Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə133/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   236

 

388 


hazırlanması  və  tətbiqi  sahəsində  kifayət  qədər  səriştəyə  malik  olmaq 

üçün  daha  ciddi  çalışmaq  ,  toplanmış  təcrübəni  daha  da  artırmaq  tələb 

olunur.  Ona  görə  də  ayrı-ayrı  fənlər  üzrə  bu  gün  üçün  müəyyən edilmiş 

qiymətləndirmə  standartlarının  növbəti  illərdə  qismən  dəyişdirilməsi, 

onların  üzərində  dəqiqləşdirmələr  aparılması  təbii  qəbul  olunmalıdır. 

Eyni zamanda standartlarda təsbit olunmuş biliklər daşıdıqları mahiyyətə 

görə 3 kateqoriyaya (deklorativ, prosedural, kontekstual) bölündüyündən 

onların  reallaşdırılması  üzrə  tələb  edilən  bacarıqlar  da  fərqli  müəyyən 

edilir.  Məsələn,  deklorativ  biliklər  bilavasitə  yaddaşa  əsaslanır,  zəruri 

informasiyaların,  təriflərin,  terminlərin  mənimsənilməsini  nəzərdə  tutur. 

Ona  görə  də  bu  proses  “bilmə”  və  “anlama”  fəaliyyətləri  ilə  əlaqədar 

olur.  Prosedural  biliklər  tətbiq,  kontekstual  biliklər  isə  tədqiqatçılıq, 

yaradıcılıq  fəaliyyəti  ilə  bağlıdır.  Göründüyü  kimi,  biliklərə  görə  fəaliy-

yətin, necə deyərlər, xüsusi çəkisi müxtəlif olduğundan onların hamısını 4 

səviyyə ilə qiymətləndirməyə, bəlkə də ehtiyac yoxdur. Bu mənada axtarış-

ların və tədqiqatların genişləndirilməsi çox vacibdir. Həm də fənlər üzrə 

məktəbdaxili  qiymətləndirmə  ilə  standartların  mənimsənilməsi  səviyyəsi-

nin  qiymətləndirilməsi  arasında  məntiqi  əlaqəni  ehtiva  edən  sxem-

cədvəlin  müəyyən  olunmasına,  yəqin  ki,  ehtiyac  vardır.  Belə  olan  halda 

şagirdlərin  təlim  nəticələrinin  məzmun  standartlarının  tələblərinə  cavab 

verməsi vəziyyəti daha aydın görünər. 

Qeyd  edilən  məqsədlərin  mütəşəkkil  həllinə  başlamaq  üçün  Təhsil 

Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının ümumi təhsil sistemində 

Qiymətləndirmə  Konsepsiyası”  hazırlanmış  və  Nazirlər  Kabinetinin  13 

yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmişdir. 

Konsepsiyada  müasir  dövrdə  qiymətləndirmə  fəaliyyətinə  qoyulan 

tələblər,  şagird  nailiyyətlərinin  qiymətləndirilməsi  sisteminin  vəzifələri, 

əsas xüsusiyyətləri, əsas qiymətləndirmə növləri, qiymətləndirmə standart-

larının  və  qiymətləndirmə  vasitələrinin  hazırlanması,  məktəbdaxili  qiy-

mətləndirmənin  mahiyyəti  və  məzmunu,  şagird  nailiyyətlərinin  və  irəli-

ləyişlərinin  monitorinqi  sistemi,  kurikulum  üzrə  qiymətləndirmə  (şagird 

fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi), bu-

raxılış imtahanları (ümumtəhsil pillələri üzrə yekun qiymətləndirmə), milli 

qiymətləndirmənin  məqsədləri,  milli  qiymətləndirmə  üzrə  təlimatların 

məqsədi  və  strukturu,  beynəlxalq  qiymətləndirmə  proqramı  üzrə  həyata 

keçiriləcək əsas tədbirlər öz əksini tapmışdır. 

Konsepsiyanın və bu sənəd əsasında hazırlanacaq mərhələli İnkişaf 

Proqramının  həyata  keçirilməsi  nəticəsində  aşağıdakı  nailiyyətlərin  əldə 

edilməsi gözlənilir: 


 

389 


 

təhsildə qiymətləndirmə, imtahanların keçirilməsi sistemində isla-



hat aparılması üçün uzunmüddətli strategiya işlənib hazırlanacaq, bu sa-

hədə  yeni  mexanizmlər  yaradılacaq,  fəaliyyət  vahid  mövqedən  koordi-

nasiya olunacaq; 

 



təhsil  sistemində  məktəbdaxili  və  milli  qiymətləndirmələrin  keçi-

rilməsi  metodologiyası,  qiymətləndirmə  standartları  və  vasitələrinin  ya-

radılması  və  tətbiqi  üçün  müvafiq  təlimatlar  hazırlanacaq  ,  bu  fəaliyyət 

kurikulum islahatı ilə əlaqələndiriləcək. 

 



şagird  nailiyyətlərinin  qiymətləndirilməsinin  yeni  sistemi  yara-

dılacaq, təhsil sistemində yeni monitorinq xidməti təşkil ediləcək, ümum-

təhsil  pilləsindən  professional  pilləyə keçiddə  mərkəzləşdirilmiş  buraxılış 

imtahanının keçirilməsi təmin olunacaq; 

 



milli  qiymətləndirmə  üçün  təhsil  pillələrinə  müvafiq  vahid  nor-

mativ tələbləri, attestasiya proseduralarını nəzərdə tutan təlimatlar hazır-

lanacaq; 

 



milli qiymətləndirmə vasitəsilə şagirdlərin nail olduğu təlim nəti-

cələri dəyərləndirməklə təhsilin dövlət standartlarının monitorinqi aparı-

lacaq; 

 



təhsilin  məzmununun  müəyyənləşdirilməsi  və  nəticəyönümlü  yeni 

kurikulumun  hazırlanması  üçün  təlim  nəticələri  təyin  olunacaq,  kompe-

tensiyalara  əsaslanan  yanaşmanın  məqsədəuyğunluğu  istiqamətində  təd-

qiqatlar aparılacaq; 

 



milli  qiymətləndirmənin  həyata  keçirilməsi  və  idarə  olunmasının 

monitorinqi  aparılacaq,  nəticələr  təhlil  olunacaq  və  məntiqi  əsas-

landırılacaq, hesabatvermə proseduraları əsasında nümunəvi hesabatlar, 

əks-əlaqə sistemləri hazırlanacaq; 

 



qiymətləndirməni  həyata  keçirmək  məqsədilə  müəllimlərin  ixti-

sasartırma  və  maarifləndirilməsi  işləri  təşkil  ediləcək  və  müvafiq  he-

sabatlar hazırlanacaq; 

 



beynəlxalq  qiymətləndirmə  üzrə  normativ  tələblər,  attestasiya 

prosedurları, təlimatlar əsasında ölkədə şagirdlərin beynəlxalq qiymətlən-

dirilməsi  proqramı  və  digər  proqramlar  həyata  keçiriləcək,  qiymət-

ləndirmə sahəsində fəaliyyət göstərən ölkədaxili və beynəlxalq qurumlarla 

əlaqələr yaradılacaq və məlumat mübadiləsi təmin ediləcəkdir. 

Konsepsiyaya  əsasən  dünyada  qəbul  olunmuş  və  tətbiq  etdiyimiz 

qiymətləndirmə  sistemi  indikindən  fərqli  olaraq  3  komponenti-məktəb-

daxili, milli və beynəlxalq qiymətləndirməni əhatə etməlidir. Yeni sistemdə 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə