Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə172/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   236

 

503 


-

 

öyrənilən proses və hadisələri təhlil etməyi, bu proses və ha-



disələri sintez etməyi, tam, vahid şəkildə ümumiləşdirməyi şagirdlə-

rə öyrətmək, onları təhlilin kobud formalarından, tamı, sintezi ayrı-

ayrı cəhətlərin ümumiləşdirilməsi ilə əvəz etməkdən çəkindirmək; 

-

 



dərketmədə şagirdlərin deduktiv yanaşmasına,  əsas, başlıca, 

mühüm cəhəti ümumi şəkildə qavramaqdan onların ayrı-ayrı cəhət-

lərinin dərk edilməsinə doğru getmələrinə hər cür imkan vermək. 

-

 



konkret  məzmundan  və  təlimin  qarşısında  duran  vəzifədən 

asılı olaraq, deduksiya və induksiyanın vəhdətindən sürətlə istifadə 

etməyi öyrətmək lazımdır”. 

Şüurluluq  və  fəallıq  prinsipi  tələb  edir  ki,  müəllim  idrakda 

olan bütün mürəkkəb əlaqələr sisteminin şagird tərəfindən başa dü-

şülüb anlaşılması kimi daxili prosesə nüfuz etsin. 



Təlimdə  sistemlilik  və  ardıcıllıq  prinsipi.  Təlimdə  elmilik, 

sistemlilik, varislik bilik, bacarıq və vərdişlərin ardıcıl surətdə inki-

şafı üçün yalnız yeni biliklər arasında deyil, habelə tam, vahid sis-

temin ünsürləri olmaq etibarilə əvvəlki biliklər arasında da müvafiq 

əlaqə yaratmaq üçün keçilmiş materiala arxalanmaqda səciyyələnir. 

Əsl  sistem  varislik  və  fənlərarası  əlaqələr  yaradılmadan  mümkün 

deyildir. Sistemlilik materialın ardıcıl surətdə yerləşdirilməsi ilə tə-

min  edilir.  Sistematiklik  və  ardıcıllıq  aşağıdakı  elmi  müddəalara 

əsaslanır: 

1.

 



Xarici aləm bir-biri ilə qarşılıqlı əlaqədə olan cisim və hadi-

sələrin  sistemindən  ibarətdir.  Xarici  aləmin  mənzərəsi  beyində  an-

caq dəqiq əks (inikas) olunan zaman insan həqiqi biliklərə yiyələnir. 

2.

 



Mütəşəkkil  qaydada  təşkil  olunan  təlim  elmi  biliklər  siste-

mini formalaşdırmağın universal vasitəsi və yoludur. 

3.

 

Elmi  biliklər  sistemi  tədris  materialının  daxili  məntiqi  ilə 



yaradılır və şagirdlərin idraki imkanları ilə müəyyən olunur. 

4.

 



Təlim prosesində atılan hər bir addım arasında fasilələr, ar-

dıcıllığın pozulması halları və idarə olunmaz momentlər nə qədər az 

olarsa, təlim prosesi bir o qədər uğurlu keçər və yüksək nəticələr verər. 

5.

 



Vərdişlər sistematik tətbiq olunmazsa, öz keyfiyyətlərini iti-

rə bilər. 

6.

 

Şagirdləri  məntiqi  təfəkkürə  alışdırmasaq,  onlar  özlərinin 



fikri fəaliyyətində həmişə çətinlik çəkərlər. 


 

504 


7.

 

Təlimdə sistem və ardıcıllıq gözlənilməzsə, şagirdlərin inki-



şafı prosesi ləngiyər. 

Təlimdə möhkəmləndirmə prinsipi yeni həqiqətlərin kəşfinə 

deyil, artıq kəşf olunmuş həqiqətlərin mənimsənilməsinə yönəldilən 

öyrənmənin  xüsusiyyətlərini  səciyyələndirir.  Bu  proses  yalnız  əv-

vəllər  əldə  edilmiş  olan  bilik,  bacarıq  və  vərdişlərin  kök  salıb  bər-

kiməsi əsasında təkmilləşdirilə bilər. 

Tamamilə  haqlı  olaraq  yaddaşı  təlimdə  möhkənləndirmənin 

psixoloji  əsası  hesab  edirlər.  Məhz  hafizə  prosesinin  qanunauy-

ğunluqları  biliyin  yaddan  çıxmasına  yol  verməmək,  yaddan  çıxan 

şeyləri  hafizədə  bərpa  etmək  üçün  təkrarlamağa,  möhkəmlətməyə, 

əvvəllər  mənimsənilmiş  biliklərin  üzərinə  qayıtmağa  insanı  vadar 

edir.  Bununla  əlaqədar  möhkəmlik  prinsipi  yalnız  hafizəyə  deyil, 

habelə  şagirdlərin  idrak  fəaliyyətinin  təfəkkür,  emosional  və  iradə 

proseslərinə  əsaslanır.  Müasir  tədqiqatlar  göstərmişdir  ki,  biliyin 

möhkəmləndirilməsi  prosesində  müqayisə,  təsnifat,  təhlil,  sintez, 

ümumiləşdirmə kimi zehni əməliyyatların böyük rolu vardır, bunlar 

yadda  saxlama  prosesinin  intensivliyinə  kömək  edir.  Ağıl  çevik  və 

mütəhərrik,  bilik  ümumiləşdirilmiş olur və şagirdlər materialı  yad-

dan çıxarmış  olduqda bu xüsusiyyətlər onların hafizədən daha çox 

təfəkkür və hissiyyata arxalanmalarına kömək edir (A.A.Smirnov). 

Təlim  prosesində  şagirdlərin  hafizəsi  inkişaf  edir.  Şagirdlər 

böyüdükcə,  onların  obrazlı-əyani  təfəkkür  proseslərinə  əsaslanan 

emosional hafizəsi öz yerini məntiqi təfəkkür prosesində əsas axta-

ran hafizəyə verir. Həm də sübut edilmişdir ki, hafizənin inkişafı ilə 

dərs müvəffəqiyyəti sıx əlaqədardır. Güclü şagirdlərdən ibarət olan 

qrupda hafizəsi zəif olan uşaq olmur. Şagirdlər  yaş etibarilə nə qə-

dər böyük olsalar, onları materialın möhkəm mənimsənilməsi məq-

sədi  ilə  əlaqələri  müəyyən  etmək,  mücərrəd  materialı  tutuşdurmaq, 

onu  qruplaşdırmaq  bacarığına  əsaslanan  məntiqi  yadda  saxlamaya 

bir o qədər çox yönəlib alışdırmaq olar. 

Q.İ.Şukina  yazır  ki,  təlim  təcrübəsində  bilik,  bacarıq  və  vər-

dişlərin  təkrarlanması,  ümumiləşdirilməsi  və  tətbiqi  prosesində 

möhkəmlik  prinsipinin  həyata  keçirilməsini  təmin  edən  üsullar 

işlənib hazırlanmışdır. Bunlara aşağıdakılar aiddir: 



 

505 


1. Təkrarlanan materialı məna və struktur etibarı ilə hissələrə 

ayırmaq, bunlara başlıq vermək, qarşısında sual qoymaq, onları te-

zis şəklində ifadə etmək faydalıdır. 

2. Yadda saxlanılası materialı əvvəllər əldə edilmiş biliklə əla-

qələndirmək, təşəkkül tapmış təsəvvürlərə əsaslanmaq əhəmiyyətli-

dir; köhnə biliklərin strukturunda yeni biliklər daha aydın dərk edi-

lir, daha anlaşıqlı olur, əvvəlki biliklər isə yeni biliklər baxımından 

zənginləşib dərinləşir. 

3. Təkrarlanma prosesində daim şagirdlərin təfəkkürünü fəallaş-

dırmaq, müqayisə, tutuşdurma üçün suallar vermək, şagirdlərə materia-

lı təhlil və təsnif etməyi, ümumiləşdirməyi təklif etmək lazımdır. 

4. Heç bir dəyişiklik etmədən eyni suallarla, eyni qaydada, əv-

vəlki strukturda aparılan təkrar təfəkkürü şablonlaşdırır, əvvəlki sə-

viyyədə qalıb yerində saymağa səbəb olur. 

5. Materialın yeni bir şəkildə qruplaşdırılması yeni əlaqələrin 

dərk  edilməsinə,  biliklər  sisteminin  daha  aydın  başa  düşülməsinə 

kömək edir. 

6.  Möhkəmləndirmə  üçün  əsas,  mühüm  ideya,  məsələ  və 

problemlərin  ayrılması  şagirdlərin  də  təkrar  edilən  materialda  mü-

hüm şeyləri seçib ayırmalarına imkan verir. 

7. Təkrar və möhkəmlətmə yanaşmaları da üsul və formalarda 

müxtəliflik olmasını tələb edir. Yeknəsəqlik şagirdlərdə dərsə olan 

marağı söndürür, açıqdan-açığa məcburi iş şəraiti yaradır, mənimsə-

mənin səmərəsini aşağı salır . 

Bir  məşğələdə  cəmləşdirməyib  zaman  etibari  ilə  hissələrə 

ayrılan  təkrarlama  ən  səmərəli  təkrarlamadır.  Möhkəmlik  prinsipi-

nin  həyata  keçirilməsi  bilik  və  bacarıqların  yeni  şəraitdə  tətbiqinə 

kömək edir. Təlim materialının ən yaxşı möhkəmləndirilməsi ondan 

dəfələrlə və müxtəlif şəkillərdə təcrübədə istifadə etməkdir. Belə ol-

duqda yerinə yetirilmiş əməllər planauyğun, mütəşəkkil surətdə tək-

rar edilir. 

Şagird  xüsusiyyətlərinin  nəzərə  alınması  prinsipi  klassik 

didaktikada  müyəssərlik  prinsipi  kimi  formalaşmışdır:  “Yaşauyğun 

olmayan  heç  bir  şeyi  zorla  qəbul  etdirmə”  (Y.A.Komenski),  “Şa-

girdlərə  hələ  müyəssər  olmayan  şeyi  heç  vaxt  öyrətmə”  (A.Dister-

veq), “Uşaq öyrənmək üçün yetişməkdən əvvəl onu öyrətməyə baş-



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə