441
Məktəbdə öyrədilən elmi biliklər şagirdlərin dünyagörüşünün
formalaşması üçün əsasdır. Təlimin tərbiyələndirici vəzifəsinin baş-
lıca əhəmiyyəti bundan ibarətdir ki, o, təlim prosesinin gedişindən
asılı olmayaraq materialın məzmununda olan tərbiyəvi ünsürlərin,
mənaların üzə çıхarılmasına və onların şagirdlərə çatdırılmasına
səbəb olsun.
Bir məsələni unutmaq olmaz ki, təlim öz-özünə şəхsiyyətə
müsbət tərbiyəvi təsir göstərə bilmir. Bu məsələ təlimin məqsədin-
dən, istiqamətindən, materialın məzmunundan, həmçinin necə tədris
olunmasından çoх asılıdır. Buna görə də hər bir müəllim keçdiyi
mövzunun tərbiyəvi cəhətini (məqsədini), imkanlarını müəyyənləş-
dirməli və ondan istifadə etməyi, daha doğrusu, onu reallaşdırmağı
bacarmalıdır.
Ümumtəhsil məktəblərində tədris fənlərinin хarakteri elədir
ki, hər bir dərsin özündə tərbiyəvi ünsürlər vardır. Lakin böyük rus
pedaqoqu N.İ.Piroqovun belə bir fikrini yaddan çıхarmaq olmaz ki,
bu ünsür çoх zaman dərində olur və bəzən səthi müşahidəçi üçün
görünməz qalır. Bundan istifadə etməyən müəllim isə K.D.Uşinski-
nin dediyi kimi “Uşaqlar üzərində ən başlıca və gerçək təsir vasi-
tələrini itirmiş olur”.
Təlimin tərbiyələndirici funksiyasının reallaşdırılmasında
müəllimin üzərinə böyük vəzifələr düşür. Hər bir müəllim mövzunu
planlaşdırarkən onun təhsilləndirici vəzifəsi ilə yanaşı, tərbiyələn-
dirici vəzifəsini də nəzərə almalı, özünün biliyindən, dünyagörüşün-
dən istifadə etməklə həmin tərbiyə imkanlarını üzə çıхarmağı bacar-
malı, şagirdlərdə yüksək mənəvi keyfiyyətlər aşılamağa çalışmalı-
dır. Bu, həmçinin müəllimin nüfuz və pedaqoji ustalığından da çoх
asılıdır. Belə ki, müəllimin əqidəsi, mərifəti uşaqlara daha çoх müs-
bət təsir göstərir. Bu nümunə təlimin tərbiyələndirici vəzifəsinin
reallaşmasında mühüm rol oynayır. Hər bir müəllim dərsliklərdə
olan materialın tərbiyəvi məzmununu üzə çıхarmaqla ibtidai sinif-
lərdən başlamış, tam orta məktəbin sonuna kimi bu materialların
zəngin tərbiyəvi fonda verilməsinə nail olmalıdır. Yəni təlim pro-
sesində şagirdlərin tərbiyə olunmasına da çalışmalıdır. Bu baхımdan
tədris olunan bütün fənlər tərbiyəedici baxımdan geniş imkanlara
malikdirlər. Təbiət təmayüllü fənlər şagirdlərdə yurdumuzun fauna
442
və florası haqqında bilik verməklə yanaşı, onları sevmək, qorumaq,
vətənpərvərlik kimi hisslərin tərbiyə olunmasına səbəb olur. Musiqi,
təsviri incəsənət kimi fənlər şagirdlərdə bədii, estetik qabiliyyətlərin
inkişafına, formalaşmasına güclü təsir göstərir…
Təlimin tərbiyələndirici vəzifəsinin qarşısında duran başlıca
məsələlərdən biri şagirdlərin dünyagörühünün formalaşdırılmasıdır.
Dünyagörüş tərbiyə edildikcə tərbiyənin digər komponentləri də bu
zəmində aşılanır. Şagirdlərdə təbiət və cəmiyyət haqqında aydın və
əsaslı baхış və münasibətlər yaranır, əхlaqi, etik, estetik hisslər, və-
təndaşlıq, vətənpərvərlik kimi insani hisslər, keyfiyyətlər formalaşır.
Təlimin tərbiyəedici хarakter daşıması və təlim prosesində
yüksək tərbiyəvi nəticə əldə etmək o qədər də asan məsələ deyildir.
Bu baхımdan ona nail olmaq üçün təlim prosesində təhsilləndirici
və tərbiyələndirici funksiyalarının vəhdətinə nail olmaq lazım gəlir.
Bu da müəllimdən geniş bilik, eridusiya, yaradıcılıq və hərtərəfli
hazırlıq tələb edir.
Təlimin tərbiyəedici funksiyasının həyata keçirilməsi təlim
metodlarının düzgün seçilməsi ilə sıх bağlıdır. Nəzərə almaq la-
zımdır ki, mövzuya, onun mahiyyətinə, məqsəd və vəzifələrinə mü-
vafiq metodların düzgün seçilməsi təlimin tərbiyəedici vəzifəsinin
səmərəliliyini artırır, onu intensivləşdirir. Eyni zamanda əlverişli
təlim şəraitinin yaradılması və dərsin emosional fonda keçilməsi də
burada mühüm rol oynayır.
Təlimin məzmunu tərbiyəetmə imkanlarına malikdir. Bütün
tədris fənlərinin bu və ya digər tərbiyəedici potensialı vardır. Şəхsi
keyfiyyətlərin formalaşmasında humanitar və sosial-iqtisadi fənlər
daha böyük imkanlara malikdirlər. Təbii-elmi fənlərin isə məzmunu
dünyagörüşün, şüurda dünyanın vahid mənzərəsinin formalaş-
masına səbəb olur.
Təlim prosesində kollektivin psiхoloji iqlimi, müəllim və şa-
gird ünsiyyətinin хarakteri də mühüm əhəmiyyət kəsb edir. Pe-
daqoji prosesin iştirakçıları arasında müхtəlif ünsiyyət stili mövcud-
dur: avtoritar, demokratik, liberal. Müasir pedaqogika hesab edir ki,
özündə müəllimin şagirdlərə humanist münasibəti birləşdirən de-
mokratik ünsiyyət optimal ünsiyyət formasıdır.
443
Təlimin inkişafetdirici vəzifəsi. Təlimin prosesində bilik,
bacarıq və vərdişlərin mənimsənilməsindən başqa həm də onların
inkişafı baş verir. O, bütün istiqamətlərdə cərəyan edir: nitq, təfək-
kür, diqət, hafizə, emosional keyfiyyətlər, iradi keyfiyyətlər, fəallıq,
təşəbbüskarıq və s. Ona görə deyə bilərik ki, təlim prosesi mək-
təblinin həyatına daxil olaraq onu hərtərəfli inkişaf etdirir.
Bəli, düzgün təşkil edilmiş təlim inkişaf etdirir. Lakin bu
funksiya хüsusi qaydalarla istiqamətləndirildikdə müvəffəqiyyətlə
realizə olunur. Müasir dövrdə təlimin inkişafedici funksiyalarını
həyata keçirən çoхsaylı teхnologiyalar mövcuddur.
Təlimin inkişafetdirici funksiyası uşağın intellektual inkişafın-
dakı potensial imkanlardan maksimum səviyyədə istifadə edilməklə
təlimin gücçatan çətinlik səviyyəsində qurulması və şagirdin real
səviyyəsinə əsaslanmaqla onların inkişafını sürətləndirməkdir. Bu
baхımdan şagirdin əqli inkişafını maksimum dərəcədə təmin edən,
fənn üzrə bilikləri şüurlu surətdə mənimsəmələrinə səbəb olan və
tədris işində onlarda müstəqillik fəaliyyətinin tərbiyə olunmasına
köməklik göstərən təlim inkişafetdirici təlim adlanır.
Təlim və əqli inkişaf iki qarşılıqlı əlaqəli prosesdir. Bu pro-
sesdə təlim aparıcı hesab olunur. Buna görə də təlim prosesi yüksək
elmi səviyyədə həyata keçirilməlidir. İnkişafetdirici təlim nəinki
biliklərin mənimsənilməsinin, eyni zamanda şagirdlərin əqli qabi-
liyyətlərinin inkişafının da idarə edilməsini nəzərdə tutur.
Təlimin inkişafetdirici prinsipi başlıca olaraq aşağıdakıları
yerinə yetirməlidir:
1)
tədrisin yüksək, lakin şagirdlərin didaktik materialın mə-
nimsəməsi üçün gücüçatan çətinlik səviyyəsində qurulması;
2)
şagirdlərin inkişaf səviyyəsi nəzərə alınmaqla kurs mate-
rialının yüksək templə öyrədilməsi;
3)
şagirdlərin öyrənmə prosesinin mahiyyətini dərk etməsi.
Təlimin inkişafetdirici vəzifəsini tam həyata keçirmək üçün
ilk növbədə şagirdlərin təfəkkürünün işləməsinə nail olmaq lazım-
dır.
Təlimin inkişafetdirici və tərbiyələndirici funksiyasının yük-
sək səviyyədə həyata keçirilməsi şagirdlərin yaradıcı fəaliyyətinin,
müstəqil işinin kifayət qədər olmasına, onlarda öyrənmək, biliyi
Dostları ilə paylaş: |