Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə128/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   236

 

376 


ilə  növbəti  təlim  materiallarının  mənimsənilməsi  üçün  zəmin  yara-

dılmasını tələb edir. 



6.  Yaş  səviyyəsinə  uyğunluq.  Dərsliklər  şagirdlərin  yaş  sə-

viyyəsinə  uyğun  hazırlanmalıdır.  Bu  zaman  iki  əsas  tələb  diqqət 

mərkəzində saxlanılmalıdır: a) dizayn; b) təlim materiallarının məz-

munu, həcmi, maraqlılığı. 



7. Təlim vaxtına uyğunluq. Təlim materiallarının miqdarı və 

ağırlıq  çəkisi  müəyyənləşdirilərkən  ayrılan  vaxt  nəzərə  alınır.  Bu 

zaman nəzəri və praktik materialların balansının gözlənilməsi, stan-

dartların reallaşdırılmasına yönəldilməsi zəruri hesab edilir. Şagird-

lərin təlim marağının gücləndirilməsi üçün motivasiya imkanları ge-

nişləndirilir. 



8. Oxunaqlıq. Oxunaqlığın nəzərə alınması üçün ilkin olaraq, 

məzmun materiallarının maraqlı olması vacib hesab edilir. Belə ma-

teriallar  şagirdlərin  diqqətinə  səbəb  olur,  onları  öyrənməyə  təhrik 

edir. Təlim materiallarının lakonikliyi, aydın üslubda, sadə dildə ol-

ması öyrənmə fəaliyyətinin səmərəliliyini artırır. 

9.  İnklüzivlik.  Bu  prinsip  əsasında  yazılmış  dərslik  özünün 

əhatəliliyinə  görə  seçilməlidir.  Təlim  prosesində  yalnız  bir  səviy-

yəni deyil, müxtəlif səviyyələri ehtiva etməlidir. Həm istedadlı, həm 

də  müəyyən  səbəblərdən  geridə  qalan,  sağlamlığı  məhdud  olan  və 

xüsusi qayğıya ehtiyacı olan uşaqların, şagirdlərin təlim maraqlarını 

ödəyə  bilməlidir.  Bunun  üçün  təlim  materiallarının  seçilməsinə  və 

dərsliyə daxil edilməsinə diferensial  yanaşılmalı, hər bir sinifdə şa-

girdlərin inkişaf səviyyələri nəzərə alınmalıdır. 



10. Fəal  təlim üçün şəraitin yaradılması. Fəal təlim müasir 

təhsil prosesinin əsas atributlarından hesab edilir. Onun qurulmasın-

da bir çox amillərlə yanaşı, dərslik də həlledici rol oynayır. Nəticə-

yönümlü  kurikulumlar  məhz  belə  dərsliklərin  hazırlanmasını  tələb 

edir. Ona görə də dərsliklər formalaşdırılarkən fəal təlim üçün şərai-

tin  yaradılması  diqqət  mərkəzində  saxlanılmalıdır.  Təlim  material-

ları fəal təlim prosesinin məntiqinə uyğunlaşdırılmalıdır. Təlim ma-

rağının  formalaşdırılması,  problemin  qoyuluşu,  həll  edilməsi,  təq-

dimolunma  və  qiymətləndirmə  dərsliyin  texnoloji  (metodik)  siste-

minin əsasını təşkil edir. 




 

377 


11.  Gigiyenik  tələblərə  uyğunluq.  Dərsliklər  həm  də  gigiye-

nik  tələblərə  cavab  verməli,  ona  uyğun  hazırlanmalıdır.  Bu  zaman 

Azərbaycan  Hökuməti  ilə  razılaşdırılmış  “Ümumtəhsil  sistemində 

dərslik siyasəti” və Təhsil Nazirliyinin qəbul etdiyi “Dərsliklərin tex-

niki  və  gigiyenik  standartları”  adlı  normativ  sənədlərə  istinad  olun-

malıdır. 

Dərsliklərin  hazırlanmasında  mənbələrin  göstərilməsi,  təlim 

materiallarında kütləvi informasiya vasitələrindən istifadə imkanları-

nın nəzərə alınması məsələləri də mühüm prinsiplər kimi dəyərləndi-

rilməli, onların da nəzərə alınması diqqət mərkəzində saxlanılmalıdır. 

İdrakın inkişaf etdirilməsi və şəxsiyyətin mühüm göstəricisinə 

çevrilməsi  müasir  təhsilin  mühüm  fəaliyyət  istiqamətlərindən  biri-

dir. Məktəb məkanında idrak (psixi) prosesləri konsepsiyasının əsas 

paradiqmaları  inkişafetdirici  və  tərbiyəedici  təlim  prinsipləri  ilə 

bağlıdır. Bu iki önəmli prinsipin qovşağında isə müasir məktəb özü-

nün ən başlıca misiyasını yerinə yetirir. Ona görə də təhsilə aid ha-

zırlanan bütün resurslar, o cümlədən də dərsliklər bu məqsədə  yö-

nəldilməli,  şəxsiyyətin  inkişaf  dinamikasını  təmin  edən,  onu  daim 

izləyə bilən bir vasitə rolunu oynamalıdır. Bunun üçün ilk növbədə, 

şagirdin  fəaliyyət  dairəsi, formalaşdırılacaq bacarıqlar konkret  ola-

raq müəyyənləşdirilməli, dərsliklərin məzmununda olan materiallar 

bilavasitə onların hərəkət mexanizminə çevrilməlidir. 

Psixoloq  və  pedaqoqların  fikrinə  görə,  fəaliyyətlər  üç  istiqa-

mətdə  qruplaşdırılır:  idraki,  informativ-kommunikativ,  psixomotor. 

Bu fəaliyyətlərə uyğun da bacarıqların olduğu göstərilir. Şagird şəx-

siyyətinin inkişafı həmin bacarıqların fonunda tənzim olunur . 



 


 

378 


Sxem 1 

İnkişafı təmin edən bacarıqların sxematik təsviri 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Sxemdən  göründüyü  kimi,  idraki,  informativ-kommunikativ 



və psixomotor bacarıqların hər biri də əlaqəli bacarıqlar şəbəkəsin-

dən ibarət olmaqla bütöv bir komplekt təşkil edir. Dərsliklər hazırla-

narkən  bu  cəhətlər  nəzərə  alınmalı,  şəxsiyyətin  idraki,  informativ- 

kommunikativ  və  psixomotor  bacarıqlarının  inkişafını  təmin  edən 

materiallar o cümlədən çalışma və tapşırıqlar dərsliyə daxil edilmə-

lidir. Bu zaman hər bir növdən olan bacarıqların özünəməxsusluğu, 

onun daxilində olan mərhələlərin ardıcıllığı nəzərə alınmalıdır. 

İş dəftərləri şagirdlər üçün nəzərdə tutulur. Onun hazırlanma-

sında başlıca olaraq iki mühüm tələb diqqət mərkəzində saxlanılır: 



1. Dərslikdəki təlim materialları ilə əlaqəlilik. Məlum oldu-

ğu kimi, dərslik məzmununda öyrənilməsi nəzərdə tutulan anlayış-

lara, qaydalara, qanunauyğunluqlara, təsnifatlara və sairə aid məlu-

matları, ən zəruri çalışma və tapşırıqları əhatə edir. İş dəftərində hə-

min materiallara aid müxtəlif suallar, çalışma və tapşırıqlar sistemi 

verilir.  Həmin  materiallarda  dərsliklərdəki  şərhlərin  nümunələrlə 

əsaslandırılması, yaxud qrafiklər, cədvəllər, şəkil və illüstrasiya ma-

terialları üzərində fəaliyyətlərin təşkil olunması nəzərdə tutulur. 

idraki 

informativ-



kommunikativ 

bacarıqlar 

psixomotor 

qavrama 

ünsiyyət 

qaydalara uyğun 

fəaliyyət 

təhlil 

təsviretmə 



sərbəst fəaliyyət 

dəyərləndirm

ə 

təqdimetmə 



yaradıcılıq 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə