435
11.5. Təlim prosesində əsas pedaqoji ziddiyyətlər
Təlimin idarə olunması, onun mərkəzi problemi olan əqli fəa-
liyyət növlərinin optimal münasibətlərinin müəyyənləşdirilməsi və
bunun diqqət mərkəzində saxlanılması məsələsi birbaşa həmin siste-
mə məxsus pedaqoji ziddiyyətlərin həlli ilə bağlıdır. Təlim prosesi
ilə bağlı ziddiyyətlərin mövcudluğu idrak prosesinin özünün ziddiy-
yətli xarakterindən irəli gəlir.
Pedaqoji fikrin və ictimai praktikanın inkişaf tarixi göstərir ki,
dialektikanın ziddiyyət kateqoriyasından təlim prosesinin qanuna-
uyğunluqlarının tədqiqi işində çox gec istifadə olunmağa başlanıl-
mışdır. Alman pedaqoqu K.Tomaşevski təlim prosesində bir sıra
ziddiyyət növlərini formulə etmiş, onların əlaqəsini açmışsa da,
bunların arasından əsası, başlıcanı müəyyənləşdirə bilməmişdir.
İdrak prosesinin ziddiyyətli olduğunu və bu zəddiyyətlərin
mübarizəsi şəraitində onun cərəyan etdiyini, idrakın obyektə daim,
sonsuz yaxınlaşmasını, təbiətin insan təfəkküründə əks olunmasını
“cansız” mücərrəd, hərəkətsiz, ziddiyyətsiz deyil, daim olaraq hərə-
kət prosesinin ziddiyyətlərin əmələ gəlməsi və onların həll edilməsi
halında olduğunu təsdiqləyən idrak nəzəriyyəsini və psixoloqların
“uşağın inkişaf mənbəyi ona xas olan daxili ziddiyyətlərdir və inki-
şafın hər bir mərhələsində bu ziddiyyətlər özünəməxsus səciyyə
kəsb edir”,-məzmunlu tezislərini əsas götürən M.A.Danilov haqlı
olaraq şagirdlərin idrak fəaliyyətində də, təlim prosesində də ziddiy-
yətlərin xüsusi yeri olduğunu vurğulayır. M.A.Danilovun fikrincə,
təlim prosesinin hərəkətverici qüvvəsi təlimin gedişində irəli sürü-
lən, tədris və praktik vəzifələrlə şagirdlərin mövcud bilik, bacarıq və
zehni inkişaflarının səviyyəsi arasında olan ziddiyyətlərdir.
M.A.Danilova görə, ziddiyyət təlimin hərəkətverici qüvvəsinə
müəyyən şərtlərlə çevrilir.
Bütün bu deyilənlərə baxmayaraq, təlim prosesində dialektik
ziddiyyətlərdən nə nəzəriyyədə, nə də praktikada lazımınca istifadə
olunmamışdır. Əlbəttə, bu pedaqogikanın problemlərinin işlənilmə-
sindəki çatışmazlıq kimi dəyərləndirilməlidir. Təsadüfi deyildir ki,
E.V.İlyenkov pedaqoqları “didaktikanı dialektik əsasda yenidən
qurmağa” çağırır. Başqa bir müəllif - M.N.Alekseyev təlim prosesi-
436
nin mahiyyətindən bəhs edərək göstərir ki, bu prosesdə dialektik
ziddiyyətlərdən hərəkətverici qüvvə kimi istifadə olunmalıdır. O,
pedaqoji prosesi dialektikanın “abstraktdan konkretə yüksəlmə”
prinsipi ilə tədqiq etməyin vacibliyini qeyd edir. M.İ.Maxmutov
göstərir ki, təlimi dialektik ziddiyyətlərdən istifadə etməklə qurma-
ğın yolu problemli vəziyyətin yaradılmasıdır. Bunu müvəffəqiyyətlə
həyata keçirmək üçün təbii ki, təlimin məqsəd və vəzifələrinə uyğun
olaraq bəzi ziddiyyətlərin formulası dəqiqləşdirilməlidir. Buraya
aşağıdakı kimi məsələlər daxil edilməlidir:
a) yeni biliklərin mənimsənilməsində və şagirdlərin əqli fəa-
liyyətinin inkişafında ziddiyyətlərin rolu;
b) öyrənmə prosesinin özünün ziddiyyətlərinin xarakteri;
c) öyrənmə prosesinin hərəkətverici qüvvəsi haqqında anlayış.
Təlim prosesində şagird inkişafda maraqlı olan tərəf kimi işti-
rak edir, burada başlıca məqsəd şagirdin şəxsiyyətinin inkişafını
onun bioloji varlığı ilə vəhdətdə sürətləndirmək, onu bəşər mədə-
niyyətinə daha səmərəli qovuşdurmaq, həyata sürətlə hazırlamaq,
başqa sözlə, inkişaf mühitini tənzimləməkdir. Təlim prosesi şagir-
din inkişafına yönələn, onun mənimsəmə fəaliyyətini istiqamətlən-
dirən xarici tənzimetmə funksiyasında çıxış edir. Təlim prosesində
şagirdlərin bəşər mədəniyyətinin mənimsənilməsi, onun qorunması
və yaradıcılıqla inkişaf etdirilməsi təcrübəsini və birgəyaşayış nor-
malarını özündə saxlayan bilik və fəaliyyət üsullarını əldə etməsinə
istiqamətlənən vəzifələr irəli sürülür. Bu vəzifələrlə şagirdlərin
mövcud imkanları, bilik, bacarıq və zehni inkişaflarının səviyyəsi
arasında ziddiyyət təlimin hərəkətverici qüvvəsinə çevrilə bilir. Bu-
nun üçün vacib şərt təlim prosesində irəli sürülmüş vəzifələrin hər
bir şagirdin tələbatının təminolunma obyektinə çevrilməsidir. Qeyd
etmək vacibdir ki, təlim prosesində müəllimin irəli sürdüyü vəzifə-
lərlə şagirdin mövcud imkanları arasındakı ziddiyyət şagirdin inki-
şafında xarici ziddiyyət olub, pedaqoji prosesin (xüsusi halda təlim
prosesinin) mahiyyəti ilə bağlıdır.
Müəllimin irəli sürdüyü vəzifələr, başqa sözlə, təlim prosesi-
nin qarşısında qoyulmuş məqsəd şagird tərəfindən idrak tələbatının
təminolunma obyekti kimi dərk olunduqda və şagirdin mövcud im-
kanları ilə ziddiyyət təşkil etdikdə, bu ziddiyyət onun şəxsiyyətinin
437
inkişafının hərəkətverici qüvvəsinə çevrilir. Nəzərə almaq gərəkdir
ki, tələbatların inkişafı şagirdin real inkanlarından yüksəkdə durma-
lıdır, əks halda ziddiyyətin əmələ gəlməsi, oun inkişafının hərəkət-
verici qüvvəsi kimi çıxış etməsi mümkün olmaz. Odur ki, tələbat-
ların təminolunma obyekti kimi dərk olunan məqsəd öz tələbləri ilə
inkişafı qabaqlamalıdır. Lakin bu tələblər təlim prosesinin məntiqi-
nə uyğun, şagirdin gücüçatan ölçüdə və çətinlikdə olmalıdır. Təlim
prosesinin qarşısına qoyulmuş vəzifələrlə şagirdlərin real imkanları
arasındakı əsas ziddiyyətdən törəyən ziddiyyətlər təlim prosesi ilə
bağlı bütün komponentlər arasında, o cümlədən biliyin hərəkətində,
fəaliyyət növlərində, mənimsəmə prosesinin mərhələləri arasında,
fəaliyyət üsullarında və s. müxtəlif şəkildə yaranır və həll olunur.
Bu baxımdan təlim prosesinin idarə olunması, şagirdlərin analitik
və evristik fəaliyyətlərinin optimal münasibətlərinin gözlənilməsi
göstərilən ziddiyyətlərin yaranması, inkişafı və həll olunması şəraiti-
nin məqsədəuyğun şəkildə tənzimlənməsindən başqa bir şey deyildir.
11.6. Təlim motivləri
Təlimin əsas elementi motivlərdir, yəni şagirdlərin təlim fəa-
liyyətində rəhbər tutduğu təhriкlərdir. İntelleкtual-təhriкedici motiv-
lərin sırasında idraкi maraq və tələbatlar хüsusi yer tutur.
Motiv (latınca “movere” - – hərəкətə gətirməк, təkan vermək
deməкdir) dediкdə tələbatların təmin olunması ilə əlaqədar olaraq
insanı fəaliyyətə təhriк edən amillər nəzərdə tutulur.
Təlim motivləri – idraк motivləri və sosial motivlər olmaq
üzrə iкi böyüк qrupa bölünürlər.
Əgər şagirdin fəallığı ayrı-ayrı fənlərin tədrisi prosesində
öyrənilən öbyeкtlərə yönəlmişdirsə bunlar idraк motivləridir.
Əgər təlim prosesində şagirdin fəallığı başqa adamlara müna-
sibət sahəsinə yönəlirsə bu zaman sosial motivlər yaranmış olur.
Sosial motivlər də üç növə bölünür.
Motivlərin məzmun baхımdan хaraкteristikasına aşağıdakılar
daхildir:
1.
Təlimin şagird üçün şəхsi məna kəsb etməsi.
2.
Motivin fəallığı.
Dostları ilə paylaş: |