Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə171/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   167   168   169   170   171   172   173   174   ...   236

 

500 


nimsəmək  üçün  şagirdlərin  əməyini  daim  yüngülləşdirməkdən  iba-

rət  deyil:  kömək  etmək,  istiqamətləndirmək,  aydın  olanın  köməyi 

ilə aydın olmayanı açıb göstərmək, müstəqil təhlil üçün kiçik bir yol 

açmaq, bəyənmək bütün bunlar yaşamüvafiq təlimdə adi iş tərzidir. 

19. Müvafiqlik iş qabiliyyəti ilə bağlıdır: iş qabiliyyətini inki-

şaf və məşq etdirməklə şagirdləri daha uzun sürən və intensiv fikri 

fəaliyyətə alışdırın.  İş qabiliyyətini  yüksəltməklə siz təlimin müva-

fiqliyi üçün maneələri azaltmış olarsız. 



Qeyd: Təbii ki, istər elmilik, istərsə də müvafiqlik prinsipləri-

nin  praktik  olaraq  həyata  keçirilməsi  ilə  bağlı  professor  Ə.X.Paşa-

yevin  və  professor  F.A.Rüstəmovun  müəllifləri  olduqları  “Peda-

qogika”  kitabından  (Bakı:  Nurlan,  2007)  götürülmüş  qaydalardan 

hər  bir  müəllim  yaradıcılıqla  istifadə  edərək  faydalana  bilər.  Yaxşı 

olar  ki,  bu  qaydalarla  (həmin  kitabda  özünə  yer  alan  digər  prin-

siplərin  praktiki  həyata  keçirilməsi  ilə  bağlı  təqdir  olunan  digər 

qaydalarla) iş müəllim hazırlığı ilə bağlı pedaqoji təcrübədə diqqət 

mərkəzinə  çəkilsin.  Bu  bizim  subyektiv  anlamımıza  görə  faydalı 

olar.  Bundan  başqa,  yaxşı  olar  ki,  didaktika  fənninin  tədrisi  üzrə 

seminarlarda  həmin  qaydalar  üzrə  müstəqil  işə  tələbələr  cəlb 

olunsun. Bu qaydaları özününküləşdirə bilən bu günkü tələbə sabah 

məktəbə müəyyən praktik hazırlığa malik müəllim kimi göndərilmiş 

olar. Bu da çox vacib məsələdir. 



Nəzəriyyə ilə praktikanın əlaqəsi prinsipinin əsasını klassik 

fəlsəfənin və müasir qnoseologiyanın əsas müddəası olan “praktika 

həqiqətin  meyarıdır”  qənaəti  təşkil  edir.  Bununla  yanaşı  nəzəriy-

yənin  praktika  ilə  əlaqəsi  prinsipini  bir  çox  fəlsəfi,  pedaqoji  və 

psixoloji müddəalar şərtləndirir. Əslində həmin müddəalar qanuna-

uyğun olaraq bu prinsip üçün başlanğıc rolunu oynayırlar: 

1. Təlimin effektliliyi və keyfiyyəti praktika ilə yoxlanılır, təs-

diq olunur və istiqamətləndirilir. 

2.  Praktika  həqiqətin  meyarıdır,  idrak  fəaliyyətinin  mənbəyi-

dir və təlimin nəticələrinin tətbiqi sahəsidir. 

3. Düzgün qurulmuş təhsil-tərbiyə həyatın, praktikanın özün-

dən  doğur,  onunla  qırılmaz  surətdə  bağlıdır,  böyüməkdə  olan  nəsli 

fəal dəyişdirici fəaliyyətə hazırlayır. 



 

501 


 

4. Şəxsiyyətin formalaşmasının effektliliyi onun əmək fəaliy-

yətinə  cəlb  edilməsindən  asılıdır  və  həmin  fəaliyyətin  məzmunu, 

növləri, formaları və istiqaməti ilə müəyyən olunur. 

5. Təlimin həyatla, nəzəriyyənin praktika ilə əlaqəsinin effekt-

liliyi  təhsilin  məzmunundan,  təlim-tərbiyə  prosesinin  təşkilindən, 

təlimin  forma  və  metodlarından,  əmək  və  politexnik  hazırlıq  üçün 

ayrılan vaxtdan, həmçinin şagirdlərin yaş xüsusiyyətlərindən asılıdır. 

6.  Şagirdlərin  əmək  və  istehsal  fəaliyyəti  nə  qədər  dolğun 

olarsa, onların hazırlığının keyfiyyəti də bir o qədər yüksək olar. 

7.  Şagirdlərin  məhsuldar  əməyi  və  peşəyönümü  işi  nə  qədər 

yaxşı  təşkil  olunarsa,  müasir  istehsalat  şəraitinə  onların  uyğunlaş-

ması prosesi də bir o qədər uğurla gedər. 

8. Dərsdə politexnizmin səviyyəsi nə qədər yüksək olarsa, şa-

girdlərin bilikləri də bir o qədər güclü, təsirli olar. 

9. Şagirdlərin əldə etdikləri biliklər həyatda nə qədər çox tət-

biq edilərsə, ətrafdakı proseslərin və hadisələrin dəyişdirilməsi üçün 

istifadə olunarsa, təlimin şüurluluğu və ona maraq bir o qədər yük-

sək olar. 

Fikrimizcə,  Ə.Paşayevin  və  F.Rüstəmovun  sıraladığı  yuxarı-

dakı müddəalar bu prinsipin təlim prosesində özünə yer alması üçün 

başlanğıc rolunu oynamaqla yanaşı müvafiq qaydaların da formalaş-

dırılmasına və praktik olaraq istifadəsinə əsas yaradır. 

Şüurluluq  və  fəallıq  prinsipi  təlim  prosesində  şagirdlərin 

fəaliyyətinin xarakterini, onların təlimə münasibətini əks etdirir. Bu 

prinsipin əsasına aşağıdakı müddəaları qoymaq olar: 

1. Gərgin  şəxsi  əqli fəaliyyət  yolu ilə  mənimsənilmiş biliklər 

insanın aldığı təhsilin mahiyyətini təşkil edir. 

2. Şagirdlərin bilikləri şüurlu mənimsəməsi bir sıra şərtlərdən 

və  amillərdən  asılıdır:  idrak  motivlərindən;  şagirdlərin  idrak  fəallı-

ğının səviyyəsi və xarakterindən; təlim-tərbiyə prosesinin təşkilinin 

səviyyəsindən və xarakterindən; şagirdlərin idrak fəaliyyətinin idarə 

olunmasından;  müəllimin  təlimdə  tətbiq  etdiyi  metod  və  vasitələr-

dən və s. 

3. Məktəblinin şəxsi idrak fəallığı onun oxuması üçün mühüm 

amildir və tədris materialının mənimsənilməsinin sürətinə, dərinliyi-



 

502 


nə və möhkəmliyinə həlledici təsir göstərir. 

Bu aparıcı prinsipdir, şagirdlərin idrak fəaliyyətinə və bu fəa-

liyyətə  rəhbərlik  işinə  başlıca  istiqamət  verir.  Müasir  məktəbdə  bu 

prinsipin təlim prosesində həyata keçirilməsi sözün həqiqi mənasın-

da təlim və öyrənmənin müvəffəqiyyətini təmin edir, çünki bu, təli-

min başlıca vəzifələrinin yerinə yetirilməsinə imkan verir. Son illər-

də şüurluluq, fəallıq, idrak müstəqilliyi problemlərinə bir çox didak-

tik və psixoloji tədqiqat əsərləri həsr edilmişdir. Həm də bu əsərlə-

rin hər biri təlimdə şüurluluq prinsipinin həyata keçirilməsi məsələ-

sini özünəməxsus anlamda həll edir. Bu prinsip hər hansı müasir ya-

naşma  çərçivəsində  təlim  prosesini  müəyyən  edir.  Problemli  təlim 

(altsistem olmaqla) şagirdlərin fəal surətdə bilik əldə etməsi prosesi-

nə  hər  vasitə  ilə  cəlb  olunması,  elmin  qanunauyğunluqlarının,  əsas 

ideyalarının, proses və hadisələrin şagirdlər tərəfindən şüurlu surət-

də  mənimsənilməsini  təmin  etmək  üzərində  qurulmuşdur.  Müvafiq 

surətdə  seçilmiş  addım  tapşırıqları  olan  proqramlaşdırılmış  təlim 

(texnologiya  olaraq)  müqayisə,  təsnifat,  təhlil,  sintez  kimi  zehni 

əməliyyatlardan  fəal  surətdə  istifadə  etməyi  şagirdlərə  öyrətməyə 

çalışır. Diferensiallaşdırılmış təlim, şagirdin hazırki real imkanları-

na arxalanaraq, zəif və orta şagirdləri tədricən, irəlilədib daha  yük-

sək  səviyyəyə,  biliyi  şüurlu  surətdə  mənimsəmək,  əldə  edilmiş  ba-

carıqlardan  fəal  surətdə  istifadə  etmək  səviyyəsinə  qaldırmağı  nə-

zərdə tutur. Şüurluluq prinsipi müəllimlərdən tələb edir ki, şagirdlə-

rin  idrak  fəaliyyətinə  rəhbərlikdə  konkret  və  mücərrəd  prosesləri 

düzgün əlaqələndirsin. Q.İ.Şukina göstərir: “Bu prinsipin təlim pro-

sesində  həyata  keçirilməsi  eyni  zamanda  müəllimin  qarşısında  şa-

girdlərin təfəkkür fəaliyyətinə  çox mürəkkəb və  incə  rəhbərliyi  hə-

yata keçirmək vəzifəsini qoyur ki, bu da şagirdlərdə elmi anlayışları 

formalaşdırmaq üçün: 

-

 



anlayışların mühüm əlamətlərini ayırmağı və ümumiləşdir-

məyi  öyrətmək,  zahiri  təsadüfi  əlamətlərin  ayrılmasına  məhdud  və 

səthi yanaşmanı aradan qaldırmaq; 

-

 



hadisə və prosesləri ümumi və fərq dərəcəsinə görə müqa-

yisə etməyi, şagirdin özünün etdiyi müqayisə əməliyyatının mənası-

nı başa düşməyi ona öyrətmək, onda müstəqil idrak zamanı müqayi-

sədən istifadə etmək bacarığı tərbiyələndirmək; 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə