Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə189/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   185   186   187   188   189   190   191   192   ...   236

 

554 


həyatla əlaqələndirilməsinin təmin edilməsidir. Dərsə verilən tələb-

lərdən bəhs edərkən bu mühüm tələbi unudub keçmək yolverilməz-

dir. Hər şeydən əvvəl onu qeyd edək ki, bu tələbə riayət edilmədən 

verilən  dərs,  öz  təhsil-tərbiyə  əhəmiyyətini  məhdudlaşdırır,  şagird-

lərdə  maraq  oyatmır,  hətta  formalizmin  kök  salması  üçün  geniş 

meydan açır, ancaq bilmək xatirinə öyrənmək əhvali-ruhiyyəsi  do-

ğurur. Ona  görə də şagirdlərə müxtəlif fənlər üzrə öyrəndikləri bi-

liklərin  həyatla  necə  əlaqədar  olduğunu  dərk  etdirmək,  şübhəsiz 

dərsin yüksək keyfiyyətdə keçirilməsinə xidmət edir. 

Hər  bir  dərs  imkan  dairəsində  ölkənin,  dünyanın  müasir  icti-

mai,  siyasi  və  iqtisadi  problemləri,  baş  verən  hadisələri,  elmin  və 

texnikanın ən yeni nailiyyətləri, sənaye və kənd təsərrüfatı istehsala-

tı ilə əlaqələndirilməlidir. Unuda bilmərik ki, şagirdləri həyata, əmə-

yə hazırlamaq məsələsi (vəzifəsi), hər şeydən əvvəl, onları respubli-

kanın ictimai-iqtisadi və mədəni həyatı ilə tanış etmək yolu ilə yeri-

nə yetirilə bilər. Dərsin həyatla əlaqəsi dedikdə, bunu hər dərsin sü-

ni surətdə bu və ya başqa həyatı hadisə ilə bağlanması kimi düşün-

mək  olmaz.  Dərsin  həyatla  əlaqəsi,  təcrübənin  göstərdiyi  kimi, 

müxtəlif formada və müxtəlif yollarla həyata keçirilə bilər. Hər şey-

dən əvvəl, bu texnikanın, sənayenin, kənd təsərrüfatının tərəqqisin-

də, insan cəmiyyətinin, insanın özünün, onun zehni və fiziki qüvvə-

lərinin, dünyagörüşünün inkişafında, bu və ya digər başqa elmi nə-

zəriyyənin,  bu  və  ya  başqa  elmi  qanunun,  elm  və  texniki  ixtiranın 

oynadığı  rolu şagirdlərə  dərk etdirməkdən ibarətdir. Şagirdləri fən-

lər üzrə təlim prosesində başa salmaq lazımdır ki, insan elmə istinad 

edərək xariqələr yaradır, eyni zamanda insanın ictimai təcrübəsi ilə 

ümumiləşdirilir,  elm  və  texnika  insan  əməyini  yüngülləşdirir,  onu 

daha çox məhsuldar edir. Lakin bütün bu anlayışlar şagirdlərə doq-

matik şəkildə, bir və ya iki dərsdə deyil, müxtəlif fənlər üzrə verilən 

dərslər sistemində tədriclə, müxtəlif formalarda aşılanr. 

Təlim prosesi dərsdə ona istiqamətləndirilməlidir ki, Azərbay-

can vətəndaşının daşımalı olduğu ideyalar şagirdlərdə inama, əqidə-

yə,  ideoloji  mübarizə  silahına  çevrilsin.  Bu  məqsədlə  təlim  prosesi 

elə qurulmalıdır ki, şagirdlər bu ideyaları formal deyil, daxilən, də-

rindən dərk etsinlər, o ideyalarla yaşasınlar, emosional əhvali-ruhiy-

yəni  duya  bilsinlər.  Məhz  buna  görədir  ki,  təlimdə  emosionallıq, 




 

555 


emosiyanın  rolu  inkaredilməzdir.  Əlbəttə,  bu  yeni  məsələ  deyildir. 

Təlim prosesində, şagirdlərdə müsbət və ya mənfi emosiyaların oya-

dılmasının zəruriliyini inkar edən yoxdur, lakin əməli cəhətdən onu 

çox  zaman  həyata  keçirmək  qayğısına  qalmayanlar  da  az  deyildir. 

Buna  görə  də  dərslərin  təşkili  və  gedişində  cansıxıcılıq,  biganəlik 

halları  az  olmur.  Təəssüflə  demək  lazımdır  ki,  hələ  heç  də  bütün 

müəllimlər  və  məktəb  rəhbərləri  dərk  etməmişlər  ki,  dərs  vermək 

məharəti təkcə biliyi dürüst şərh etməkdə deyildir, həm də şagirdlər-

də böyük və dərin maraq oyatmaqdadır: bu isə sinifdə əhvali-ruhiy-

yə  yüksək olduğu zaman mümkündür. Məhz buna görə də biz dər-

sin  yüksək  elmi-siyasi  səviyyəsindən  danışarkən  və  bu  kimi  digər 

məsələlərə  toxunarkən,  təlim  və  emosionallığın,  hisslərin  dərsdə 

ehtizaza gətirilməsindən yan keçə bilmərik. Əksinə, onu xüsusi ola-

raq nəzərə almalıyıq.  Məlumdur ki,  şagirdlərə bilik öyrənməyə, el-

min  sirlərinə  bələd  olmağa  maraq  hissi,  didaktik  vəzifənin  yerinə 

yetirilməsindən asılı olaraq sevinc və  ya kədər, rəğbət və  ya nifrət, 

iftixar  və  ya  biganəlik  hissi  oyatmadan  onlara  verilən  elmi  biliklər 

möhkəm  olmaz,  uşaqların  mənəvi  aləmini  zənginləşdirmək  mümkün 

olmaz. 

Qabaqcıl  məllimlərin  təcrübəsi  açıq  göstərir  ki,  dərsin  emo-



sional  təsir  qüvvəsindən  hər  bir  fənnin  təlimi  prosesində  istifadə 

etmək mümkündür. Fənnin tədrisi ustası olan hər bir müəllim dərs-

lərində elə misallar və  ya faktlar gətirə bilər ki, şagirdlərdə  ya şad-

lıq, ya da məyusluq, ya fərəh, hüsn-rəğbət, iftixar, ya da nifrət, qə-

zəb,  ikrah  və  s.  hissləri  doğursun.  Belə  priyomların  isə  tərbiyəvi 

təsir gücü inkaredilməzdir. 

Mühüm məsələlərdən biri də dərsdə təlim prosesinin inten-

sivləşdirilməsidir.  Bu  da  yeni  məsələ  deyildir.  Təlim  prosesini 

intensivləşdirmək,  məlum  olduğu  üzrə  böyük  və  mürəkkəb  məsə-

lədir. Burada ancaq bir cəhətə-təlim prosesinin dərsdə intensivləşdi-

rilməsi məsələsinə toxunmaq istərdik. Təlim metodlarının, həmçinin 

dərsin  təkmilləşdirilməsi,  müxtəlif  təlim  texnologiyalarının  tətbiqi 

də bu məsələni açmağı təkidlə tələb edir. 

Təlim  priyomlarının  mürəkkəbliyi,  həmçinin  dərsdə  müstəqil 

işlərin təşkili, problemli şərhin və digər bu kimi axtarış metodlarının 

tətbiqi,  aydındır  ki,  çox  vaxt  tələb  edir.  Dərslərin  müddətini  və  ya 



 

556 


dərs ilini uzatmağa isə imkan yoxdur. Əsas çıxış yolu bu məqsədlə 

dərsdə  təlim  prosesini  intensivləşdirməkdən  ibarətdir.  Dərsi  inten-

sivləşdirmənin  mahiyyəti  isə  vaxt  ölçüsü  vahidini  dəyişdirmədən 

görülən  işlərin  miqdarını,  keyfiyyətə  xələl  gətirmədən  artırmaqdır. 

Bunun üçün dərsin hər dəqiqəsindən səmərəli istifadə etmək, bir də-

qiqənin  belə  boş  keçməsinə  yol  verməmək,  hər  şagirdin  dərsin  əv-

vəlindən axırınadək gərgin işləməsini təmin etmək lazımdır. Dərsin 

intensivləşdirilməsi xüsusi priyomla deyil, dərsin hər mərhələsində, 

priyomlar sistemindən istifadə etməklə yerinə yetirilə bilər. 

Dərsdə bütün  şagirdlərin  məhsuldar  təlim  işi  ilə  əhatə  edil-



məsi,  onların  dərketmə  fəaliyyətinin  aktivləşdirilməsi  çox  vacib 

məsələlərdəndir.  Şagirdlərin  hər  birinin  dərsdə  gərgin  işləməsini 

təmin  etmək  hər  şeydən  əvvəl,  onların  idrak  fəaliyyətini  aktiv-

ləşdirmək  dərsin  təkmilləşdirilməsinə  əsas  tələblərdən  biri  hesab 

edilir.  Bu  da  təsadüfi  deyildir,  çünki  şagirdlərin  idrak  fəaliyyətini 

təlim  prosesində  aktivləşdirmək  elə  bir  mühüm  tələbdir  ki,  ona 

istinad  edərək  onların  hazırlıq  səviyyəsini  əsaslı  surətdə  yüksəltmək 

mümkündür.  Dərsdə  şagirdləri  fəallaşdırmaq  tələbi  pedaqogika  tari-

xində yeni məsələ deyildir. Zəmanələrinin görkəmli pedaqoqları gör-

məyə bilməzdilər ki, pedaqoji prosesin keyfiyyətini yüksəltmək üçün 

müəllimin  yeni  dərsi  məharətlə  şərh  etməsi  ilə  yanaşı,  şagirdlərin 

dərsdə  fəal  iştirakı,  onların  zehni,  əqli  cəhətdən  fəallıq  göstərmələri 

də mühüm şərtdir. Buna görə də onlar dərsin “şablonlaşdırılması”nı, 

sönük  və  maraqsız  keçirilməsini  müxtəlif  şəkildə  tənqid  etmiş,  belə 

dərslərin  şagirdlərdə  zehni  inkişafı  ləngitdiyini  açıb  göstərmişlər. 

K.D.Uşinski təkidlə tələb edirdi ki, şagirdlər dərsdə, mümkün qədər 

fəal  və  müstəqil  işləsinlər,  müəllim  isə  onların  bu  cür  işləmələrinə 

rəhbərlik etməklə material versin. Məhz bu münasibətlə o, şagirdlərə 

“öyrənməyi öyrətmək lazımdır”- deyirdi, yəni onları elə işlətmək la-

zımdır ki, yeni anlayışları müstəqil olaraq asanlıqla dərk etməyi öy-

rənsinlər.  Bu  baxımdan  o,  təlim  prosesində  müqayisəyə  xüsusi  yer 

verməyi  tələb  edir  və  göstərirdi:  “Tərbiyəçi  imkan  daxilində  lap 

əvvəlcədən uşağı elə öyrətməlidir ki, o, başqası tərəfindən (şifahi və 

ya kitab vasitəsilə) ona şərh edilən biliyi düşünmədən mənimsəməsin, 

əksinə,  öyrəndiyi  bilikləri  öyrənmiş  olduqları  ilə  müqayisə  etsin, 

tutuşdursun”.  O  zamanlar  məlum  səbəblərdən  bu  qabaqcıl  fikirlərin 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə