Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə153/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   236

 

447 


 

12.1. Təlimin mərhələləri 

 

Təlimin  mərhələləri  və  onların  ardıcıllığı  belədir:  1)  yeni 



tədris  materialının  qavranılması;  2)  biliklərin,  bacarıq  və  vər-

dişlərin formalaşması; 3) biliklərin, bacarıq və vərdişlərin möh-

kəmləndirilməsi  və  tətbiqi;  4)  müvəffəqiyyətin  hesaba  alınması 

və qiymətləndirilməsi. 

 

12.1.1. Yeni tədris materialının qavranılması. 



 

Bu prosesə şagird psixoloji cəhətdən hazır olmalıdır. Məluma-

tı qavramaq üçün psixoloji hazırlıq şagirdin öyrənəcəyi fənnin məq-

sədini  dəqiq  və  aydın  təsəvvür  etməsindən  ibarətdir.  Şagird  üçün 

onun getdiyi yol aydın olmalıdır. Şagirdin qarşısında məqsəd aydın 

qoyulmazsa, məlumatın qavranılmasının səmərəsi az olar və ya heç 

olmaz. Ona görə də müəllim məqsədi şagirdlərin nəzərinə çatdırma-

ğa kifayət qədər diqqət yetirməlidir. 

Təlimin bu mərhələsində şagirdlər öyrənilən mövzu (material), 

qanun və  ya qayda ilə ilkin tanış olurlar: onlar öyrənməli olduqları 

obyektin, anlayışın, qanunun və ya qaydanın əlamətlərini duyurlar; 

görürlər,  eşidirlər,  toxunurlar,  mümkünsə  dadırlar.  Qavrama  mər-

hələsində  şagirdlər  diqqətlərini  öyrənilən  cisim  və  hadisələr  üzə-

rində cəmləşdirirlər. Bu zaman şagirdlərin həyat  təcrübəsi, bilikləri 

qavrama prosesinə  qoşulur, qavranılan obyektlə  həyat  təcrübəsi  tu-

tuşdurulur, oxşar olanlar tapılır, müvafiq qrupa aid edilir, fərqli cə-

hətlər ayrıca nəzərdən keçirilir. 

Qavramada  mövcud  həyat  təcrübəsini  xatırlamağın  əhəmiy-

yətini P.K.Anoxinin bir fikri daha da aktuallaşdırır. Alim isbat edir 

ki,  qavramaya  qədər  obyekt  haqqında  əvəlcədən  eşidilmiş  və  ya 

oxunmuş  məlumat  obyektin  müvafiq  əlamətlərini  tez  duymağa  im-

kan verir. Bu psixoloji qanunauyğunluqlardan xəbərdar olan müəl-

lim qavrayış mərhələsini lazımi izahatla müşayiət etdirir . 

Tədris mövzusunun qavranılmasını təşkil edərkən şagirdi yal-

nız  müşahidəçiyə  çevirmək  olmaz.  Şagird  qavrama  prosesinə  fəal 

surətdə qoşulmalıdır; onun mümkün qədər daha çox duyğu orqanla-




 

448 


rı işə salınmalı, əyaniliyin müxtəlif növlərindən istifadə edilməlidir. 

Çünki mənimsəmənin sonrakı mərhələlərinin müvəffəqiyyəti qavra-

manın dolğunluğundan və dəqiqliyindən çox asılıdır. 

Mövzunun qavranılması hələ onun tam başa düşülməsi, anla-

şılması demək deyildir.  Mövzunu başa düşmək üçün qavrayış  əsa-

sında fikir formalaşmalıdır. Şagird müəllimin rəhbərliyi ilə qavradı-

ğı  materialı  götür-qoy  etməli,  necəliyinə  varmalıdır.  Təlimin  bu 

mərhələsində şagird öyrənilən obyektə sadəcə baxmır, görür; o, səsi 

nəinki eşidir, həm də ona qulaq asır, necəliyini dərk etməyə çalışır; 

mətni  oxumaqla  kifayətlənmir,  ayrı-ayrı  söz  və  ifadələri  başa  düş-

mək istəyir; tarixi şəxsiyyətin necə hərəkət etdiyini anlamağa çalışır. 

Müəllim şagirdlərin diqqətini aparılan təcrübənin, alınan kim-

yəvi reaksiyanın, fiziki hadisənin mahiyyətinə cəlb edir, bu məqsəd-

lə  suallar  qoyur,  tapşırıqlar  verir;  çalışır  ki,  yeni  tədris  materialını 

şagirdlər şüurlu surətdə qavrasınlar. 

 

12.1.2. Bilik, bacarıq və vərdişlərin formalaşması. 

 

Tədris materialını qavramaq və anlamaq hələ onu tam mənim-

səmək  üçün  kifayət  deyil.  Bundan  ötrü  əlavə  addımlar  atılır,  tədris 

materialının  şagirdlər  tərəfindən  əsaslı  dərk  olunması  təşkil  edilir. 

Bu  məqsədlə  müəllim  şagirdlərin  şüurunu  hərəkətə  gətirir,  onları 

düşünməyə, fikir yürütməyə vadar edir; onların diqqətini öyrənilən 

hadisələrdə və cisimlərdə səbəb-nəticə əlaqələrinə yönəldir. Təlimin 

bu mərhələsində uşaqlar müəllimin rəhbərliyi ilə müəyyən əqli nəti-

cələr  çıxarır,  öz  fikirlərinin  doğruluğunu  isbat  etməyə  meyl  göstə-

rirlər, onlarda əqidə ünsürləri yaranır, öyrəndikləri hadisələrə müəy-

yən mövqedən yanaşmağa başlayırlar. Təlimin bu mərhələsində şa-

girdlər  idrak  əməliyyatları  olan  müqayisəyə,  təhlilə,  ümumiləşdir-

məyə, mücərrədləşdirməyə daha çox müraciət etməli olurlar. Bu sə-

bəbdən də, şagirdlərin bilik və bacarıqları intensiv şəkildə formala-

şır.  Şagirdlər  öz  bacarıqlarını  işə  salırlar,  bilik  ehtiyatından  vəziy-

yətin  tələb  etdiyi  bilikləri  seçib  istifadə  edirlər.  Mənimsəmənin  bu 

mərhələsində  formalaşan  yeni  bilik  şagirdin  malik  olduğu  biliklərə 

qovuşur. Fərəhli hal kimi göstərilməlidir ki, idrak prosesində nəzəri 

təfəkkür, məfhumlar səviyyəsində fikir  yürütməyin vacibliyini gör-



 

449 


kəmli Azərbaycan filosofu Bəhmənyar xüsusi qeyd etmişdir. O, is-

bat  edirdi  ki,  hadisəni  görmək  hələ  onu  dərk  etmək,  başa  düşmək 

demək deyil. Atalar yaxşı demişdir: “Göz görmək, ağıl başa düşmək 

üçündür”. 

Təlimdə başlıca məqsəd alınmış məlumatı ancaq yadda saxla-

maq deyil, həm də onun əvvəlki məlumatla qarşılıqlı əlaqəsini başa 

düşməkdir.  Şagird  müəllimin  qoyduğu  suallara  cavab  tapmağı  öy-

rənməlidir.  Bu,  şagirddən  fəal,  yaradıcı  iş,  alınmış  məlumatı  təhlil 

etmək bacarığı tələb edir. Bunun üçün müəllim dərs keçərkən həmi-

şə problem situasiya  yaratmalıdır. Bu isə şagirdi dərsi düşünülmüş 

şəkildə  qavramağa,  yaradıcılığını  inkişaf  etdirməyə  məcbur  edir. 

Dərsdə  problem  situasiyasının  yaradılması  dərsin  gedişində  şa-

girdləri düşünməyə vadar edir, təlimdə müəyyən çətinliklərin  yara-

dılması şagirdləri səfərbər edir, onların iradəsini inkişaf etdirir. Mü-

əllim  həmin  çətinlikləri  də  tədricən  mürəkkəbləşdirməlidir.  Çətin-

liklər elə olmalıdır ki, onlar şagirdlər tərəfindən aradan qaldırıla bil-

sin. Biliklərə yiyələnmək işində çətinliklərin aradan qaldırılması şa-

girdin  praktikasına  yaxşı  təsir  göstərir,  şagirdlərdə  öz  qüvvəsinə 

inam yaradır, əmək vərdişləri formalaşdırır, onu müstəqilliyə və ya-

radıcılığa alışdırır. Məlumatın mexaniki mənimsənilməsi, formul və 

təriflərin şüurun iştirakı olmadan əzbərlənməsi biliklərin formal mə-

nimsənilməsinə səbəb olur. Formal mənimsəmə isə insanın əqli in-

kişafına kömək etmir, yaradıcılığa deyil, doqmatizmə gətirib çıxarır. 

Hazırda psixoloq və pedaqoqlar şagirdlərin bütün fəaliyyətini əhatə 

edən biliklərin dörd səviyyəsini müəyyənləşdirmişlər: 

1) tanışlıq səviyyəsi; 2) biliklər səviyyəsi; 3) bacarıqlar səviy-

yəsi; 4) vərdişlər səviyyəsi. 

Əlbəttə, ümumtəhsil məktəblərində təkcə tanışlıq səviyyəsi tə-

ləb edilmir. Aydın məsələdir ki, bu və ya digər fənn müəyyən səviy-

yədə  öyrənilməlidir.  Belə  ki,  təbiət  və  riyaziyyat  fənləri,  həmçinin 

dil dərsləri bilik və bacarıqlar səviyyəsində, ədəbiyyat, tarix, ictima-

iyyət, coğrafiya fənləri əsasən biliklər səviyyəsində, əmək təlimi isə 

bilik,  bacarıq  və  vərdişlər  səviyyəsində  öyrənilməlidir.  Məsələn, 

həndəsəni öyrənmək üçün təkcə teoremləri bilmək kifayət deyildir, 

eyni zamanda həmin teoremi isbat etmək bacarığına yiyələnmək la-

zımdır və i.a. 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə