Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə165/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   236

 

482 


 

idarəetmə prosesi fənlərin tədrisi prosesindən ayrılmışdır; 

 

müxtəlif fənlər arasında əlaqələr zəifdir; 



 

məktəb  daxilində  müəllimlərin  ixtisasının  artırılması  (daxili  tre-



ninq) pis təşkil olunmuşdur; 

 



məktəb üçün ümumi pedaqoji konsepsiya yoxdur; 

 



müəllimlər fənni tədris edə bilir, lakin şagirdləri idarə etmək vər-

dişləri yoxdur, çünki onlar bu sahədə təhsil almırlar; 

 



müəllimlər kifayət qədər diaqnostik biliklərə malik deyil və peda-

qoji ustalıqları çatışmır, buna görə də onlar korrektiv müşahidələr aparıb, 

şagirdlərin davranışı barədə düzgün nəticə çıxara bilmirlər; 

 



böyük  məktəblərdə  şagirdlərin  əməkdaşlıq  etmək  və  stabil  sosial 

əlaqələr qurmaq imkanları çox azdır. 

Bütün bu tənqidi qeydləri nəzərə almaqla yuxarıda adları qeyd olu-

nan  ölkələrin  tədqiqatçıları  prinsipcə  yeni  olan  bir  model  qurmuş  və  onu 

“kiçik qruplu komanda” modeli adlandırmışlar. Bu model innovasion təlim 

modelinə nümunə ola bilər. 

İnnovasion təlim modelində fərdi və sosial məqsədlərə xüsusi diqqət 

verilir.  Bütün  fənlərə  aid  kursları  müəllimlər  komandası  tədris  edir, 

şagirdlər  permanent  qruplarda  (4-6  nəfərlik)  təhsil  alırlar.  Bir  müəllim 

bir  neçə  fəndən  dərs  deyir.  Bu  isə  müxtəlif  fənlər  arasındakı  maneələri 

zəiflədir,  təhsilin  məzmunu  həm  şagirdlər,  həm  də  müəllimlər  üçün  real 

məna  kəsb  edir.  5-8  nəfərdən  təşkil  edilən  “müəllimlər  komandası”  eyni 

yaşda olan 60-100 uşağın təlimini tam əhatə edə bilir. 

Şagirdlər  kiçik  permanent  qruplarda  bütün  fənləri  öyrənirlər.  Bir 

neçə  qrupun  tərkibi  sabit  qalır.  Müəllimlər  komandası  təlim  prosesində 

belə  kiçik  qruplarda  layihələrlə  iş,  məsləhətvermə,  korrektiv  tədris 

metodlarını  uğurla  tətbiq  edirlər.  Fənlərin  tədris  materialının  həcmi  və 

məzmunu  məhdudlaşdırılmır  və  ciddi  olaraq  müəyyənləşdirilmir. 

Qruplarda  təlim  üsulları  vəziyyətin  diaqnostikası  əsasında  komandanın 

özü tərəfindən seçilir. Hər komandanın öz dərs cədvəli olur və bu cədvəl 

qarşıya  qoyulan  məqsəddən  asılı  olaraq  tərtib  edilir.  Şagirdlərin  idarə 

edilməsi  tədris  kurslarının  öyrənilməsi  ilə  sıx  əlaqələndirilir.  Hər  bir 

müəllim  eyni  zamanda  yönəldici,  məsləhətverici,  hami  rəhbər  olur. 

Burada  məqsəd  kiçik  qrupların  fəaliyyətinə,  onların  sosial  proseslərə 

yönəldilməsinə lazımınca dəstək verməkdir. 

Kiçik  permanent  qruplarda  oxuyanlar  qarışıq  qabiliyyətli  uşaq-

lardan təşkil olunduğundan, qruplarda yerdəyişmələr, dəqiqləşdirmələr 6-

9 ay ərzində aparılır, bu müddətdən sonra isə tərkib təxminən sabit qalır. 

Modelin başqa xarakterik cəhətləri bunlardır: 


 

483 


 

öyrənilən  müxtəlif  fənlərin  tədris  metodikası  bir-birindən  ciddi 



surətdə fərqlənmir, ona görə də, seçilmiş müəyyən mövzuların, layihələrin 

öyrənilməsində  müxtəlif  fənlərin  materiallarından,  müxtəlif  bilik 

sahələrindən istifadə olunmasına cəhd edilir; 

 



şagirdlərin daxil olduğu kiçik permanent qruplarda gedən sosial 

proseslərə tədris kurslarının bir hissəsi kimi baxılır; 

 



şagirdlərin  idarə  edilməsi  və  tədris  planları  bir-biri  ilə  sıx  əla-

qələndirilir,  buna  görə  də,  məktəbdə  xüsusi  məsləhətçilər  olmur  və  buna 

ayrıca vaxt verilmir; 

 



komandaların avtonomluğuna icazə verilir, buna görə də, hər ko-

mandanın təlimə yanaşması müxtəlif olur; 

 



müxtəlif  fənlərin  məzmununu  məntiqi  şəkildə  əlaqələndirməyə 

cəhd edilir; 

 



müəllimlərin permanent qrupları ilə şagirdlərin permanent qrup-

ları arasında sıx bağlılıqlar mövcuddur. 

Yuxarıda  M.Mərdanovun,  R.Ağamalıyevin,  A.Mehrabovun,  T.Qar-

daşovun elmi interpretasiyaları əsasında təqdim etdiyimiz idarəetmə-təh-

silvermə  (təhsilləndirmə)  modellərinin  praktikada  tətbiqi  onların  məqsə-

dəuyğun birləşdirilməsini tələb edir. Tədqiqatçı pedaqoqlar həmin təhsil-

vermə  (təhsilləndirmə)  modellərini  idarəetmənin  digər  təşkili  modelləri

1

 

ilə aşağıdakı kimi birləşdirməyi məqsədəuyğun hesab edirlər: 

 



seçmə qruplar-seqment tipli idarəetmə modeli; 

 



birləşmiş  qruplar-üfüqi  məsləhətvermə  strukturlu  xətti  idarəetmə 

modeli; 

 



“qarışıq qabiliyyətlər” qrupu- kollegial idarəetmə modeli; 

 



İnteqrativ təlim-matris tipli idarəetmə modeli; 

 



İnnovasion təlim-modul tipli idarəetmə modeli. 

Təqdim  olunan  bu  kompleks  modellər  tipik  situasiyalı  şəraiti  olan 

məktəblər  üçün  qəbul  edilə  bilər.  Əslində  isə  göstərilən  modelin 

reallaşdırıldığı məktəblər ideal situasiyalarla az və ya çox dərəcədə yaxın 

vəziyyətdə olan iki, üç və ya daha çox modelin sintezindən, birgə işlənil-

məsindən  alınan  nəticə  hesab  olunur.  Yəni  modellər  yalnız  müxtəlif  va-

riantların ola biləcəyi sahənin sərhədlərini müəyyən edir (9). 

Unudulmamalıdır  ki,  məktəbin  dəyişib  inkişaf  etməsi  üçün  aşa-

ğıdakı proseslərin də getməsi vacib sayılır: 

                                                 

1

 Bax: İbrahimov F.N. Ümumi pedaqogikadan mühazirələr. Bakı: Mütərcim, 



2010, əlavələr 4-10. 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə