Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə179/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   175   176   177   178   179   180   181   182   ...   236

 

524 


munikativ fəaliyyəti; 4) müəllimin qnostik fəaliyyəti

1

.  



Müəllimin təlim prosesinin təşkili və idarə olunması mərhələ-

si üzrə fəaliyyət modeli  (genetik və funksional) təlim metodlarının 

müəyyənləşdirilməsi  və  sistemləşdirilməsi  nöqteyi-nəzərdən  həm 

praktik,  həm  də  nəzəri  əsas  roluna  malikdir.  Müəllimin  fəaliyyət 

modelinin  şagirdin  fəaliyyət  modeli  ilə  uyğunluğu  öyrətmə  və  öy-

rənmə metodlarının uzlaşmasını özündə saxlayır, bu, təlim prosesi-

nin mahiyyəti ilə bağlıdır. 

Təlim  prosesində  müəllim  və  şagirdlərin  qarşıya  qoyulmuş 

məqsədə yönələn və onunla nizamlanan fəaliyyətlərinin struktur ele-

mentlərinin  müxtəlifliyi, funksional  asılılığı  metodların nomeklatu-

rasının müxtəlifliyinə, eyni zamanda sistem əmələ  gətirməsinin zə-

ruriliyinə əsas verir. Belə bir sistemdə müəllim komponentinin mo-

deli,  onun  funksiyaları,  onun  şəxsi  keyfiyyətləri  barədə  deyilənlərə 

davam  olaraq  Holland  alimi  Q.Froydentalın  “Математика  как  пе-

дагогическая  задача»

2

 adlı  kitabının  birinci  hissəsində  «Учитель 



математики»  adlı  bölməsindəki  çox  maraqlı  və  bizim  üçün  tutarlı 

olan mülahizəsinə diqqət verək. 

Dediyimiz bölmədə iki epiqraf verilmişdir:  “Требуется  учи-

тель плавания, умеющий плавать» (Обьявление во французской 

провинциальной газете) və «Они хотят сегодня учить тому, че-

му выучились лишь вчера»… 

Birinci epiqrafdakı (“Üzməyi bacaran üzgüçülük müəllimi tə-

ləb  olunur”)  qəzet  elanının  müəllifinin,  əlbəttə,  üzgüçülük  müəlli-

minin  uşağına  üzməyi  öyrədə  biləcəyinə  şübhəsi  yox  idi,  yəni  o 

aşkar bilirdi ki, müəllim üzməyi öyrətməyi bacarır. Şübhə bunda idi 

ki, həmin müəllim özü necə? O, öyrədəcəyi işi özü icra edə bilirmi? 

Elan  sahibi  üzməyi  öyrədən  müəllim  qarşısında  daha  bir  sıra  tə-

ləblər də qoya bilər, məsələn, suda boğulanı xilasetmə bacarığı, zə-

rərçəkənə süni nəfəs verə bilmə qabiliyyəti, ayaq və əllərin anatomiya 

və fiziologiyasına dair az-çox biliyə malik olmaq və s. və i.a. 

Burada o qədər də təəccüblü şey yoxdur. Belə ki, müəllim öz 

ixtisas təlimi ilə əlaqədar olan məsələlərdə öyrətdiyindən artıq bilik, 

                                                 

1

 Ətraflı məlumat üçün bax: Дидактика средней школы. Под ред. М.Н.Скатки-



на. М., 1982, стр.306-307. 

2

 Математика как педагогическая задача. М.: Просвещение, 1982. 




 

525 


bacarıq və vərdişə malik olmalıdır. 

İkinci epiqrafla əlaqədar kitab müəllifi bir amerikanlının şəx-

sində  maraqlı  bir  epizod  nəql  edir.  Çex  dili  müəllimi  tələb  olunan 

bir elanın müəllifinə bir kəlmə belə o dili bilməyən həmin amerikalı 

gənc  həvəslə  razılıq  verir.  O  bunun  müqabilində  alacağı  məbləğin 

yarısına  özünə  bir  müəllim  tutur.  Bir  gün  əvvəl  şagird  sifəti  ilə  öz 

müəlliminin  yanına  gedib  onun  öyrətdiyini  sabahısı  günü  müəllim 

sifətilə özgəyə-onu müəllim tutan şagirdə öyrətməyə başlayır. 

Burada da mətləb aydındır: müəllim bu günkü dərsdə öyrədə-

cəyi  şeydən  bir  dərs  sonrakı  materialı  da  bilməlidir.  (Şillerin  sözü 

ilə müqayisə et). Hər iki epiqrafdan ortaq bir nəticə olaraq bunu de-

mək olar: müəllim öyrədəciyi dərs materialından daha ətraflı , daha 

çox biliyə malik olmalı, həm də bu biliyə öyrədəcəyi vaxt yox, on-

dan xeyli əvvəl malik olmalıdır. Burada pedaqoji problemin bir mü-

hüm cəhəti qabarıq üzə çıxır: nəticədəki “çox” və “əvvəl” tələblərini 

necə qiymətləndirmək, başlıcası, bunun “pedaqoji ölçüsü” necədir?



 

 

Suallar və tapşırıqlar 

 

1.

 



“Təlim sisteminin invariantları” dedikdə nə başa düşürsünüz? 

2.

 



Ümumpedaqoji invariantlardan bir neçəsini söyləyin. 

3.

 



Təlim  prosesinin  spesifik  invariantlarına  aid  bir  neçə  nümunə 

göstərin. 

4.

 

Təlimin prinsiplərinin hər hansı birini səciyyələndirin. 



5.

 

“Şüurluluq  və fəallıq”  prinsipinin  həyata  keçirilməısi üçün  qay-



daları müəyyənləşdirirn. 

6.

 



Sistemlilik və ardıcıllıq prinsipi hansı elmi müddəalara əsaslanır. 

7.

 



Təlim prinsipləri nə üçün əlaqəli tətbiq edilməlidir? 

 

Ədəbiyyat 

 

1.



 

Abdullayev  B.A.,  Zülfüqarova  Ş.V.  Didaktika.  Bakı:  ADPU-nun 

mətbəəsi, 2005, səh.29-49. 

2.

 



Əhmədov  B.A.,  Rzayev  A.Q.  Pedaqogikadan  mühazirə  kons-

pektləri. Bakı: Maarif, 1983, səh.135-140. 

3.

 

Həmzəyev  M.Ə.  Pedaqoji  psixologiya.  Bakı:  Maarif,  1991, 



səh.97, 127. 

4.

 



İbrahimov  F.N.  Ümumi  pedaqogikadan  mühazirələr.  Bakı:  Mü-

tərcim, 2010. səh.303-318. 




 

526 


5.

 

C.Ə.Feyziyev,  F.N.İbrahimov,  S.R.Bədiyev.  Didaktika.  (Dərs 



vəsaiti). Bakı: Mütərcim, 2011. 

6.

 



Mehdizadə  M.M.  Ümumtəhsil  məktəblərində  təlim-tərbiyə  pro-

sesinin təkmilləşdirilməsi yolları. Bakı: Maarif, 1982. Səh.41. 

7.

 

Məktəb pedaqogikası (Q.İ.Şukinanın redaksiyası ilə). Bakı: Maa-



rif, 1982, səh.303-318. 

8.

 



Paşayev  Ə.X.,  Rüstəmov  F.A.  Pedaqogika.  Bakı:  Nurlan,  2007, 

səh.155-176. 

9.

 

İsmixanov M. Pedaqogika. (Didaktika). Bakı: Bakı Universiteti, 



1998. 

 

  


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə