Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə142/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   236

 

414 


metodoloji  rolu  ilə  bilavasitə  bağlıdır.  Lakin  təlim  prosesinin  idarə 

edilməsinin  özünəməxsus,  nisbi  müstəqilliyə  malik  olan  məntiqi, 

psixoloji və dialektik əsasları da vardır. 

 

11.3. Təlimin məntiqi əsasları 



 

Təlim sisteminin təbiətini açarkən aşağıdakı istiqamətlər üzrə 

məntiqlə bağlı məsələlərə biganə qalmaq olmur: 

1.

 



Təlim  materialının  məzmununu  özündə  saxlayan  fənnin 

məntiqinə; 

2.

 

Tədrisetmənin məntiqinə; 



3.

 

Şagirdlərin məntiqi təfəkkürünün inkişaf səviyyəsinə; 



4.

 

Mənimsəmə prosesinin məntiqinə; 



5.

 

Formal, dialektik və qeyri-səlis məntiqin metod və əməliy-



yatlarının didaktik vasitə qismində tətbiqinə; 

6.

 



Təlim materialının izahında formal, dialektik və qeyri-səlis 

məntiqin forma, metod və qanunlarından istifadə olunmasına; 

7.

 

Alqoritmik, analitik və evristik fəaliyyət məntiqlərinə. 



Təlim prosesinin məntiqi obyektiv və subyektiv kriteriyalarla 

müəyyənləşir və o, dinamik xarakterlidir. Olduqca mürəkkəb xüsu-

siyyətə  malik  bu  prosesin  məntiqi  anlayışına  baxışlarda  yekdillik 

yoxdur.  M.A.Danilov  təlim  prosesinin  məntiqi  ilə  tədris  fənninin 

məntiqini  fərqləndirməklə  yanaşı,  onların  arasında  sıx  əlaqə  oldu-

ğunu vurğulayır. Onun fikrincə, təlim  prosesinin  məntiqində tədris 

fənnin  məntiqi  və  tədris  olunan  materialı  şagirdlərin  mənimsəməsi 

psixologiyası  birgə  çıxış  edir  M.İ.Maxmutova  görə,  burada  təlim 

prosesinin  əsas  komponentlərindən  olan  tədrisetmənin,  tədris  ma-

terialını öyrətmənin məntiqinin nəzərə alınması zəruridir. Tədris et-

mənin  məntiqini  nəzərə  almadan  təlimin  məntiqini  təsəvvür  etmək 

olmaz,  əks  halda  şagirdin  idrak  fəaliyyətinin  məntiqindən  söhbət 

getmiş  olar.  Biz  prof.  B.A.Əhmədovun  “təlimin  məntiqi  fənnin 

məntiqi  ilə  şagirdlərin  real  səviyyəsinin  qarşılıqlı  əlaqəsindən,  bu 

əlaqənin  müəllim  tərəfindən  nizama  salınmasından  ibarətdir”,-fikri 

ilə şərikik. Tədris fənninin məntiqindən fərqli olaraq təlimin mənti-

qində  mövcud  olan  dinamiklik,  məhz  müəllim,  tədris  materialı  və 

şagird  arasındakı  əlaqə  ilə  şərtlənir.  Həqiqətlərin  əldə  olunmasına 




 

415 


istiqamətlənən  təlim  materialındakı  mövcud  statiklik  müəllim-

şagird əlaqələri ilə dinamik hala gətirilir. Şagirdin bilikləri mənim-

səməsi yalnız formal məntiqin forma və qanunlarına dayanaraq yox, 

həm  də  dialektik  xarakterdə  cərəyan  edir,  məqsədəuyğun  olaraq 

müəllim tərəfindən nizamlanır. 

Mükəmməl  təlim  sistemi  üçün  xarakterik  cəhət  budur  ki,  bu 

prosesdə  fikrin daha  yüksək və mürəkkəb formaları ilə əməliyyata, 

təfəkkürün  məzmununun  gerçəkliyə  uyğunluğuna,  təfəkkür  forma-

larının  birinin  digərinə  keçməsi,  qanunauyğunluqlarının  tətbiqinə, 

təfəkkür  formalarının  dəyişməsinə  və  inkişafına,  hökmlərə iqrar və 

ya inkarlığın vəhdəti kimi baxılmasına, hadisələr arasındakı mühüm, 

zəruri cəhətləri və ya qanunauyğunluqları üzə çıxarmaqla gerçəklik 

haqqında  yeni-yeni  məlumat  və  biliklərin  əldə  edilməsinə,  cismin, 

hadisənin  bütöv  şəkildə,  bütün  xassə  və  əlamətləri  ilə  ümumilikdə 

öyrənilməsinə, onların dəyişmə və  inkişaf halında baxılmasına xü-

susi önəm verilir. 

Təlim prosesinin məntiqində obyektiv cəhət onda özünü gös-

tərir  ki,  “elmin  əsaslarının”  bu  prosesi  idarəedəndən  asılı  olmayan 

öz məntiqi vardır. Digər tərəfdən, hər bir şagird özünəməxsusluğu, 

real  imkanları  ilə  idarəetmə  prosesinin  “daşıyıcı  komponenti”nə 

çevrilir. Subyektivliyi  isə ondadır ki,  idarəedənin  özü də fəaliyyəti 

ilə  birlikdə  bu  sistemə  daxil  olur,  gerçəkliyin  şüurumuzda  inikası 

olan  bilik  və  təlim  üsullarına  əsaslanaraq  şagirdə  pedaqoji  təsir  et-

məyə çalışır. Müəllim metodoloji, psixodidaktik əsaslara malik olan 

rəhbərlik fəaliyyətini subyektiv xarakterdə həyata keçirir. 

Elmi  idrak  prosesi  üçün  xarakterik  olan  formal,  dialektik  və 

qeyri-səlis məntiqlərin aksiom, metod, forma və qanunları mükəm-

məl təlim sistemində idarəetmənin istiqamətini müəyyən edir, həqi-

qətlərin  şagirdlərə  təqdim  olunması,  şagirdlərin  bilik  və  fəaliyyət 

üsulları əldə etməsi vsitəsi rolunu oynayır. Eyni zamanda bu proses-

də şagird sözügedən aksiomları, forma və metodları, qanunları mə-

nimsəyir,  onlardan  faydalanmaq  təcrübəsinə  yiyələnir.  Təbii  ki,  tə-

fəkkürün inkişafı, təfəkkür mədəniyyəti, təfəkkürün aksiomatikasın-

dan  istifadə  bacarığı  şagirdlərin  intellektual  səviyyəsi  üçün  vacib 

şərtdir və buna yönələn iş məktəbin başlıca vəzifələrindən biridir. 



 

416 


Təcrübə  göstərir  ki,  şagirdlərin  həqiqətləri  aşkar  etməsi,  mə-

nimsəmə  yollarını  tapmaq  təcrübəsinə  yiyələnməsi  üçün  təlim  pro-

sesinin elmi idrak prosesinə oxşar çalarlarla cərəyan etməsi daha ef-

fektlidir. Hansı ki, mükəmməl təlim sistemi üçün bu cəhət xarakte-

rikdir.  Bunsuz  təlim  prosesinin  elmi  idraka  yaxınlaşmasından  söh-

bət gedə bilməz. Qeyd edək ki, biz məntiqi savad dedikdə, məntiqi 

təfəkkürün  əlifbasını  təşkil  edən  elementlər,  məntiqi  anlayışlar  və 

bunlardan  istifadənin  müəyyən  kompleksinə  sərbəst  malik  olmağı 

nəzərdə  tuturuq.  Məntiqin  forma  və  qanunları  əsasında  şagirdin 

öyrənmə fəaliyyətini idarə edən subyekt-müəllim onu (şagirdi) təlim 

sisteminə daxil etməklə “tədqiqatçı” funksiyasını yerinə yetirməsinə 

şərait yaradır. Şübhəsiz ki, təlim prosesində şagird tədqiqatçı funk-

siyasını yerinə yetirərkən onun fikri fəaliyyətinin gedişi, elmi tədqi-

qat prosesində yeni kəşfə istiqamətlənən alimin fikri prosesi ilə üst-

üstə düşmür.  Lakin  bu proseslərin hər ikisində psixoloji  məqamlar 

xüsusi rola malikdir və hər iki prosesdə idrak fəaliyyətinin strukturu 

problemlə şərtlənir. Problemin həllinin axtarışı ilə bağlı tədris-idrak 

prosesinin təşkilində əqli fəaliyyətin bu və ya digər növünün struk-

turunu müəllimin bilməsi vacibdir. Probemin məzmunundan, hər bir 

şagird  üçün  çətinlik  dərəcəsindən,  onun  əqli  qabiliyyətinin  inkişa-

fından, problemi həll etmək bacarığından asılı olaraq təfəkkür pro-

sesi analitik və evristik strukturunda cərəyan edə bilər. Vurğulayaq 

ki,  diskursiv  olmayan  təfəkkür  şagirdin  əqli  qabiliyyətinin  inkişafı 

prosesinin idarə olunmasına geniş imkan açır. 

Əqli  fəaliyyətin  analitik  növünün  strukturunda  mühüm  yer 

alan həllin axtarılmasında məlum həll alqoritmlərinin tətbiq edilmə-

sindən  (və  ya  yeni  analitik  yolun  axtarılmasından)  istifadə  olunur. 

Təlim prosesinin qarşısına qoyulmuş məqsədlərin reallaşmasında bu 

növ əqli fəaliyyət də əhəmiyyətli rol oynaya bilər. Biliyin əldə olun-

ması prosesində fikri hərəkətin formallaşmış və dialektik yoluna uy-

ğun olaraq təcrübədə iki seçim müşahidə olunur. Birinci yol belədir 

ki, biliyin əldə olunmasının formallaşmış yolunun məntiqi əsasında 

əqli fəaliyyətin dəqiq ardıcıllığına, məntiqi təfəkkürün bütün qayda-

larına istinad edilməklə təlim materialı şərh olunur. Şagirdin repro-

duktiv  xarakterli  əqli  fəaliyyətinə  səbəb  olan  prosesdə  biliklər  əsa-

sən hazır ötürülür. İkinci yol problem-axtarışla xarakterizə olunur. 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə