402
rində təlim prosesi müəllimin rəhbərliyi altında şagirdlərin həya-
ta hazırlanmasını sürətləndirmək məqsədilə onların bilik, baca-
rıq və vərdişlərini daha səmərəli təmin etməyə istiqamətləndirən
elə pedaqoji prosesdir ki, burada şagirdlərin imkanlarına uyğun
inkişaf dərəcəsində əqli, əxlaqi, psixi və əməli fəaliyyətə cəlbolun-
ma aktları qanunauyğun şəkildə vəhdət halında həyata keçirilir.
Fikrimizcə, təlim prosesinə vermiş olduğumuz tərifdə onun pedaqoji,
psixoloji, əxlaqi mahiyyəti öz əksini tapmışdır. Tərifdə “pedaqoji
proses” cins, “təlim prosesi” növ kimi qəbul olunmuşdur. Təlim pro-
sesinin əsas komponenti müəllim və şagirdlər hesab olunmuşdur.
Qarşıya qoyulmuş məqsəd göstərilmişdir. Şagirdlərin imkanlarına
uyğun, inkişaf dərəcələri nəzərə alınmaqla əməli və zehni fəaliyyətə
cəlb olunmaları xüsusi vur-ğulanmışdır. Müəllimin rəhbərliyi, peda-
qoji təsiri, yönəldiciliyi ilə şagirdlərin fəaliyyətə cəlb edilməsi aktla-
rının bir-birini yalnız qanunauyğun şəkildə, yəni obyektiv olaraq əvəz
etməsi faktına diqqət yönəldilir. Prosesin məqsədinin həyata keçməsi
üçün əsas olaraq şagirdlərin təhsil, tərbiyə və inkişafdan ibarət tər-
kibdə olması vurğulanır.
Uşağın fəaliyyət və davranışını bəşəriyyətin ictimai təcrübəsini
mənimsəməyə yönəldən fəal prosesin məktəbin vəzifələrinə müvafiq
idarə olunması üçün onun qnoseoloji, məntiqi, psixoloji və pedaqoji
əsaslarını müəyyənləşdirməyi, həmin əsaslarla idarəetmənin qanuna-
uyğunluqlarını aşkarlamağı, inkişafın hərəkətverici qüvvəsi kimi əsas
ziddiyyətləri seçməyi, onların əmələ gəlməsi və həll olunmasında pe-
daqoji təsirin vasitə, forma və metodlarının səmərəli şəkildə tətbiqi
istiqamətlərinin nəzəriyyə və praktikasının işlənilməsini tələb edir.
Şübhə yoxdur ki, təcrübə uşağın fəaliyyəti nəticəsində mə-
nimsənilir, onun inkişafı fəaliyətin nəticəsidir. Haqqında söhbət ge-
dən fəal prosesə daxil olan uşağın fəaliyyətinin idarə olunmasının
istiqamətləri obyektiv və subyektiv cəhətləri özündə ehtiva edir.
İdarəedən şagirdin fəaliyyətinin obyektiv şəkildə mövcud olan tərəf-
lərini görməli, məqsədəuyğun şəkildə onların vəhdətini nizamlama-
ğa yönəlməli, şəraiti tənzimləməlidir. Şagirdin fəaliyyətində müxtə-
lif cəhətliliyin mövcud olduğu qiymətləndirilməli, əqli fəaliyyətin
analitik və evristik məntiqlərinin vəhdətinə diqqət yönəldilməlidir.
403
***
“Təlim prosesi” anlayışına “sistem-struktur” baxımdan yanaşdıq-
da “mükəmməl sistem” və ya “bütöv sistem” anlayışlarını işlətməli olu-
ruq. Pedaqogika nəzəriyyəsində təlimin müxtəlif sistemləri haqqında çox
yazılmışdır, didaktlar tərəfindən bu və ya digər konsepsiyaya üstünlük ve-
rilməsini özündə ehtiva edən təlim sistemlərinin mövcudluğu göstərilir.
Heç şübhə yoxdur ki, mükəmməl təlim sisteminin nəzəri və praktik əsasla-
rının işlənilməsi didaktikanın mərkəzi problemidir. Bizcə, təlim sisteminin
mükəmməlliyi onun bəşər mədəniyyətinin zəruri hissəsinin şagirdlər tərə-
findən mənimsənilməsinə imkan verən ən səmərəli yolları özündə saxlama
səviyyəsi, başqa sözlə, şəxsiyyətin inkişafına edə biləcəyi sürətləndirici tə-
sirin effektliliyi ilə xarakterizə oluna bilər; belə sistem təhsilin bütün
səviyyələrini əhatə etməlidir, həm reproduktiv, həm də yaradıcı səviyyədə
mənimsəmə isə yalnız əqli fəaliyyətin analitik və evrestik növlərinin
məqsədəuyğun idarə olunması nəticəsində mümkündür. Biz belə hesab
edirik ki, idrakın gerçəkliyi əksetdirmə qanunauyğunluqlarına, təlim pro-
sesinin mahiyyətinə az-çox bələd olan hər bir kəs bu fikrə etiraz etməz.
Odur ki, biz təlimin elə sistemini mükəmməl hesab edirik ki, o, özündə bir
çox cəhət və keyfiyyətlərlə (altsistemlərdən ibarət olması, ayrıla bilən
altsistemlərin qarşılıqlı əlaqəsini təyin edən xassənin olması, idrakın
bütöv sisteminə uyğun qoyula bilməsi və s.) yanaşı, onun alqoritmik
(analitik fəaliyyətin mühüm tərkibi olaraq) və evristik fəaliyyətin optimal
nisbətini özündə ehtiva etmiş olsun.
Mükəmməl təlim sistemi özünə nəzərən daha mükəmməl sistem olan
pedaqoji prosesdə ehtiva olunur. Elə bu səbəbə görə də, təlim sisteminin
təbiətini açmaq üçün pedaqoji prosesin təbiətinə dayanmaq vacibdir.
Unutmaq olmaz ki, böyük sistem ehtiva etdiyi kiçik sistemə nəzərən
emercent xassələrə malik olur.
11.2. Təlimin fəlsəfi əsasları
Təlim sistemində idarəetmənin fəlsəfi-metodoloji problemlə-
rinin mühüm aspektləri idrak nəzəriyyəsi ilə obyektiv əlaqə zəmi-
nində müəyyənləşir. Pedaqoji ədəbiyyatda təlim prosesi ilə elmi id-
rak prosesinin müqayisəsində üç nöqteyi-nəzəri fərqləndirmək olar:
404
1. Bəziləri tərəfindən təlim prosesinin özünəməxsus xüsusiy-
yətləri lazımınca qiymətləndirilmədən elmi idrak prosesi ilə eyniləş-
dirilir.
2. Bəziləri tərəfindən təlim və idrak proseslərinin oxşarlığına
laqeydlik hiss olunur, onların bir-birindən fərqləri , təlim prosesinin
spesifik xüsusiyyətləri qeyd olunur.
3. Bəziləri tərəfindən təlim prosesi özünəməxsus xüsusiyyət-
lərə malik elmi idrak prosesi kimi qəbul edilir və hər iki prosesin
bütün tərəflərinin vəhdətinin əsaslandırılmasına cəhd olunur.
Akademik M.M.Mehdizadə idrak nəzəriyyəsi ilə təlim nəzə-
riyyəsi arasında olan münasibətlərin şərhi üçün irəli sürülən müddə-
alar arasında müəyyən fərqlərə, hətta fikir ayrılıqlarına yol verildiyi-
ni qeyd edirdi. O, yazırdı ki, bəziləri idrak nəzəriyyəsi ilə təlim nə-
zəriyyəsini tamamilə eyniləşdirir, bunların arasında olan fərqləri
unudurlar, təlim prosesinin təşkilini idrak prosesinin gedişi kimi qə-
ləmə verməklə şagirdlərin yaş xüsusiyyətlərini və imkanlarını nəzə-
rə almağı yaddan çıxarır və beləliklə də, əslində didaktikanın özünü
inkar etmək dərəcəsinə gəlirlər. Başqaları qanuni olaraq bu iki pro-
ses arasında olan fərqləri aydın şərh edirlər. Lakin onlar idrak prose-
si ilə təlim prosesi arasında olan vəhdəti unudurlar. M.M.Mehdiza-
dənin fikrincə, bu nəzəriyyənin təlim prosesi nəzəriyyəsi ilə vəhdət
təşkil etdiyini onda görmək lazımdır ki, təlim prosesində bəşəriyyə-
tə artıq bəlli olan “həqiqət”lərin- biliklərin öyrənilməsi də dialektik
yolla gedir, şagird bilmədiyini öyrənir, tam və dürüst bilmədiyini
daha tam və daha dürüst öyrənməyə nail olur. Təbiətin insan təfək-
küründə əks olunması haqqında nəzəriyyə didaktiklərə imkan verir
ki, şagirdlərin idrak fəaliyyətində də, təlim prosesində də ziddiyyət-
lərin yer tutduğu fikrinə gəlsinlər.
Professor Z.İ.Qaralov belə hesab edir ki, təlim həqiqəti (dərk
olunmuş gerçəklikləri) böyüyən nəslə dərk etdirmək üçün məqsəd-
yönlü, əvvəlcədən hərtərəfli proqramlaşdırılmış, öyrədənlə öyrənən
arasında qurulan qarşılıqlı fəaliyyət prosesidir. Bu cəhətdən idrakla
təlim arasında ciddi əlaqə var. Hər ikisi dərketmə prosesidir. Dərk-
etmə prosesi isə həqiqətə, obyektiv aləmdəki mahiyyətə doğru irəli-
ləmə, aşağı səviyyəli bilikdən daha yüksək səviyyəli bilik aləminə
yaxınlaşmaq prosesidir. O, idrakın iki əsas pillədə (hissi və məntiqi)