Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə164/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   236

 

480 


həftəlik saatlar bir neçə il dəyişmir, onun tərkibi isə dəyişir, yəni şagirdlər 

daha yaxşı oxuduqca, daha yüksək səviyyəli “eyni qabiliyyətli” qruplara 

keçə bilir. “Qarışıq” qruplarda şagirdlərə müəllimlərdən məsləhət alma-

ğa və əlavə məşğələ keçməyə icazə verilir. 

Birləşmiş  qruplar  modelinin  əsas  xarakterik  xüsusiyyətləri  bun-

lardır: 

 



idraki təlimdə yaxşı nəticələr əldə olunur; 

 



“eyni  qabiliyyətlilər”  üzrə  qruplarda  riyaziyyat  və  dillər  uzun 

müddət öyrənilir; 

 



ənənəvi təhsilin məzmunu dəyişməz qalır; 

 



fənlərin öyrənilməsi “şaquli” aparılır və sonda imtahan vermə ilə 

nəticələnir. 

Şagirdlərə qazandığı nailiyyətlərə görə daha yüksək səviyyəli qrupa 

keçmək üçün ildə üç dəfə imkan verilir. Şagirdlərin ayrı-ayrı fənlər üzrə 

səviyyəsinin  müəyyənləşdirilməsini  və  “qarışıq”  qruplarda  onların  idarə 

edilməsini məsləhətçi həyata keçirir. Şagird başqa səviyyəli qrupa keçmək 

istədikdə məsləhətçi fənn müəlliminə bu barədə xəbər verir. 

Bu  modeldən  Avropanın  bir  çox  ölkələrində  istifadə  edilir.  Berlin 

şəhərinin  FEQA  adlanan  məktəbində  bu  model  tətbiq  edilir.  Məktəbdə 

şagirdlər  birinci  yarım  ildə  “qarışıq”  qruplarda  oxuyur,  yoxlamadan 

keçdikdən  sonra  “eyni  qabiliyyətli”  müxtəlif  qruplarda  təhsilini  davam 

etdirirlər. 

4.“Müxtəlif  qabiliyyətlilər”  modeli.  Belə  modeldə  bütün  fənlərin 

öyrənilməsi  sonadək  “qarışıq  qabiliyyətlilər”  qruplarda  aparılır.  Bəzi 

fənlərin  (riyaziyyat,  xarici  dillər,  təbiət  fənləri)  tədris  materialı  müxtəlif 

müddətdə  öyrədilir.  Siniflərdə  bütün  şagirdlər  baza  təhsil  planları  və 

proqramları  əsasında  təhsil  alırlar.  Baza  tədris  kurslarının  öyrənilməsi 

başa  çatdıqda  şagirdlərin  bilikləri  diaqnostik  testlərlə  yoxlanılır.  Baza 

proqramlarını  yaxşı  mənimsəyən  şagirdlərə  əlavə  materialları  da  öy-

rənməyi təklif edirlər. Baza kurslarını mənimsəyə bilməyənlərə, kurs mate-

rialını təkrar etmək, bir qədər korrektə edilmiş material və tapşırıqların öy-

rənilməsi  təklif  olunur.  Qısa  müddətdə  təkraretmə  qurtardıqdan  sonra 

şagirdlərin  hamısı  birlikdə  yeni  bölmənin  materialını  öyrənirlər.  Burada 

əlavə  tapşırıq  alan  və  kurs  materiallarını  təkrar  edən  şagirdlər  qruplara 

ayrılmır, eyni sinifdə fəaliyyət göstərirlər. 

5.İnteqrativ  təlim  modeli.  Bu  modeldə  fərdiləşdirməyə,  fərdin  inki-

şafına  və  müstəqilliyə  xüsusi  diqqət  yetirilir.  Modelin  əsas  xüsusiyyətləri 

aşağıdakılardır: 


 

481 


 

təlim  kursları,  tədris  materialları,  kursların  məzmunu  ənənəvi 



təlimdə olduğundan fərqlənir; 

 



burada müəllimlər üçün yeni fəaliyyət imkanı yaranır; 

 



onların  tədris  kursunun  məzmununu  hər  bir  şagirdin  tələbatına 

uyğunlaşdırmaq imkanları vardır. 

Bu  modellə  təhsil  verilərkən  koqnitiv  (idraki),  normativ  və  eks-

pressiv  təcrübənin  inkişaf  etdirilməsinə  təqribən  eyni  dərəcədə  diqqət 

yetirilir,  yəni  şəxsiyyətin  hərtərəfli  inkişafına  böyük  əhəmiyyət  verilir. 

Şagirdlər permanent qruplarda birləşdirilir, belə qruplarda müəllimlərin 

fəaliyyət  imkanları  –  şagirdlərin  idarə  edilməsi,  qruplarla  işin  təşkili, 

məsləhətvermə və s. daha da genişlənir. 

İnteqrativ təlim modelinin aparıcı xüsusiyyətləri aşağıdakılardır: 

 



şagirdlər  yüksək  üstünlüklərə  (fərdi  inkişaf,  cəmiyyətdə  öz  möv-

qeyini anlama, müstəqillik) malikdirlər; 

 



alternativ  təlim  üsullarından  və  müxtəlif  tədris  situasiyalarından 

istifadə şagirdlərin fərdi inkişafı üçün əlverişli şərait yaradır; 

 



şagirdlərin  idarə  edilməsi  şəxsiyyətə  hörmət  və  sosial  dəyərlərə 

əsaslanır; 

 



seçilmiş təlim üsulları fərdin tələbatları əsasında aparılır; 

 



şagirdlərin  fənn  sahələrinin  (humanitar  və  texniki)  seçməsində 

tələskənliyə  yol  verilmir,  gözləmə  müddəti  o  vaxta  qədər  davam  edir  ki, 

hansı peşənin onları daha çox cəlb etdiyini tam dərk etsinlər; 

 



bu  modellə  təhsildə  hansı  pedaqoji  məqsədin  yerinə  yetirilməsi 

aydın dərk edilir; 

Şagirdlərin qruplarda birləşməsi (yığılması) aşağıdakı kriteriyalar 

əsasında aparılır: 

 



bir-biri ilə dostluq əlaqələrinə görə; 

 



müəllimi “sevməsi” və ya “sevməməsinə” görə; 

 



marağına və motivasiyasına görə; 

 



didaktik düşüncələrə görə. 

6.  İnnovasion  təlim  modeli.  ABŞ,  Almaniya, İngiltərənin  bir  qrup 

alimləri  və  tədqiqatçıları  müxtəlif  ölkələrin  ümumtəhsil  məktəblərində 

müşahidələr və araşdırmalar aparmış və məktəblərdə aşağıdakı bir-birinə 

oxşar  mühüm  nöqsanların,  çatışmazlıqların  hökm  sürdüyünü 

müəyyənləşdirmişlər: 

 



müəllimlər izolə edilmiş sinif otaqlarında işləyirlər; 

 



müəllimlər arasında əlaqələr zəifdir; 

 



tədris  kurslarının  məzmunu  və  tədris  metodikası  sahəsində  mü-

əllimlər arasında kooperasiya çox zəifdir; 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə