456
vurğulayır. Şagirdlərin alqoritmik mədəniyyəti bu və ya digər məsə-
lələrin həlli alqoritminin tərtibi üzrə fəaliyyətinin nəticəsidir.
Biz alqoritmik mədəniyyət dedikdə, elə spesifik təfəkkür, ba-
carıq və vərdişlərin məcmusunu nəzərdə tuturuq ki, bu həm cəmiy-
yətin indiki inkişaf mərhələsində hər bir insanın mədəniyyətinin his-
səsi kimi, həm də məktəb təhsilinin məqsədyönlü komponentlərini
təyin edən bir amil kimi çıxış edir. Məktəblilərin alqoritmik mədə-
niyyətini müəyyən edən komponentlər qrupu əsasən aşağıdakılardır:
1. Alqoritm anlayışının mahiyyətini, xassəsini, habelə dilini
anlayıb dərk etmək;
2. Alqoritm yazmaq üçün üsul və vasitələrə yiyələnmək;
3. Məktəb kursunda işlədilən alqoritmlərə yiyələnmək;
4. Kompyuterlər üçün proqramlaşdırmanın elementar əsasları-
nı bilmək.
Tədqiqatdan əldə etdiyimiz materialların təhlili göstərir ki,
müəllimlərimizin işində sözügedən komponentlərin əldə olunma-
sına istiqamətlənən işə zəif diqqət yetirilir. Bunu tərəfimizdən tətbiq
edilən anket sorğusunun nəticələri təsdiq edir. Həmin anketlərə
aşağıdakı tapşırıqlar daxil edilmişdir:
1. Siz müxtəlif elmlərin əsasları ilə tanış olur, bilik, bacarıq və
vərdişlər sisteminə yiyələnirsiniz. Bu və ya digər məsələni həll
edərkən alqoritmlərdən istifadə edirsinizmi? Hansı fənlərdə? Bir ne-
çəsinin adını göstərin.
2. İstədiyiniz fənn üzrə hər hansı bir məsələnin həlli alqorit-
mini yazın.
3. Gündəlik həyatınızda alqoritm üzrə yerinə yetirdiyiniz fəa-
liyyət növlərinə aid nümunələr göstərə bilərsinizmi? Onlardan hər
hansı birinin alqoritmini istədiyiniz şəkildə təsvir edin.
Məlum olmuşdur ki, şagirdlərin 70 faizinin “alqoritm” anlayı-
şından xəbəri yoxdur. Onların cəmi 2 faizə yaxın hissəsi bu və ya
digər məsələnin ümumi alqoritmini qura bilir, otuz faizdən bir qədər
az hissəsi verilmiş alqoritm üzrə öz fəaliyyətini tənzimləməyi baca-
rır. Xüsusilə, onların dil, fizika, coğrafiya, kimya fənləri üzrə məsə-
lələrin həlli alqoritmləri barədə məlumatları azdır. Belə vəziyyəti
doğuran əsas səbəb isə vurğuladığımız kimi, müəllimlərin fəaliyyəti
ilə bağlıdır.
457
Şagirdlərin alqoritmik mədəniyyətinin sonrakı inkişafı üçün
hazırlıq mərhələsində məsələlərin həlli planından, təlimatdan istifa-
də olunması əhəmiyyətlidir. Təbii ki, burada fəaliyyətin hər bir ad-
dımı, təlimatın tələbləri şüurlu şəkildə yerinə yetirilməlidir, onun
tətbiqində hansı nəzəri müddəalara əsaslanıldığı bəlli olmalıdır.
L.Q.Vyaltsevanın və A.S.Alekseyevin tərəfimizdən qəbul edilən
(bəyənilən) qənaətinə görə, belə planın tərtibində aşağıdakı prinsip-
lər gözlənilməlidir:
1.
Planın nəzəri əsası üçün vacib olan mühüm məlumatlar əl-
də olunmalıdır;
2.
Bircins məsələlər sistemini əhatə edən təlimat sistemi ol-
malıdır;
3.
Təlimat sistemi tam olmaqla yanaşı, həm də kifayətləndiri-
ci olmalıdır ki, o son nəticələri almağa imkan versin;
4.
Təlimat sistemi zidiyyətli olmamalıdır, hər sonra gələn əv-
vəlkini təkzib etməməli, onu məntiqi cəhətdən izləməlidir;
5.
Planın maddə və bölmələrinin sayı çox olmamalı, mümkün
qədər az sayda olmalıdır;
6.
Təlimat sistemi eyni tipli məsələləri kütləvi şəkildə əhatə
etməlidir.
V.A.Baydak, V.İ.Yefimov, M.P.Lapçik təlimdə alqoritmik
xəttin inkişaf mərhələləri məsələsinə münasibətini bildirmiş və bu
xəttin inkişafını təlim keyfiyyətinin yüksəldilməsinin etibarlı yolu
hesab etmişlər. Onların o fikri ilə razılaşırıq ki, şagirdlərin alqorit-
mik mədəniyyətinin inkişafının ümumi seçimi aşağıdakılarla əlaqə-
ləndirilməlidir:
a) alqoritmləşdirmənin məzmun və metodlarının açılması ilə;
b) alqoritm və onun xassələri anlayışının mənimsənilməsi ilə;
ç) əsas hesablama alqoritmlərindən istifadə bacarıqlarının in-
kişafı ilə;
c) alqoritmlərin müxtəlif forma və növlərinin yazılması və
təsviri bacarıq və vərdişlərinin formalaşdırılması ilə;
d) əsas alqoritmik şərti işarələrdən istifadə olunması ilə.
Tədqiqatımız belə qənaəti təsdiqləmişdir ki, alqoritmik mədə-
niyyətin inkişafı varislik əlaqələri ilə həyata keçirilir. Bu əlaqənin
reallaşdırılmasının iki istiqaməti vardır: məsələ və anlayış vasitəsi ilə.
458
Alqoritm tərtib edərkən aşağıdakılar diqqət mərkəzində saxla-
nılmalıdır:
1. Ayrı-ayrı zəruri addımlar müəyyənləşdirilir; hər addım mə-
lum əməliyyatın yerinə yetirilməsindən ibarət olmalıdır;
2. Ayrı-ayrı zəruri addımların hər birini təşkil edən əməliyyat
icraçı üçün elementar olmalıdır;
3. Alqoritmlərin elementar əməliyyatlarının ardıcıllığı dürüst
müəyyən olunmalıdır.
Alqoritm tərtib etmək və onu hazır şəkildə şagirdlərə vermək
hər hansı mövzunun tədrisində alqoritmləşdirmə məsələsini həll et-
mir. Əsas məsələ alqoritmin qurulması yolunu şagirdlərə öyrətmək-
dir. Bu zaman daha sadə məsələlərin həlli alqoritminin qurulmasın-
dan mürəkkəb məsələlərin alqoritminin qurulmasına doğru hərəkət
etmək lazımdır. Alqoritmlərin tərtibi və tətbiqi zamanı varisliyə cid-
di əməl olunmasını anlayışların inkişafı tələb edir. Anlayışların in-
kişafı ilə əlaqədar olaraq əvvəlki addımlar sistemini əmələ gətirən
əməliyyatlar sonrakı mərhələdə elementar addıma çevrilib alqorit-
min tərkibinə daxil olur. Alqoritmi mürəkkəb və çoxaddımlı olan
məsələlərin həllində xüsusi hallara müvafiq sadə alqoritmlərin tər-
tibi üzrə iş aparmaq, sonra onları birləşdirməklə bütün halları əhatə
etmək faydalıdır.
12.2.2. Problemli öyrənməni özündə ehtiva edən altsistem.
Pedaqoji ədəbiyyatda şagirdlərin problemli fəaliyyətinə əsas-
lanan, alqoritmik və evristik fəaliyyətin optimal münasibətlərinin
tənzimlənməsi yollarından biri olan altsistemə yanlış olaraq “prob-
lemli təlim” anlayışı adı altında geniş yer verilmişdir. Onu bu və ya
digər kateqoriyalar sisteminə aid etməyə çalışırlar. Məsələn, F.Bay-
kovun fikincə, problemli təlim müəllimlə şagird arasında yaranan
daimi, düz və əks əlaqə nəticəsində ardıcıl surətdə təşkil olunan və
həll edilən problemli vəziyyət sistemini özündə birləşdirən fəal pe-
daqoji proses kimi səciyyələndirilə bilər. T.V.Kudryavtsev prob-
lemli təlim prosesini şagirdlər qarşısında elə didaktik problemlərin
qoyulmasında görür ki, onların həllində şagirdlər həm ümumiləşmiş
bilikləri, həm də problemli məsələlərin həlli prinsipini əldə edir.
Dostları ilə paylaş: |