Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə182/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   178   179   180   181   182   183   184   185   ...   236

 

533 


fəaliyyəti  göstərməsi  baxımdan  əhəmiyyətə  malik  bir  sıra  ümumi 

fəaliyyət priyomlarını fərqləndirmək zəruridir. Belə priyomlara yad-

da saxlama və yada salma, müşahidə etmə və surətyaratma priyom-

larını və s. aid edirik. Vurğulamaq yerinə düşər ki, şagirdlərin anali-

tik və evristik fəaliyyətlərinin idarə olunması və vəhdəti bu priyom-

lardan kənarda mövcud deyildir. 

Məlum  olduğu  kimi,  hər  bir  aktual  fəaliyyət  hafizə  proseslə-

rindən  kənarda  mümkün  deyildir.  İstənilən  bir  psixi  aktın,  hətta  ən 

elementar psixi aktn belə, baş verməsi onun hər bir elementinin son-

rakılarla “bağlanması” üçün saxlanılmasını tələb edir. Bu cür “bağ-

lanma” qabiliyyəti olmadan inkişaf mümkün deyildir, bunsuz insan 

“əbədi olaraq yeni doğulmuş uşaq vəziyyətində qalardı” (İ.M.Seçenov). 

Yada  salmaq  imkanı  heç  də  möhkəm  yadda  saxlama  üçün 

məcburi göstərici olmadığından təkrar etmək yolu ilə biliklərin daha 

davamlı  şəkildə  möhkəmləndirilməsi  qayğısına  qalmaq  zəruri  olur. 

Yadda  saxlamanın  ən  geniş  yayılmış  priyomlarından  biri  təkrardır. 

Onun səmərəliliyi, məhsuldarlığı dərk olunmasından, başa düşülmə-

sindən,  fəal  olmasından  asılıdır.  Əldə  olunmuş  biliklərin  təkrarının 

ən yaxşı yolu mənimsənilmişlərin sonrakı fəaliyyətə daxil edilməsi-

dir. Odur ki, şagirdin müvafiq fəaliyyətində əldə etdiyi materialı hər 

dəfə  yeni  səviyyədə  və  əlaqədə  təkrar  etməsi  priyomunu  tətbiq  et-

məyi bacarması zəruridir. 

Öz həcminə görə, çoxlu təkrar tələb edən təlim materialı üç cür 

–  hissə-hissə  (qismən  yadda  saxlama),  materialın  hamısını  birdən 

(bütöv  yadda  saxlama),  hamısı  və  hissə-hissə  (birləşdirilmiş  yadda 

saxlama)  priyomu  ilə  yadda  saxlanıla  bilər.  Qismən  yadda  saxlama 

priyomundan  istifadə  edilərkən,  tamın  ümumi  məzmununa  bə-

lədləşmək  olmur,  ona  görə  də  ayrı-ayrı  hisələr  bir-birindən  təcrid 

olunmuş  şəkildə  öyrənilir.  Materialın  ümumi  məzmununda  istifadə 

olunan, ayrı-ayrı hissələri qarşılıqlı əlaqədə anlamağı və yadda saxla-

manı  asanlşdıran  bütöv  yadda  saxlama  daha  məhsuldar  priyomdur. 

Lakin  materialın  ayrı-ayrı  hissələri  öz  çətinlik  dərəcəsinə  görə  bir-

birindən  fərqlənə  bilər.  Bu  zaman,  əvvəlcə,  materialın  hamısı  bü-

tövlükdə başa düşülür, sonra ayrı-ayrı hissələr, xüsusilə ən çətin his-

sələr öyrənilir və nəhayət, material yenidən bütövlükdə təkrar olunur. 



 

534 


Təcrübə göstərir ki, yadda saxlamaya materialın həcmi, mate-

rialın tərkibi (faktik verilənlərin və müstəqil fikri vahidlərin miqda-

rı) və növü (şifahi, sözlü, qrafik, ədədi və s.) təsir göstərir. Materia-

lın  spesifik  xüsusiyyətləri  oun  mənimsənilməsi,  yadda  saxlanması 

priyomlarının müxtəlifliyinə səbəb olur. 

Məlum olduğu kimi, xüsusilə bizim üçün mühüm həyati əhə-

miyyətə malik olan, bizdə maraq və emosiya doğuran şeyləri qeyri-

ixtiyari  olaraq  tam  və  möhkəm,  bəzən  isə  həyatımız  boyu  yadda 

saxlaya bilirik. Yerinə yetirdiyimiz vəzifənin məzmunu ilə nə qədər 

çox maraqlansaq, qeyri-ixtiyari yadda saxlama bir o qədər çox məh-

suldar  olacaqdır.  Təlim  prosesində  biliklərin  qeyri-ixtiyari  olaraq 

yadda  saxlnılmasının  yüksək  məhsuldarlığını  təmin  edən  şəraitin 

xüsusi  şəkildə  öyrənilməsi  göstərmişdir  ki,  bunun  üçün  mühüm  şərt-

lərdən biri təlim fəaliyyətinin daxili, idrak motivlərinin yaradılmasıdır. 

Təlim  prosesinin  motivləşməsinə  yönələn  vasitə  və  faktorlar 

rəngarəngdir. Biz burada yadda saxlama ilə əlaqədar idrak motivlə-

rinin  yaradılmasının  ən  mühüm  vasitəsini  göstərmək,  qeyd  etmək 

fikrindəyik,  çünki  məqsədimiz  müvafiq  priyomu  üzə  çıxarmaqdır. 

Bizcə,  təlim  fəaliyyətinin  daxili,  idrak  motivlərinin  yaradılmasına 

tədris  məsələləri  sisteminin  elə  xüsusi  təşkili  sayəsində  nail  olmaq 

mümkündür ki, burada əldə edilmiş hər bir nəticə özündən sonra gə-

lən  nəticəyə  nail  olmaq  üçün  zəruri  vasitəyə  çevrilmiş  olsun.  Odur 

ki, təlim prosesində əldə etdiyi nəticədən sonrakı mərhələdə təlim və-

zifələrini yerinə yetirmək, çətinlikləri aradan qaldırmaq, ziddiyyətləri 

həll etmək priyomlarını tətbiq etməyi şagirdin bacarması vacibdir. 

İxtiyari yadda saxlama xüsusi mnemik fəaliyyətin, daha doğ-

rusu,  əsas  məqsədi  yadda  saxlamanın  özü  olan  fəaliyyətin  məhsu-

ludur. Bu cür fəaliyyətin də məhsuldarlığı onun məqsədlərinin, mo-

tivlərinin və yerinə yetirilməsi yollarının xüsusiyyəti ilə əlaqədardır. 

Xüsusi tədqiqatların göstərdiyi kimi, burada ixtiyari yadda saxlama-

nın mühüm cəhətlərindən biri materialı dəqiq, tam və ardıcıl yadda 

saxlamaqla əlaqədar olan aydın məqsədin qoyulmasından ibarətdir. 

Əlbəttə, mnemik  məqsədin  yolunu  sadəcə olaraq,  yadda sax-

lama  niyyəti  daşıyan  işdən  ibarət  etmək  olmaz.  Müxtəlif  mnemik 

məqsədlər materiala, onun məzmununa, onun dil formalarına müx-

təlif  şəkildə  birləşməyi  tələb  edir.  Bu  isə  müvafiq  yaddasaxlama 




 

535 


yollarını  seçməyi  şərtləndirir.  Ona  görə  də  tədris  işində  şagirdlər 

qarşısında  məhz  nəyi  və  necə  yadda  saxlamaq  vəzifəsini  qoymaq 

zəruridir. Bu nöqteyi-nəzərdən İ.Ş.Yakimanskaya yadda saxlamanın 

xüsusi  priyomlarının,  özünün  qeyd  etdiyi  kimi,  daha  vacib 

olanlarının üzərində dayanır: 

1. Materialın mənaca qruplaşdırılması priyomu; 

2. İstinad nöqtələrinin ayrılması priyomu; 

3. Plan tərtibi priyomu; 

4. Məntiqi sxemin ayrılması priyomu . 

Əlbəttə, ixtiyari yadda saxlamanın məhsuldarlığını təmin edən 

şərtlər içərisində mərkəzi yeri səmərəli yadda saxlama priyomların-

dan  istifadə  edilməsi  tutur.  İ.S.Yakimanskayanın  təklif  etdiyi  pri-

yomlardan biri olan “plan tərtibi priyomu” özündə materialın məna-

ca  qruplaşdırılmasıı  və  istinad  nöqtələrinin  ayrılmasını  da  saxlayır 

və  hətta  onların  vahid  asosiasiya  sistemində  birləşdirilməsini  də 

nəzərdə tutur. 

V.S.Muxina  öyrənilən  materilın  planının  tərtib  edilməsini 

məntiqi  yadda  saxlamanın  priyomlarından  biri  kimi  qiymətləndirir 

və düzgün olaraq göstərir ki, o, üç mərhələdən ibarətdir. 

1. Materialın tərkib hissələrinə ayrılması; 

2. Onlar üçün başlıq düşünülməsi və ya materialın həmin his-

səsinin  bütün  məzmunla  asanlıqla  əlaqələndirən  hər  hansı  istinad 

nöqtəsinin tapılması; 

3. Hissələri özlərinin başlıqlarına və ya ayrılmış istinad nöqtə-

sinə əsasən vahid assosiasiya sistemində birləşdirmək . 

Ayrı-ayrı  fikirlərin,  cümlələrin  mənaca  birləşdirilməsi  yadda 

saxlanılan  materialın  həcminə  xələl  gətirmədən  yadda  saxlanılması 

lazım olan vahidlərin miqdarını azaldır. Bu zaman yadda saxlama bir 

də  ona  görə  asanlaşır  ki,  planın  tərtib  edilməsi  nəticəsində  material 

aydın,  hissələrə  ayrılmış,  sahmana  salınmış  forma  alır.  Bunun  sayə-

sində  həmin  material  oxu  prosesinin  özündə  asanlıqla  yadda  sax-

lanılır. 

Fəaliyyətdə  müxtəlif  mövqe  tutan  material  müxtəlif  əhə-

miyyət  daşıyır.  Buna  görə  də  o, müxtəlif bələdləşmə  tələb etməklə 

başqa-başqa  şəkildə  möhkəmlənəcəkdir.  Əsas  məqsədəuyğun  məz-

mun  daha  fəal  bələdəşmə  tələb  edir  və  o,  fəaliyyətin  əldə  edilmiş 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə