468
cəhət budur ki, göstərdiyi üsulların dialektik ziddiyyətlərin aşağı-
dakı üç növü determinələşdirdiyini açıqlaya bilmişdir: a) yeninin
dərk olunmasına yaranmış tələbatla yalnız keçmişdə əldə olunmuş-
lar əsasında bu dərketmənin qeyri-mümkünlüyü arasındakı ziddiy-
yət; b) əvvəllər əldə olunmuş biliklə təlim materialındakı yeni fakt
və hadisələr arasındakı ziddiyyət; c) şagirdin həyat təcrübəsi ilə ob-
yektiv biliklər arasındakı ziddiyyət.
Qeyd etdiyimiz kimi, problem situasiyasının yaranması əqli
fəaliyyətin istər analitik, istərsə də evristik xarakterdə cərəyan etmə-
sindən asılı olmayaraq, yalnız başlanğıcdır. Yeni biliyin və fəaliyyət
üsulunun müstəqil mənimsənilməsi problemin müstəqil həllindən
kənarda həyata keçə bilməz. Həmin prosesin təşkili və idarə olun-
ması iki əsas qanunauyğunluqla bağlıdır. Birinci qanunauyğunluq
psixolojidir (mənimsəmənin problemlilik səviyyəsi), ikinci qanuna-
uyğunluq psixolinqvistikdir (həlledici fikrin istiqaməti ilə problemin
sözlə ifadəsinin bağlılığı). Çətin vəziyyətdən şagirdin çıxması cəhdi
onun elə əqli fəaliyyəti ilə bağlıdır ki, bu fəaliyyət çətinliyə səbəb
olan vəziyyətin elementlərinin müəyyənləşdirilməsinə doğru istiqa-
mətlənir. Qeyd olunan fəaliyyət sualların qoyuluşu ilə bağlıdır. Tə-
bii ki, şagirdin məlum biliklərlə ilə problemli vəziyyəti yaradan ye-
ni-yeni fakt və hadisələr arasındakı münasibəti dərk etməsi proble-
min düzgün formulə olunmasının başlıca şərtidir. Problemli vəziy-
yət bir çox hallarda müəllimin problemi formulə etməsinin nəticəsi
kimi yaranır. Bu halda şagird problemi həll etməyə başlayır və həll
yolunu axtarır.
Belə bir cəhət unudulmamalıdır ki, problem situasiyasının
təhlili nəticəsində meydana çıxan problem özlüyündə psixoloji-di-
daktik kateqoriyadır. Həm də psixoloji- didaktik kateqoriya kimi çı-
xış edən problem özündə yeni biliklər, həmin bilikləri mənimsəmə-
yin yeni üsullarını daşıyır (həm proses, həm də nəticə) və dərketmə
prosesinin (fikri fəaliyyətin) strukturunu təyin edir. Bunu nəzərə
alan filosof və psixoloqlar haqlı olaraq göstərirlər ki, problemin qo-
yuluşu prosesini keçmiş nəzəri biliklərlə onların əsasında izah oluna
bilməyən yeni faktların arasında ziddiyyətin nəticəsi kimi müəyyən-
ləşdirmək olar.
469
Əlbəttə, burada təlim probleminin qoyuluşu prosesinin özünə-
məxsus elə xüsusiyyətləri vardır ki, bunlar təlim prosesinin mahiy-
yəti ilə müəyyən olunur. Məsələn, təlim prosesində problemi şagir-
din öz qarşısında qoyması və müəllim tərəfindən şagirdin qarşısında
qoyulması faktını xatırlamaq yerinə düşər. Burada şagird üçün yeni
olan istənilən təlim materialının ziddiyyətlərə malik olması və mate-
rialın müəyyən şəraitdə şagird üçün problem kimi qoyula biləcəyi
də unudulmamalıdır. Təlim materialıın şagird qarşısında qoyulma
formasından da çox şey asılıdır.
Aydındır ki, problemin optimal qoyuluşu və burada sualın
irəli sürülməsi dərhal və birbaşa həyata keçən proses deyildir.
Problemin qoyulması prosesində iki faza vardır: 1) problemi “gör-
mək”, aşkara çıxarmaq; 2) problem sualın özünün qoyuluşu.
Həm analitik, həm də evristik xarakterli fəaliyyət prosesində
aşağıdakı formada suallar yaranır:
1) Başlanğıc ziddiyyətin yalnız bir tərəfini əks etdirən ümumi,
qeyri-müəyyən sual forması;
2) Başlanğıc ziddiyyətin hər iki tərəfini əks etdirən konkret
sual forması;
3) Başlanğıc ziddiyyətin hər iki tərəfinin keyfiyyətcə işlənil-
məsini və cavabın axtarış oblastının lokallaşmasını ehtiva edən
sualın konkret keyfiyyət forması.
Təbii ki, istənilən bir problem mərkəzi sualdan və onun
ətrafında qruplaşan suallardan ibarətdir. Mərkəzi sualın formulə
olunmasından əvvəl və ondan sonra qoyulan suallar qaçılmazdır.
Birincisi problemin axtarışı prosesini, ikincisi isə problemin
açılması prosesini xarakterizə edir. Problemin açılması prosesində
suallar analitik və evristik fəaliyyət strukturuna istinad oluna bilər.
Burada seçimin həm obyektiv, həm də subyektiv əsasları vardır.
Təlim probleminin qoyuluşunda bir sıra məntiqi qaydalar göz-
lənilməlidir. Bunlara aşağıdakıları aid etmək olar:
1. Müəllim unutmamalıdır ki, şagirdin öyrədiləcək material-
larla bilavasitə bağlı olan və problemin həllinin mənimsənilməsi
üçün istifadə olunan keçmiş bilikləri aktuallaşdırılmalıdır. Bilik və
fəaliyyət üsullarının aktuallaşdırılması ilə bağlı olan məlumlar və
məlum olmayanlar ayırd edilməlidir, məlum olmayan lokallaşdırıl-
470
malıdır. Bunun üçün şagird məchulun lokallaşdırılması priyomlarını
öyrənməlidir.
2. Müəllim öz şagirdlərinin hazırlıq səviyyəsini bilməlidir.
Müəllim şagirdin qarşısında istənilən problemi qoya bilməz, o yal-
nız elə problem qoymalıdır ki, onu şagird özünün problemi kimi qə-
bul edə bilsin.
3.Müstəqil həll üçün mümkün şərait aşkarlanmalıdır.
Əlbəttə, bunun üçün problemin tipinin və həll üsulunun mü-
əyyənləşdirilməsi lazımdır. Onu həm müəllim, həm də şagird bacar-
malıdır. Problemin tipinin müəllim tərəfindən müəyyən edilməsi
ona görə lazım gəlir ki, o, a) onu düzgün qoysun; b) onun həllinin
rasional variantını seçsin; c) problemin müstəqil həlli üzrə şagird-
lərin fəaliyyətinin idarəolunma yollarını müəyyənləşdirsin. Şagird
isə problemin tipini ona görə müəyyənləşdirməlidir ki, daha tez və
daha rasional, səmərəli həllin üsul və priyomlarını tapsın.
Problemin həlli prosesinə şagird o andan başlayır ki, yaran-
mış problem situasiyasından ya özü problemi formulə edir, ya da
müəllimin formuləsini qəbul edir və yaranmış problemin həlli
yollarını müstəqil axtarır.
Təbii ki, müəllim və şagirdin problemi formulə etməsinin də-
qiqliyindən asılı olaraq onun həlli müvəffəqiyyətli olur. Problemin
şagirdin başında situasiyanın təhlilinin nəticəsi kimi yaranması,
məlum və məchulların ayrılmasından asılı olur. Problemin qoyuluşu
onun həllinin başlanğıcıdır. Həllin özü isə tədris-idrak fəaliyyə-
tinin mərhələsidir: bu mərhələ problemli öyrənmənin mürək-
kəb elementlərindən biri hesab olunur və bir neçə altmərhələ və
halqalardan ibarətdir.
Didaktik arsenalda məsələ həllinin zəngin praktik təcrübəsi
toplanmışdır. Məsələnin yaradıcı həllinin konkret qanunauyğunluğu
axıra qədər formalaşdırılmasa da, psixoloqların tədqiqatlarından bə-
zi nəticələr əldə olunmuşdur. Müəllim məsələnin həllinin axtarılma-
sının həm analitik, həm də evristik yolunu öyrətməlidir. Problem
həlli üçün alqoritmik və evristik məntiqlərin hər hansı biri təklikdə
kifayət deyildir.
Verilmiş problem məsələlər sinfinə münasibətdə müəyyən
həlledici təcrübənin mövcudluğundan asılı olaraq V.N.Puşkin həllin
Dostları ilə paylaş: |