417
Ənənəvi təlim praktikasında əsasən elmi idrakın dialektik yo-
lu müəllim tərəfindən açılır, formal məntiqin forma, priyom və qa-
nunları ilə alınmış nəticələr təhlil olunur. Bu prosesdə şagird mənti-
qin qanunları əsasında müəllimin fikrinin hərəkətini izləyir. Əslində
o, bu prosesdə başqasının fikri fəaliyyəti və onun nəticələri ilə tanış
olmaq imkanı əldə edir. Hər iki yoldan istifadə olunarkən, təbii ki,
fənnin məntiqi təhlilinə, şagirdlərin inkişafına və məntiqin qanunla-
rına istinad olunur. Şagirdin müstəqil yolla, yaradıcı fəaliyyət gös-
tərmək imkanlarının məhdudluğu müəyyən edildikdə məntiqin qa-
nunlarına əsaslanmaqla, onun forma və metodlarından vasitə kimi
istifadə edilərək təlim materialı müəllim tərəfindən şərh olunur.
Təlim prosesində yalnız hazır formalarla iş aparılmır, aparıla
da bilməz. Burada anlayışların, hökmlərin, əqli nəticələrin yarandığı
konkret şərait heç də arxa plana keçirilə bilməz.
Təlimlə bağlı məntiqi təfəkkürə, onun növlərinə ciddi əhəmiy-
yət verilməsi, idrakın “aşağı” səviyyəsinə hissi idraka etinasızlıq ki-
mi başa düşülməməlidir. Təlim prosesində hissi ilə məntiqinin nis-
bətinin düzgün müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Ş.A.Şaporinski yazır ki, idrakın vasitəsizliyi olduqca nisbidir, lakin
vasitəlilik təlimin yalnız bir “imtiyazı” deyildir. O, haqlı olaraq
qeyd edir ki, “təlimdə yeni anlayışların əldə olunmasında vasitəsiz-
lik dərəcəsini yüksəltməklə təlim metodlarının elmi idrak metodları-
na yaxınlaşdırılması təmin edilməlidir”, - fikrinə gəlmək olmaz .
Təlim prosesi ilə idrak prosesinin müqayisəsində məntiqi uy-
ğunsuzluğa yol verilməməlidir. Təlim prosesini elmi tədqiqqat pro-
sesi ilə müqayisə etmək doğru olmaz. Elmi-tədqiqata təlimin altsis-
temi olan problemli öyrənmə prosesi uyğun gəlir.
Elmin güclü inkişafı elmi-tədqiqat prosesinin hərtərəfli tədqi-
qini tələb edir. Bəşərin inkişaf səviyyəsi o qədər yüksəlmişdir ki, in-
sanların qarşısında duran problemlər yaradıcı fəaliyyət göstərməyi
tələb edir. Lakin insanın yaradıcı fəaliyyəti mürəkkəb dialektik pro-
sesdir və bu prosesin məntiqi formalaşdırılmasının ümumi yolu yox-
dur, yalnız hər hansı konkret kəşfin məntiqi sistemi vardır. İnsanın
yaradıcı fəaliyyətinin formalaşdırılması tələbatı ilə onun idarə
olunmazlığı arasındakı ziddiyyəti həll etməyin başlıca üsullarından
biri şagirdlərin yaradıcı qabiliyyətlərinin inkişafının idrəolunması
418
yollarını tapmaqdan ibarətdir. Qənaətimizə görə, bu yollar şagird-
lərin imkanlarını hərəkətə gətirərək yeni keyfiyyətlər formalaşması
şəraitini tənzimləyən təlim sistemində ehtiva olunur.
11.4. Təlimin psixoloji əsasları
Təlimin mükəmməl sistemi özündə alqoritmik və evristik fəa-
liyyətlərin optimal münasibətlərini ehtiva etməlidir, əks halda onun
mükəmməlliyindən danışmaq absurddur. Bu sistemdə alqoritmik və
evristik fəaliyyətlərin optimal münasibətlərinin əsasında aşağıdakı-
lar durur:
şəxsiyyətin idrak proseslərinin xüsusiyyətləri, hafizə ilə tə-
fəkkürünün arasındakı əkslik və asılılıq münasibətləri;
şagirdin inkişafı ilə təlim prosesi arasındakı qarşılıqlı təsirin
dialektikası;
biliyin və fəaliyyət üsullarının mənimsənilməsinin mexaniz-
mi və qanunauyğunluqları;
alqoritmik və evristik fəaliyətlərin təbiəti.
Məktəblilərin psixi inkişafı və bunun təlim prosesi ilə qarşılıqlı
münasibəti məsələsi həm pedaqoqların, həm də psixoloqların diq-
qətini hər zaman çəkmişdir. Bir çox görkəmli alimlər bu sahədə təd-
qiqatlar aparmışdır. A.Bine, A.Ştern, İ.Piaje və başqaları şagirdlərin
təlim fəaliyyətinin yaş xüsusiyyətlərindən, inkişaf səviyyəsindən asılı
olduğunu isbat etməyə çalışmışdır. Psixoloq İ.Piaje V.Şternə uyğun
mövqe tutaraq belə hesab edir ki, uşağın psixi inkişafı özünün daxili
qanunlarına malikdir və bir sıra özünəməxsus mərhələlərindən keçir.
Onun fikrincə, təlim inkişafa heç bir əsaslı təsir göstərə bilməz. Ona
görə də, təlim inkişafa uyğunlaşdırılmalı və onun tənzim edilməsində
məhz inkişafın səviyyəsi əsas götürülməlidir.
Təlim zamanı şagirdlərin yaş xüsusiyyətlərini, inkişaf səviy-
yələrini nəzərə almağın zəruriliyini əsaslandıran görkəmli pedaqoq-
lardan Y.A.Pestalotsi və başqaları yaş xüsusiyyətlərini nəzərə alma-
ğın da vacib olduğunu göstərmişlər. Təlimin inkişafdakı rolunu həd-
dindən artıq şişirdən C.Brunerin fikrincə, hər bir uşaq inkişafın istə-
nilən mərhələsində, əgər həmin yaş üçün optimal olan təlim me-
419
todları tapılıbsa və əgər o, yaxşı təlim edilərsə, istənilən materialı
tamamilə mənimsəyə bilər. Göründüyü kimi, C.Bruner şagirdərin
əqli inkişafında təlim prosesinin həlledici rol oynadığını qəbul etsə
də, uşağın yaş hüdudlarını silib atır. D.V.Elkonin, V.V.Davıdov,
L.V.Zankov və başqaları L.S.Vıqotskinin fikrini inkişaf etdirərək
eksperimental yolla sübut etmişlər ki, təlimin məzmununu və üsulla-
rını təkmilləşdirmək yolu ilə uşaqların inkişafını şərtləndirmək olar.
Təlim prosesinin təşkili və idarə olunmasında L.S.Vıqotski
“İnkişafın yaxın zonası”na əsaslanmağı tələb kimi irəli sürür. O,
göstərir ki, uşağın öyrənməyə qabil olmadığı işləri öyrətməyə çalış-
maq, onun müstəqil yerinə yetirə bilmədiyini ona öyrətmək qədər
mənasızdır .
Təlimin psixoloji əsaslarının interpretasiyasında determinizm
prinsipinə biganə qalmaq mümkün deyil. Determinizm prinsipinə
arxalanaraq psixi hadisələrin qanunauyğunluqlarını müəyyən etmək
olar. Bu isə təlim prosesində alqoritmik və evristik fəaliyyətlərin
asılılıqlarını və əksliklərini müəyyənləşdirməkdə müəllimə istiqa-
mət göstərir.
Təfəkkürün daxili şərtləri subyektin idrakda fəallığından və
idrak prosesində analiz, sintez, ümumiləşmə və s. kimi fikri əmə-
liyyatların qarşılıqlı təsirinin nə dərəcədə olması ilə müəyyən edilir.
Təfəkkürün xarici şərtləri (yəni təfəkkürü zəruri olaraq yaradan şərt-
lər) hər şeydən əvvəl, təfəkkürün subyekti ilə obyektinin qarşılıqlı
təsirinin cərəyan etdiyi mühit, şərait nəzərdə tutulur. Təfəkkür heç
də obyektin bircə aktla dərk edilməsi deyil, yəni naməlum şey bir-
dən-birə özünü aşkar etmir. Bu aktın nəticəsində təfəkkür sonrakı
fikri prosesin tərkibinə daxil olur və prosesin gedişində obyektin
öyrənilməsi dərinləşir. Təfəkkür prosesi insanla onun dərk etməyə
can atdığı situasiya arasında, obyektlə subyekt arasında qarşılıqlı tə-
sir kimi həyata keçir. Bu prosesdə təfəkkür problemin ilk qoyuluşu-
nu dəyişdirə bilər, bu dəyişmiş problem fikrin sonrakı gedişinə təsir
edər, ona düzəliş verər, nəhayət idrak obyekti barədə yeni məsələ-
lər, yeni mülahizələr doğurar. Əslində determinizm prinsipi fəlsəfi-
metodoloji prinsipdir və bu, elmi-idrakda mühüm əhəmiyyətə ma-
likdir. O, psixologiya elminin də əsas metodoloji prinsiplərdən biri
Dostları ilə paylaş: |