Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə176/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   172   173   174   175   176   177   178   179   ...   236

 

515 


1. Şagirdlərdə idrak marağının inkişafının obyektiv  əsası təd-

risin  yüksək  səviyyəsindən,  onun  əsl  elmi  məzmunundan,  fəal  və 

müstəqil  idrakın  pedaqoji  cəhətdən  məqsədəuyğun  təşkilindən  iba-

rətdir. 


2. Şagirdlərin idrak marağı müxtəlif inkişaf səviyyəsində təza-

hür dərəcəsinə, sabitlik və dərinliyinə görə müxtəlif xarakterə malik 

ola  bilər.  Şagirdlərin  formasız,  geniş  və  başlıca  marağı  fəal  və 

müstəqil  öyrənmə  üçün  müxtəlif  əsas  təşkil  edir.  Şagirdlərin  idrak 

marağı öz məzmununa görə məktəblilər tərəfindən hadisələrin, pro-

seslərin  və  qanunauyğunluqların  dərk  olunması  səviyyəsini  əks 

etdirir. 

İdrak  marağı  inkişafının  ən  yüksək  səviyyəsi  yaradıcılıq  sə-

viyyəsidir ki, bu da dərin nəzəri problemlərə fəaliyyəti hamıya bəlli 

olan asan yolla deyil, şagirdin özünün planı və axtarıb tapmış oldu-

ğu üsulu ilə yerinə yetirməyə maraq göstərməsi ilə bağlıdır. 

3.İdrak  marağının  təsiri  altında  fəaliyyət  asanlaşır,  daha  sər-

bəst və sürətli olur ki, bunun da sayəsində yorğunluq aradan qalxır. 

4.  Şagirdlərin  idrak  marağının  formalaşmasına,  tədrisin  sti-

mullaşdırıcı  təsiri  çox  böyükdür.  Bu  təsir  fənnin  məzmunundan, 

şagirdlərin  fəaliyyətindən,  tədris  prosesi  iştirakçıları  arasında  olan 

münasibətdən irəli gəlir . 

Öyrənmənin strukturunda təlim məqsədləri və vəzifələrinin də 

özünəməxsus yeri və rolu vardır. Məhz bu cəhət öyrənmənin təlim 

xarakteri  daşımasına  imkan  verir.  Başqa  sözlə,  öyrənmə  planlı, 

müəyyən məqsəd və vəzifələri yerinə yetirəcək şəkil aldıqda təlimə 

çevrilir, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə gətirib çıxa-

rır.  Təlim  müəyyən  bilik,  vərdiş  və  bacarığa  yiyələnmək  üçün  in-

sanın  fəaliyyətinin  şüurlu məqsədlərlə idarə olunduğu  yerdə müm-

kündür.  Təlim  fəaliyyətinin  təşəkkülü  üçün  ilkin  şərt  subyektdə 

müəyyən  bilik,  bacarıq  və  vərdişlərin  mənimsənilməsinin  şüurlu 

motivlərinin yaradılmasıdır. 

Təlim  fəaliyyəti  təkcə  şagirdi  müxtəlif  ictimai-faydalı  fəallıq 

növləri üçün zəruri olan bilik, bacarıq və vərdişlərlə silahlandırmır. 

O, eyni zamanda şagirdlərdə özünün psixi proseslərini idarə etmək, 

həll ediləcək məsələ ilə əlaqədar özünün işlərini və əməliyyatlarını, 

vərdişlərini və  təcrübəsini  seçmək, təşkil etmək  və  istiqamətləndir-




 

516 


mək bacarığı təşəkkül edir. 

Fəaliyyətin  dərkolunma  səviyəsinin  necəliyindən  asılı  olma-

yaraq məqsədin dərk edilməsi həmişə onun zəruri əlaməti olaraq qa-

lır. Həmin əlamət mövcud olmadıqda insana məxsus fəaliyyət, xü-

susən də təlim fəaliyyəti mövcud ola bilməz. 

İşləri təşkil edən hərəkətlər sistemi nəticə etibarı ilə həmin iş-

lərin məqsədilə idarə və tənzim olunur. Məhz yerinə yetirilərkən hə-

rəkətlərin  nəticələri  məqsəd  nöqteyi-nəzərindən  qiymətləndirilir  və 

onlar təshih edilir. İşin məqsədi şeylərin hansı xassə və vəziyyətləri-

nin onun icrası, nəzarət və təshihi üçün oriyentir olmasını təmin edir. 

Təlim fəaliyyətində məqsəd beyində obrazlar, fəaliyyətin gələ-

cək nəticəsinin dinamik modeli kimi özünü göstərir. Gələcəyin məhz 

arzu  olunan  həmin  modeli  ilə  işin  faktik  nəticəsi  müqayisə  olunur, 

hərəkətin cizgilərini məhz o, idarə və təshih edir. Qarşıda duran işin 

(hərəkətlərin  proqramı)  və  onun  özünün  beyinə  qabaqcadan  xəbər 

verdiyi  nəticələrin  (məqsədlər  proqramı)  həmin  modelini  fizioloqlar 

“iş  akseptoru”  və  “qabaqlayıcı  inikas”  (P.K.Anoxin),  “hərəki  məq-

səd”  və  “tələb  olunan  gələcəyin  modeli”  (N.A.Bernşteyn),  “zəruri 

əhəmiyyət”  və  “gələcəyin  modeli”  (Mittelştedt,  U.Eşbi),  “dinamik 

model” və s. adlandırırlar. Bu müxtəliflik həmin modelin nədən iba-

rət  olması,  necə  əmələ  gəlməsi  və  necə  işləməsi  haqqında  fərziyyə-

lərin müxtəlif olmasından irəli gəlməsinə baxmayaraq, gələcək işlərin 

əvvəlcədən  təsəvvür  edilməsi  və  onların  gözlənilən  nəticələrinin 

müəyyən şəkildə beyində əks olunması fikri tam dürüstdür . 

Öyrənmənin  məqsəd  və  vəzifələrini  həyata  keçirməyə  imkan 

verən tədris işləri də, onun strukturunda əsas  yerlərdən birini tutur. 

Bu  cür  işlərə  birinci  növbədə  icraedici  (təhrikedici)  işlər  daxildir. 

Öyrənən adam həmin tədris işlərindən istifadə etmədən müvafiq bi-

lik, bacarıq və vərdişlərə yiyələnə bilməz. Bu cür işlər insanı fəaliy-

yətə yönəldən işlərdir. Proqram məqsədli işlər proqramın tələblərini 

ödəməklə  bağlı  olan  şifahi  və  yazılı  çalışmalardan,  laborator  işlər-

dən  və  s.  ibarət  olur.  Fəal  əməliyyatlı  tədris  işləri  şagirdlərin  fikri 

fəaliyyətini  fəallaşdırmağa  yönəldilən,  onlarda  idrak  fəallığı  yara-

dan işlərdir. Bu cür işlər şagirdlərin əqli inkişafına təkan verir, onla-

rı sadəcə reproduktivlikdən uzaqlaşdırır. 



 

517 


Fəallığın ən yüksək forması yaradıcı fəallıqdır. Qoyulan vəzi-

fəni, verilən tapşırığı həll etmək üçün yollar araşdırıb tapmaq, onun 

öhdəsindən  gəlmək,  bəzən  də  orijinal  vasitələr  müəyyənləşdirmək 

yaradıcı  fəallıq  üçün  səciyyəvidir.  Yaradıcı  fəallıq  şagirdin  şəxsiy-

yət kimi formalaşmasında mühüm rol oynayır. 

Öyrənmədə şagirdin idrak fəallığını müstəqilliyindən ayırmaq 

olmaz. Onlar bir-birini tamamlayır.Öyrənmədə şagirdin müstəqlliyi 

müxtəlif formada təzahür edir: biliyə ehtiyac hiss etməkdə; müstəqil 

düşünməyi bacarmaqda;  yeni vəziyyətdən, şəraitdən baş çıxarmaq-

da;  yeni  vəzifənin  öhdəsindən gəlmək üçün  yaradıcılıqla  yol  axtar-

maqda; yeni biliyi köklü şəkildə öyrənməyə can atmaqda; öyrənilən 

məsələdə başqasının fikrinə tənqidi yanaşmaqda; öz fikrini sübut et-

məyi bacarmaqda və s. 

Öyrənmə prosesində şagird müstəqilliyinin təzahürlərini mən-

bələrdə məlumat axtararkən, faktik bilik üzərində düşünərkən, baca-

rıqları möhkəmlədərkən, bacarığı vərdişə çevirərkən, biliyi təcrübə-

yə  tətbiq edərkən, bilikdən  yeni  şəraitdə  istifadə  edərkən müşahidə 

etmək olar. 

Təlimin strukturlarına daxil olan nəzarət-tənzimedici tədris iş-

lərinin də rolu böyükdür. Bu işlər, əsasən, qiymətləndirici, yoxlayıcı 

və təshihedici xarakter daşıyır. Bunların köməyi ilə şagirdlərin təlim 

fəaliyyətini idarə etmək mümkün olur. 

Müəllimin rəhbərliyi ilə şagirdlərin öyrənmə fəaliyyətində id-

rak  əməliyyatlarının  formalaşması  nəzəriyyəsi  psixoloqlar  tərəfin-

dən  işlənilmişdir.  Təlimlə  bağlı  olaraq  fikri  fəaliyyətin  mərhələlər 

üzrə mənimsənilməsi nəzəriyyəsinə görə (P.Y.Qalperin konsepsiya-

sı), fəaliyyətin təhlili ön sıraya çəkilir, biliklərə isə fəaliyyətdən və 

onun  mənimsənilməsindən  yaranma,  törəmə  kimi  baxılır.  Belə  ki. 

P.Y.Qalperinin fikrincə, təlim işləri  özlüyündə aşağıdakı kompo-

nentlərə  malik  olan  strukturdur:  a)  dəyişdirmə  predmeti, 

məhsulu (məqsəd), vasitələri; b) dəyişdirmə prosesi, eləcə də əks 

olunma;  c)  fəaliyyətin  qeyd  olunan  bütün  komponentləri 

haqqında biliklər (fəaliyyətin bələdləşmə əsası- FBƏ) 

Dəyişdirmə  prosesi  üç  cür  funksiyanı  yerinə  yetirən  əməliy-

yatlar  şəklində  həyata  keçir:  FBƏ-nin  yaradılması  və  ya  mövcud 

FBƏ-nin  fəallaşdırılması  (bələdləşmə  əməliyyatı),  dəyişdirmənin 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə