Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə159/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   236

 

465 


təcrübəsinə  uyğun  gəlmir  (onun  məqsədi  məchulu  dərk  etmək 

olduğu  halda,  o,  məqsədinə  nail  ola  bilmir).  Burada  daha  konkret 

şəkildə söyləmək olar ki, elmi tədqiqatdan fərqli olaraq təlim prose-

sində  problemli  vəziyyət  təlim  tapşırıqlarının  yerinə  yetirilməsi 

üçün zəruri olan nə varsa, onlar bilavasitə şagirdin yaxın inkişaf zo-

nasına aiddir. Tapşırığın icrası üçün yenini müəyyənləşdirmək tələ-

batını ödəməyə istiqamətlənən şagirdin fikri fəaliyyətinin başlanğıc 

momenti  problemli  vəziyyətlə  birbaşa  bağlıdır.  Apardığımız  tədqi-

qatlardan  əldə  etdiyimiz  materialların  ümumiləşməsi  göstərir  ki, 

müəllimlərimiz  problem  situasiyası  vasitəsilə  ilə  idrak  tələbatı 

yaradarkən  əsasən  üç  məqsəd  güdürlər:  a)  yeni  biliklər  əldə 

etməyi və qazanılmış bilikləri, fəaliyyət növünü yeni, tanış olma-

yan  situasiyada  tətbiq  etməyi  öyrətmək;  b)  bilikləri  yaradıcı 

tətbiq  şəraitində  keyfiyyətlə  mənimsətmək;  c)  şagirdləri  yaş  və 

bilik səviyyələrinə müvafiq elmi tədqiqat metodlarının müstəqil 

tətbiqinə hazırlamaq. 

Problem situasiyası ilə bağlı iki anlayışa elmi ədəbiyyatda tez-

tez  rast  gəlmək  mümkündür:  problemli  vəziyyətin  yaranması  və 

problemli  vəziyyətin  yaradılması.  M.Kruqlyak  belə  hesab  edir  ki, 

“müəllim  problemli  vəziyyəti  yaradır”,  –  demək  düzgün  deyildir, 

çünki situasiyanın özü obyektiv xarakterlidir. Bu barədə onu demək 

olar ki, əvvəla, problemli vəziyyət və problem əslində psixoloji ha-

disədir və yuxarıda vurğuladığımız kimi, onların əsasında obyektiv, 

dialektik ziddiyyət durur. İkincisi, əgər problemli öyrənmə nöqteyi-

nəzərdən  subyektin  mövqeyi  ilə  bağlı  problem  situasiya  yaranırsa, 

problemli  öyrətmə  baxımından  xüsusi  metodik  priyomların  tətbiqi 

nəticəsində  müəllim  özü  xüsusi  olaraq  onu  yaradır.  Odur  ki,  prob-

lemli vəziyyətin  yaradılması  anlayışına problemli  öyrənməni  özün-

də ehtiva edən altsistemin təşkili vasitəsi olan pedaqoji anlayış kimi 

baxmağı  məqsədəuyğun  hal  hesab  etmək  olar.  Unuda  bilmərik  ki, 

şagirdin fəaliyyəti müəllimin pedaqoji təsirinin transformasiya olun-

ması ilə bağlıdır. Şagirdlər üçün öyrəniləcək anlayışın mənimsənil-

məsinin özündə həmişə problem mövcuddur (istənilən anlayışa xas 

olan dialektik ziddiyyətlərin təzahürü kimi). Şagird tərəfindən təlim 

materialı tamamilə mənimsənilənədək bu, mövcud olan təbii haldır. 




 

466 


Müəllimdən asılı olmadan problemli vəziyyətin yaranması da təlim-

tərbiyə prosesində qanunauyğun və təbii hadisədir. 

Bu  hal,  şübhəsiz,  əqli  fəaliyyəti  fəallaşdırır,  lakin  ona  şagir-

dlərə  elmi  cəhətdən  əsaslandırılmış  pedaqoji  təsir  priyomlarından 

istifadənin nəticəsi kimi baxmaq olmaz. Şübhə yoxdur ki, problemli 

vəziyyətin yaradılması üsullarının metodik cəhətdən düzgün müəy-

yənləşdirilməsi o zaman mümkün olur ki, onun yaranmasının qanu-

nauyğunluqları  müəllimə  məlum  olsun.  Müvafiq  ədədbiyyatda 

problemli  vəziyyətin  tiplərini  aşkar  etmək  üçün  bu  qanunauyğun-

luqları formulə etmək təşəbbüsləri vardır. 

Təlim  psixologiyası  sahəsində  aparılmış  tədqiqatlar  zamanı 

müəyyən  edilmişdir  ki,  problem  situasiyasının  əsas  tipləri  barədə 

müəllimin  biliyi  bu  cür  situasiyaların  yaradılması  yollarını  düzgün 

müəyyənləşdirməyə, bununla da şagirdlərin idrak fəaliyyətini idarə 

etməsinə şərait yaradır. Təlimdə problem situasiyanın yaranması və 

onun  növləri  məsələsi  geniş  müzakirə  obyektidir.  A.M.Matyuşkin 

təlim  prosesində  problem  situasiyanın  iki  əsas  tipi  olduğunu  qeyd 

etmişdir. Onun fikrincə, eyni bir problem həm nəzəri, həm də prak-

tik  şəkildə  qoyula  bilər.  T.V.Kudryavtsev  təlim  prosesində  şagird-

lərin  qarşılaşdıqları  problem  situasiyanın  tiplərini  müəyyənləşdi-

rərkən bilik ilə biliksizlik arasındakı müxtəlif növ ziddiyyətləri əsas 

götürür və əsasən düzgün mülahizə söyləyir. Onu da qeyd edək ki, 

problem situasiyanın göstərilən tipləri polyak didaktı Q.Navatskinin 

tipologiyasına da daxildir. Ancaq T.V.Kudryavtsevin göstərdiyi tip-

lərdən ikisi Q.Navatskinin tipologiyasında əks etdirilməmişdir. 

Təlim  prosesində  özünü  göstərən  problemli  vəziyyətin  mü-

əllim tərəfindən yaradılmasına və ya müəllimdən asılı olmadan ya-

ranmasına görə fərqləndirə bilərik. Yaradılan problem situasiyalarda 

bir sıra məqsədlər güdülür. Bunlardan ikisi belədir: 

1. Şagirdləri qarşıya qoyulmuş məqsədə yönəltmək, öyrənmə-

ni təşviq etmək üçün problemli vəziyyətin yaradılması; 

2.  Problemin  formulə  edilməsi  və  onun  həlli  ilə  yeni  biliyin, 

fəaliyyət üsulunun əldə olunması üçün problemli vəziyyətin yaradıl-

ması. 



 

467 


Problemli  vəziyyətin  yaradılması  şagirdi  təlim  fəaliyyətinin 

müstəqil əldə olunmasının subyektinə çevirmək baxımından bir çox 

didaktik vəzifələrin həyata keçməsinə imkan yaradır: 

1) Şagirdlərin suala, məsələyə, tədris mövzusuna diqqətini yö-

nəldir, onlarda idrak marağı oyadır; 

2)  Şagird  qarşısında  qoyulan  idrak  çətinliyi  onların  əqli  fəa-

liyyətinin aktivliyinin davamlılığına səbəb olur

3) İdrak tələbatı ilə onun yerinə  yetirilməsi imkanları arasın-

dakı ziddiyyəti şagird qarşısında açır; 

4)  İdrak  məsələsi,  sual,  çalışmada  əsas  problemi  və  çətin-

likdən  çıxmağın  rasional  yolunu  axtarmağa  istiqamətlənməkdə  şa-

girdə kömək edir; 

5)  Aktuallaşdırılmalı  əvvəlki  biliklərin  (əldə  olunmuşların) 

sərhəddini müəyyən etməkdə şagirdə yardımçı olur. 

Məlum  olduğu  kimi,  problem  bir  və  ya  bir  neçə  məsələnin 

həlli ilə aradan qaldırılır. Odur ki, tədqiqat prosesindən əldə etdiyi-

miz materiallardan göründüyü kimi, təcrübəli müəllimlər problemli 

vəziyyəti  yaradarkən  formulə  edəcəyi  (və  ya  şagird  tərəfindən  for-

mulə  olunacaq)  problemi  və  onun  həllindən  ibarət  olan  məsələni 

(məsələləri) əsas  kimi  qəbul  edirlər. Onlar haqlı  olaraq nəzərdə  tu-

turlar ki, həmin məsələnin (məsələlərin) həlli yeni biliyin, fəaliyyət 

üsulunun əldə olunması deməkdir. Belə problem situasiyalarını dörd 

qrupda birləşdirmək olar: 

1. Təhlili ilə şərti məlum olan, lakin həll yolu , həllin əsaslan-

dığı nəzəri və praktik bazis, onun nəticəsi məchul olan idrak məsə-

ləsi formulə edilən problem situasiyası; 

2.  Təhlili  ilə  şərti,  həllinin  əsaslandığı  bazis  və  nəticəsi  məc-

hul, lakin həll yolu məlum olan idrak məsələsi formulə edilən prob-

lem situasiyası; 

3. Təhlili ilə şərti, həlli yolu ilə nəticəsi məchul, lakin həllin ba-

zisi məlum olan, idrak məsələsi formulə edilən problem situasiyası; 

4. Təhlili ilə şərti, həllin əsaslandığı bazis, həlli yolu məchul, 

amma nəticəsi  məlum olan, idrak məsələsi  formulə edilən problem 

situasiyası. 

M.İ.Maxmutov  problem  situasiyasının  yaradılmasının  səkkiz 

əsas  üsulunu  göstərə  bilmişdir.  Onun  mülahizələrində  təqdirəlayiq 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə