məqsədəuyğun  sayılır.  Bütün 

hallarda çertyojun oxunmasının iki mərhələsinə əməl olunur. Birinci 

mərhələdə  uşaqlar  çertyojun  tərtibinin  ümumi  əsaslarını  müəyyən-

ləşdirir, ikinci mərhələdə təsvir olunan cismin forması, elementləri, 

ölçüsü, elementlərarası münasibətləri müəyyənləşdirilir. 

Qavrayışın dəqiqliyini, tamlığını təmin edən priyomlar arasın-

da müşahidə seçiciliyi mühüm rol oynayır. Bir çox hallarda obyek-

tin elementlərindən bu və ya digərini əsas element kimi ayırmaq la-

zım  gəlir.  Belə  ayırmada  müəyyən  əlamətə,  müəyyən  ardıcıllığa, 

müəyyən  kriteriyalara  əməl  etmək  vacib  olur.  Seçicilik  müşahidə 




 

541 


mədəniyyətiin  başlıca  şərtidir.  Məşhur  holland  astronomu  M.Min-

nart  yazırdı:  “Sizin  dərk  etdiyiniz  özünüzdən  asılıdır.  Bunun  üçün 

gözünüzü  “nəyə  baxmaq  lazım  gəldiyini  bil”  adlı  sehirli  əsaya  to-

xundurmağınız kifayətdir” . 

Müşahidə priyomlarının formalaşması məktəbdə aparılan işin 

sistematikliyindən asılıdır. Hər bir tədris fənni müşahidənin məzmu-

nuna  spsifik  tələblərini  diqtə  edir.  Hər  bir  tədris  fənni  üzrə  xüsusi 

işlənmiş  tapşırıqlar  sistemini  müşahidə  priyomlarının  mənimsənil-

məsinə yönəlmək zəruridir. 

Biliklərin  mənimsənilməsində,  məsələlərin  həllində  surətlər 

böyük  rol  oynayır.  Bu  surətlərin  yaradılması  və  onlardan  istifadə 

olunması müəyyən təsəvvür etmə priyomlarının tətbiqini tələb edir. 

Surətlərin  yaradılması,  onun  fikrən  dəyişdirilməsinin  xüsusi  pri-

yomları mövcuddur və bu priyomlar müxtəlif tədris fənləri üzrə əldə 

olunur.  Praktika  da  göstərir  ki,  şagirdlər  bu  priyomların  əldə  olun-

masında çətinlik çəkirlər. Müəllimlərin əksəriyyəti qeyd edir ki, şa-

girdlər statik obrzları dinmik obrazlara nisbətən yaxşı təsəvvür edir-

lər. Əlbəttə, bunun səbəbini təlim prosesinin özündə axtarmaq daha 

düzgün olardı. Görünür, bu məsələlərə kifayət qədər diqqət verilmir. 

Bəzi  tədris  fənlərində  müxtəlif  çevrilmələrdən  istifadə  olunduğu 

halda  (məsələn,  ortoqonal  və  paralel  proyeksiyalama,  dönmə,  mər-

kəzi  və  ox  simmetriyası  və  s.),  onların  yerinə  yetirilmə  priyomları 

ümumiləşdirilmir.  Uşaqlar  konkret  tapşırıqların  yerinə  yetirilməsi-

nin xüsusi priyomları kimi onları qavrayırlar. 

Psixoloji  tədqiqatlar  göstərir  ki,  uşaqlar  surətlərin  yaradılmsı 

prosesində  və  onlardan  istifadə  zamanı  fəza  münasibətlərinə  nis-

bətən forma və böyüklüyün təhlilini asanlıqla yerinə yetirirlər. Ona 

görə ki, fəza münasibətləri mənimsəmə obyekti kimi xüsusi olaraq 

nəzərdən  keçirilmir.  Fəza  münasibətlərindən  istifadə  priyomlarının 

əldə olunması ilə forma və böyüklüyün təhlili metodikası fərqlidir. 

Abstrakt  fəza  obrazlarının  qarşılıqlı  məkan  münasibətlərinə  diqqət 

yönəltmək  işi  fəza  təsəvvür  və  təxəyyüllərinin  formalaşdırımasına 

xidmət  edir.  Bu  iş  sadə  məkan  münasibət  və  kateqoriyalarının  mə-

nimsənilməsi,  sadə  məkan  və  miqdar  təsəvvürlərinin,  sadə  məkan, 

miqdar və  hərəkət  təsəvvürlərinin  formalaşdırılmasının məntiqi  da-



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə