393
Ağıl-kamal verdi sənə yaradan,
Çalışıb hər sirri öyrən hər zaman.
Ağıl-kamal verdi sənə yaradan,
Çalışıb hər sirri öyrən hər zaman.
Marağalı Əvhədi
XI fəsil
TƏLİM PROSESİNİN MAHİYYƏTİ,
MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
Əhatə olunan məsələlər:
11.1. Təlim prosesi bir sistem kimi.
11.2. Təlimin fəlsəfi əsasları.
11.3. Təlimin məntiqi əsasları.
11.4. Təlimin psixoloji əsasları.
11.5. Təlim prosesində əsas pedaqoji ziddiyyətlər.
11.6. Təlimin motivləri
11.7. Təlim prosesinin funksiyaları (vəzifələri)
394
11.1. Təlim prosesi bir sistem kimi
Pedaqogika elmi, onun təlim kateqoriyası haqqında, bunların
elmi-metodoloji əsasları barəsində çox yazılıb, çox deyilib. Buna
dair bir çox müəlliflər dəyərli fikirlər irəli sürmüşlər.
Təlimin mürəkkəb anlayış olduğu bəllidir. Bu da məlumdur
ki, təlimin qarşısında təhsilləndirici, tərbiyələndirici, inkişafetdirici
kimi başlıca vəzifələr durur. Deməli, o, şəxsiyyət və onun fəallığı
ilə bilavasitə bağlıdır. Ona görə də, öncə bunu nəzərə alaq ki, şəx-
siyyəti fəallaşdıran hər hansı bir fəaliyyət insanın dərk olunmuş
məqsədi ilə tənzim edilən daxili (psixi) və xarici (fiziki) fəallığı ilə
bilavasitə bağlıdır.
Oyunu, təlimi və əməyi insan fəaliyyətinin əsas növləri sa-
yırlar. Bu növlər içərisində təlim insana məxsus elə xüsusi fəaliyyət
növüdür ki, o, insanın yalnız öz hərəkətlərini dərk olunan ideal
məqsədlərilə tənzim etmək fəaliyyətinə yiyələnmiş olduqda müm-
kündür. Bunun üçün isə ilkin şərt uşaqlarda müəyyən bilik, bacarıq
və vərdişlərin şüurlu mənimsənilməsi prosesidir. Lakin təlim insanı
müxtəlif ictimai-faydalı fəaliyyət üçün zəruri olan bilik, bacarıq və
vərdişlərlə silahlandırmaq prosesi olmaqla yanaşı insanda özünün
psixi proseslərini idarə etmək, məqsədi naminə öz fəaliyyətini ni-
zamlamaq və təcrübə seçmək, bunları istiqamətləndirmək bacarığı-
nın təşəkkülünə də bilavasitə kömək edir. Məktəb yaşında, əmək
fəaliyyətinə hazırlanma mərhələsində təlim fəaliyyəti, xüsusilə mü-
hüm əhəmiyyət kəsb edir. B.Q.Ananyevin sözləri ilə desək, “oyun-
dan təlimə keçid, fəaliyyətin müxtəlif növlərinin növbələşməsi, cə-
miyyətdə əməyə hazırlaşmaq və i.a. bu, eyni zamanda idrak fəaliy-
yəti subyektlərinin xassələrinin, cəmiyyətdə sosial mövqe-lərin,
rolların dəyişməsi.... irəliləmələr mərhələsidir”.
Şübhə yoxdur ki, yaşlılar uşağın inkişafında ictimai təsirin
fəal daşıyıcılarıdır, onlar uşağın fəaliyyətini təşkil edir, onları bəşə-
riyyətin ictimai təcrübəsi çərçivəsində mənimsəməyə yönəldirlər və
bu yönəltmə o dərəcədə vacib əhəmiyyətə malikdir ki, bunu əsl tə-
lim kimi də səciyyələndirirlər. Məsələn, professor A.V.Petrovskinin
ümumi redaktorluğu ilə nəşr edilən “Ümumi psixologiya”
395
(M., 1977) kitabında oxuyuruq: “Uşağın fəaliyyət və davranışını bə-
şəriyyətin ictimai təcrübəsini mənimsəməyə yönəldən fəal proses tə-
lim adlanır. Uşaq şəxsiyyətinin inkişafına təsir nöqteyi-nəzərdən gö-
türüldükdə həmin proses tərbiyə adlanır”.
Təlim prosesi ilə uşağın inkişafı arasında daxili əlaqənin də
mövcudluğunu pedaqoqlar, psixoloqlar dönə-dönə qeyd etmişlər
(M.V.Matyuxin, T.S.Mixalçik və b.). Doğrudan da, təlim prosesi
yalnız şagirdlərin bilikləri əldə etməsinin, bacarıq və vərdişlərinin
formalaşdırılmasının məqsədyönlü idarə olunması olmayıb, o eyni
zamanda onların təfəkkürünün inkişafına istiqamətlənən əqli fəaliy-
yətlərinin idarə olunmasıdır. Təlim prosesində şagirdlər sonrakı
mərhələdə müstəqil olaraq bilik əldə etmə qabiliyyətlərini inkişaf
etdirə bilirlər, cisimlər və onlardan istifadə ətraf aləm və adamlarla
münasibət qaydalarını və birgəyaşayış normalarını seçməyi, şəxsi
mövqeyini müəyyənləşdirməyi, məqsədləri əsasında şəraiti dəyiş-
dirməyi özündə saxlayan keyfiyyətlərə yiyələnirlər. Şagirdlərin psi-
xi xüsusiyyətlərinin müxtəlif inkişaf pillələri pedaqoji prosesdə şərt
kimi qəbul edilir.
Düzgün qurulan təlim prosesi şagirdlərin potensial imkanla-
rından maksimum istifadə etmək işinə xidmət edir, onların fəaliyyə-
tini stimullaşdırır, təşkil və tənzim edir, bununla da uşaqların inkişa-
fına səmərəli təsir edir.
Təlim prosesində fərdi fəallığın spesifik bir növü kimi şagird-
lərin təlim fəaliyyəti fasiləsiz inkişaf edir. Uşaq məktəbə ilk dəfə
qədəm qoyarkən, o, hələ təlim fəaliyyəti göstərməyi bacarmır, məhz
təlim prosesində bu fəaliyyət növünü mənimsəyir.
Təlim fəaliyyətinin özünəməxsus mürəkkəb strukturu vardır,
o, məqsəd və motivlərlə xarakterizə olunur. Bu fəaliyyətdə şagird
bilməlidir ki, nə edir, nə üçün edir, necə etməlidir, o, özünə nəzarət
etməyi də, özünü qiymətləndirməyi də bacarmalıdır. Bu işdə kollek-
tivin də rolu böyükdür. Çünki təlim prosesində şagirdlərin fəaliyyəti
mənsub olduğu kollektivin təsirindən kənarda olmur. Burada şəx-
siyyətlərarası münasibətlərin şəbəkəsi mövcuddur, həmin münasi-
bətlər müəllimin pedaqoji təsiri ilə uşaq şəxsiyyətinin inkişafına is-
tiqamətləndirilir. Təlim əməyinin düzgün təşkili və idarə olunması