Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə173/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   236

 

506 


lamayın”  (K.D.Uşinski)-  hazırda  bu  cür  yanaşma  məhdud  sayılır. 

Təlim, onun müxtəlif və mürəkkəb funksiyaları  yalnız o zaman sə-

mərəli olar ki, müasir şagirdin yalnız yaş xüsusiyyətlərini deyil, ha-

belə onun bütün mühüm imkanları da nəzərə alınsın. 

Əlbəttə, şagirdlərin idrak və əməli fəaliyyəti üçün təklif edilən 

məzmun, üsul və məsələlərin müyəssərliyi tələbi təlimə verilən zə-

ruri  tələbdir,  lakin  işin  müvəffəqiyyətini  təkcə  bu  tələb  həll  etmir. 

Təlimi şagirdlərin ən münasib inkişaf səviyyəsi üzərində qurmaq və 

müəyyən  yaşda  olan  uşaqların  yalnız  əldə  etmiş  olduqları  bilik  və 

bacarıqlara əsaslanmayıb, yeni  yaranmış olan şeylərə doğru yol aç-

maq, inkişafın önündə getmək lazımdır. Müyəssərlik heç də təlimin 

asan olması  demək deyildir. Əlbəttə, təlim  şagirdin  imkanları  həd-

dini aşmamalıdır, lakin uşaqları çətinlik qarşısında qoymaq, bu çə-

tinliklərə  üstün  gəlməyi  onlara  öyrətmək  müasir  təlimin  yeganə 

düzgün yoludur. 

Təlimin həmişə inkişafdan qabaqda getməsi və onu da öz ar-

xasınca  aparması  fikrini  əsas  götürən  L.S.Vıqotski  və  onun  əmək-

daşları təlimlə əlaqədar baş verən əqli inkişafın iki səviyyəsini və ya 

zonasını  müəyyən  etmişlər.  Birinci  səviyyəni  inkişafın  fəal,  aktual 

zonası  adlandırmışlar.  Bu  zonaya  malik  olan  şagird  gündəlik  dərs-

ləri, verilmiş təlim tapşırıqlarını müstəqil surətdə yerinə yetirir, özü 

başqasının  köməyi  olmadan  dərsdə  müvafiq  misallardan  istifadə 

edir. Müəllimin şərh etdiyi bəzi cəhətləri izah etməyə təşəbbüs gös-

tərir  və  nəhayət,  onda  əqli  inkişaf  elə  bir  səviyyəyə  çata  bilir  ki, 

sonralar hər hansı bir məsələni heç kimə ehtiyacı olmadan həll edə 

bilir. Bütün bunların nəticəsində şagird bilikləri müstəqil mənimsə-

yir, elmlərin əsaslarına özü yiyələnməyi bacarır. 

Əqli inkişafın ikinci səviyyəsində isə uşaq bir növ yaşlıların, 

müəllimin köməyi ilə daha yüksək nailiyyət əldə edə bilir. L.S.Vı-

qotski bu münasibətlə yazır: “Uşaq nəyi ki, yaşlıların köməyi ilə et-

mək iqtidarındadır, bu onun yaxın inkişaf zonasını göstərir... 

Beləliklə,  yaxın  inkişaf  zonası  uşağın  sabahkı  gününü,  onun 

inkişafının  dinamik  vəziyyətini  müəyyənləşdirməkdə  bizə  kömək 

göstərir”. 

Təlim öz səmərəli nəticəsini vermək və şagirdlərin əqli inkişa-

fına  təsir  göstərmək  üçün  məhz  “inkişafın  yaxın  zonasına”  uyğun 




 

507 


təşkil olunmalıdır. Təlimin məzmununu, forma və vasitələrini seçər-

kən bu tələb birinci  tələb kimi  nəzərə  alınmalıdır. Q.İ.Şukina  yazır 

ki,  müyəssərlik  prinsipi  idrak  fəaliyyətində  və  əməli  fəaliyyətdə 

müxtəlif şəkildə təzahür edən fərdi xüsusiyyətləri nəzərə almağı: 

-

 

Təfəkkür prosesinin gedişi xarakterini (öyrənməyə yanaşma-



da ağılın çevikliyi və ya stereotipliyini, əlaqələri cəld və ya ətalətlə 

müəyyən etməsini, öyrənilən şeyə şəxsi münasibətin olub-olmama-

sını, tənqidi yanaşılıb-yanaşılmamasını və s.); 

-

 



Bilik  və  bacarıqların  səviyyəsini  (doğruluğunu,  dərinliyini, 

təsirliliyini); 

-

 

İş qabiliyyətini (uzun müddət fəaliyyət göstərmək imkanını, 



bu fəaliyyətin intensivlik dərəcəsini, asanlıq və ya çətinliklə keçmə-

sini, diqqətin yayınmasını, yorğunluq dərəcəsini və s.); 

-

 

İdraki və əməli cəhətdən müstəqillik və fəallığın səviyyəsini; 



-

 

İrəliləməsinin sürətini (yeyin, orta, zəif); 



-

 

Öyrənməyə münasibətini (müsbət, laqeyd, mənfi); 



-

 

İdrak  marağının  olub-olmamasını  və  xarakterini  (formasız, 



mühüm, geniş); 

-

 



İradəsinin inkişaf səviyyəsini (yüksək, orta, aşağı) və s. nə-

zərə almağı tələb edir. 

Şagirdlərin  fərdi  imkanlarına  dair  göstəricilərin  siyahısından 

görmək olar ki, təlim prosesinin gedişinə bu göstəricilərin nə qədər 

əhəmiyyətli və böyük təsiri vardır, müəllimin bu prinsipi rəhbər tut-

ması nə qədər zəruridir. 



Təlimdə əyanilik prinsipi. Əyanilik prinsipinin tarixi qədim-

dir.  O,  təlimi  mücərrəd  sözlər  üzərində  deyil,  uşaq  tərəfindən  bila-

vasitə  qavranılan  konkret  şeylər  və  hadisələr  üzərində  qurmağı 

nəzərdə tutur. 

Təlim prosesində əyaniliyin idrak yükü çoxmənalıdır: 

-

 



əyani surətlərdə konkret hadisələrin, bizi əhatə edən aləm-

də olan cisimlərin müxtəlifliyi əks olunur

-

 

əyanilik  dərketmə  fəaliyyətini  asanlaşdırır  və  təchiz  edir; 



o, şagirdin canlı gerçəkliyi qavramasını və müşahidə etməsini təşkil 

edir;  əyaniliyin  yaratdığı  canlı  assosiasiyalar  uzun  müddət  yadda 

qalır; o, təxəyyülün yaranmasına kömək edir, deməli, yaradıcı fəal-

lığa yardım göstərməsi sayəsində heç də quru, ölgün bir sxem kimi 




 

508 


çıxış etmir, çünki əyani surət onların konkretləşdirilməsi üçün köməkçi 

bir əsas olur. Nəhayət, əyanilik ümumiləşdirmələrə də kömək edir; 

-

 

təlimin  inkişafetdirici  vəzifəsinin  yerinə  yetirilməsində 



əyaniliyin  rolu  böyükdür;  o,  şagirdin  sensor  dairəsinə  xeyli  təsir 

göstərir,  həmçinin  onda  müşahidəçiliyi,  təfəkkürü,  təxəyyülü  inkişaf 

etdirir,  fəallığını  artırır,  onda  öyrənməyə  olan  marağın  inkişafına  kö-

mək edir; 

-

 

nəhayət,  əyanilik  mənimsəmənin  keyfiyyətini  yüksəldir, 



biliyin təchiz olunmasına, aydın və şüurlu şəkildə başa düşülməsinə 

kömək edir. 

Müəllim  əyaniliyin  ən  qiymətli  məziyyətlərini  etiraf  etməklə 

bərabər bunu da nəzərdə tutmalıdır ki, əyanilik çox kəskin bir silahdır 

və ondan diqqətlə, bacarıqla istifadə edilməlidir. Əks halda o, şagird-

ləri başlıca məsələlərin həllindən yayındırar, məqsədi parlaq vasitə ilə 

əvəz  edər,  biliklərə  dərindən  yiyələnmək,  mühüm  əlaqə  və  qa-

nunauyğunluqları dərk etmək yolu üzərində bir maneəyə çevrilər. İd-

raki məsələlərin həllinin xarakteri, şagirdin idrak fəaliyyətinin xarak-

terinin özü də xeyli dərəcədə əyanilik növlərinin tətbiqindən asılıdır. 



Təlimdə əməkdaşlıq prinsipi. Təlimdə müəllim və şagird fəa-

liyyəti  bir-birini  şərtləndirir.  Təlim  zamanı  müəllim  və  şagirdlərin 

fəaliyyətləri  arasında  mürəkkəb  və  çoxcəhətli  qarşılıqlı  əlaqə  möv-

cuddur.  Şagirdlərin  idrak  və  tədris  fəaliyyətinin  xüsusiyyətləri  mü-

əllimin  təlim  fəaliyyətindən  asılı  olduğu  kimi,  müəllimin  təlim  fəa-

liyyətinin  sürəti  və  keyfiyyəti  də  şagirdlərin  ona  münasibəti  ilə,  on-

ların tədris fəaliyyətlərinin səviyyəsi ilə şərtlənir. Başlıcası budur ki, 

şagirdlərin  rəğbətini  qazanan,  onların  ehtiyacını  duyan,  onlara  va-

lideyn qayğısı göstərən, şəxsiyyətlərinə hörmət edən,bir sözlə şagird-

ləri ilə əməkdaşlığa hazır olan müəllim öz  yetirmələrinin həqiqi tər-

biyəçisinə,  məsləhətçisinə,  müdrik  yaşlı  yoldaşına  çevrilir.  Şagirdlər 

bu cür müəllimi səbrsizliklə gözləyir, böyük məmnuniyyətlə onunla 

ünsiyyətə  girir,  fikir  və  hisslərini  belə  müəllimlə  bölüşdürürlər. 

Şagirdlər  məhz  bu  cür  müəllimin  fənnini  sevir,  həvəslə  tədris  fəa-

liyyətinə qoşulurlar. Odur ki, şagirdə təlimin fəal iştirakçısı kimi bax-

maq  lazımdır.  Müəllim  şagirdlərlə  əməkdaşlıq  etməli,  onların  tədris 

fəaliyyətini təşkil etməli, lazımi yardım və qayğı göstərməlidir.  



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə