411
yoldur. Bu yol idrakda deduktiv yanaşma ilə hökmən əlaqələndiril-
məlidir. Deduktiv yol (ümumidən xüsusiyə doğru yol) proseslərin
mahiyyətinin dərk edilməsi yoludur. Bu yol eyni zamanda məktəbli-
ləri təlimdə elmi tədqiqat üsullarından istifadə edə bilməsinə gətirib
çatdırır.
Fəlsəfə elmi başqa bilik sahələri ilə əməkdaşlıq əsasında çox-
dan sübut etmişdir ki, dünyanın qavranılması passiv, seyri, cansız
duyğu qavrayışı deyil, fəal qavrayışdır. İnsan özünü əhatə edən alə-
min şeylərini və hadisələrini dəyişdirici ictimai fəaliyyət prosesində
duyur, qavrayır. Bu da ona aləmi dərk etmək imkanı verir. Özünü
əhatə edən aləmin insan tərəfindən qavranılması prosesində yalnız
qavranılan obyektlər və hiss orqanları deyil, habelə insanın, bəşəriy-
yətin topladığı bütün tarixi təcrübə rol oynayır.
Təlimdə nəzəriyyə ilə təcrübənin vəhdəti çox mühüm peda-
qoji prinsipdir. Bu metodoloji əsas zəminində son vaxtlar didaktik
işlərdə şagirdlərin aktiv idrak fəaliyyətinin təbiəti “qabaqlayıcı ini-
kas” anlayışı ilə açılır, hansı ki, didaktiklərin diqqətini öyrətmə pro-
sesindən, daha doğrusu, müəllimin bilik və fəaliyyət üsullarını əsa-
sən hazır şəkildə ötürmə fəaliyyətindən şagirdin müstəqil öyrənmə
fəaliyyətinə (şagirdin idrak müstəqilliyinin və onun yaradıcı qabi-
liyyətlərinin formlaşmasına istiqamətlənən fəaliyyətinə) yönəltmiş-
dir. Mükəmməl təlim sistemi üçün bu cəhət xarakterikdir.
Biliyin verilməsi və fəaliyyət üsullarının formalaşdırılması
yolları pedaqogika elminin inkişafı gedişində dəyişikliyə məruz qal-
mışdır. Xarakterik cəhət budur ki, həmin dəyişikliyin də metodoloji
əsasında idrak nəzəriyyəsi durur (dayanır). Hansı ki, sözügedən də-
yişmələr prosesinin aşağıda göstərilən üç inkişaf mərhələsini fərq-
ləndirmək olar: əvvəllər şagirdlərə biliklər şifahi formada təqdim
olunurdu, bu zaman doqmatik təlim aparıcı mövqedə idi; sonralar
fəaliyyət üsulları haqqında biliklərin verilməsi və xüsusi qaydada
onların tətbiqi üstün mövqe qazandı, nəhayət, fəaliyyətin nəticəsi
olaraq biliyin əldə olunması məqsədəuyğun hesab edildi. Fəaliyyət-
də olan nəzəriyyə - “əvvəlcə hər hansı mənimsəmə, sonra isə tətbiq”
öz yerini daha əsaslandırılmış nəzəriyyəyə verməli oldu: “anlayışın
mənimsənilməsi yalnız onun tətbiqi prosesində həyata keçir” - qə-
naəti üstün mövqeyə çıxdı.
412
Biz mənimsəmə və tətbiqi vahid idrak prosesinin iki tərəfi ki-
mi qəbul edilməsinin tərəfdarıyıq. Bu, bilik və fəaliyyət üsullarının
əsasən hazır şəkildə verilməsi ilə problemli öyrənmə tərkibləri olan
mükəmməl təlim sisteminin vacib cəhətidir. Təlimdə biliyin hazır
şəkildə verilməsi (ənənəvi təlim) ilə şagirdlərin özlərinin zehni axta-
rışlara cəlb olunması (müasir təlim) həmişə vəhdətdə götürülməlidir,
biri digərini tamamlamalıdır. Şagirdə müəyyən bilik vermədən onu
zehni axtarışlara hazırlamaq mümkün deyildir. Ona görə də indi şa-
girdin reproduktiv təfəkkürü ilə produktiv təfəkkürünün dialektik
vəhdətdə götürülməsi təlimə verilən ən ciddi tələblərdən biridir .
Q.Noyerin rəhbərliyi ilə hazırlanmış kitabda müəllimin əsas vəzifə-
lərindən biri kimi şagirdləri fəal müzakirələrə cəlb etmək nəzərdə
tutulur: “Müəllim məktəblilərə insan idrakının məhsullarını birbaşa
ötürməməlidir. O, nəzərə almalıdır ki, bilik praktik fəaliyyətin əsası
kimi fəal düşüncə prosesində formalaşır və şagirdlərin bu prosesdə
iştirakı vacibdir. Başqa sözlə, müəllim şagirdlərin biliklərə yiyələn-
məsi prosesini fəal, şüurlu, imkan daxilində maksimum müstəqil və
yaradıcı proses kimi təşkil etməlidir (bax: Pedaqogika. M., 1984, s.256).
Avropa ölkələrinin təhsil müəssisələrində tədris prosesi ilə ta-
nış olduqda qabarıq şəkildə görünür ki, şagirdlərə informasiya nis-
bətən az verilir, daha çox dərəcədə düşünməyə, mühakimə yürütmə-
yə, öz fikirlərini müstəqil surətdə şərh etmək qabiliyyətlərinin for-
malaşmasına diqqət yetirilir.
Fəlsəfi ədəbiyyatda təfəkkürün obyektiv aləmdə mövcud ol-
mayan bu və ya digər cisim və hadisələrə adekvat olmayan obrazla-
rın yaradılması yönümündə aktivliyi inikas-dəyişdirmə (şüurlu yara-
dıcı fəaliyyət) anlayışı ilə izah olunur. Yaradıcılıq dəyişdirici fəaliy-
yətin inkişafının zirvəsi, onun ali dərəcəsi sayılır. Bu fəaliyyətin nə-
ticəsində daha yüksək bilik, bacarıq və vərdişlər formalaşır. Dialek-
tik təfəkkür axtarışlar təfəkkürü olub, bir tərəfdən empirik biliklə,
digər tərəfdən isə kateqorial struktur ilə şərtlənən yaradıcı fəaliyyət-
dir. Mahiyyətin dialektik təfəkkür vasitəsilə aşkara çıxarılması o de-
mək deyildir ki, bu prosesdə formal məntiqi təfəkkür formaları,
əməliyyatları və üsulları iştirak etmir. Əksinə, formal məntiqi vasi-
tələr olmadan mahiyyət aşkar edilə bilməz. Lakin bu vasitələr də
mahiyyətin aşkar edilməsi üçün kifayət deyil, burada aparıcı rol
413
dialektik təfəkkürə, kateqorial təhlilə məxsusdur. İntellektual intu-
isiya ilə birlikdə kateqorial təhlil zəruri biliyə gətirib çıxaran vahid
prosesin ayrılmaz tərkib hissəsidir.
İnsan fəaliyyətinin cəhəti olan biliyin özünü də rasional və
qeyri-rasional kateqoriyalar baxımdan qiymətləndirmək olar. Öz
təbiəti etibarilə bilik bəşəriyyətin məqsəd və tələbatına cavab verən
ideyalar yaratdığına görə məntiqi, qərarlaşmış olan məlum zəka for-
malarına uyğun gəlməsinə görə rasionaldır. Əlbəttə, yaradıcılığın
bütün sirləri, qanunauyğunluqları, mexanizmi hələlik tam, axıra qə-
dər öyrənilməmişdir. Bununla belə, elmi idrakın nəticələri kimi bi-
liklərin sistemi, onların inkişaf məntiqi haqqında kifayət qədər mə-
lumatımız vardır.
Bu sistemə tərəf kimi daxil olan müəllimin idrak formalarının
xüsusiyyətlərini, qarşılıqlı əlaqələrini bilməsi və bunlardan məqsə-
dəuyğun istifadə etməsi zəruridir. Vurğulanan zərurətin vəhdət təş-
kil edən səbəbləri vardır. Birincisi, bu və ya digər fənninin məzmu-
nunu təşkil edən bilik və fəaliyyət üsulları müəyyən formada təqdim
olunur. İkincisi, idrakın müəyyən metod və formalarından istifadə
edilməklə tədris fənninin məzmununu təşkil edən bilik və fəaliyyət
üsulları əldə olunur. Üçüncüsü, hər bir formanın spesifik xüsusiy-
yətlərini, idrakın strukturunda həmin elementin yerini və funksiya-
larını bilməklə təlim prosesində şagirdin idrak fəaliyyətlərini tən-
zimləmək mümkündür. Məhz biliyin formasından asılı olaraq müəl-
limin idarəetmə fəaliyyətinin istiqaməti şərtlənir və onun əldə edil-
məsinə yönələn fəaliyyətin analitik və evristik cəhətlərindən hər
hansı birinə üstünlük vermək, seçim etmək məsələsi həll olunur.
Şagirdlərin təlim fəaliyyətləri, onların yaradıcılıq qabiliyyətlə-
ri və müstəqilliyinin fomalaşmasının məqsədyönlü şəkildə istiqa-
mətləndirilməsi elmi biliklərin sistemini və onların inkişaf məntiqi-
ni nəzərə almağı tələb edir.
Fəlsəfi anlayışlardan bu və ya digər səviyyədə təlim prosesi-
nin idarə olunması probleminin tədqiqində istifadə edilməsi o
zaman müvəffəqiyyətli olur ki, bu məsələyə məntiq, psixologiya və
pedaqogika emləri ilə birlikdə baxılsın, onlar bu elmlərin nəticələri
ilə uzlaşsın. Həmin uzlaşmanın özü qnoseologiyanın, dialektikanın
qanun və kateqoriyalarının məntiq, psixologiya və pedaqogikada
Dostları ilə paylaş: |