Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə161/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   236

 

471 


üç növünün olması haqqında nəticəyə gəlmişdir. Məsələnin həlli üz-

rə  keçmiş  təcrübədə  həlledici  heç  nəyin  olmadığı  hal  birinci  növə 

aid  edilir.  Bu  halda  subyekt  sınaq  və  səhvi  müəyyənetmə  yolu  ilə 

gedir. 


Hər  bir  insanda  praktik  olaraq  problem  həlli  üçün  müəyyən 

vərdişlər  həyat  və  fəaliyyət  prosesində  yaranr.  Ona  görə  də,  hətta 

verilmiş tip məsələnin həlli ilə bağlı onun heç bir təcrübəsinin olma-

dığı halda belə, o, müəyyən mənada problemin həlli üzrə öz fəaliy-

yətini rüşeym halında olsa da, planlaşdıra bilir. 

İkinci növ həllə elə vəziyyət şamil olunur ki, ona aid insanda 

formul, sxem və başqa növ təcrübə var. Həll prosesi burada tanıma 

formasında həyata keçir. 

Üçüncü növ ondan ibarətdir ki, insanda müəyyən təcrübə var, 

amma bu təcrübə verilmiş problemin həlli üçün kifayət qədər deyil-

dir. Burada həll prosesi ondan ibarətdir ki, məsələnin şərtinin təhlili 

əsasında əvvəlki fəaliyyət  sxemində mövcud olmayan  yeni bir şey 

yaradılır. 

Təlim probleminin həlli prosesi onun planının tərtibinin zəru-

riliyini  göstərir.  Problemin  həlli  planın  tərtibinə  həll  variantlarının 

seçilməsi  də  daxildir.  İnsanın  intellektual  fəaliyyətində  planların 

əhəmiyyətini  təsdiq  edən müəlliflər planın iki növünü fərqləndirir-

lər:  sistematik  və  evristik.  Sistematik  planlar  alqoritmlərlə  eyniləş-

dirilir. Sistematik planlaşma məsələ həllinin müvəfəqiyyəti üçün tə-

minat  verməsinə  baxmayaraq  ondan  insanlar  həllin  axtarışında  hə-

mişə  istifadə  etmir.  Bu  plan  yeknəsəq  fəaliyyət,  başqa  sözlə,  eyni 

cür hərəkətlər çoxluğu tələb edir, bəzən də çox vaxt alır. Həllin bu 

növünün alternativi, bir çox hallarda səmərəliliyi məhz evristik ax-

tarış yoludur. 

Problemin həm analitik, həm evristik həll yolu müəyyən dərə-

cədə keçmiş təcrübənin aktuallaşmasını nəzərdə tutur. Ona görə ki, 

problemli vəziyyət özündə üç əsas  elementi cəmləşdirir: mənimsə-

nilmiş  biliklər,  mənimsəmə  prosesi,  mənimsənilməli  biliklər. 

Doğrudan da, problemin həlli yolu məhz bunlarla şərtlənir, fikrən və 

yazılı  planlaşdırma  situasiyanın  bu  gözlənilən  elementlərini  özünə 

daxil edir. 




 

472 


Həll  planının  tərtibi  şagirdin  qabağı  görmək,  sonrakı  gedişi 

müəyyənləşdirmək  bacarığından  asılıdır.  O,  fikrən  qabağa  qaçır, 

ümumiyyətlə, problem həlli təcrübəsi əsasında öz fəaliyyət ardıcıllı-

ğını müəyyənləşdirir, nəticələri götür-qoy edir, qismən və ya tama-

milə mövcud biliklərinə və ya intuisiyasına əsasən həll yolunu əldə 

etməyə çalışır. Belə irəli qaçma cəhdləri nəticəsində həll ideyası ya-

ranır, fikrən əsaslandırılmış fərziyyə ortaya çıxır. 

Evristik  həll,  bir  qayda  olaraq  fərziyyə  irəli  sürməkdən 

başlayır. Bir çoxları belə hesab edir ki, əgər şagird fərziyyə söy-

ləyirsə,  artıq  hipoteza  irəli  sürülmüşdür.  Belə  təsəvvür  hipote-

zanın  təbiətinə  uyğun  deyildir.  Hipoteza  əsaslandırılmış  fər-

ziyyədir. 

Təlimdə  hipoteza  psixo-pedaqoji  kateqoriyadır.  Müəllimə 

bu,  şagirdlərin  əqli  fəaliyyətinin  idarə  olunması  vasitəsi,  şagirdə 

təlim  probleminin  həlli  prinsipi  kimi  xidmət  edir.  Hipoteza  prob-

lemli  öyrənmənin  məntiqinin  ayrılmaz  elementidir,  çünki  o, 

şagirdin  əqli  fəaliyyətinin  istiqamətini  müəyyən  edir.  Hipotezanın 

qurulması yalnız hadisələrin, faktların hərtərəfli öyrənilməsi (həmin 

məsələ  üzrə)  əsasında  mümkündür.  Təlim  prosesində  hipotezanın 

qurulmasının  deduktiv  və  induktiv  üsullarından  istifadə  olunur. 

D.V.Vilkeyev  hesab  edir  ki,  hipotezanın  inkişafı  deduktiv  üsuldan 

başqa iki yolla gedir: köçürmə və analogiya. Vuğulayaq ki, şagirdlər 

təlim  materialında  başlıcanı  və  ikinci  dərəcəni  ayırmağı  bacar-

malıdır. 



İsbat  irəli  sürülmüş  hipotezanın  doğruluğunu  yoxlamaq, 

təlim  materialından  əsas  fakt  və  priyomu  tapmaq  bacarığı 

problemin  evristik  yolla  müvəffəqiyyətli  həllinin  vacib  şərtidir. 

Hipoteza  irəli  sürmək,  faktları  təhlil  etmək  və  onları  isbat  etmək 

üzrə  şagirdlərin  fəaliyyətinin  sistematik  olaraq  təşkil  yolu  ilə  bu 

bacarıqları formalaşdırmaq zəruridir. 



Burada müəllimin rəhbər rolu xüsusi qeyd olunmalıdır. Hipo-

tezanın isbatı gedişində bu rol ondan ibarətdir ki, müəllim: a) ana-

liz  və  mühakimə  üçün  zəruri  faktlar  haqqında  şagirdlərə  məlumat 

verir;  b)  onların  fikrini  təhlilə,  müqayisəyə  və  nəticəyə  yönəldir;    

c) düzgün mühakimələrə, hipotezanın əsaslandırılmasına və faktla-

rın tədqiqinə doğru şagirdləri aparır. 


 

473 


Hər  bir  şagird  geriyə  baxmağı,  problemlərin  daha  aydın  for-

mulə  olunmasını,  həllin  rasional  variantını  müəyyənləşdirməyi  ba-

carmalıdır. Xüsusilə səhvləri təhlil etmək, fikrin bütün gedişi (inki-

şafı) prosesini tədqiq etmək faydalıdır. Unutmaq olmaz ki, sonuncu 

biliyin həqiqətə yönələn formalaşmış yolunun təyini deməkdir. Bu-

nun sonrakı fəaliyyət mərhələsi, daha ümumi bilik və fəaliyyət üsul-

larının mənimsənilməsi üçün əhəmiyyəti danılmazdır. 

 

 



12.3. “İmkan – hərəkət – yeni keyfiyyət” dəyişməsi  

variantının işlənməsi və seçim şərtləri 

 

Didaktika  sahəsində  çalışan  tədqiqatçılar  şagird  imkanlarının 



hərəkətə  gətirilməsinə  və  yeni  keyfiyyətin  üstün  səviyyəsinin  əldə 

olunmasına  yönələn  təlim  layihələrinin  (texnologiyalarının)  işlənil-

məsinə və tətbiqi problemlərinə xüsusi önəm verirlər. Pedaqoji ədə-

biyyatda təlim texnologiyaları barəsində materiallar əhəmiyyətli yer 

tutur.  Təsadüfi  deyil  ki,  son  illərdə  dərc  olunan  “Kurikulum”, 

“Azərbaycan məktəbi” və “Azərbaycan müəllimi” mətbu orqanların 

əksər  saylarında  praktik  işlə  məşğul  olan  pedaqoqlar  da  daxil  ol-

maqla müəlliflərin “Təlim texnologiyaları və onların təkmilləşdiril-

məsi yolları”- aspektli yazılanların şahidi oluruq. Diqqəti çəkən cə-

hət budur ki, müəlliflər təqdim etdiyi təlim texnologiyalarının bu və 

ya  digər  üstün  cəhətini,  pedaqoji  yeniliyini,  metodlar  və  vasitələr 

xəzinəsinin  zənginləşdirilməsi  işinə  töhfəsini,  təlim  prosesinin  tək-

milləşdirilməsini,  optimallığının  artması  baxımından  rolunu,  təh-

silləndirmə, tərbiyəetmə  və  inkişaf vəzifələrinin  məqsədəuyğun şə-

kildə yerinə yetirilməsinə yönələn idarəetmənin rasional təşkili nöq-

teyi nəzərdən təlim priyomlarını özündə cəmləşdirməsi xüsusiyyət-

lərini  açmağa  çalışırlar.  Baxmayaraq  ki,  nəzəri  cəhətdən  əsaslandı-

rılan texnologiyaların böyük bir qismi təlim praktikasında öz yerini 

tapmır. 

Fikrimizin  əyaniliyi  üçün  alqoritmik  və  evristik  məntiqlərin 

müəyyən nisbətlərini özündə saxlayan təlim texnologiyalarından bi-

rini  –  proqramlaşdırmadan təlimdə  istifadə layihəsini nəzər nöqtəsi 

kimi qəbul edək. 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə