Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə131/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   236

 

384 


siniflər  üçün  humanitar  fənlər  üzrə  dərsliklər  də  yeniləşdirildi.  V-XI 

siniflər üçün “Azərbaycan tarixi” (7 kitabda), VI-IX sinif üçün “Azərbay-

can coğrafiyası” ( 2 kitabda), həmçinin IX, X,XI siniflər üçün “Ədəbiyyat 

müntəxabatı”  çap  edildi.  Bu  dərsliklərin  əksəriyyəti,  o  cümlədən  “Azər-

baycan  tarixi”  (V-XI  siniflər)  və  “Ümumi  tarix”  (VI-IX  siniflər)  dərs-

likləri rus dilinə tərcümə edildi. 2002-ci ildə ümumtəhsil məktəblərinin I-

IV sinif proqramları, V-XI siniflər üçün “Coğrafiya”, VI-XI siniflər üçün 

“Biologiya”,  VII-XI  siniflər  üçün  “Fizika”  və  “Astronomiya”,  VIII-XI 

siniflər  üçün  “Kimya”  proqramları  əsaslı  şəkildə  təkmilləşdirilərək  çap 

olundu. 

Azərbaycan  Respublikası  Prezidentinin  “Dövlət  dilinin  tətbiqi  işi-

nin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il və “Azərbaycan Əlif-

bası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2002-

ci il tarixli fərmanları “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərinə ye-

nidən  baxılması  zərurətini  doğurdu.  Çünki  bu  dərsliklər  1993-cü  ildə 

tərtib edilmiş və 1999-cu ildə təkmilləşdirilmiş proqramlar əsasında yazıl-

mışdı  və  təbii  ki,  bir  sıra  çatışmazlıq  və  nöqsanları  vardı.  İlk  növbədə, 

görkəmli  alimlər  və  qabaqcıl  orta  məktəb  müəllimlərinin  iştirakı  ilə 

“Azərbaycan dili” və “Ədəbiyyat” proqramları (2002-ci il) və bunun əsa-

sında  yeni  dərsliklərin  hazırlanmasına  başlanıldı.  Həmin  il  yeni  “Riya-

ziyyat” proqramı da hazırlandı. 

Dərslik  nəşrində  inhisarçılığı  aradan  qaldırmaq  və  dərsliklərin  çap 

keyfiyyətini  yaxşılaşdırmaq  məqsədi  ilə  Azərbaycan  Respublikası  Prezi-

dentinin 29 yanvar 2002-ci il tarixli 668 nömrəli Fərmanı ilə təsdiq edilmiş 

“Dövlət  standartları  haqqında  Azərbaycan  Respublikasının  Qanunu”na 

uyğun olaraq ümumtəhsil məktəblərinin Azərbaycan bölməsi üçün 2002-ci 

ildə 20 adda I-IV sinif dərsliyi açıq tender yolu ilə çap olunub məktəblərə 

pulsuz paylanılmışdır. 

Azərbaycan Respublikasının təhsil siyasətinə uyğun olaraq 2003-cü 

ildən  başlayaraq  mərhələlərlə  ümumtəhsil  məktəblərinin  V-XI  sinif 

dərsliklərinin də dövlət vəsaiti hesabına nəşr edilməsinə başlanılmışdır. 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  19  mart  2004-cü  il 

tarixli,  56  saylı  Sərəncamı  ilə  “2003-2005-ci  illər  üçün  Azərbaycan 

Respublikasında  yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişaf  üzrə  Dövlət 

Proqramı”nın  icrasını  təmin  etmək  məqsədilə  2004-2005-ci  tədris  ilində 

35  adda  dərslik  çap  edilmiş,  respublikanın  I-VII  sinif  şagirdləri  və  eləcə 

də I-XI siniflərdə oxuyan qaçqın və məcburi köçkün uşaqları dərsliklərlə 

pulsuz  təmin  olunmuşdur.  2005-ci  ildə  ümumtəhsil  məktəblərinin  VIII-XI 

sinifləri üçün “İnsan və cəmiyyət” proqramı çap olunmuşdur. Həmin il V-

XI  siniflər  üzrə  seçmə  fənlər  də  nəzərə  alınmaqla  proqramlar  müvafiq 


 

385 


olaraq iki variantda hazırlanmışdır ki, bu da müəllimlərin işini xeyli asan-

laşdırmışdı. 2005-2006-cı tədris ilində Dövlət Proqramına uyğun olaraq 

ümumtəhsil  məktəblərinin I-XI sinifləri  üçün  dövlət vəsaiti hesabına  117 

adda dərslik çap olunmuşdur. 

Beləliklə,  “2003-2005-ci  illər  üçün  Azərbaycan  Respublikasında 

yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişaf  üzrə  Dövlət  Proqramı”na 

müvafiq olaraq 2005-2006-cı tədris ilində ümumtəhsil məktəblərinin I-XI 

sinif  şagirdlərinin  dərsliklərlə  pulsuz  təminatı  uğurla  başa  çatdırılmış, 

Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  postsovet  məkanında  orta 

məktəb  şagirdlərinin  dərsliklərlə  pulsuz  təminatını  reallaşdıran  yeganə 

ölkə  olmuşdur.  2006-2007-ci  tədris  ili  üçün  108  adda  I-XI  sinif  dərsliyi 

çap edilmişdir. 

Ümumtəhsil  sistemində  dərslik  siyasəti  Təhsil  Nazirliyinin,  onun 

müvafiq strukturlarının, elmi qurumların, özəl təşkilatların və ictimai or-

qanların vasitəsilə  həyata keçirilir.  Əsas  məqsəd isə məktəbliləri  müasir 

standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnən, vətəninə, xalqı-

na, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəmi-

nində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır 

və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir. Məhz bu baxım-

dan  şagirdlərin  yalnız  dərsliklər  deyil,  digər  əlavə  vəsaitlərlə  təminatı 

istiqamətində respublikamızda uğurlu addımlar atılmaqdadır. 

Ədalət  naminə  söyləyək  ki,  Təhsil  Nazirliyi  bütün  bu  illər  ərzində 

ümumtəhsil  məktəbləri  üçün  proqram  və  dərsliklərin  hazırlanması  işinin 

yaxşılaşdırılması istiqamətində mühüm işlər görərək irəliləyişlər əldə etsə 

də,  bununla  kifayətlənməmiş,  eyni  zamanda  paralel  olaraq  bu  sahədə 

dünyanın  inkişaf  etmiş  ölkələrinin  təcrübəsini  öyrənmiş,  təhlil  etmiş, 

nəticədə  düşünülmüş  bir  siyasət  hazırlanmışdır.  Əlbəttə,  bu  siyasətin 

həyata  keçirilməsi  üçün  kompleks  tədbirlərin  reallaşdırılması,  müəyyən 

normativ  sənədlərin  yaradılması  vacib  idi  ki,  bu  istiqamətdə  də  zəruri 

addımlar atılmışdır. 

2005-ci  ildə  qeyri-hökumət  təşkilatlarının  nümayəndələri  də  cəlb 

olunmaqla  “Ümumi  təhsil  sistemində  dərslik  siyasəti”  sənədi  hazırlanaraq 

Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  ilə  razılaşdırıldıqdan  sonra 

23.01.2006-cı il tarixli, 22 nömrəli əmrlə təsdiq edildi. 

“Ümumtəhsil sistemində dərslik siyasəti” sənədinin əsas müddəa-

larından  biri  ondan  ibarətdir  ki,  dərsliklər  əvvəlki  kimi  subyektiv  mü-

lahizələrə əsasən formal deyil, təsdiq olunmuş konkret meyarlara əsasən 

qiymətləndirilir.  Bu  mexanizm  dərslik  müəllifliyi  sahəsində  inhisarçılı-

ğın aradan qaldırılmasına, müsabiqəyə təqdim olunan dərsliklərin seçi-

minin obyektiv aparılmasına imkan yaradır. 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə