509
Təlimin mahiyyəti ilə bağlı invariant asılılıqlardan irəli gələn,
onun məzmununa, üsullarına, təşkili formalarına təsir göstərən,
müəllim və şagirdlərin birgə fəaliyyətini səmərəli qurmağa imkan
verən didaktik ideyaların (yəni təlimin prinsiplərini) tətbiqində han-
sınasa üstünlük verib, bir qisminə laqeydlik göstərmək yolverilməz-
dir. Təlimin prinsiplərindən (təlimin müvəffəqiyyətlə nəticələnmə-
sini təmin etmək üçün irəli sürülən əsas tələblərdən) kompleks hal-
da istifadə olunmalıdır. Ona görə də birincisi, nəzərə alınmalıdır ki,
təlim vahid prosesdir. Vahid prosesə aid olan prinsiplərdən bir qis-
mini tətbiq etmək, digər qisminə laqeyd qalmaq düzgün deyildir;
ikincisi təlimin prinsipləri onun mahiyyəti ilə bağlı invariant asılı-
lıqlarla şərtlənir, onlardan irəli gəlir. Təlim prosesində onun bütün
invariant asılılıqları ilə hesablaşmaq lazımdır.
Təlimdə tam müvəffəqiyyət qazanmaq üçün onun bütün prin-
siplərindən istifadə edilməlidir.
Təlimin prinsipləri bütün fənlərin tədrisində hər bir müəllim
tərəfindən nəzərə alınmalıdır. Bu müəllimdən yüksək elmi-nəzəri
hazırlıq və sınaqlardan çıxmış təcrübəyə yiyələnməyi tələb edir. Re-
al pedaqoji prosesdə təlim prinsiplərini sistemli tətbiq etmək yaradı-
cılıq işidir.
13.4. Təlim prosesində əsas amillər
Məlum olduğu kimi, təlim prosesinin gedişinə və nəticələrinə
çoxlu sayda müxtəlif səbəblər təsir göstərir. Yaxşı inkişaf etmiş peda-
qoji intuisiya başlıca səbəblərin təsirini nəzərə alaraq gözlənilən nəti-
cələrə nail olmağa kömək edir. Təəssüf ki, təlimin bütün səbəblərinin
təsirini obyektiv təhlil etməyə kömək edən elmi nəzəriyyə hələlik
yoxdur. Təlimin son nəticələrinin asılı olduğu bütün səbəbləri öyrən-
məklə təlim prosesini idarə etmək və şagirdləri müəyyən olunmuş
vaxtda nəzərdə tutulan hazırlıq səviyyəsinə çatdırmaq mümkündür.
Səmərəverən səbəbləri və amilləri ayırmaqla bir çox təlim problem-
lərinin eyni zamanda və arzuolunan həllinə nail olmaq olar.
Səmərəverən səbəbləri və amilləri bilmək pedaqoji hazırlığın
özəyini təşkil edir. Yeri gəlmişkən qeyd edək ki, amil əhəmiyyətli
səbəbdir, o bir qrupdan olan ən azı iki səmərəverən səbəbdən əmələ
510
gəlir. Ayrı-ayrı amillər öz aralarında birləşərək amillər birliyini ya-
radırlar. Ümumi təlim amillərinin birləşməsi nəticəsində isə baş
amillər yaranır.
Pedaqoji mənbələrdə göstərilir ki, səmərəverən səbəblərdən
təlim amillərinin yaradılması amil təhlili adlanır. Müasir amil təhlili
inkişaf etmiş riyazi fəndir. Təlim nəzəriyyəsində onun vəzifəsi aşa-
ğıdakılardır:
1) səmərəverən səbəblərin ziddiyyətsiz olaraq ayrılması yolla-
rını işləyib hazırlamaq;
2) bu səbəblərdən amillər yaratmaq mexanizmini açmaq;
3) həmin amillərin son məhsula töhfəsini müəyyənləşdirmək.
Amil təhlilinə görə, təlimin səbəbləri müxtəlifliyinə, dəyişkən-
liyinə, mürəkkəbliyinə baxmayaraq, bir-birindən ayrıla, əhəmiyyətinə
görə düzələ, ümumi, kompleks və baş amillər şəklinə salına bilər.
Vurğulamaq yerinə düşər ki, pedaqogikada amil təhlili riya-
ziyyatın müvafiq bölməsinə əsaslanır. Bu bölmədə amilləri müxtəlif
səbəblərdən ayırmaq proseduru işlənib hazırlanmışdır. Bütün inki-
şaf etmiş elmlər də öz işinə amil təhlilindən başlamışdır. Amil təhli-
li təkcə kəmiyyət yox, həm də keyfiyyət xarakterində ola bilər. Di-
daktika keyfiyyət təhlilinə üstünlük vermişdir. Bu tendensiya indi
də saxlanılır.
Təlim prosesinin məhsuldarlığına (məhsuldarlıq şagirdlərin
öyrənmə səviyyəsində baş verən dəyişikliklə xarakterizə edilir) eyni
zamanda və məcmu halında bütün səbəblər təsir göstərir. Bu təsir
kompleks xarakter daşıyır. Təlimə təsir edən başlıca səbəblər siste-
mini müəyyənləşdirmək məsələsinə ta qədimdən filosoflar xüsusi
diqqət vermişlər. O, vaxtdan bəri tədqiqatçılar həmin sistemi yeni
amillərlə tamamlamış, müasir elmi terminologiya ilə zənginləşdir-
mişlər. Görkəmli didaktların əsərləri səmərəverən amillər haqqında
bitkin informasiya verir. Bu sahədə İ.Herbartın, A.Disterveqin,
K.D.Uşinskinin, C.Dyuinin fikirləri xüsusilə maraq doğurur.
Professor Ə.Paşayev və professor F.Rüstəmov göstərirlər ki,
tədqiqatlar nəticəsində təlim prosesinin məhsulunu kompleks halda
formalaşdıran dörd baş amil ayrılmışdır: tədris materialı, təşkilati-
pedaqoji təsir, şagirdlərin oxumağa qabilliyi , vaxt.
511
Birinci baş amil “tədris materialı”dır. Tədris informasiyası
iki yerə ayrılır: 1) koqnitiv informasiya (bilik verən informasiya);
2) idarəedən informasiya (konqnitiv informasiyanı necə mənimsə-
mək haqqında siqnallar).
“Tədris materialı” olduqca özünəməxsus informasiyadır. Baş-
qa informasiya ilə müqayisədə o, pedaqoji cəhətdən işləmiş infor-
masiyadır. Tədris prosesi üçün informasiyanın yararlılığı, onun gü-
cə müvafiqliyi, təlimdə qazanılan nəticələr məhz həmin informasi-
yanın pedaqoji cəhətdən işlənilmə səviyyəsindən, keyfiyyətindən
asılıdır. Baş amil kimi “tədris materialı”nın tərkibində iki kompleks
amil bir-birindən məntiqi surətdə fərqənir: 1) obyektiv informasiya
kompleksi; 2) pedaqoji cəhətdən işləmiş informasiya kompleksi.
Birinci kompleksə tədris materialının məzmunu, kəmiyyəti,
keyfiyyəti, forması, strukturu kimi ümumi amillər aiddir. İkinci
kompleksə tədris materialının öyrənilmə ardıcıllığı, ona ayrılan vaxt
və s. daxildir. Materialın pedaqoji cəhətdən işlənilmə prosesində əl-
də olunan və şagirdlərə təqdim edilən informasiyanın xarakteristika-
larına aşağıdakılar aiddir: informsiyanın şərh olunma qaydası, struk-
turu, müvafiqliyi (müəllimin nitqi, informasiyanın şagirdlərin hazır-
lıq səviyyəsinə uyğunluğu, informasiyanın artıqlıq səviyyəsi və s.)
İkinci baş amil “təşkilat- pedaqoji təsir” amilidir. O, çox
sayda səmərəverən səbəbləri özündə birləşdirir. Bu səbəblər müəlli-
min fəaliyyətini, tədris prosesinin təşkilinin keyfiyyət səviyyəsini,
tədris və pedaqoji əməyin şəraitini xarakterizə edir. Bu amilin tərki-
bində iki kompleks amil vardır: 1) dərsdə təşkilati-pedaqoji təsir;
2) sinifdənxaric və məktəbdənkənar məşğələlərdə təşkilati –
pedaqoji təsir.
Üçüncü baş amil “şagirdlərin oxumağa qabilliyi”dir. Bu, şa-
girdlərin oxumağa qabilliyi (yararlılığı) və müəyyən olunmuş müd-
dətdə layihələşdirilmiş nəticələrə nail olmaq imkanlarıdır. Oxuma qa-
billiyinə fərdi və qrup (kollektiv) halında baxmaq məqsədəuyğundur.
Burada iki kompleks amil vardır: 1) dərsdə oxumağa qabillik; 2) si-
nifdənxaric və məktəbdənkənar fəaliyyətdə oxumağa qabillik. Dərsdə
oxumağa qabilliyi aşağıdakı səbəblər xarakterizə edir: oxuyanların
ümumi hazırlıq səviyyəsi (erudisiyası); müəyyən tədris materialına
yiyələnmə; bilik, bacarıq və vərdişləri mənimsəmə qabiliyyəti; öy-
Dostları ilə paylaş: |